Oğurluğa girmişdi, kondisioneri qoşub yatdı
Dünya
2710
04 Jun 2024 | 18:11

Oğurluğa girmişdi, kondisioneri qoşub yatdı

Hindistanda Uttar Pradeş ştatında evə oğurluğa girən şəxs kondisioneri yandıraraq yuxuya gedib.
 
İyunun 2-də Luknoudan olan doktor Sunil Pandeyin qonşuları onun evinin darvazasının bir qədər açıq olduğunu görüblər. Adam evdə olmadığı üçün qonşular bundan şübhələniblər. Onlar Pandeyə zəng edərək baş verənlərlə bağlı xəbərdarlıq ediblər və o, polisə müraciət edib.
 
Hadisə yerinə gələn polislər qonaq otağının döşəməsində bir kişinin yatdığını görüblər. Məlum olub ki, evə girən oğrudur. Hava isti olduğu üçün kişi kondisioneri görüb işə salıb və başının altına yastıq qoyaraq yuxuya gedib. 
 

Oğrunu oyatmazdan və onu həbs etməzdən əvvəl polis onun fotolarını çəkib.

Polis rəisinin izah etdiyi kimi, oğru evi qarət etmək istəyib, lakin sərin otaqda dincəlmək perspektivi çox cəlbedici olub. Həmin şəxs saxlanılıb, araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər