Türk dünyasının nur çöhrəli Pəri qızı...   
Cəmiyyət
Oxunub: 2585
16 Jun 2024 | 16:30
Türk dünyasının nur çöhrəli Pəri qızı...   
"Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək" - deyərək "Peyğəmbər" əsərində qadını "bəşəriyyətin xilaskarı" adlandırırdı Hüseyn Cavid.
 
Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən Uca qadın olasan...
 
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, zəhmətsevərlik, saflıq, səmimilik, şərəf və ləyaqət nümunəsi... Ayşə xanım Paslanmaz məhz o insanlardandır...
 
Təkcə qardaş Türkiyəmizin mədəni çiçəklənməsi yolunda deyil, bütün Türk dünyası miqyasında gördüyü bir-birindən gözəl işlərlə, atdığı bütün addımlarıyla öndər Mustafa Kamal Atatürkün yoluna mənəvi varisliyini, cumhurbaşqan Ərdoğanın milli düşüncəsinə sədaqətini zəhmətiylə ərsəyə gətirdiyi işlərlə sərgiləyən, ilk gənclik illərindən başlayaraq türk toplumunun mədəni-ictimai həyatında əlindən gələni böyük ürəklə, milli təəssübkeşlik hissi və yüksək zəhmətsevərliklə həyata keçirməsi dəyərli Ayşə xanımın fədakar xarakterindən, mərdanəliyindən, yorulmaz əməyindən, zəhmətkeşliyindən, ləyaqətli vətəndaşlığından və ən əsası yüksək İnsanlığından xəbər verir.
 
Bu gün alnının təri, istirahətsiz ömrünün bəhrəsi və xəmiri halallıqdan yoğrulmuş əllərinin yorulmaz əməyiylə addım-addım ucalan Ayşə xanım Paslanmazın şərəfli ömrünü,  yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə çağdaş Türk cəmiyyətimiz üçün nə qədər dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ailəcanlılıq, gözəl əxlaq, böyüyə hörmət, uşağa məhəbbət, dosta sədaqət, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…
 
Mustafa Kamal Atatürkün dilimin əzbəri olan gözəl bir sözü var: “Yer üzərində gördüyümüz bütün gözəlliklər Qadınların əsəridir.” Bəzən o qadınlar zəkası, zəhmətsevərliyi, biliyi, bacarığı ilə elə gözəl nəqş edirlər ki, bu dünyanı… Tanrı özü də xəlq etdiyi zər kimi insanların zərgər əməyinə heyran qalır…
 
Bəli, böyük Atatürkün söylədiyi kimi, Tanrı öz fitrətindən yaradıcı güc bəxş edib qadını yaradanda… Öz İşığı, zəngin dünyagörüşü, dərin biliyi, ağlı, zəkası, peşəsinə sədaqəti, insanlığı, xanımlığı, alicənablığı, kübarlığı, yüksək natiqlik qabiliyyəti, zəhmətkeş əlləri və işində son dərəcə peşəkarlığı ilə çalışdığı bütün kollektivlərdə böyük sevgi və inam qazanan, cəmiyyətimizdə yandırdığı İşıqla bütün Türk dünyasında Türkiyə qadını adına həmişə bir ucalıq bəxş edib Ayşə xanım Paslanmaz…
 
Adı da əməlləri kimi, gözəl çöhrəsi kimi işıq saçan, mələk qəlbli Ayşə xanımın əmək fəaliyyətini yaxından izlədikcə bu nur simalı xanımın ictimai həyatın və toplumun sosial-mədəni sferası üçün nəzərdə tutulan saysız-hesabsız layihələrin gerçəkləşməsi istiqamətində böyük ürəyini, fədakarlığını müşahidə etdikcə Türk qadınının bunca zəhmətsevərliyinə heyranlıqla həmişə qürur hissi keçirmişəm.
 
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma gənclik illərindən zəhmətə qatlaşmağı bacarmaq, kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Ayşe xanım Paslanmaz məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqı – milləti, məmləkəti üçün gözəl işlər görməkdən yorulmayan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin rifahına həsr edən böyük ürəkli vətəndaş ziyalıdır Ayşe xanım…
 
Azərbaycan yazıçısı Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.
 
