3125
10 Jun 2024 | 22:01

"Tamara" mahnısı niyə trendə çevrildi? - VİDEO

Özbək müğənnisi Boburbek Arapbaevə məxsus olan "Tamara" mahnısı ölkəmizdə bir çox mügənni tərəfindən oxunaraq trendə çevirilib.
 
Tanınmış müğənni Aynur Nəbiyeva iddia edir ki, özbək mahnısını ilk dəfə o ifa edib və bu barədə açıqlama da verib. Hətta ondan sonra oxuyan müğənnilərə öz etirazını bildirərək, mahnını öz adlarına özələşdirməməyə çağırmışdı.
 
Müğənni ötən gün Masallı toylarının birində səsləndirdiyi "Tamara" mahnısını "TikTok" səhifəsində paylaşaraq qısa zamanda yüz minlərlə izləyici toplamış, həmçinin mahnının onun repertuarında səslənməsi izləyicilər tərəfindən maraqla qarşlanaraq müsbət rəylər yazılıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər