Telefonlarımızın - ÖMRÜNÜ QISALDAN SƏHVLƏRİMİZ
Cəmiyyət
Oxunub: 2251
11 Jun 2024 | 09:23
Telefonlarımızın - ÖMRÜNÜ QISALDAN SƏHVLƏRİMİZ
Mütəxəssislər deyirlər ki, mobil telefonların uzunömürlülüyü necə istifadə edilməsindən də asılıdır
 
"2015-ci ildə rəfiqəmlə bir vaxtda eyni marka telefon aldıq. İl yarım sonra artıq məndəki telefon donmağa başladı, yüklədiyim proqramlar yaxşı işləmədi, mən də yenisini aldım. Amma rəfiqəm hələ də həmin telefonu işlədir, heç bir problemi olmadığını deyir. Telefonum xarab olanda ustaya göstərdim, sual verdim ki, eyni telefonu almışıq, məndə niyə bu qədər tez xarab olsun? Dedi ki, telefonu işlətməkdən çox şey asılıdır”.
FED,az bu barədə Kaspi.az saytına istinadən məlumat verərək bildirir ki, bu sözləri bizimlə söhbətində Lamiyə Orucova bildirdi. Əslində, bu sual ətrafında Lamiyə kimi düşünənlər az deyil. Hətta gənclər telefonların yaxşı işləmədiyini, yenisini almaq istədiyini deyəndə, valideynlərindən "siz bu telefonu necə işlədirsiniz ki, tez xarab olur?” kimi sual da eşidirlər.
 
 
Təbii ki telefonu necə işlətməyin yolu var. Bəs bu yol hansıdır? İstifadə etdiyimiz telefonlar üçün ümumiyyətlə, son istifadə tarixi kimi bir zaman müəyyənləşdirilirmi?
 
Saytlara daxil olarkən diqqətli olmaq lazımdır
 
Telefon ustası Cahangir Hümmətov deyir ki, ilk olaraq telefonları viruslardan qorumaq lazımdır. Çünki heç fikir vermədiyimiz yerlərdən telefona virus düşə bilir: "Telefonlarla bağlı insanları narahat edən əsas məsələlərdən biri donmalardır. Bu, "Iphone”larda olmur, ən çox androidlərdə rast gəlinir.  Həmin problem daha çox mənşəyi məlum olmayan saytlara daxil olanda yaşanır. Mənşəyi məlum olmayan sayt deyəndə, bu cür saytlara insanlar bilmədən də daxil ola bilərlər. Məsələn, qolu ağrıyır, qol ağrısı ilə bağlı "Google”da axtarış verir, burda da nəticə çıxan istənilən sayta daxil olur. Elə feyk saytlar var ki, onlar telefonun sistemini elə bir yerə sürükləyirlər ki, sistemə virus düşür. Virus da telefonun yaddaşını yeməyə başlayır və nəticədə telefonda donmalar olur, zamanla telefonu çökdürə bilir. Ona görə, saytlara daxil olarkən diqqətli olmaq lazımdır.
 
Blutuzla fayl göndərərkən də bu viruslar telefona keçə bilir. Android telefonlarında hələ də bu funksiya var. Sizə material göndərən telefonun da təhlükəsiz olduğuna əmin olmalısınız. Əks halda telefona virus düşür, bu da sistemə təsir edir”.
 
Köhnə enerji batareyadan boşalmalıdır
 
Usta bildirdi ki, gecə səhərə qədər enerjiyə taxılı saxlamaq telefona böyük zərər vurur: "Çox adam telefonu gündüz vaxtlar enerjiyə qoya bilmir. Gecə yatanda qoyur, səhər də tam enerji ilə dolur. Telefonu götürəndə deyir ki, tam dolub. Düzdür, o dolub, amma lazım olan enerjini yığandan sonra da o dayanmır, enerji yığmağa davam edir. İnsan necə ki, doyandan sonra yeyəndə kökəlir, batareya da eləcə, şişir, sıradan çıxır. Ona görə, telefonun batareyası dolan kimi çıxarmaq lazımdır. Enerjiyə bağlı olanda telefonu istifadə etmək də düz deyil.
 