Nədənsə, Ayşe xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Ayşe xanımın özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və Türk dünyamızın rifahı üçün rahatlıq tapmadan əmək sərgiləyən, hamının xoş günü üçün, doğması, yadı, yaxını, uzağı, evinin içi, qonşusu, qohumu fərq etməz, hamıya yaxşılıq etmək üçün yorulmadan çalışan, istənilən məqamda, istənilən situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıqlı xanımın ünvanına bu yazımı yazmağın vacib olduğunu düşünürəm...
 
Biz Ayşe xanım Paslanmazla əziz bacımız, mərhum millət vəkili Qənirə xanım Paşayevanın 40 mərasimində tanış olmuşduq. Ayşe xanım Türkiyədən əziz anasının dualarla bir bağlamaya büküb göndərdiyi torpağı Qənirə xanımın məzarına səpə-səpə: Əzizim Qənirə, içimdə bir ehtiyac hiss etdim ki, dənə Türkiyədən torpaq gətirim. Sanki hiss etdim ki, Türk torpaqları üçün darıxmısan, - deyərək göz yaşları içində torpağı Qənirə xanımın məzarına tökdü.
 
Onun bu böyükürəkliliyi hər kəsi elə kövrəltmişdi ki, təşəkkür ermək üçün ona ünvanlamağa söz tapa bilmirdik. Sanki Ayşe xanım bütün Türk dünyasının Qənirə xanıma olan sevgisini o bağlamadakı torpaqla birgə, özüylə Azərbaycana gətirmişdi.
 
Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Ayşə xanlm Paslanmaz şəxsiyyəti ilə sözü bir-birini tamamlayan bütöv bir insandır. O, uzun illərdir ki, sözündə bütövlüyünü işində şəffaflığıyla, gözəl əməlləriylə sübuta yetirib... Azərbaycana Qənirə xanımın adını yad edərək gəlməsi də onun böyük ürəyindən, vəfalı dostluğundan, bir ömür həmdəm doğma ola biləcəyin mükəmməl xarakterindən xəbər verir.
 
Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi insanların qəlbinə gedən yoldur. Əslində, vəzifələr, fəxri adlar, təltiflər, titular, ödüllər və bu kimi nəsnələrin hamısından ucada duran məqam: qəlblərə gedən yolu bulmaq, düşüncələrdə işıqlı üfüq aça bilməkdir. Zəkası, ziyası, dərin düşüncəsi, səmimiyyəti, peşəsinə sədaqəti, insanlığı, işində peşəkarlığı, gülər üzü və səmimiyyəti ilə ürəklərə gedən o yolu əməlləriylə fəth edən gözəl Ayşə xanım Paslanmazın təqdirəlayiq əməyini ayaqüstə alqışlayırıq...
 
Ömrün bir məqamında dayanıb geriyə yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün yorğunluqlara, çətinliklərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
 
Bu dünyada vicdanına qəlbən sadiqliyin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin və ən əsası gördüyün işlərdə şəffaflığın, dürüstlüyün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Ayşe xanım Paslanmazın yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, zərif çiyinləriylə böyük mənəvi sorumluluqları üstlənən və görəvini ən üst düzeydə ən gözəl şəkildə tamama erdirən sevgili Ayşe Xanım!
 
Böyük Mirzə Ələkbər Sabir yazırdı ki: Həqiqi valideynin ən şərəfli bəzəyi ədəbli çocuqdur. Ayşe xanımın Türk dünyasında  qazandığı bütün statuslardan daha ucada dayanan bir adı var: Bütün addımlarıyla ailəsinə baş ucalığı gətirən ləyaqətli övlad olması... Ailəsini uca tutan və qorumağı bacaran insan mənim dünyamda dəyərli olduğu qədər həm də bütövlükdə dəyərdir... Ayşe xanım kimi İnsanlar sözün həqiqi mənasında, cəmiyyətimiz üçün bir dəyərdir... Mən Ayşe xanımı bu ürəkdə, bu qəlbdə yetişdirən, mayəsini halallıqdan yoğuran Anamızın  qarşısında sayğıyla baş əyirəm!
 
Yaxşı ki varsınız, Ayşe xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...
 
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Ayşe xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir. Yorulmaq bilmədən qardaş Türkiyəmizin çiçəklənməsi, sosial-ictimai strukturun rifahı üçün əlindən gələndən daha çox əmək sərf edir...
 
Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Ayşe xanım Paslanmazın şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə türk gəncliyi üçün dəyərli bir nümunədir.
 
Vicdanlı vətəndaş və ziyalı xanım olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi,ki bunu da hamı bacarmır... Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız, əziz Ayşe xanım!
 
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi vicdanlı, dürüst, zəhmətkeş, peşəsinə vurğun, dəyanətli, ailəcanlı, ocağına, evinə bağlı, pak qəlbli, səmimi, gözəl əxlaqlı, böyük ürəkli, fədakar insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, heysiyyətini, peşə vicdanını beş paraya dəyişənlərin meydan suladığı bir dünyanın tən ortasında Sizin kimi öz təmiz dünyasını, sadəliyini, səmimiyyətini özünün, sözünün, işinin, ailəsinin və adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilmək adama təsəlli olur. Düşünürsən ki, bu torpaq Ayşe xanım Paslanmaz ləyaqətdə ər qeyrətli qadını, belə qutsal və uca İnsanı yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...
 
Şiirlerine, bedii yaradıcılığına dair düşüncələrimi burada əhatə edə bilmədim, çünki bu yazımda Ayşə xanımın ancaq mükəmməl şəxsiyyətindən, kamil xaraterində ən söz etdim. Qələmə aldığım bu kiçicik yazım Sizin şərəfli ömür yolunuzu və ədəbi yaradıcılığınızı özündə əhatə edən könül süfrəmdən kiçicik bir ərməğan olsun Sizə! Ünvanınıza söylənən sözlər ana südü kimi halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı bütün əzizlərinizə, bizə - sizi sevənlərə və bütün Türk dünyasına gözüdolusu, ürəkdolusu versin! Türk Qadınının əməyini dünyaya bəyan edən gözəl işlərinizdə bol-bol başarılar, ömrünüzə bərəkət, can sağlığı diləklərimlə!
 
