Bizi sosial şəbəkələrdən izləyin:
“Çiçəklənən Ermənistan” partiyasının 20 illik lideri, “eşşək” ləqəbi ilə tanınan məşhur erməni oliqarx, Xocalı caniləri olan eks-prezidentlər Robert Köçəryn və Serjik Sərkisyanla yaxın əlaqələrdə olan Qagik Tsarukyan İrəvanda qondarma “Hayastan-artsax” ümumerməni gənclər forumu təsis edib.
Moderator.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.
“Artsax soydaşlarının qayğıları və problemləri Qagik Tsarukyanın diqqət mərkəzində olmaqda davam edir. Genişmiqyaslı layihələrin bu mərhələsində gənclərə üstünlük verilir. Daha bir irimiqyaslı layihəyə start verildi.
Qagik Tsarukyanın dəstəyi ilə təşkil olunan forumda artsaxdan 150-dən çox gənc iştirak edib.Təşkilatçılar əmindirlər ki, bu, forumda iştirak edən erməni gənclərin həyatında xüsusi rol oynayıb.
Forum zamanı mühazirələr, debatlar, əyləncəli oyunlar, müsabiqələr təşkil olunub. Həmçinin ictimaiyyət nümayəndələri, tanınmış incəsənət və mədəniyyət xadimləri ilə görüşlər keçirilib”- məlumatda belə deyilir.
Video-görüntülərdən də bəlli olduğu kimi, Qarabağdan köçmüş erməni gənclərdə Azərbaycana və Paşinyan hakimiyyətinə qarşı revanşist, aqressiv hissləri qızışdıran tədbirdə Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin bəzi keçmiş liderləri, həmçinin keşiş Baqratın başlatdığı “Vətən naminə Tavuş” hərəkatın liderlərindən olan politoloq Suren Petrosyan da iştirak edir. Mütəmadi olaraq Moskvaya səfərlər edən Qagik Tsarukyan kimi “5-ci kalon” nümayəndələri var gücləri ilə Ermənistanın yenidən tam şəkildə Rusiyanın köləliyinə qayıtmasına çalışırlar...