Paşinyan Qazaxın qaytarılmış kəndləri ilə sərhəddə çəkilmiş tikanlı hasarları göstərdi...+VİDEO
3954
16 Jun 2024 | 17:40

Paşinyan Qazaxın qaytarılmış kəndləri ilə sərhəddə çəkilmiş tikanlı hasarları göstərdi...+VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyan Sünikə(Zəngəzur) səfəri çərçivəsində Çakaten kəndində də olub, yerli sakinlərlə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
 
"Mən düşünürdüm ki, Çakaten kəndi necə inkişaf etsin, bura minlərlə turist gəlməlidir, amma fakt budur ki, sülh olmadan mümkün olmayacaq", - Paşinyan bildirib.
 
Paşinyan Çakaten sakinlərinə sərhəddə, Voskepar(Əskipara) kəndində Azərbaycanla sərhəddə quraşdırılmış tikanlı məftillərin fotolarını göstərib və onları əmin edib ki, oradan insanların və ya inəklərin keçməsi mümkün deyil.
“İndi mən Voskeparda nə etdiyimizi göstərmək istəyirəm, sərhəd boyu tikanlı məftillər çəkirik, oradan insanların və inəklərin keçməsi qadağandır. Prinsipcə, inək gəlməyəcək, sərhədçilər dayanıb, amma gəlsə də, istisna olunur, keçməyəcək”, - deyə Paşinyan bildirib.
 

 

 
Link kopyalandı!
Son xəbərlər