Ekskluziv
3484
28 May 2024 | 15:20

"İran ilk dəfə olaraq Rusiyaya ən yeni aviasiya bombaları tədarük edib" - "Bild"

"Bu,Tehranla Moskvanın hərbi əməkdaşlığının yeni səviyyəsini göstərir..."
 
"Bu "ağıllı" bombalar 12-20 km məsafədə hədəfləri məhv edə bilir..."
 
Rusiyalılar ilk dəfə olaraq Ukraynada yüksəkdəqiqli "Qaem-5" aviasiya bombası tətbiq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin açıq mənbələrin təhlili üzrə eksperti Yulian Repke məlumat verib. Məlumatı "unn.ua" nəşri yayıb.
 
O, Kursk vilayətində İranın "Qods Mohajer-6" dronunun qəzaya uğramasının videoyazısını öyrəndikdən sonra bu barədə məlumat verib. 
 
Analitikin məlumatına görə, məhz bu dron İranın ən yeni idarəedilən "Qaem-5" aviasiya bombalarını daşıyıb.
 
Maraqlıdır ki, İranın özündə onlar cəmi beş il öncə silahlanmaya götürülüb. "Hər şeydən göründüyü kimi, dronla Sumı vilayətinə hücum nəzərdə tutulub, lakin bəlli olmayan səbəndən yerə düşüb", - Repke qeyd edib.
 
Bunadək rusiyalı işğalçılar Ukraynada yüksəkdəqiqli "Qaem-5" bombalarından istifadə etməyib.
 
Repkenin sözlərinə görə, onlardan istifadə edilməsi Tehran və Moskvanın hərbi əməkdaşlığının "yeni səviyyəsini" göstərir.
 
İranın "Mohajer-6" dronları işğalçıların sərəncamında
 
Dünən bəlli olub ki, işğalçılar İrandan aldığı "Mohajer-6" tipli kəşfiyyat-zərbə dronlarından birini itirib.
 
Bu zaman "Defence Express" nəşri Rusiya mətbuatına istinadən məlumat verib ki, dron Kursk vilayətində yerə düşüb.
 
Bundan öncə İran KİV-ləri iddia edib ki, bu "ağıllı" bombalar uçuş hündürlüyündən asılı olaraq 12-20 km məsafədə hədəfləri məhv edə bilir.
 
Həmçinin bu bombamın "naməlum" tipi də var, onun uçuş məsafəsi iki dəfə-40 km-dək artırılıb.
Link kopyalandı!
Son xəbərlər