Kommunist rejimini həzm edə bilməyən dünya çempionu – onu casusluqda və antisovet fəaliyyətdə ittiham ediblər
İdman
Oxunub: 1652
11 Jun 2024 | 11:38
Kommunist rejimini həzm edə bilməyən dünya çempionu – onu casusluqda və antisovet fəaliyyətdə ittiham ediblər
Onu pul qarşılığında xarici kəşfiyyata işləməkdə, antikommunist fəaliyyətdə ittiham ediblər, Rusiyadan çıxışına qadağa qoyublar, şahmat karyerasına əngəlliklər yaradıblar. Əslində isə Aleksandr Alyoxin siyasi proseslərə maraq göstərməyib, o, yalnız öz gələcək karyerasını düşünüb.  Mövcud dövrdə bu cür münasibət təkcə Alyoxinə qarşı olmayıb. 1917-ci ildə oktyabr inqilabından sonra Rusiyadakı qarışıq ictimai-siyasi vəziyyətdə ölkədəki bütün zadəgan ailələrinə qarşı bu cür münasibət sərgilənib...
 
Aleksandr Alyoxin 1892-ci ildə Moskvada zadəgan ailəsində anadan olub. Maddi durumu zəngin olan ailədə Alyoxinin təhsilinə xüsusi diqqət yetirilib. O, gimnaziyada və imperator məktəbində təhsil alıb.
 
Artıq 6-7 yaşlarında Aleksandr Alyoxinin şahmata sonsuz həvəsi valideynlərinin və ətrafdakı insanların diqqətindən yayınmayıb. Vaxtını əsasən şahmat məşqlərinə sərf edən Alyoxin 1907-ci ildən, 15 yaşından etibarən beynəlxalq şahmat turnilərinə qatılıb. İlk illər böyük uğurlar qazanmasa da, o, ruhdan düşməyib, daha ciddi şəkildə məşqlərini davam etdirib.
 
scale_1200-4.jpg (101 KB)
 
1913-cü ildə Alyoxin ilk böyük uğurunu qazanıb, tanınmış şahmatçı Stepan Levitskiyə 7-3 hesabı ilə qalib gələrək Sxeviningen turnirində birinciliyə sahib olub. Bir il sonra, 1914-cü ildə isə Peterburqda keçirilən şahmat üzrə Rusiya birinciliyində Alyoxin növbəti uğurunu qazanaraq Rusiya çempionu titulunu qazanıb. 
 
Beləliklə, ardıcıl mötəbər turnirlərdə bir-birinin ardınca qələbələr qazanan Alyoxin tanınmış şahmatçılar tərəfindən ciddi rəqib kimi qəbul edilməyə başlayıb.
 
Rusiyada baş verən ictimai-siyasi proseslər, oktybr inqilabı, bolşeviklərin hakimiyyəti ələ alması Alyoxinin həyatında problemlər yaradıb.  Sonralar Alyoxin müsahibələrində bu problemlər haqqında aşağıdakı açıqlamaları verib:
 
“Qırmızıların zadəgan ailələrinə münasibəti dözülməz idi. Tanınmış bir şahmatçı kimi mən də hədəfdə idim. Çıxış yolu tapmaqda çətinlik çəkirdim, digər tərəfdən şahmat karyeramda da problemlər yaranırdı. Bu ərəfələrdə mötəbər turnirlərdə içtirakıma qadağa qoyulurdu. Mən Rusiyadakı yeni rejimi qəbul edə bilmirdim. Ölkədən çıxmağım isə mövcud dövrdə mümkünsüz idi. Mən məcbur olub bir müddət yeni rejimdə özümə yer etməliydim. Beləliklə də mən dövlət qulluğunda işə düzəldim. Eyni vaxtda iki vəzifədə işləyirdim, Moskva şəhər İcraiyyə Komitəsində və Moskva Cinayət Axtarış İdarəsində. Bu addımdan sonra mən 1920-ci ildə Moskvada keçirilən Ümumrusiya Olimpiya Oyunlarında iştirak etmək hüququ qazandım və çempion oldum”.
 
7ab716354432ee12f19b58c60471093b_XL.jpg (46 KB)
 
Dövlət qurumlarında işləsə də Alyoxinə qarşı münasibət dəyişməyib. Şahmatçı yaxşı anlayıb ki, gec-tez ona vurulan casus damğası həbslə nəticələnəcək. Nəhayət, Alyoxin 1921-ci ildə ölkəni tərk etməyə müvəffəq olaraq Fransaya mühacirət edib, 1925-ci ildə isə bu ölkənin vətəndaşlığını alıb.
 
Avropada məskunlaşan Alyoxin dünya çempionu titulunu qazanmaq üçün bütün gücünü səfərbər edib. O, bütün seçim turlarından qalib çıxaraq bu adın bir addımlığında dayanıb, sonuncu dünya çempionu olan kubalı şahmatçı Raul Kapablankanı mübarizəyə dəvət edib. “Məğlubedilməz” titulu ilə məşhur olan kubalı şahmatçı dünya çempionu adı uğrunda şahmat taxtasının arxasına keçmək üçün öz şərtlərini diktə edib. Şərtlərə əsasən iddiaçı, yəni Alyoxin mükafat fondu üçün 10 min dollar və oyunun keçirilməsində sərf olunacaq bütün xərcləri öz üzərinə götürməli olub. Beləliklə, şərtlərlə bağlı şahmat tarixində məşhur olan “London protokolu” imzalanıb.
 
Alyoxin üçün bu məbləğləri əldə etmək çətin olub. Həmin dövrdə 10 min dollar böyük bir məbləğ sayılıb. Ruhdan düşməyən Alyoxin sponsor axtarışına başlayıb, bütün mümkün variantlara əl atıb. Nəhayət, çoxsaylı müraciətlərdən birinə real cavab gəlib. Argentina hökuməti matçın mükafat fondunu və bütün xərclərini öz üzərinə götürüb. Amma matçın Buones-Ayresdə keçirilməsi şərtilə.
 
fe07e169a85046df1c8eee481b3d0a56.jpg (82 KB)
 
Tərəflərin razılığından sonra 1927-ci ilin payızında çempionata start verilib. Şərtlərə görə qələbə sayında 6 xalı ilk qazanan şahmatçı çempion sayılıb. İki ay davam edən çempionatda Aleksandr Alyoxin 6-3 hesabı ilə 4-cü dünya çempionu adını qazanıb.
 
Fransya qayıtdıqdan sonra jurnalistlərə verdiyi müsahibəsində Alyoxin turnir haqqında təəsüratlarını belə bölüşüb:
 
“SSRİ-də hər şeyin mifləşdirildiyi kimi, Kubada da belə bir ənənə yaranıb. Necə ki, Raul Kapabalankanı mifləşdirərək, “məğlubedilməz” etmişdilər. Heç kim qarşısındakının gücünə bələd olmadan özünü məğlubedilməz saymamalıdır...”
 
Alyoxinin bu açıqlaması SSRİ-də böyük səs-küyə səbəb olub. SSRİ-nin ədliyyə komissarı Nikolay Krılenko isə Alyoxin haqqında öz sərt fikirlərini gizlətməyib:
 
“Alyoxinin bu müsahibəsindən sonra bizim onunla heç bir xoş münasibətimiz ola bilməz. O, bizim düşmənimizdir və biz onu düşmənimiz kimi islah etməliyik...”
 
1937-ci ildə Alyoxin dünyanın şahmat tacına ikinci dəfə sahib olub, o, hollandiyalı şahmatşı Maks Eyveyə böyük xal hesabı ilə qalib gələrək yenidən dünya çempionu olub.
 
sw7V304cwgU.jpg (62 KB)
 
Növbəti dünya çempionatında mövcud şrtlərə görə Alyoxinin SSRİ şahmatşısı Mixail Botvinniklə görüşməsi planlaşdırılıb. 23 mart 1946-cı ildə FİDE növbəti dünya çempionatanın keçirilməsinin əsas şərtlərini rəsmiləşdirib. Ancaq bu dəfə Alyoxinə şahmat taxtasının arxasına keçmək qismət olmayıb. Ölüm onu Portuqaliyanın Eştoril şəhərindəki “Park” mehmanxanasında yaxalayıb. 24 mart 1946-ci ildə mehmanxana xidmətçisi nömrələrdə təmizlik işləri aparanda otaqların birində orta yaşlı kişinin kresloda tərpənməz vəziyyətdə qaldığını görüb, O, bir neçə dəfə “cənab, sizi narahat edə bilərəmmi” sualını təkrararlasa da cavab almayıb. Dərhal mehmanxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları və tibbi personal çağrılıb. Ölən şəxsin əyləşdiyi kreslonun qarşısındakı kiçik masada bir neçə boşqab və şahmat taxtası olub. Fiqurlar hamısı səliqə ilə düzülsə də heç bir gediş edilməyib. Nömrədə şübhə yaradacaq heç nə aşkarlanmayıb. Tibbi ekspertizanın nəticələrinə görə Alyoxinə heç bir fiziki təsir göstərilməyib. Nəticələrdə ölümün səbəbi şəxsin qidalandığı zaman qəbul etdiyi ət parçasının nəfəs borusuna düşərək tənəffüsün dayanması göstərilib.
 
Alyoxinin müəmmalı ölümü kifayət qədər böyük səs-küyə səbəb olub, qalmaqal yaradıb. Bəzi versiyalara görə şahmatçı SSRİ-nin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən zəhərlənib.
 
53 yaşında dünyasını dəyişən Aleksandr Alyoxin Portuqaliyada dəfn olunub. 1956-cı ildə SSRİ tərəfindən Alyoxinin Novodeviçye qəbirstanlığında, doğmalarının yanında yenidən dəfn olunması təklifi səslənib. Ancaq şahmatçının həyat yoldaşı Qreys Alyoxina bu təklifə razılıq verməyib. Onun istəyi ilə Aleksandr Alyoxin daha çox yaşadığı Fransada ikinci dəfə dəfn edilib. Onun məzarüstü daşının üzərinə bu sözlər yazılıb: “Rusiya və Fransanın şahmat dahisi”.
 
Qeyd edək ki, Aleksandr Alyoxin yeganə dünya çempionu olub ki, bu titulu daşıyarkən vəfat edib. /Musavat.com/
 
Oxşar xəbərlər
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
GÜNLÜK
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi