![“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur - VİDEO](https://moderator.az/cphoto/670x420/2024/06/01/1717234108_img_8800.jpeg)
“Azərişıq” relyefinə görə ölkənin ən mürəkkəb quruluşuna malik Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur.
Rayon ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə davam etdirilir.
Yenidənqurma çərçivəsində Ağqaya, Milli, Qamışlı və Mərcimək istiqamətində son tamamlanma işləri görülür. Yeni metal dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. İstisu qəsəbəsində yerləşən 110/35 kV-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi isə başa çatıb.
Laçında da yenidənqurma işləri sürətlə aparılır. Laçın şəhəri dxilində yeraltı kabel xətlərinin çəkilişi davam edir. Rayonun Zabux, Cağazur, Qorçu, Qaragöl istiqamətində elektrik şəbəkələrinin yenilənməsi yekunlaşmış və Şəlvə, Qaragöl, Sus, Bəylik, Zağazur, Minkənd istiqamətinə çəkilən 35 kV-luq hava xətti də tamamlanmaq üzrədir. Quşçu kəndində isə yeni ÖİN-3 kabel hava xəttinin çəkilişinə başlanılıb. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və rəqəmsal idarəetmə mərkəzinin eləcə də Minkənd ərazisində yeni 110/35/10 kV-luq yarımstansiyanın tikintisi üçün hazırlıq işləri görülür. Həm Kəlbəcər, həm də Laçında yeni şəbəkənin qurulması və xətlərin çəkilməsi Şəhərsalma Planına əsasən həyata keçirilir.
“Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər regionlarında da əsaslı təmir və yenidənqurma işlərini paralel şəkildə davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
![](https://moderator.az/photo/213x120/2024/07/29/1722281640_mid-rf-1.jpg.webp)
![Venesuelada prezident seçkilərinin qalibi bəlli olub](https://moderator.az/photo/213x120/2024/07/29/1722281370_4d70f3b0-4d82-11ef-956d-af6db92c5e38.jpg.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/29/1722281207_fpr0xoo3nmom5idwjhtdwd1txanti7oa.jpg)
![Qocalmağı necə dayandıraq?](https://moderator.az/photo/213x120/2024/07/29/1722279305_qocalma_007.jpg)
![Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI](https://moderator.az/photo/213x120/2024/07/29/1722278748_66a50afe7b77566a50afe7b776172209228666a50afe7b77166a50afe7b773.jpg)
![“Dəmir Adam” geri qayıdır – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/29/1722278946_demir-adam.jpg)
![“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”](https://moderator.az/photo/213x120/2024/07/29/1722278523_qudret_hesenquliyevenyeni.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/29/1722278510_20542394_0-613-3528-1986.jpeg)
![COP29-a hazırlıq işləri hansı vəziyyətdədir? - VI çağırış deputatı AÇIQLADI](https://moderator.az/photo/213x120/2024/07/29/1722277503_download.jpg)
![115 yaşlı sakin uzunömürlülüyün sirrini açdı](https://moderator.az/photo/213x120/2024/07/29/1722275942_1697090097_1697090067164.png)
![İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərova zəng edərək onu təbrik ediblər](https://moderator.az/photo/213x120/2024/07/29/1722276819_1722276276_3bjhqsqp4fpcux8gujvo2artrzhxv9za3pjmkgcl_1200.webp)
![Leyla Əliyevadan Hidayət Heydərovla bağlı paylaşım - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/29/1722276567_w1siziisijiwmtuvmdcvmtqvmtevmjevmtevotuylziuanbnil0swyjwiiwizw5jb2rliiwianbniiwilxf1ywxpdhkgodaixsxbinailcj0ahvtyiisijyymhg0nju_il1d_1200.webp)
![Azərbaycanlı idmançı Paris-2024-də bürünc medal qazandı](https://moderator.az/photo/213x120/2024/07/29/1722275612_1505621.jpg)
![Qida zəhərlənməsinə səbəb olan əsas amillər](https://moderator.az/photo/213x120/2024/07/29/1722275567_1505607.jpg)
![“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir” - Qüdrət Həsənquliyev](https://moderator.az/photo/213x120/2024/07/29/1722275186_qudret_hasanquliyev_060318.jpg)
![Məşhur professordan daha bir TÖVSİYƏ: Quyruq yağını əridib içən insanlar…](https://moderator.az/photo/213x120/2024/07/29/1722274527_tia_922834a7c7143f7e4dd9316b6c8e253b_0sv1xknulwrp2it5b3jh.jpg)
![Türk turistlər Yunanıstana axın edir](https://moderator.az/photo/213x120/2024/07/29/1722274295_1722239554_1.jpg)
![Bu ölkədə naməlum nömrələrdən zənglər QADAĞAN EDİLƏCƏK](https://moderator.az/photo/213x120/2024/07/29/1722271700_business-hand-with-mobile-phone.jpg)
![Yer kürəsinin yaşayış üçün yararsız hala düşən bölgələrinin adları AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/29/1722272144_75f8156f7446653804d8f7378eb8b37a.jpg)
![ABŞ vətəndaşlarına bu ölkəni tərk etməyi məsləhət gördü](https://moderator.az/photo/213x120/2024/07/29/1722273023_abs-bayraq-e1511843504850.jpg)
![Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək](https://moderator.az/photo/213x120/2024/07/29/1722272896_253ead01-ac79-357c-a303-8977e492d6f1_850.jpg)
![Çoxuşaqlı ana kanala düşərək yoxa çıxdı](https://moderator.az/photo/213x120/2024/07/29/1722271157_mat34.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/29/1722272101_69788869_1004.webp)
![Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edildi](https://moderator.az/photo/213x120/2024/07/29/1722272175_30.jpg)
![“1 dənə qaldı...”- Hidayətin ailəsinin sevinci](https://moderator.az/photo/213x120/2024/07/29/1722271096_29.jpg)
![Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 9 “Maarifçi”dən 3-ü BDU məzunudur](https://moderator.az/photo/213x120/2024/07/29/1722270639_28.png)
![Şəhid ailələri və müharibə əlillərinə daha 200 mənzil verildi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/29/1722270178_27.jpg)
![Kapital bank niyə susur?](https://moderator.az/photo/213x120/2024/07/29/1722269944_narimanovfiliali1621576877-1.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/29/1722269538_26.jpg)