“Rus müstəmləkəçilərinin əli ilə məhv edilmiş Azərbaycan milli dövlətçiliyi yenidən dirçəldi...”-Tariximizə fərqli baxış...
Elm və Təhsil
Oxunub: 2577
05 Jun 2024 | 19:17
“Rus müstəmləkəçilərinin əli ilə məhv edilmiş Azərbaycan milli dövlətçiliyi yenidən dirçəldi...”-Tariximizə fərqli baxış...
"İngilislər Azərbaycan neftini ardı-arası kəsilmədən ölkədən daşıyıb aparırdı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Dünyaya nümunə olacaq yeni tipli dövlət…- XXXIX mövzu
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması. Milli hökumətin daxili və xarici siyasəti. Paris Sülh konfransı.
 
 1918-ci il mayın 26-da Gürcüstanın Zaqafqaziya Federasiyasından çıxıb özünün istiqlaliyyətini elan etməsindən sonra, ertəsi gün Tiflisdə Zaqafqaziya Seyminin müsəlman fraksiyası 26 nəfərin iştirakı ilə özünü Azərbaycanın Müvəqqəti Milli Şurası elan etdi. 24 nəfər Milli Şuranın elan olunmasının lehinə səs verdi, 2 nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qaldı. Həmin vaxt Batumda olan M.Ə.Rəsulzadənin sədr seçildiyi Milli Şura 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin, yeni tipli dövlətimizin yaradıldığını elan etdi, “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Altı bəndlik bu tarixi sənədlə müstəqillik, dövlətçiliyimizin bərpa olunması, xalq cümhuriyyəti forması, ali hakimiyyətin xalqa məxsus olduğu, milli xarakteri və siyasəti, vətəndaşların bərabərliyi, keçid dövrü və Müəssislər Məclisinin çağırılacağı elan olundu [3]. Dövlətimizin ərazisi 114 min kv.km, əhalisi təxminən 2,8 milyon nəfər təşkil edirdi [17, s. 196]. Azərbaycan rəhbərliyi dərhal erməni iddiaları ilə üzləşdi. Onlar Azərbaycanla eyni vaxtda müstəqilliklərini elan etdilər, lakin dövlət quracaqları bir ərazi və siyasi mərkəz yox idi. Azərbaycan Antanta dövlətlərinin təkidi ilə İrəvan şəhəri və ətrafını (təxminən 9 min kv.km.) ermənilərə güzəştə getdi. Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı ilə həmin ərazi ermənilərə verildi [24].
Müvəqqəti Milli Şura hökumətin- Nazirlər Kabinetinin təşkil olunmasını Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinetinin tərkibini təsdiq etdi. Hökumətə F.X.Xoyski ilə yanaşı Nəsib bəy Yusifbəyli (maliyyə və maarif naziri), Məhəmmədhəsən Hacınski (xarici işlər naziri), Xosrov bəy Sultanov (hərbi nazir), Xəlil bəy Xasməmmədov (ədliyyə naziri) və digərləri daxil oldu.
1918-ci il iyunun 16-da Müvəqqəti Milli Şuranın üzvləri və AXC-nin ilk hökuməti Tiflisdən Gəncəyə (1918-ci il iyulun 30-da şəhərin qədim adı özünə qaytarıldı) gəldi və dərhal da çox çətin problemlərlə üzləşdi. Bu zaman Gəncədə siyasi vəziyyət son dərəcə mürəkkəb idi. Gəncədəki siyasi qüvvələrin bir qrupu Azərbaycana köməyə gəlmiş türk qoşunlarının komandanı Nuru Paşanı (1889-1949) inandıra bilmişdi ki, Tiflisdən gələnlər heç də Azərbaycan xalqının arzu və istəklərinin təmsilçiləri yox, bir qrup siyasətbazlardır. Milli Şura Gəncəyə gələn kimi Nuru Paşa tərəfindən son dərəcə soyuq qarşılandı. Nuru Paşanın müşaviri Əhməd bəy Ağaoğlu Fətəli xan Xoyski ilə söhbətində Müvəqqəti Milli Şuranın buraxılması və yeni hökumət kabinetinin təşkil olunmasını təklif etdi. M.Ə.Rəsulzadə güzəştə gedərək, sədrlik etdiyi Milli Şuranın buraxılmasına razılaşdı. Milli Şura buraxıldı, bütün hakimiyyət yenə də F.X.Xoyskinin sədrliyi ilə təşkil olunmuş ikinci hökumət kabinetinə verildi [20].
Azərbaycanda özünəməxsus ikihakimiyyətlilik bərqərar oldu. Bir tərəfdə daşnak-bolşevik yaraqlılarının süngülərinə söykənən, 1918-ci ilin mart-aprel aylarında Azərbaycanı qana boyamış Bakı Soveti və daha sonra eyni dərəcədə xalqa yad olan Sentrokaspi diktaturası, digər tərəfdə isə Gəncədə qərar tutmuş Azərbaycan milli hökuməti mövcud idi.
 
 İyunun 21-də hökumətin qərarı ilə AXC-nin üzərində aypara və səkkizguşəli ulduz olan al qırmızı Dövlət Bayrağı təsdiq olundu (sonralar noyabrın 9-da bu bayraq Azərbaycan Respublikasının indi qüvvədə olan bayrağı ilə əvəz olundu), [20, s. 22-23] iyunun 26-da ilk hərbi hissə-əlahiddə korpus yaradıldı, [14] iyunun 27-də Azərbaycan türkcəsi dövlət dili elan edildi [19]...
 
Hər kəs başa düşürdü ki, Bakı ləngimədən azad olunmalıdır. Qafqaz İslam Ordusu Gəncədən hərəkətə başlayaraq, iyunun 27-də Göyçay yaxınlığında sovet qoşunlarını məğlub etdi, daha sonra irəliləyərək iyulun 10-da Kürdəmir və Şamaxını azad etdi. Bakıda siyasi böhran iyulun 31-də “Bakı kommunası”nın süqutu və avqustun 1-də “Sentrokaspi diktaturası” deyilən hökumətin qurulması ilə nəticələndi. Bu hökumət eser, menşevik və daşnaklardan ibarət idi. Onların dəvəti ilə avqust ayında general Denstervil başda olmaqla ingilis hərbi qüvvələri Bakıya gəldi. Almaniya və Rusiya arasında 1918-ci il avqustun 27-də Azərbaycana qarşı yönəlmiş saziş imzalandı. Sazişin 12-ci maddəsində göstərilirdi: «Almaniya Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı üçüncü dövlətə heç bir yardım etməyəcək. Rusiya Bakı vilayətində neft çıxarılmasını bütün imkanları daxilində artıracaq, çıxarılan neftin 1/4-ni Almaniyaya verəcək». Az sonra Berlinə gedən baş nazir Tələt paşa (1874-1921) təcili şəkildə 27 avqust sazişinin ləğv edilməsini Almaniyadan tələb etdi. Bu addım Bakının azad edilməsində mühüm əhəmiyyətə malik oldu, prosesi sürətləndirdi. İngilislərin köməyə çağırılmasına baxmayaraq, Sentrokaspi hökuməti Bakını əldə saxlaya bilmədi və 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu və Milli Ordunun hissələri ağır döyüşlərdən sonra Bakını azad etdi. Sentyabrın 17-də F.X.Xoyskinin başçılıq etdiyi hökumət də Gəncədən Bakıya gəldi [21, s.30]. Təxminən 4 ay davam edən ikihakimiyyətlilik başa çatdı və bütün ölkədə qanuni Azərbaycan hakimiyyəti bərqərar oldu. Rus müstəmləkəçilərinin əli ilə məhv edilmiş Azərbaycan milli dövlətçiliyi yenidən dirçəldi...
 
Nisbətən qısa müddət ərzində əldə olunmuş hərbi və siyasi nailiyyətlərə baxmayaraq, gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə işləməli oldu. 1918-ci il 30 oktyabr tarixli Mudros sazişinə görə Osmanlı Türkiyəsi 1-ci Dünya müharibəsində öz məğlubiyyətini etiraf edib qoşunlarını Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan çıxarmaq məcburiyyətində qaldı [13]. Belə şəraitdə 1918-ci il noyabrın 16-da Milli Şura öz fəaliyyətini bərpa etdi…
 
General V.Tomsonun başçılığı ilə ingilis qoşunlarının 1918-ci il noyabrın 17-də yenidən Bakıya yeridilməsi vəziyyəti son dərəcə kəskinləşdirirdi. İngilis komandanlığının Azərbaycan Respublikasının istiqlaliyyəti ideyasının özünə necə yanaşacağını heç kəs bilmirdi. Fəaliyyətini bərpa etmiş Milli Şura noyabrın 20-də “Azərbaycan parlamentinin yaradılması haqqında” qərar qəbul etdi. Bu qərara görə 120 nəfərdən ibarət birpalatalı parlament yaradılmalı idi. AXC parlamentinin formalaşdırılması son dərəcə mürəkkəb şəraitdə aparılırdı. Deputatların əsas hissəsini Milli Şuranın 44 üzvü təşkil edir, digər müsəlman deputatlar isə şəhər və qəzalardan, keçmiş milli komitələrin üzvlərindən seçilirdi. AXC parlamentinin təşkili üçün əsas kimi götürülmüş milli nümayəndəlik prinsipinə müvafiq olaraq erməni və rus milli şuralarına öz deputatlarını parlamentə göndərmək təklif olunmuşdu…
 
1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli şəraitdə öz işinə başladı. Azərbaycan parlamenti Məclisi Məbusan (Nümayəndələr Məclisi) adlanırdı. Ə.M.Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev sədrin birinci müavini seçildi. Parlamentə 11 müxtəlif fraksiya və qrupu təmsil edən 97 deputat seçilmişdi. Bitərəflər qrupu ilə birləşmiş müsavatçılar parlamentdə ən çoxsaylı fraksiyanı (38 deputat) təşkil edirdilər. Sonrakı yerləri ittihadçılar, sosialist bloku, Əhrar, Slavyan-rus cəmiyyəti, milli azlıqlar fraksiyası, erməni fraksiyası və “Daşnaksütyun” fraksiyası tuturdu. Bitərəflər, partiyaların fövqündə duranlar, və sol bitərəflər ayrıca qrup təşkil edirdilər [6, s.11-12].
 
1918-ci il dekabrın 26-da F.Xoyski yeni Nazirlər şurasının tərkibini parlamentin təsdiqinə təqdim etdi. Yeni koalisiya hökumətinin təşkili başa çatan kimi general Tomson xüsusi bəyannamə ilə çıxış edərək bu hökuməti yeganə qanuni hökumət kimi tanıdığını bildirdi [8]. Bu, ADR liderlərinin mühüm siyasi-diplomatik qələbəsi idi.
 
1918-ci il sentyabrın 1-də AXC-nin Hərbi Nazirliyi yaradılmışdı. Ona baş nazir F.Xoyskinin özü başçılıq edirdi. General Səməd bəy Mehmandarov hərbi nazirin müavini təyin olunmuşdu. 1918-ci il dekabrın sonunda general S.Mehmandarov hərbi nazir, general Ə.Şıxlinski hərbi nazirin müavini vəzifələrinə təyin olundular [12, s. 343].
 
AXC ölkənin sosial-iqtisadi, mədəni həyatının yenidən qurulması sahəsində də xeyli iş görə bildi. Hökumətin iki əsas tədbirini: ərzaq məhsullarının ölkədən çıxarılmasına qadağa qoyulması, həmçinin ticarət donanması və neft sənayesinin milliləşdirilməsinin ləğv olunmasını qeyd etmək olar. Respublika hökuməti fəhlələrin həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir və iqtisadi böhrandan çıxış yolları axtarırdı. 1919-cü il yanvarın axırlarında Əmək Nazirliyi fəhlələrə və sahibkarlara müraciət edərək sənayeni dirçəltmək naminə onları öz aralarında əməkdaşlığı möhkəmləndirməyə çağırdı [5, s.63-65].
 
Təəssüf ki, Azərbaycan öz zəngin neft ehtiyatından istifadə edə bilmədi. Tomsonun başçılığı ilə 1918-ci ilin noyabrında Bakıya gələn ingilislər özlərini ölkənin sahibi kimi aparırdılar. Bakıda icraedici və məhkəmə hakimiyyəti bütövlükdə general Tomsonun əlində cəmləşmişdi. 1918-ci il noyabrın 29-dan Xəzər Gəmiçilik İdarəsinin bütün gəmiləri ingilis komandanlığının əlinə keçdi. İngilislər Azərbaycan neftini ardı-arası kəsilmədən ölkədən daşıyıb aparırdı [5, s.63]...
 
AXC maarif və mədəniyyətin inkişafında az iş görmədi. Ölkənin müəllim kadrlarına ehtiyacını nəzərə alan milli hökumət, ölkənin müxtəlif yerlərində kişi və qadın müəllimlər hazırlayacaq pedaqoji kurslar təşkil etdi. Azərbaycan parlamentinin 1919-cü il 1 sentyabr tarixli qərarına əsasən həmin ilin noyabrında Bakı Universiteti fəaliyyətə başladı [4, s.9]. Müsəlman tarixində ilk dünyəvi ali məktəb olan Bakı Dövlət Universitetində işləmək üçün dövrün dəyərli mütəxəssisləri dəvət edilmiş, M.Ə.Rəsulzadənin özü də burada Şərq ədəbiyyatından mühazirə kursları oxumuşdur. AXC həmçinin mütərəqqi seçki sistemi yaratdı, bütün vətəndaşlara, o cümlədən qadınlara seçki hüququ verildi. AXC dövründə milli teatrın inkişafında müsəlman və türk mədəniyyətinin öyrənilməsi və təbliğində də xeyli iş görülmüşdür [5, s. 95, 98, 100, 101]. 1918-1920-ci illərdə milli mətbuat xeyli inkişaf tapmışdır. 1919-cü ildə qəbul olunmuş mətbuat qanunu hər cür senzuradan kənar azad mətbuatın formalaşması üçün əlverişli şərait yaradırdı [5, s. 73-78].
 
 Müstəqilliyini elan etmiş gənc Azərbaycan Cümhuriyyəti xarici siyasət məsələlərinə də xüsusi diqqət yetirirdi. Xarici siyasətin əsas istiqamətləri dövlət müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına nail olunması, qonşu dövlətlərlə mehriban münasibətlər yaradılması və digər məsələlərdən ibarət idi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox xarici amillərlə bağlı idi...
 
Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 1918-ci il 4 iyunda Batumda imzalanmış “Dostluq haqqında” müqavilə təşkil edirdi. 4 iyun müqaviləsi və iyunun ortalarında imzalanan əlavə sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi [1, s. 41-42]. Hələ Batumda olan M.Ə.Rəsulzadə və M.H.Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədi ilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Həmin müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi müttəfiq Almaniyanın etirazına səbəb olmasın. Ona görə də qarşılıqlı razılıq əsasında Osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı...
 
1918-ci ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Üçlər İttifaqı məğlub oldu. Oktyabr ayının 30-da təkcə Türkiyə üçün deyil, Azərbaycan Cümhuriyyəti üçün də son dərəcə ağır olan Mudros müqaviləsi imzalandı. Müqavilənin 11-ci maddəsinə görə Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, 15-ci maddəyə görə Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi [23, s.188]. Noyabrın 10-da Azərbaycan hökuməti respublikanı tərk edən Türkiyə ordusunun şərəfinə ziyafət verdi. Türkiyə qoşunları həmin gün Bakıdan, az sonra isə bütün Azərbaycandan çıxdı [15]...
 
Cənubi Qafqazın üç yeni respublikası- Azərbaycan, Gürcüstan və Ermənistan arasında sülh və sabitliyin yaradılması çox çətin oldu. İranla münasibətlərdə də əvvəlki narazılıqlar, daha çox isə anlaşılmazlıqlar 1919-cü ilin ortalarından etibarən öz yerini əməkdaşlıq meyllərinə verməyə başladı. Həmin ilin payızında yaradılan birgə Azərbaycan-İran komissiyasının gərgin işi nəticəsində iki dövlət arasında münasibətlərin bir sıra tərəflərini əhatə edən müqavilə və saziş hazırlandı. 1920-ci il mart ayının 20-də iki dövlət arasında əməkdaşlığın bütün sahələrini əhatə edən 7 müqavilə və saziş imzalandı [7]. Məğlubiyyətdən sonra çətin vəziyyətə düşmüş Türkiyə ilə də əlaqələr bərpa edilməyə başlamış, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminli İstanbula səfir təyin edilmişdi [16]. Azərbaycan diplomatiyası Avropa və Qafqazdakı fəaliyyətində həyatla ölüm arasında mübarizə aparan Anadolu türklərinin mənafeyini müdafiə edirdi...
 
Rusiya və Ermənistanla münasibətlər bütün dövr ərzində qeyri-stabil olaraq qaldı. Azərbaycan diplomatiyasının ciddi-cəhdlərinə baxmayaraq bu dövlətlərlə normal münasibətlər yaratmaq mümkün olmadı. 1918-ci ilin yayından başlayaraq türk xalqının qəddar düşməni Andronik Naxçıvan və Zəngəzur bölgələrində Azərbaycan sərhədlərini pozub dinc əhaliyə qarşı kütləvi qırğınlara başladı. Erməni quldur dəstələri Zəngəzur əhalisindən tələb edirdilər ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da Zəngəzuru boşaltsınlar. Lakin əhali Andronikin bu həyasız tələbini rədd edərək öz torpaqlarının müdafiəsinə qalxdı [9, s.291-292]. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberiniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər və əhalisini soyqırımına məruz qoydular. Həmin ərazilərin 100 mindən artıq türk-müsəlman əhalisi öz dədə-baba yurdlarından qovulub didərgin oldu [11, s.2-4].
 Bu təhdidlərə qarşı Azərbaycan hökuməti bir sıra zəruri addımlar atdı. 1919-cü il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ general-qubernatorluğu yaratdı. Həmin ilin fevralında Xosrov bəy Sultanov general-qubernator təyin edildi [18, s. 410]. 1919-cü ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində respublikanın qanuni hakimiyyəti Qarabağda bərpa edildi. Qarabağın dağlıq hissəsində, Zəngəzurda və digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov böyük xidmət göstərdi…
 
“Böyük Ermənistan” iddialarına daxil olan ərazilərdən biri də Naxçıvan bölgəsi idi. Naxçıvanda 1918-ci ilin noyabrında Araz Türk Respublikası yaranmışdı. Respublikanın ərazisinə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Şərur, Naxçıvan, Ordubad qəzaları daxil olmuşdu. Paytaxt əvvəlcə İğdır, sonra Naxçıvan şəhəri idi. Hökumətin Bakı uğrunda döyüşlər apardığı bir dövrdə bu respublika əhalinin daşnak hücumlarından qorunmasında faydalı işlər gördü. Əmir bəy Nərimanbəyovun rəhbərlik etdiyi bu respublika ermənilərin hücumları nəticəsində 1919-cu ilin yazında süquta uğradı [10]…
Ən ağır mübarizə Paris Sülh Konfransı çərçivəsində gedirdi. Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün Əlimərdan bəy Topçubaşov sədr, Məmmədhəsən Hacınski sədrin müavini, nümayəndə heyətinin üzvləri – Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağaoğlu və müşavirlər Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli olmaqla nümayəndə heyətini təsdiq etdi [2]. 1919-cü ilin yanvarında həmin nümayəndə heyəti İstanbula yola düşdü. Heyət İstanbula gəldikdən sonra 1919-cü ilin aprelinə qədər ləngidi, çünki müttəfiq qoşunlarının komandanlığı hər vasitə ilə onun Paris Sülh Konfransında iştirakına mane olurdu. Lakin heyət Parisə çata bildi və artıq 1919-cü il mayın 28-də ABŞ prezidenti V.Vilsonla da görüşdü. Görüşün nəticələri çox da ümidverici deyildi. ABŞ prezidenti qeyd etmişdi ki, dünyanın kiçik ərazilərə parçalanmasını Sülh Konfransı istəmir və Azərbaycan məsələsinə Rusiya məsələsi həll olunduqdan sonra baxıla bilər. Lakin bolşevik təhlükəsinin güclənməsi ilə Qafqazda yaranmış vəziyyət Antanta ölkələrini ciddi şəkildə düşünməyə və real əməli addımlar atmağa məcbur etdi. Bu məqsədlə 1920-ci il yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Burada İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə Qafqaz respublikalarına münasibətə dair müzakirə aparıldı. O, öz çıxışında baş nazir Lloyd Corcun Azərbaycan və Gürcüstanın müstəqil dövlət kimi tanınmaq məsələsini Ali Şuranın gündəliyinə çıxartmaq niyyətində olduğunu bildirdi. «Erməni məsələsi»nə gəldikdə isə onu «Türkiyə məsələsi» ilə bir yerdə həll etmək nəzərdə tutulurdu. Yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycan və Gürcüstanın müstəqilliyinin de-fakto tanınmasına dair qərar qəbul etdi [22].
 
1920-ci il aprelin ortalarında Azərbaycan parlamenti Böyük Brtaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada AXC-nin diplomatik nümayəndəliklərinin açılması haqqında qanun qəbul etdi. Türkiyə, Gürcüstan kimi qonşu ölkələrlə diplomatik əlaqələr genişləndi. Bu dövrdə Bakıda 20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərməyə başladı [5, s. 162]…
 
Ədəbiyyat:
 
1. Abbasov İ.Q. Batum konfransı və Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasətinin bəzi məsələləri.- Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2014, № 3.
 
2. Ağayev R. 100 il əvvəl Azərbaycanın müstəqilliyi Parisdə tanınıb.- “525-ci qəzet”, 2020, 31 yanvar, s.13.
 
3. Azərbaycan Cümhuriyyəti Hökumət qanun və binagüzarlıqları məcmuəsi, 1919, № 1, s.5-7. Prezident Kitabxanası. 28 may 1918-ci il.-archive.ph/20160114082647/ htpp://axc.preslib.az/az_b1.html.
 
4. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti 1918-1920. Bakı, “Gənclik” nəşriyyatı, 1990.
 
5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2 cilddə, I cild. Baş redaktor Yaqub Mahmudov. Bakı, “Lider nəşriyyat”, 2004.
 
6. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar), I cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1998.
 
7. Azərbaycan-İran münasibətləri, s.1.- Prezident Kitabxanası.- files.preslib.az/projects/azerian/a1.pdf.
 
8. Bakı İngilis general-qubernatorluğu.- Azərbaycan Milli Ensiklopediyası.- ensiklopediya.gov.az/az/terms/1824/cild/15.
 
9. Hacıyev İ. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Naxçıvan, “Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi”, 2010.
 
10. Hacıyev İ. Araz-Türk Respublikası.- “Təfəkkür” jurnalı, № 1(10), 2016, s.47, 51, 53, 57.- elibrary.az/docs/JURNAL /jrn2016_162.pdf.
 
11. İsgəndərov A. 1918-1920-ci illər türk-müsəlman soyqırımları.- “Azərbaycan” qəzeti, 2009, 31 mart. s. 2-4.
 
12. Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
 
13. Mudros barışığı: 1918-ci il, 30 oktyabr.- tarix.konspekt.az/sulh/2765-mudros-bar1918-ci-il-30-oktyabr.html.
 
14. Süleymanov M. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu.- Strateji təhlil, 2018, № 1-2 (23-24), s. 333.- elibrary.az/docs/jurnal/jrn2018_464.pdf.
 
15. Şamiyev S. Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlərlə əlaqələri.- academia.edu/41045522 /AXC_dövrü.
 
16. Yusif Vəzir Çəmənzəminlinin Osmanlı dövrü fəaliyyəti. Araşdırma.- modern.az/az/news/162392/yusif-vezir-ccedilemenzeminlinin-osmanli-doumlvrunml-fealiyyeti-arasdirma.
 
17. İsgenderli A. (foreword by Justin McСarthy). Realities of Azerbaijan 1917-1920. USA: Xlibris Corporation, 2011.
 
18. Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты (Сборник документов). Баку, изд. «Азербайджан», 1998.
 
19. Алекберли Ф. История государственного языка в Азербайджане. ELM. History & Heritage Vebsite.- aamh.az/alakbarli/ index.files/188.htm.
 
20. Ахмедов С. Государственный флаг Азербайджанской Республики // журнал: İRS, 2010, № 2 (44).
 
21. Балаев А. Азербайджанское национально-демократическое движение 1917-1920 гг., s. 26-28.- anl.az/el/Download/2017/03/1-670755.pdf.
 
22. Запоздалое признание: об успехах АДР на Парижской Мирной Конференции (1919-1920).- azerhistory.com/?p=48672.
 
23. Ключников Ю.В., Сабанин А. Международная политика нового времени в договорах, нотах и декларациях. Часть II. Москва, «Литиздат», 1926.
 
24. Национальный совет Азербайджана подарил Ереван армянам…- regnum.ru/news/1457022.html; Протокол № 3 заседания Мусульманского Национального Совета 29 мая 1918 г. Тифлис. «Протоколы заседаний мусульманских фракций Закавказского Сейма и Азербайджанского Национального Совета 1918 г.». Баку, “Adiloğlu”, 2006.
 
 
Oxşar xəbərlər
08:54, Bu gün
Eynşteynin məktubu 4 milyon dollara satıldı-FOTO
08:41, Bu gün
Laçına növbəti köç karvanı YOLA SALINDI
07:27, Bu gün
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
07:09, Bu gün
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
10 Sep 2024 | 23:49
"Space X" kosmosa ilk özəl missiya göndərib
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - ekoloqdan TƏKLİF: “Sellofan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
10 Sep 2024 | 23:14
Rusiyada tarix yenidən yazılır: siyasi repressiyalar qurbanlarının sayı azalacaq
10 Sep 2024 | 23:02
"MEDİALAB” televiziya proqramına start verildi
10 Sep 2024 | 23:00
Həkim yaşlı insanlar arasında qidalanma ilə bağlı əsas səhvləri açıqlayıb
10 Sep 2024 | 22:53
ABŞ-da hava limanında iki təyyarə toqquşdu - FOTO
10 Sep 2024 | 22:45
Macarıstan Rusiya neftini Ukrayna vasitəsilə alacaq - Bloomberg
10 Sep 2024 | 22:38
İsraildən Hizbullaha növbəti böyük zərbə...
10 Sep 2024 | 22:30
Hamilə qadın naməlum səbəbdən öldü
10 Sep 2024 | 22:22
İran intihar məngənəsində: hər il 80 min cəhd
10 Sep 2024 | 22:14
Ən faydalı çay növləri – Bu xəstəliklərə çarədir
10 Sep 2024 | 22:12
Yer kürəsinə "QİYAMƏT" XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq
10 Sep 2024 | 22:06
“İran Air”ə qarşı sanksiya
10 Sep 2024 | 21:58
Rus ordusu Kurskda əks-hücuma keçdi
10 Sep 2024 | 21:50
Rusiya Hərbi-Dəniz Donanması strateji təlimlərə başlayıb
10 Sep 2024 | 21:43
İrəm özünü tanınmaz hala saldı - FOTO
10 Sep 2024 | 21:35
Ronaldo Vinisiusa şans tanımadı - “Qızıl top”u o qazanacaq
10 Sep 2024 | 21:28
Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ EDİLDİ - Rusiyaya getməyin
10 Sep 2024 | 21:20
Bu məktəblər birləşdirilir? – RƏSMİ AÇIQLAMA
10 Sep 2024 | 21:13
Qəzza ilə bağlı danışıqlarda iştirak etmirik - Kirbi
10 Sep 2024 | 21:05
ABŞ və Böyük Britaniyauzaqvuran silahla Rusiyaya zərbə endirmək üçün Ukraynaya icazə verəcək?..
10 Sep 2024 | 20:58
“Alov qüllələri” arasında yeriyən görün kim imiş – VİDEO
10 Sep 2024 | 20:50
“Müsəlman qardaşları” qurucusunun nəvəsi qadın zorlayıb – TƏFƏRRÜATLAR
10 Sep 2024 | 20:44
"Meta"nın sahibi nə Trampı, nə Harrisi dəstəkləyəcək
10 Sep 2024 | 20:38
Payızda bu vərdişlər xəstələnməyə səbəb olur
10 Sep 2024 | 20:30
ABŞ “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara hazırlayıb
10 Sep 2024 | 20:23
Prezident əlcəzairli həmkarını təbrik etdi
10 Sep 2024 | 20:18
“Pulemyotçu qızlar “dron ovu”nu “inhisara” götürür”
10 Sep 2024 | 20:15
Hadisənin sərvət dəyərində geyimi müzakirə yaratdı - VİDEO
10 Sep 2024 | 20:10
Bu çərəz gözlərə çox faydalıdır
10 Sep 2024 | 20:03
Neft 3 ildən sonra KƏSKİN UCUZLAŞDI
10 Sep 2024 | 19:57
“Ukrayna-Rusiya müharibəsinin taleyi Qərbin hərbi-maliyyə dəstəyindən asılıdır”
10 Sep 2024 | 19:53
Rəsmi Bakıdan Paşinyana CAVAB
10 Sep 2024 | 19:45
“Ölüm və qan – bu, onların gəlişi üçün dəvətnamədir”
10 Sep 2024 | 19:43
Amerikalılar Ukraynaya yardımın artırılmasına qarşı çıxdı
10 Sep 2024 | 19:37
Müəllimlərin nəzərinə: Müsahibənin nəticələri açıqlandı
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 19:28
Birce Akalay özündən 4 yaş kiçik aktyora ərə gedir? - FOTOLAR
10 Sep 2024 | 19:20
Təbrizli həkim bu ixtirasına görə ABŞ-da qızıl medal aldı
10 Sep 2024 | 19:13
Bürclər istədiklərinə necə nail olurlar? – Hiyləgərlik, yalan...
10 Sep 2024 | 19:08
“Chatbot” nədir, istifadə zamanı nəyə diqqət edilməlidir?
10 Sep 2024 | 19:02
ABŞ dominantlığını saxlamağa çalışır - Putin
10 Sep 2024 | 18:56
Oğlunu xilas etmək üçün ata qeyri-adi dərman hazırlayır
10 Sep 2024 | 18:50
Çinlilər bu yeni telefona heyrandılar – Özəllikləri nələrdir?
10 Sep 2024 | 18:43
Türkiyədə dizel bu tarixdən UCUZLAŞACAQ
10 Sep 2024 | 18:38
Ermənistanda İES-də güclü partlayış baş verdi
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 18:30
Cavanşir Feyziyev: “Azərbaycan Prezidenti bu tarixi missiyanın öhdəsindən layiqincə gələcək”
10 Sep 2024 | 18:25
Azərbaycanda Əlincədağ təbiət abidəsi yaradılır
10 Sep 2024 | 18:25
Ermənistanda Azərbaycanla delimitasiya üzrə sənədə baxılacaq tarix BİLİNDİ
10 Sep 2024 | 18:20
ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO
10 Sep 2024 | 18:17
Azərbaycanda "Tik-Tok"dan pul qazananlardan VERGİ TUTULACAQ
10 Sep 2024 | 18:10
İşdən çıxarıldınız? - Yeni işə başlamağın faydalarını oxuyun
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:07
Laçınla qonşu şəhərin meri həbsə atıldi...-RƏSMİ
10 Sep 2024 | 18:05
Bu tərəvəzi süfrənizdən əskik etməyin
10 Sep 2024 | 18:00
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib - FOTO
10 Sep 2024 | 17:58
İlham Əliyev onları mükafatlandırdı
10 Sep 2024 | 17:56
Komitə sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib - FOTO
10 Sep 2024 | 17:52
ADNSU-da “Nova University Lisbon” ali təhsil müəssisəsi ilə əməkdaşlıq müzakirə olunub - FOTO
10 Sep 2024 | 17:50
Prezident Lamiyə və Orxanı təltif etdi
10 Sep 2024 | 17:47
BDU əməkdaşlarının maaşları artırıldı
10 Sep 2024 | 17:44
Prezident sərəncam imzaladı
10 Sep 2024 | 17:41
Hər gün pomidor yeyin, şəkəriniz, təzyiqiniz və hətta çəkiniz azalacaq...
10 Sep 2024 | 17:35
ADNSU-da COP29 ilə bağlı forum keçiriləcək
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 17:24
İransayağı “soyqırım”
10 Sep 2024 | 17:17
BMT İsrailə qarşı qətnamə layihəsini səsverməyə çıxaracaq
10 Sep 2024 | 17:14
Üç ölkənin nazirləri arasında saziş imzalandı - FOTO
10 Sep 2024 | 17:12
“Əhalisinin 52 faizi soydaşlarımız olan ölkəni düşmən elan etmək doğru olarmı?..”-Sabiq səfir
10 Sep 2024 | 17:06
“South China Morning Post”da Azərbaycanla bağlı məqalə dərc olundu
10 Sep 2024 | 17:00
Bakı metrosuna gizli girənlərin cəzası bəlli oldu - FOTO
10 Sep 2024 | 16:54
22 yaşlı oğlan qadını şantaj edib pul aldığı üçün tutulub
10 Sep 2024 | 16:48
Narini öldürməkdə şübhəli bilinən əmisi əslində onun atasıdırmı? - TƏFƏRRÜAT
10 Sep 2024 | 16:42
Bakıda hamı evini bu şəxslərə kirayə verir - Buna görə imiş...
10 Sep 2024 | 16:36
MSK-dan 3 dairə ilə bağlı YENİ AÇIQLAMA
10 Sep 2024 | 16:30
Himnimizi səsləndirən Karenin həyat yoldaşı: "Əliyevlə Ərdoğanın qarşısında..."
10 Sep 2024 | 16:25
Narkoloji mərkəzin direktoru və müavini nə qədər rüşvət alıb? - Prokuror ittihamı açıqladı
10 Sep 2024 | 16:20
Ağcabədidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldı
10 Sep 2024 | 16:15
Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO
10 Sep 2024 | 16:10
Nazpəri nəvəsi üçün göz yaşı tökdü - VİDEO
10 Sep 2024 | 16:05
XİN başçıları ikitərəfli əlaqələri müzakirə etdilər - YENİLƏNİB + FOTO
10 Sep 2024 | 16:00
Şəbnəmdən şok açıqlama: "İkisi də yalvardı ki, oxuma"
10 Sep 2024 | 15:55
Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başladı
10 Sep 2024 | 15:51
Pensiya alanlara ŞAD XƏBƏR
10 Sep 2024 | 15:41
Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb
10 Sep 2024 | 15:36
"Zirə" "Neftçi"nin sabiq futbolçusunu transfer etdi
10 Sep 2024 | 15:29
"Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır" - ISW
10 Sep 2024 | 15:23
Narinin yaxınlarından hadisəni araşdıran müxbirə təhdid: "Səni öldürməliyik" - FOTO
10 Sep 2024 | 15:17
“İlhamə də, Elza da mənə qarşı səhv etmişdi”
10 Sep 2024 | 15:12
66 yaşlı əmisi arvadını qətlə yetirən şəxsin cəzası məlum oldu
10 Sep 2024 | 15:06
Ramiz Novruzun qızı xəstəxanalıq oldu - FOTO
10 Sep 2024 | 14:59
Aygün Kazımova yeni eşqə düşüb? - Sirli PAYLAŞIM
10 Sep 2024 | 14:52
"Bayden administrasiyası Ukraynada müharibənin strategiyası üzrə məxfi hesabat təqdim edib" - "Reuters"
10 Sep 2024 | 14:46
“Ərə gələndə 11 nəfərlə eyni otaqda yaşadım” – Sönməyən 75 illk sevgi
10 Sep 2024 | 14:39
Üç ölkənin müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü başladı
GÜNLÜK
10 Sep 2024 | 09:19
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
10 Sep 2024 | 09:44
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 09:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
10 Sep 2024 | 11:34
Xərçəngi sağaldan MÖHTƏŞƏM RESEPT: minlərlə insan xəstəlikdən xilas olub
10 Sep 2024 | 13:36
Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 09:50
XƏBƏRDARLIQ! Bunu edənlər 8 min manat cərimələnəcək
10 Sep 2024 | 09:51
“Rusiya Zəngəzur dəhlizi ilə İran sərhədini bağlamaq istəyir”
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
10 Sep 2024 | 09:19
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
10 Sep 2024 | 09:44
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
10 Sep 2024 | 18:08
Avtobus bardürün üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 09:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
10 Sep 2024 | 11:34
Xərçəngi sağaldan MÖHTƏŞƏM RESEPT: minlərlə insan xəstəlikdən xilas olub
10 Sep 2024 | 13:36
Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 09:50
XƏBƏRDARLIQ! Bunu edənlər 8 min manat cərimələnəcək
10 Sep 2024 | 09:51
“Rusiya Zəngəzur dəhlizi ilə İran sərhədini bağlamaq istəyir”