Telefonu tez-tez enerjidən ayırıb, yenidən taxmaq isə problem yaratmır. Əksinə telefondakı enerjinin tam bitməsi, sonra yenidən qoyulması batareyanın ömrünü uzadır. Köhnə enerji batareyadan boşalmalıdır ki, təzə enerji ilə uzunömürlü olsun. Köhnə enerji batareyada qalmamalıdır”.
 
C.Hümmətov telefonun sistemini çökdürən səbəblərin müxtəlif olduğunu deyir: "Virusları qeyd etdim. Ümumilikdə, sistemin çökməsi telefonun sxemindən, yerə çox düşməyindən də asılı olur. Sxemin ayaqları var və yerə düşdükcə, onun müəyyən ayaqları atır və sistem düzgün eşitməməyə başlayır və sıradan çıxır, tamamilə sönür. Onda plata bərpa olunmaq üçün təmirə gəlməlidir”.
 
Telefonun ömrü onun batareyasına əsasən hesablanır
 
Telefonu çox adam tez-tez yerə salır, lakin heç də həmişə ekran sınmır. Usta bildirdi ki, problem təkcə ekranla bağlı olmur: "Yerə düşmək təbii ki, telefonda problem yaradır. Amma hansı hündürlükdən, hara düşməyindən və telefonun modelindən çox şey asılıdır. Ola bilər ki, telefonu aşağı hündürlükdən yerə salırsınız, həmin an ekranda, yaxud sistemdə hər hansı problem hiss olunmur. Ancaq telefon yerə çox düşdükcə, zamanla problem yaranır”.
 
Ustanın sözlərinə görə, telefonun ömrü onun batareyasına əsasən hesablanır: "Bir orijinal batareyanın, yəni telefonun üstündə gələn batareyanın maksimum 2 iş işləmə müddəti var. 2 ildən sonra xarab olsa da, olmasa da, onu dəyişmək lazımdır. Amma sonra dəyişdiyimiz batareyalar o qədər uzunömürlü olurmu? Bu, artıq batareyaya görə dəyişir. Məlum məsələdir ki, bizdə əhalinin çoxu orta təbəqədir, hamı imkanlı deyil. Çox adam bahalı batareyaya pul verə bilmir. Ona görə, bizdə 80-90 faiz məhsul Çindən gəlir. Düzdür, o məhsullar o qədər də keyfiyyətsiz deyil, təbii ki keyfiyyətli olanlarını alırıq, onlara  zəmanət verə bilirik. Amma dəyişdiyimiz o məhsullara 2 il zəmanət vermirik, bir il deyirik. Səliqəli işlətsə, il yarım da gedir. Adam var gecə səhərə qədər enerjiyə taxılı qoyur və batareya şişir. İstifadə etmələrindən çox şey asılıdır.
 
2-3 ilə telefon tam sıradan çıxırsa, bu, istifadəçidən asılıdır. Telefonu qoruyan üzlüklərdən istifadə etmək yaxşı üsuldur. Onlar telefonu bir çox zərbələrdən qoruyur. İstifadəçinin yanaşmasından çox şey asılıdır. Müştəri var ki, 300 manatlıq telefonu 4-5 il işlədir, eləsi də var bundan 2-3 dəfə baha olanı daha tez xarab edir”.
 
Suya düşən telefona fen vurmaq olmaz
 
C.Hümmətov bildirdi ki, 1-2 il işlədikdən sonra xarab olan telefona "zavoddan problemli gəlmişdi” demək düz deyil: "Təbii ki, telefonda zavoddan gələn problem ola bilər, amma bu, 14 gün ərzində özünü göstərir. 1-2 ilə telefonda problem yaranırsa, deməli, istifadəçinin yaratdığı problemdir”.
 
Bir də telefonu suya düşməkdən qorumaq lazımdır, əgər düşübsə, onu çox qısa müddətdə ustaya göstərin: "Telefon nəm çəkdi, su keçirdisə, onu çox saxlamaq olmaz, maksimum 2-3 gün ərzində ustaya göstərilməlidir. 1 həftə sonra ustaya aparanda düzəlməyə bilər. Telefonun sxemi taxta üzərində qurulub. Telefon xarab olanda yəqin ki eşidibsiniz, deyirlər ki, platası dəyişilməlidir. O plata nazik taxtadır. Su qaldıqca taxta onu canına yığır və üstündəki sxemləri çürütməyə başlayır. Suya düşən telefonu fenlə qurutmaq olmaz. Onun dərmanı var, suyunu dağıdır. Biz ondan istifadə edirik. Üstəlik, suya düşmüş telefonlar enerjiyə taxılmamalıdır. Əgər batareyası çıxan telefondursa, suya düşən kimi batareyasını çıxarmaq lazımdır”.
 
Əli yaş-yaş telefona vurmayın
 
Nəinki suya düşmək, C.Hümmətov deyir ki, əli yaş-yaş telefona vurmaq da məsləhət deyil: "Düzdür, hamımız bunu edirik, amma çox etməsələr, yaxşı olar. Çünki telefonun alt hissəsinə su, nəmlik keçə bilir. Ekranın kənarları kleylidir deyə, əl yaş olanda su üstündə qalır. Ancaq telefonun içərisinə su keçəcək yerlərə əlimiz dəyəndə içəri su daxil olur, orda yığılır qalır. Sonra telefonda problem yaradır. Əli yaş halda telefona vurmağı məsləhət görməzdim”.
 
Müştərilər telefonla bağlı ən çox hansı problemlə ustaya müraciət edirlər? C.Hümmətov bildirdi ki, ən çox ekran sınması, bir də enerjiyə taxılan hissənin problemi ilə.
 
Usta sonda bildirdi ki, insanlar daha çox bahalı telefonları səliqəli işlədirlər: "Orta və ucuz qiymətə olan telefonları çox da ehtiyatla işlətmirlər, amma bahalı olanları əskinə, daha diqqətli istifadə edirlər”.Proqramla
rı silsəniz belə, yaddaşda müəyyən yer tutur
 
İT üzrə ekspert Rəşad Əliyev deyir ki, hətta sonra silsəniz belə, telefona həddindən artıq proqram yükləmək onun sürətini zəiflədə bilər: "Hər bir yüklənən proqram müəyyən qədər yaddaşda yer tutur. Və siz sonra o proqramı silsəniz belə, yaddaşda onun müəyyən bir elementləri qalır. Buna görə, siz çox proqram yükləməklə telefonu yükləmiş olursunuz. Hesab edin ki, 100 proqram yükləyibsiniz, sonra 80-nini silibsiniz, deyirsiniz ki, 20 proqram var. Amma 80-dən də hər hansının  məlumatları telefonda qalır. Oyun oynayırsınızsa, hansısa mərhələdə olmağınız, şəkil redaktə edibsinizsə, onun redaktə olunmuş variantı və s. belə şeylər telefonda qalır və telefonu yükləmiş olur. Ona görə, hər nə gəldi proqram yükləmək telefonun yaddaşına zərər vurur. Telefonun yaddaşı yükləndikcə, sürətini azaltmış olur. İnternetdən istifadə edəndə belə, sizin telefonunuza lazımsız fayllar düşür və keş yaddaşını doldurur. Keş dolduqdan sonra onu müəyyən vaxtdan bir profilaktika etmək lazımdır. Profilaktika olunmursa, düzgün təmizlənmirsə, müəyyən vaxtdan sonra telefonun yaddaşı sıradan çıxa, proqramlar səhv işləyə bilər. Bəzən səhv proqram yükləyirlər və telefona viruslar düşür və onlar proqramın ümumi fəaliyyətinə ümumi təsir edir. Bu vaxt da telefonun sürəti azalır və köhnəlmiş kimi olur”.
 
R.Əliyev bildirdi ki, telefonların nə qədər istifadə müddəti olduğunu ona verilən rəsmi zəmanətə əsasən müəyyənləşdirə bilərik: "Bir də telefonun rəsmi zəmanətinə baxmaq lazımdır. Əgər rəsmi zəmanət bir ildirsə, deməli, ömrü bir ildir, üç ildirsə, üç il. Avtomobil zavoddan çıxanda sonra 3-5 il istifadə tarixi müəyyənləşdirilir. Amma onu təmir edirlər, hissələri yenilənir və uzun müddət istifadəyə yararlı olur. Bildiyim qədəri ilə telefonlarda bu zaman kəsiyi 1-2 ildir. Ondan sonra artıq telefonda yenilənmə getməli, hissələrində əvəzlənmə olmalıdır. Məsələn, geyim alırsınız, onun ömrü standarta görə bir mövsümdür, ikinci mövsüm artıq rəngi qaça bilər. Təbii ki, belədə rəngi ilk mövsümdəki kimi olmayacaq. Eyni prinsipdir. Telefonların hamısının ömrü var. O müddətdən sonra da istifadə edə bilərsən, amma ilkin vaxtdakı kimi olmur. Geyimin rəngi qaçırsa, telefonda sürət zəifləyir”.
 
İnternetə çıxışı olmayan telefonlar niyə gec xarab olur?
 
Ekspert internetə çıxışı olmayan telefonların uzunömürlü olmasının səbəblərindən də danışdı: "Tutaq ki, hər hansı sayta daxil olursan, o məlumatlar telefonun keş yaddaşında qalır. İkinci dəfə həmin sayta daxil olanda görürsünüz ki, daha sürətli açılır. Keşdən həmin o məlumatlar açılır deyə, sayta daha tez daxil ola bilirsiniz. Ona görə, istifadə edildikcə telefonun keşi dolur. İnternetə çıxışı olmayan telefonlarda isə siz internetə girmədiyiniz üçün telefonun yaddaşı istifadə olunmur. Telefonun yaddaşı istifadə olunmadığı üçün həm enerjini yaxşı saxlayır, həm də telefonun yaddaşı yaxşı qalır. İnternetə çıxışı olmayan telefonların batareyasını bir dəfə doldurduqda bir həftə də işlətmək olar, amma digərlərini tez-tez doldurmağa məcbursan. Bu da telefonun sürətini aşağı salmış olur. İnterneti söndürüb iki gündən bir istifadə edirsənsə, bu, telefonun ömrünü bir az artırmış olur. İstismarla əlaqəlidir, nə qədər çox istifadə olunsa, o qədər tez xarab olur”.
 
