Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib
Hadisə
2267
23 Jun 2024 | 11:42

Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib

Ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.
 
Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qeyd edib ki, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib.
 
"Hazırda çayda azalma müşahidə olunur", - o bildirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər