Bu 6 qidanı acqarına yeməyin!
Sağlamlıq
3020
04 Jun 2024 | 08:51

Bu 6 qidanı acqarına yeməyin!

Sağlam hesab edilən qidalar belə yanlış zamanda yeyildikdə faydadan çox ziyan verə bilər.
 
Mütəxəssislər bəzi qidaları acqarına yeməməyi və ya içməməyi məsləhət görürlər.
 
Həmin qidaları təqdim edirik:
 
Qəhvə
 
Günə qəhvə ilə başlamaq, acqarına qəhvə içmək bir çox insanlar üçün gündəlik ritualdır. Ona görə də sadə və ya südlü qəhvə içməyin mədədə turşu istehsalını stimullaşdıraraq həzmsizlik və narahatlıq yarada biləcəyini öyrənmək sizi təəccübləndirə bilər.
 
Qızartma
 
Səhərlər kartof qızartması və ya qızardılmış digər qidaları yemək gün ərzində şişkinlik hissi yarada bilər. Bu, mədədə ağırlıq yaradan yüksək yağ tərkibi ilə bağlıdır. Qızartmaları acqarına istehlak etmək həzmsizliyə səbəb olur. Bu cür qidalanma vərdişi səbəbsiz yorğunluq və halsızlıq yaradır.
 
Sitrus meyvələri
 
Günə sitrus meyvələrini yeyərək və ya onların şirəsini içərək başlamaq ən pis seçimlərdən biridir. Çünki bu meyvələrdəki turşu reflüks yaradır. Həmçinin sağlam mədədə belə narahatlıq və mədə yanması ilə müşayiət olunur. Bunu vərdiş halına gətirmək isə xoraların yaranmasına gətirib çıxara bilər.
 
Ədviyyatlı qidalar
 
Səhər yeməyində həddindən artıq miqdarda ədviyyatlı qidalar istehlak etmək mədənin selikli qişasını qıcıqlandırır. Bu cür qidalar acqarına yeyildikdə həzmsizlik və mədə yanmasına səbəb olur.
 
Banan
 
Bir çox insan üçün banan əla qəlyanaltıdır. İş yerində və ya səyahətlərdə acdıqca ən çox yeyilən meyvələr arasında banan ilk sıraları tutur. Ancaq tərkibindəki yüksək maqnezium və kalium səbəbindən bəzi insanlarda narahatlıq yarada bilər. Hər ehtimala qarşı bananı acqarına yemək məsləhət görülmür.
 
Pomidor
 
Pomidor da turşu ehtiva edir. Ona görə də mədə-bağırsaq sisteminə mənfi təsir edir. 
Link kopyalandı!
Son xəbərlər