“Bu uğurumuzu həzm etməyən “Azcosmetics” MMC-nin əməkdaşları və onun rəhbərinin əməlləridir”
Cəmiyyət
Oxunub: 4503
02 Jun 2024 | 12:45
“Bu uğurumuzu həzm etməyən “Azcosmetics” MMC-nin əməkdaşları və onun rəhbərinin əməlləridir”
Saytımızda Mayın 28-də “AzEstetik Group” şirkəti mənə daxilində çip olan cihaz satıb, yalandan deyiblər ki, İtaliya, Almaniya istehsalıdır”-ŞİKAYƏT" adlı material dərc edilmişdi. Materialda Xalima Ustayeva adlı şikayətçi bizə müraciət edərək öz narazılığını bildirmişdi.  
 
 
Bu gün isə qarşı tərəfin “AzEstetik Group” şirkətinin mövqeyini təqdim edirik: 
 
"Öncə məlumat üçün bildirirəm ki, uzun illərdi çalışdığım “Azestetik Group” MMC 15 ildən artıqdır ki, ölkəyə xaricdən kosmetoloji və stomotoloji  avadanlıqların  xaricdən gətirilib satışı sahəsində ixtisaslaşmışdır. Ölkə iqtisadiyyatının nümunəvi vergi ödyəcisi olaraq hər zaman dövlətimizin və dövlətçiliyimizin dəstəklənməsi və möhkəmləsində, aztəminatlı, şəhid və qazi ailələrinə istər şanlı Vətən müharibəmiz zamanınında, istərsə də ondan öncə hər zaman öndə gedən şirkətlərdən olmuşdur. 
Lakin bizim bu uğurumuzu həzm etməyən, bizimlə haqlı rəqabət apara bilməyən “ Azcosmetics”MMC-nin əməkdaşları və onun rəhbəri Kənan Zeynalov  bizə qarşı qarayaxma kampaniyalarının təşkil etməyə başlamış,  müxtəlif üsul, vasitələrlə və  şəxslərdən istifadə edərək şirkətimizə qarşı məkrli niyyətlərinin həyata keçirməyə çalışırlar, bazarda üstünlük əldə etmək və işgüzar nüfuzumuza zərər vurmaq məqsədilə sosial şəbəkə hesablarında həqiqətə uygun olmayan, peşəkarlıqdan uzaq, qara piar və böhtan xarakterli  paylaşımlar etmişdilər. “ Azcosmetics”MMC-nin paylaşımlara nəzər saldıqda da açıq-aşkar görünür ki, onların  məqsədləri   qanuni biznes fəaliyyəti ilə məşğul olmaq əvəzinə şirkətimizin fəaliyyətinə mane olmaqdır.Bununla bağlı Bakı Kommersiya Məhkəməsinə əldən çıxmış faydanın və şirkətimiz işgüzar nüfuzuna dəymiz zərərin əvəzinin ödənilməsi barədə “ Azcosmetics “MMC-yə  qarşı iddia qaldırmışıq, hal hazırda iş məhkəmə baxışındadır.
 
 
Şirkətimizə borc öhdəliyini yerinə yetirməyən , problemli müştərilərimizlə , müxtəlif vaxtlarda həqiqətə uygun olmayan , böhtan xarakterli videolar  çəkib paylaşıblar. Həmin müştərilərdən biridə Ustayeva Xalima Ömər qızıdır. Pul tələbinə və şirkətimizin işgüzar nüfuzunu ləkələyən məlumatları  yaydığına dair  Ustayeva Xalimə Ömər qızı barəsində çıxarılan  Məhkəmə qətnamələrindən çıxarışları təqdim edirik.
 
 
Qətnamədən çıxarış 
 
 
Ustayeva Xalima  şirkətin hüquqlarının müdafiəsi üçün atdığı addımdan xəbərdar olduqdan sonra qərəzli olaraq işgüzar nüfuzunu hədəf alaraq müştərilər arasında anti-reklam xarakterli təbliğat işləri aparmağa başlamışdır. Xalimə xanım, şirkətin müştərilərinin əlaqə nömrələrini əldə etmiş, “Whatsapp” platformasında “AzEstetik” adlı qrup yaradaraq həmin müştəriləri qrupa əlavə etmişdir. Daha sonra həmin qrup vasitəsilə qrup üzvlərinə şirkətin satışını həyata keçirdiyi avadanlıqların keyfiyyət parametrləri, işgüzar etikası haqqında təhrif olunmuş informasiyalar ötürmüşdür. Qeyd olunan qrupa ünvanladığı səsli ismarıclar vasitəsilə guya şirkətin satdığı avadanlıqların əvvəllər başqa şəxslər tərəfindən istifadə olunduğunu, eləcə də şirkətin əməkdaşları tərəfindən müştərilərə qarşı nalayiq ifadələrdən istifadə olunaraq onların təhqir olunduğunu iddia etmişdir. Bununla yanaşı cavabdeh, şirkət tərəfindən müvafiq dövlət orqanlarına edilmiş müraciətlərə əhəmiyyətsiz və nəticəsi olmayan tədbirlər donu geyindirərək müştəriləri şirkətin əleyhinə addımlar atmağa təşviq edən çağırışlar etmişdir. Bu cür informasiyaları təkcə “Whatsapp” platformasında deyil, digər sosial şəbəkələr vasitəsilə də yaydığını etiraf edir. Ustayeva Xalima Ömər qızının “Az Estetik Group” MMC-nin işgüzar nüfuzunu hədəf alan hüquqa zidd əməlləri bununla yekunlaşmamışdır. Cavabdeh ona məxsus olan “lazer_epilyasiya_zaqatala” adlı istifadəçi hesabı vasitəsilə instagram sosial şəbəkəsində “Az Estetik Group” MMC-nin əməkdaşlarını “dolandırıcı, ikiüzlü, mütəşəkkil dəstə” adlandırmışdır. Yuxarıda qeyd olunanlarla yanaşı Balakən Rayon Məhkəməsində 01.05.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Ustayeva Xalima çıxış edərkən məhkəmə zalında çoxsaylı insanların iştirakı ilə Dövlət Təhlükəsizlik Xidməti adından guya hazırda DTX-da “Az Estetik Group” MMC barəsində cinayət işinin başlandığını bildirmişdir. Sədrlik edən hakim, eləcə də şirkətin nümayəndəsi tərəfindən müvafiq faktın həqiqətə uyğun olub-olmaması bir neçə dəfə soruşulduqda Ustayeva Xalima proses iştirakçılarının, eləcə də zalda iştirak edən digər şəxslərin qarşısında faktın doğruluğunu əminliklə vurğulayaraq təsdiq etmişdir. Hətta hakim hüquq mühafizə orqanı olan bu cür dövlət orqanının adından yalan məlumat verdiyi təqdirdə məsuliyyətə cəlb olunacağını bir neçə dəfə ona xatırlatsa da o, israrla öz fikirlərində qalmış və eyni cavabı vermişdir. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə sorğu ilə müraciət edilmiş, 16.05.2023-cü il tarixli cavab məktubu ilə cavabdehin iddia etdiyi faktın doğru olmadığı bəlli olmuşdur. Bundan başqa cavabdeh “Azcosmetics” adlı şirkətin Tik-tok istifadəçi hesabında yayımlanmış video-çarxlarla hüquqazidd əməlinə davam etmişdir. Cavabdehin iştirakı ilə hazırlanmış həmin video-çarxda aşağıdakı həqiqətə uyğun olmayan ifadələr yerləşdirilmişdir: “Zaqatala rayonundan Xalima xanım aldadıldı. Cihazını qıraqdan idarə edərək pul tələb etdilər!”, “600 Wt gücə sahib “Wertex” cihazını 900 Wt deyib aldadaraq satdılar!!!”, “Özünü həkim kimi təqdim edib sertifikat verdilər!!!” Cavabdehin mövqeyinə görə guya şirkət ona bəyan edilmiş parametrlərdən daha zəif gücə malik aparat satmışdır. Halbuki bu fikir heç bir fakta əsaslanmır və həqiqətə uyğun deyildir. Bununla yanaşı cavabdeh, “Az Estetik Group” MMC-nin satıcı olaraq alıcıdan müqavilə üzrə öhdəliklərini icra etməyə dair tələbinə hüquqazidd əməl donu geyindirməyə çalışmışdır. Yuxarıda sadalanan hərəkətlər cari və potensial müştərilər arasında, eləcə də bazar mühitində şirkətin işgüzar nüfuzunu zədələməklə ona əhəmiyyətli dərəcədə zərər dəyməsinə səbəb olmuşdur.
 
29.06.2021-ci il tarixdə iddiaçı “Az Estetik Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Ustayeva Xalima Ömər qızı arasında müqavilə bağlanmış və həmin tarixdə müqavilədə razılaşdırılmış Wertex lazer aparatı təhvil-təslim aktı əsasında alıcıya təhvil verilmişdir. Belə ki, 29.06.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. Avadanlığa satıcı 1 il zəmanət verir. Qarantiya müddəti satıcı tərəfindən malın alıcının sahibliyinə verildiyi andan hesablanır. 29.06.2021-ci il tarixli alğı-satqı müqaviləsinə dair zəmanət talonuna əsasən, avadanlığa zəmanət dövrü ərzində tam texniki servis göstərilir. “Wertex” tipli cihazlar üçün 10.000.000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yaranarsa, müştəri müvəqqəti olaraq başqa aparatla təmin olunur.
 
20.10.2022-ci il tarixdə tərəflər arasında yenidən nisyə  alqı-satqı müqaviləsi bağlanaraq, ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5 Ustayeva Xalimaya  satılmışdır.Qeyd edilən ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5) satıcı tərəfindən müqavilədə qeyd edilən avadanlığı satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır, 1 il zəmanət müddəti verilmişdir. 
 
Ustayeva Xalimə Ömər qızı bildirmişdir ki, 2021-ci ildə “Az Estetik Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən 29.500 manata lazer aparatı almışdır. Aparatı alarkən ona aparatın 900 vat gücündə və təzə aparat olduğunu bildirmişdirlər. Aparatı aldığı ilk günlərdən aparatı işlətmək mümkün olmamışdır. İlk ayda aparatı 4 dəfə təmirə göndərmişdir. Aparat hər təmirdən sonra yenə xarab olduğundan məcbur qalıb aparatı başqa servisə aparmışdır. Aparatı başqa servisə aparanda bilmişdir ki, aparat yeni deyil, işlənmişdir, həmçinin aparatın 900 vat gücündə olduğu bildirilsə də, içərisindəki platanın üzərində onun 600 vat olması və cihazın içində uzaqdan idarə olunan çip olması müəyyən edilmişdir. Müqavilədə aparatın təzə olması qeyd edilsə də, ona işlənmiş aparat vermişlər.Bildirmək istəyirik ki, 29.06.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Ustayeva Xalimə Ömər qızına “ Beijing ADSS Development Co” LTD  zavoduna məxsus yeni  Wertex    avadanlığı satılmışdır(Bar gücü 900 WT.(Istehsalçı Beijing ADSS Development Co” LTD-nin zavodunun məktubu əlavə olunur).
 
 
 
 Şəki Apellyasiya  Məhkəməsinin 2-2(107)-5/2024  saylı 16.04.2024-cü il tarixli qətnaməsində bildirir ki, cavabdehin bu dəlili də əsassızdır və iş materialları ilə sübuta yetirilmir. Belə ki, iddiaçı  “Az Estetik Group”MMC tərəfindən təqdim olunmuş “Beijing ADSS Development Co” LTD-nin məktubunda göstərilir ki, “Az Estetik Group” MMC 2017-ci ildən “Beijing ADSS Development Co” LTD-nin Azərbaycanda rəsmi distribyutorudur. Şirkət 600 WT gücündə lazer aparatı istehsal etmir. Bundan başqa, “Azestetik Group” MMC-nin məhkəməyə təqdim etdiyi texniki pasportdan görünür ki, iş üzrə tərəflər arasında bağlanmış 29.06.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi əsasında cavabdehə “WERTEX” markalı, 900 WT gücündə lazer aparatı satılmışdır .
Məhkəmə müəyyən etmişdir ki, “29.06.2021-ci il tarixli müqavilənin 2.1.7-ci bəndində satıcı malın alıcının istifadəsində və sahibliyində olduğu müddət ərzində (müqavilə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxayıcı avadanlıqlar da təchiz edir.” Bəndin olduğu, 20.10.2022-ci il tarixli müqavilənin isə 2.1.10-cu bəndində “Satıcı” malın “Alıcı”nın sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq-yoxlamalaq apara bilər və bu məqsədlə malı onun istifadəsini kənardan məhdudlaşdırmaq funksiyasına malik cihazla təchiz etmək hüququna malikdir.
Ustayeva Xalimə Ömər qızı  şikayətində göstərmişdir ki ,güya “ Azestetik Group” MMC ona həmin cihazı İtaliya&Almaniya istehsalı “Wertex” 900 adı ilə satmışdır, alqı-satqı müqaviləsindəki imzalar ona aid deyil .Bildirmək istəyirəm ki, bunlar hamısı yalan və böhtandır, şirkətimizin rəsmi  sayt və sosial şəbəkədəki  səhifələrinə baxıb , avadanlıqlara  dair məlumat əldə edə bilərsiniz.(Satılmış avadanlığın mənşə sertifikatı əlavə olunur).
 
 
 Ustayeva Xalima  “Azestetik Group”MMC-nin direktoru Rəşad Qasımovu  vergidən yayınmaqda ittiham edir, belə ki,  Sizin sayta müraciətində göstərir ki ,müştərilər   aylıq ödənişlərini Rəşad Qasımovun şəxsi debit kartına ödəyirlər və biz vergidən yayınırıq, əslində isə həmin kart “Az Estetik Group”MMC -nin” Kapitalbank “  hesabına bağlıdır.
 Uzun müddət vergidən yayınan isə Ustayeva Xalimə Ömər qızı özü olub. O, 31.08.2023-cü il tarixində Şəki Kommersiya Məhkəməsində keçirilən hazırlıq iclası zamanı cavabdeh Ustayeva Xalima Ömər qızı öz çıxışında bildirmişdir ki, o, artıq bir neçə müddətdir ki, ona məxsus VÖEN-i ləğv etdirmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən ona işi ilə bağlı sual verildikdə o, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı ona “Az Estetik Group” MMC-nin nümayəndəsi tərəfindən işlək VÖEN-i olmadığı halda sahibkarlıq fəaliyyəti ilə necə məşğul olduğu barədə sual ünvanlanmış və bunun qanunsuz olduğu bildirilmiş, o isə cavabında bu hərəkətinin qanunsuz olduğunu bildiyini və buna davam edəcəyini qeyd etmişdir. Şirkətimiz  tərəfindən Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə Vergi ödəyicisi tərəfindən vergi  uçotu qaydalarına əməl edilmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olunmasına dair müraciətlərimizdən sonra, şəxs özündə hüquqi məsuliyyət hiss edib, fəaliyyətini qanuni şəkilə salmağa qərar vermişdir .Bu barədə bizə   Dövlət Vergi Xidmətindən təstiq edici məlumat gəlmişdir.Göründüyü kimi Ustayeva Xalimə Ömər qızı özü uzun müddət vergidən yayınmasına baxmayaraq ,başqalarını vergidən yayınmaqda ittiham etməsi tamamilə riyakarlıqdır.
 
 
 Direktor müavini  Quluzadə Əli 
       
 
Oxşar xəbərlər
08:25, Bu gün
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
08:18, Bu gün
Hidayət Heydərovun yeni yaşındakı ilk uğuru – VİDEO
08:12, Bu gün
Tikinti materialları bahalaşıb – VİDEO
08:06, Bu gün
YouTube reklam bloklayıcılarını belə cəzalandırır
08:00, Bu gün
Avropaya səyahət üçün ən ucuz 10 ölkə
07:51, Bu gün
Hidayət Heydərov ustadına təşəkkür etdi: “Biz tarixik!”
07:46, Bu gün
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
07:44, Bu gün
"İsrailin müdafiə dairələri Ərdoğanın təhdidlərini ciddi qəbul edirlər..."-"İsrael Hayom"
07:11, Bu gün
Səyahət edərkən nələri özünüzlə götürməlisiniz?
07:00, Bu gün
İnsanın sevdiyi rənglər xarakteri haqqında nə deyir?
06:45, Bu gün
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
06:25, Bu gün
Ana 4 aylıq oğlunu ağladığı üçün döyərək öldürdü- FOTOLAR 
06:19, Bu gün
Sizi aldadacaqlar: Heç vaxt bu iki bürcə etibar etməyin
06:09, Bu gün
Qanun: 10 mindən çox izləyicisi olan “YouTube” kanalı nəzarətə götürülür
05:49, Bu gün
Zehni qüvvətləndirən meyvə şirələri – SİYAHI
29 Jul 2024 | 23:32
"Bu dairəni dağıtmaq lazımdır": Moskva İsrailə siqnallar göndərir
29 Jul 2024 | 23:27
Venesuelada prezident seçkilərinin qalibi bəlli olub
29 Jul 2024 | 23:25
"Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib" - Ərdoğan
29 Jul 2024 | 23:00
Qocalmağı necə dayandıraq?
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
29 Jul 2024 | 22:48
“Dəmir Adam” geri qayıdır – VİDEO
29 Jul 2024 | 22:41
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”
29 Jul 2024 | 22:38
"Ərdoğan insanlığın vicdan səsidir" - Hakan Fidan
29 Jul 2024 | 22:22
COP29-a hazırlıq işləri hansı vəziyyətdədir? - VI çağırış deputatı AÇIQLADI
29 Jul 2024 | 22:17
115 yaşlı sakin uzunömürlülüyün sirrini açdı
29 Jul 2024 | 22:11
İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərova zəng edərək onu təbrik ediblər
29 Jul 2024 | 22:05
Leyla Əliyevadan Hidayət Heydərovla bağlı paylaşım - VİDEO
29 Jul 2024 | 21:59
Azərbaycanlı idmançı Paris-2024-də bürünc medal qazandı
29 Jul 2024 | 21:49
Qida zəhərlənməsinə səbəb olan əsas amillər
29 Jul 2024 | 21:42
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir” - Qüdrət Həsənquliyev
29 Jul 2024 | 21:38
Məşhur professordan daha bir TÖVSİYƏ: Quyruq yağını əridib içən insanlar…
29 Jul 2024 | 21:30
Türk turistlər Yunanıstana axın edir
29 Jul 2024 | 21:25
Bu ölkədə naməlum nömrələrdən zənglər QADAĞAN EDİLƏCƏK
29 Jul 2024 | 21:19
Yer kürəsinin yaşayış üçün yararsız hala düşən bölgələrinin adları AÇIQLANDI
29 Jul 2024 | 21:11
ABŞ vətəndaşlarına bu ölkəni tərk etməyi məsləhət gördü
29 Jul 2024 | 21:06
Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək
29 Jul 2024 | 20:55
Çoxuşaqlı ana kanala düşərək yoxa çıxdı
29 Jul 2024 | 20:51
"Orban hamını boğaza yığıb" - Polşa XİN rəhbəri
29 Jul 2024 | 20:46
Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu oldu! - VİDEO
29 Jul 2024 | 20:32
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edildi
29 Jul 2024 | 20:25
“1 dənə qaldı...”- Hidayətin ailəsinin sevinci
29 Jul 2024 | 20:22
Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 9 “Maarifçi”dən 3-ü BDU məzunudur
29 Jul 2024 | 20:18
Şəhid ailələri və müharibə əlillərinə daha 200 mənzil verildi - FOTO
29 Jul 2024 | 20:14
Kapital bank niyə susur?
29 Jul 2024 | 20:08
"Ağadadaş Ağayev üzr istəməlidir!" - Bakı sakinlərindən "balta insidentinə" sərt REAKSİYA - VİDEO
29 Jul 2024 | 20:05
Hidayətin finaldakı rəqibi fransızdır
29 Jul 2024 | 20:01
Yay Olimpiya Oyunlarının açılışından Paris mesajı
29 Jul 2024 | 19:57
Azərbaycan Quql ilə COP29-u müzakirə etdi
29 Jul 2024 | 19:52
İbn Sinanın “can dərmanı” adlandırdığı qarpızın 1001 faydası
29 Jul 2024 | 19:48
ƏHD Partiyasının 4 namizədi qeydə alınıb
29 Jul 2024 | 19:42
"Ərdoğan insanlığın vicdan səsidir və bu səsi batırmağa cəhd edən sionist dairələri böyük təlaş işindədir" - Hakan Fidan
29 Jul 2024 | 19:38
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
29 Jul 2024 | 19:33
Paris-2024: Hidayət Heydərov FİNALDA
29 Jul 2024 | 19:28
Məzahir Pənahov vəzifədən gedir
29 Jul 2024 | 19:23
Azərbaycan - Slovakiya görüşünün keçiriləcəyi stadion bəlli oldu
29 Jul 2024 | 19:18
Aynur Dadaşovanın xəstəxanadan VİDEOsu yayıldı
29 Jul 2024 | 19:16
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
29 Jul 2024 | 19:14
Mirzoyan: “Ermənistan münaqişə səhifəsini bağlamaq istəyir”
29 Jul 2024 | 19:11
"Ukraynada səfərbərlik vüsət alır, Rusiya qışadək dominantlığını itirəcək" - "The Telegraph"
29 Jul 2024 | 19:08
Hadisədən sonra Ağadadaş Ağayevin xalqa ilk müraciəti – VİDEO
29 Jul 2024 | 19:03
Dövlət Sərhəd Xidməti yayılmış videogörüntü ilə bağlı MƏLUMAT YAYDI
29 Jul 2024 | 19:00
Türk turistlər Yunanıstana axın edir
29 Jul 2024 | 18:56
11 avtobus marşrutu müsabiqəyə çıxarılır
29 Jul 2024 | 18:50
Blinken Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəklə bağlı Çinə xəbərdarlıq edib
29 Jul 2024 | 18:45
Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin
29 Jul 2024 | 18:38
Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı
29 Jul 2024 | 18:37
Azərbaycanlı tələbənin  ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbulu
29 Jul 2024 | 18:32
“Evimi satdım, kirayəni çətinliklə ödəyirəm” - VİDEO
29 Jul 2024 | 18:26
Flora Kərimovanın səbr kasası daşdı: "Dayanan, bağışlayan deyiləm!.."
29 Jul 2024 | 18:23
Məşhur aktrisa hamilə olduğunu açıqladı - FOTO
29 Jul 2024 | 18:19
BDU-nun 966 tələbəsi yay semestri dərslərində iştirak edir
29 Jul 2024 | 18:15
Yatanda kabus görüb özünü güllələdi
29 Jul 2024 | 18:12
"Tramp istənilən məsələ üzrə müzakirəyə açıq olduğunu bəyan edib" - Zelenski
29 Jul 2024 | 18:08
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası
29 Jul 2024 | 18:03
Tortu soyuducuda neçə gün saxlamaq olar?
29 Jul 2024 | 18:02
“Koroğlu” metrostansiyası ətrafında mübadilə mərkəzi yaradılıb
29 Jul 2024 | 17:57
Bu küçədə aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO
29 Jul 2024 | 17:54
TikTokda yeni funksiya TEST EDİLİR
29 Jul 2024 | 17:52
Atası ilə bağlı VİDEO Səidəni AĞLATDI
29 Jul 2024 | 17:48
Təhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək?
29 Jul 2024 | 17:46
"Putin Qərb əleyhinə koalisiya yaratmağa cəhd edib" - ISW
29 Jul 2024 | 17:45
“Ağır döyüşlər getdi, 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürüldü…”
29 Jul 2024 | 17:35
Tanınmış aparıcıya ağır itki - FOTO
29 Jul 2024 | 17:30
Qıt payız gəlir - Bu məhsullar bahalaşacaq
29 Jul 2024 | 17:25
“Şəhidlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği əbədi vəzifəmizdir”
29 Jul 2024 | 17:17
Gərginlik pik həddə – Yaxın saatlarda növbəti hücum ola bilər 
29 Jul 2024 | 17:15
Sabah bu rayonlarda qaz olmayacaq
29 Jul 2024 | 17:10
“Badminton Federasiyası Paris-2024-ə "turist" aparıb”- ŞOK İDDİA
29 Jul 2024 | 17:06
Qarabağ Universitetinə prorektorlar təyin olundu - DOSYE
29 Jul 2024 | 17:03
“Xaricdə bu kvadrokopterdən pizza daşımaq üçün istifadə edilir, Ermənistanda isə...”
29 Jul 2024 | 16:58
Rusiyalıların 67%-i şəkəri ən təhlükəli məhsul hesab edir
29 Jul 2024 | 16:50
Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu fəaliyyətə başladı
29 Jul 2024 | 16:44
Sərnişin qatarı yük maşını ilə toqquşdu: 320 nəfərə yaxın insan... - FOTO/VİDEO
29 Jul 2024 | 16:42
Payız vaxtından əvvəl gələcək: GƏLƏN HƏFTƏ...
29 Jul 2024 | 16:39
Bu şampunlar saçınızı məhv edir- Pantene, Clean Line, Schuma... - ŞOK İDDİA 
29 Jul 2024 | 16:30
Ekspert DYP-yə müraciət etdi: " Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır?"
29 Jul 2024 | 16:28
Hər işdən qovulanda təzminat alaraq 100 milyon avro qazanıb
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 16:20
İstidə soyuq su içmək məsləhət deyil- Dietoloq
29 Jul 2024 | 16:10
Hərbçimiz intihar etdi
GÜNLÜK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 10:53
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
29 Jul 2024 | 09:32
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 10:34
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
29 Jul 2024 | 09:04
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
29 Jul 2024 | 09:45
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO 
29 Jul 2024 | 13:30
Qızla günlük evdə görüşən varlı kişinin acı aqibəti - FOTO
29 Jul 2024 | 08:58
Gəlin toyda öldü - Qızın atasından bəyə tükürpədən TƏKLİF - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
AYLIQ
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 10:53
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
29 Jul 2024 | 09:32
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 10:34
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
29 Jul 2024 | 09:04
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
29 Jul 2024 | 09:45
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO 
29 Jul 2024 | 13:30
Qızla günlük evdə görüşən varlı kişinin acı aqibəti - FOTO
29 Jul 2024 | 08:58
Gəlin toyda öldü - Qızın atasından bəyə tükürpədən TƏKLİF - FOTO