Xəbər verdiyimiz kimi, Fransa AZƏRTAC-ın əməkdaşının Şengen ərazisinə girişini bloklayıb.
Heç bir qanuni əsas olmadan jurnalistimizə qarşı belə bir addımın atılması haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Fransanın bu addımı başda Almaniya olmaqla,digər Avropa dövlətlrində də təəccüb və çaşqınlıqla qarşılanıb.
Hər zaman söz və mətbuat azadlığından, demokratik şüur və təfəkkürdən danışan Fransanın Azərbaycanla gərginlik fonunda jurnalistə qarşı atdığı bu addım rəsmi Parisin daxili cılızlığından xəbər verir. Bu fakt sübut edir ki, Fransa öz hərbi-iqtsiadi qüdrətinə görə nə qədər böyük olsa da, siyasi əxlaq və demokratik düşüncə tərzinə görə bir o qədər cılızdır.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra Fransanın Azərbaycana qarşı yürütdüyü siaysətin nəticəsi sübut edir ki, əslində “köhnə qitə”nin bu ölkəsini Parisin özü qədər heç kim təhqir edib alçaltmır. Son illər Parisin atdığı anti-Azərbaycan addımlarının Fransanın özü üçün rüsvayedici nəticələrə səbəb olduğ göz önündədir. Baş verənlərə nəzər salanda belə təsəvvür yaranır ki, sanki Makron rejiminin yeganə məqsədi Fransanın gözdən salmaqdır. Sanki rəsmi Paris bütün siyasi səriştəsini Fransanı beynəlxalq miqyasda nüfuzdan salmağa sərf edir. AZƏRTAC-ın jurnalistinə qarşı atılan anti-hüquqi və anti-əxlaqi addım bu həqiqəti bir daha sübut edir.
Bütün bunlar onu deməyə əsas verir ki, müasir Fransa üçün ən böyük problem onun özüdür və nə qədər ki, Makron rejimi bu ölkədə söz sahibidir, fransız xalqı çətin ki, bu maneəni aşa bilsin.
Seymur ƏLİYEV