Dr.Xəyalə Zərrabqızı
Bakı, Azərbaycan
Oxşar xəbərlər
21:12, Bu gün
Meymunçiçəyi epidemiyası sürətlə yayılır
21:08, Bu gün
“Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır”
20:52, Bu gün
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
20:34, Bu gün
“Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır” - Prezident
20:26, Bu gün
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
20:24, Bu gün
Sumqayıtda yanğınla nəticələnən partlayış baş verib
20:23, Bu gün
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
19:56, Bu gün
İsrail Yəmənə yenidən zərbələr endirib
19:53, Bu gün
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
19:52, Bu gün
Cəbrayıl şəhərinə növbəti köç olacaq
19:51, Bu gün
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
19:50, Bu gün
Ceyhun Bayramovun BMT-nin Baş katibi ilə görüşüb, postmünaqişə dövründə vəziyyət müzakirə olunub
19:49, Bu gün
"Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur"
19:23, Bu gün
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
19:22, Bu gün
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
18:50, Bu gün
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
18:38, Bu gün
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
18:34, Bu gün
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
18:24, Bu gün
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
18:05, Bu gün
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
18:05, Bu gün
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
18:00, Bu gün
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
17:52, Bu gün
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
17:51, Bu gün
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
17:46, Bu gün
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
17:45, Bu gün
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
17:40, Bu gün
Məşhur aparıcının sümükləri əriyir
17:35, Bu gün
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
17:30, Bu gün
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
17:26, Bu gün
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
17:23, Bu gün
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
17:20, Bu gün
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
17:00, Bu gün
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
16:53, Bu gün
Siqaretdən daha təhlükəli 5 qida
16:45, Bu gün
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
16:36, Bu gün
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
16:28, Bu gün
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
16:20, Bu gün
THY Brüsselə uçuşlarını təxirə salır
16:13, Bu gün
Qulaqlarınızı bunlarla təmizləməyin
16:05, Bu gün
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
15:45, Bu gün
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
15:36, Bu gün
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
15:28, Bu gün
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
15:20, Bu gün
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
15:08, Bu gün
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
15:00, Bu gün
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
14:50, Bu gün
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
14:43, Bu gün
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
14:35, Bu gün
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
14:34, Bu gün
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
14:28, Bu gün
Hamilə qadınlar bu qidaları yesin
14:20, Bu gün
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
14:16, Bu gün
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
14:08, Bu gün
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
14:00, Bu gün
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
13:54, Bu gün
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
13:45, Bu gün
Renkanın tədbirdə paltarı yandı - FOTO
13:37, Bu gün
Sürücülərə XƏBƏRDARLIQ
13:29, Bu gün
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
13:18, Bu gün
İsrail Livanda quru əməliyyatına hazırlaşır
13:10, Bu gün
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
13:02, Bu gün
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
12:56, Bu gün
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
12:48, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
12:40, Bu gün
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
12:33, Bu gün
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
12:25, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:18, Bu gün
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
12:10, Bu gün
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
12:00, Bu gün
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
11:46, Bu gün
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
11:39, Bu gün
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
11:39, Bu gün
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
11:38, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
11:35, Bu gün
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
11:30, Bu gün
Mövqelərimiz yenidən atəşə tutuldu
11:23, Bu gün
9 nəfəri daşqın apardı
11:15, Bu gün
İsrailin növbəti planı məlum oldu
11:08, Bu gün
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
10:57, Bu gün
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
10:50, Bu gün
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
10:46, Bu gün
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
10:39, Bu gün
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
10:35, Bu gün
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
10:25, Bu gün
İtlər hansı yuxuları görür? - Yatmış iti...
10:16, Bu gün
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
10:09, Bu gün
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
09:54, Bu gün
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
09:45, Bu gün
Premyer Liqa: "Qarabağ" "Sabah"la üz-üzə gələcək
09:38, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
09:30, Bu gün
Markov: Hiyləgər plan, yoxsa İran rüsvayçılığa üstünlük verir?
09:22, Bu gün
Gözlər Tehranda: İranın cavabı necə olacaq?
09:15, Bu gün
"Onlar qanun qarşısında cavab verməlidirlər!"
09:10, Bu gün
Bu qidalar ömrünüzü uzadacaq
08:59, Bu gün
Səidə bu həmkarlarını biabır etdi - VİDEO
08:51, Bu gün
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
08:40, Bu gün
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
08:31, Bu gün
ABŞ-ın bu ölkədəki bazası atəşə tutuldu
08:17, Bu gün
Ceyhun Bayramov: Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb
08:08, Bu gün
Oktyabr bu bürclər üçün uğursuz gəlir: İş mühitində problemlər, maliyyə itkisi...
GÜNLÜK
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 21:32
Ahu Tubaya hörmətsizlik- “Qızı Hülya Avşarın, Banu Alkanın dəfnə gəlməməsinə əsəbləşdi”-ÖZƏL
28 Sep 2024 | 21:30
İranda beş günlük matəm elan edildi
28 Sep 2024 | 22:28
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
28 Sep 2024 | 21:43
Bu bürclər daim kasıb qalacaqlar - PROQNOZ
28 Sep 2024 | 21:50
Şimpanze 8 aylıq körpəni öldürdü, insanlar belə qisas aldı
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 21:55
“BMT-dəki çıxışından sonra onun əlini sıxmaq üçün növbəyə durdular” - FOTO
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 21:32
Ahu Tubaya hörmətsizlik- “Qızı Hülya Avşarın, Banu Alkanın dəfnə gəlməməsinə əsəbləşdi”-ÖZƏL
28 Sep 2024 | 21:30
İranda beş günlük matəm elan edildi
28 Sep 2024 | 22:28
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
28 Sep 2024 | 21:43
Bu bürclər daim kasıb qalacaqlar - PROQNOZ
28 Sep 2024 | 21:50
Şimpanze 8 aylıq körpəni öldürdü, insanlar belə qisas aldı
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 21:55
“BMT-dəki çıxışından sonra onun əlini sıxmaq üçün növbəyə durdular” - FOTO