 
Oxşar xəbərlər
17:00, Bu gün
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
16:53, Bu gün
Siqaretdən daha təhlükəli 5 qida
16:45, Bu gün
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
16:36, Bu gün
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
16:28, Bu gün
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
16:20, Bu gün
THY Brüsselə uçuşlarını təxirə salır
16:13, Bu gün
Qulaqlarınızı bunlarla təmizləməyin
16:05, Bu gün
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
15:45, Bu gün
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
15:36, Bu gün
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
15:28, Bu gün
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
15:20, Bu gün
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
15:08, Bu gün
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
15:00, Bu gün
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
14:50, Bu gün
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
14:43, Bu gün
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
14:35, Bu gün
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
14:34, Bu gün
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
14:28, Bu gün
Hamilə qadınlar bu qidaları yesin
14:20, Bu gün
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
14:16, Bu gün
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
14:08, Bu gün
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
14:00, Bu gün
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
13:54, Bu gün
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
13:45, Bu gün
Renkanın tədbirdə paltarı yandı - FOTO
13:37, Bu gün
Sürücülərə XƏBƏRDARLIQ
13:29, Bu gün
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
13:18, Bu gün
İsrail Livanda quru əməliyyatına hazırlaşır
13:10, Bu gün
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
13:02, Bu gün
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
12:56, Bu gün
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
12:48, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
12:40, Bu gün
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
12:33, Bu gün
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
12:25, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:18, Bu gün
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
12:10, Bu gün
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
12:00, Bu gün
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
11:46, Bu gün
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
11:39, Bu gün
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
11:39, Bu gün
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
11:38, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
11:35, Bu gün
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
11:30, Bu gün
Mövqelərimiz yenidən atəşə tutuldu
11:23, Bu gün
9 nəfəri daşqın apardı
11:15, Bu gün
İsrailin növbəti planı məlum oldu
11:08, Bu gün
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
10:57, Bu gün
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
10:50, Bu gün
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
10:46, Bu gün
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
10:39, Bu gün
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
10:35, Bu gün
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
10:25, Bu gün
İtlər hansı yuxuları görür? - Yatmış iti...
10:16, Bu gün
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
10:09, Bu gün
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
09:54, Bu gün
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
09:45, Bu gün
Premyer Liqa: "Qarabağ" "Sabah"la üz-üzə gələcək
09:38, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
09:30, Bu gün
Markov: Hiyləgər plan, yoxsa İran rüsvayçılığa üstünlük verir?
09:22, Bu gün
Gözlər Tehranda: İranın cavabı necə olacaq?
09:15, Bu gün
"Onlar qanun qarşısında cavab verməlidirlər!"
09:10, Bu gün
Bu qidalar ömrünüzü uzadacaq
08:59, Bu gün
Səidə bu həmkarlarını biabır etdi - VİDEO
08:51, Bu gün
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
08:40, Bu gün
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
08:31, Bu gün
ABŞ-ın bu ölkədəki bazası atəşə tutuldu
08:17, Bu gün
Ceyhun Bayramov: Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb
08:08, Bu gün
Oktyabr bu bürclər üçün uğursuz gəlir: İş mühitində problemlər, maliyyə itkisi...
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
07:20, Bu gün
Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
06:47, Bu gün
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 23:51
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
28 Sep 2024 | 23:10
Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 22:55
Millət vəkili şəhidin ildönümü mərasiminə qatıldı
28 Sep 2024 | 22:54
İran Livana könüllü qoşun göndərməyə hazırlaşır
28 Sep 2024 | 22:44
Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
28 Sep 2024 | 22:36
Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
28 Sep 2024 | 22:28
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
28 Sep 2024 | 22:20
Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
28 Sep 2024 | 22:13
Sentyabrın sonunda ÜÇ BÜRCÜN həyatı kəskin dəyişəcək
28 Sep 2024 | 22:05
Ostin İsrailin hücumuna görə onunla iki dəfə danışdı
28 Sep 2024 | 21:59
İraqda əhali ABŞ səfirliyinə hücum çəkdi
28 Sep 2024 | 21:55
“BMT-dəki çıxışından sonra onun əlini sıxmaq üçün növbəyə durdular” - FOTO
28 Sep 2024 | 21:50
Şimpanze 8 aylıq körpəni öldürdü, insanlar belə qisas aldı
28 Sep 2024 | 21:43
Bu bürclər daim kasıb qalacaqlar - PROQNOZ
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 21:32
Ahu Tubaya hörmətsizlik- “Qızı Hülya Avşarın, Banu Alkanın dəfnə gəlməməsinə əsəbləşdi”-ÖZƏL
28 Sep 2024 | 21:30
İranda beş günlük matəm elan edildi
28 Sep 2024 | 21:20
İmmunitet sistemini gücləndirən mövsümi qidalar
28 Sep 2024 | 21:16
ABŞ Ukraynadan atəşkəs planı gözləyirdi - Keçmiş səfir
28 Sep 2024 | 21:08
Nəvəsini efirə gətirib aparıcı olmasını istədi
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 20:49
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
28 Sep 2024 | 20:45
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
28 Sep 2024 | 20:37
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
28 Sep 2024 | 20:32
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
28 Sep 2024 | 20:29
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
28 Sep 2024 | 20:24
Kök pəhrizi ilə arıqlayın
GÜNLÜK
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 18:05
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 17:47
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
28 Sep 2024 | 18:20
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
28 Sep 2024 | 17:31
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 18:16
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 18:05
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 17:47
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
28 Sep 2024 | 18:20
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
28 Sep 2024 | 17:31
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 18:16
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib