![“Bakı küçələrində Fransa istehsalı olan avtomobil görəndə əsəbləşirəm”](https://moderator.az/cphoto/670x420/2024/05/27/1716806770_the-most-famous-french-car-brands-body-a-061020210207-1024x640.jpg)
Cahangir Məmmədli: “İstəyirəm ki, ölkəmizdə Fransanı xatırladan heç nə olmasın!”
“Azərbaycan XİN-nin Fransanın qərəzli addımlarını ifşa edən açıqlamalarını alqışlayıram”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransa mediasında ölkəmizlə bağlı yer alan məsuliyyətsiz fikirlərlə bağlı açıqlama yayıb. Açıqlamada Fransa mediasının Azərbaycanı diktaturanın mövcud olduğu ölkə kimi xarkterizə edilməsi tənqid edilib, Fransanın özünün anti-demokratik siysət yürütdüyü faktlarla ictimaiyyətin diqqətinə çatdırılıb:
“Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdirir. Bununla yanaşı, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq”.
Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli, Fransa mediasının ölkəmizi qərəzli şəkildə hədəf aldığını bildirib:
“Fransanın sadəcə Yeni Kaledoniya ilə bağlı atdığı addımlar sübut edir ki, bu ölkənin özünün demokratiya ilə heç bir əlaqəsi yoxdur. Necə olur ki, Yeni Kaledoniyada sosial şəbəkələri yasaqlayan, söz azadlığını boğan, xalqın etiraz səsini ucaltmasına imkan verməyən, hər bir problemi dəyənək yolu ilə həll etməyə çalışan Fransa olur, amma söz və mətbuat azadlığı üçün hər cür şəraiti təmin edən, insan hüquq və azadlığını ən yüksək səviyyədə təmin edən Azərbaycan isə diktatura olur?
Bütün bu faktlar sübut edir ki, Fransanın Azərbaycana münasibəti son dərəcə qərəzli və ədalətsizdir. Elə bu səbəbdən də şəxsən məndə Fransa ilə bağlı olan hər bir hadisə, hər bir əşya, hər bir mövzu əsəb yaradır. Bakı küçələrində Fransa istehsalı olan avtomobil görəndə əsəbləşirəm. Istəyirəm ki, ölkəmizdə Fransanı xatırladan heç nə olmasın.
Mən Azərbaycan XİN-nin Fransanın qərəzli addımları ilə bağlı çevik açıqlamalarını da təqdir edir, alqışlayıram. Hesab edirəm ki, bu açıqlamalar Fransaın riyakar, ikiüzlü, anti-demokratik mövqeyinin ifşası baxımından son dərəcədə əhəmiyyətlidir”.
Seymur ƏLİYEV
![Yekaterinburqda müdafiə zavodunda yanğın baş verib](https://moderator.az/photo/213x120/2024/07/31/1722372423_photo2024-07-3017-19-14-1.webp)
![Rusiya ilə İran ABŞ-da seçkilər zəminində üz-üzə gəlib, Çin nifaq salır](https://moderator.az/photo/213x120/2024/07/31/1722371704_347223358886360.webp)
![Məsud Pezeşkian:](https://moderator.az/photo/213x120/2024/07/31/1722371094_iran-president-masoud-pezeshkian-ap-photo-vahid-salemi.jpg)
![Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI](https://moderator.az/photo/213x120/2024/07/31/1722370973_1ecsqitmooxbc9mtzgxonojqgfl0cliahtlrxdjc_1200.webp)
![Bu test 5 dəqiqə ərzində infarkt riskini ortaya qoyur](https://moderator.az/photo/213x120/2024/07/30/1722366873_infarkt-riski.jpg)
![Rusiyadan İsrailin hücumuna dərhal reaksiya...](https://moderator.az/photo/213x120/2024/07/30/1722366257_rusiya-xin.jpg)
![İsrail Livanın paytaxtına zərbələr endirdi](https://moderator.az/photo/213x120/2024/07/30/1722366031_aviaudar.jpg)
![Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu](https://moderator.az/photo/213x120/2024/07/30/1722365095_qubi.jpg)
![“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi](https://moderator.az/photo/213x120/2024/07/30/1722364372_bas-mesqci.jpg)
![Avto](https://moderator.az/photo/213x120/2024/07/30/1722364102_tesla.png)
![Kabab üçün hansı ət seçmək lazımdır](https://moderator.az/photo/213x120/2024/07/30/1722363796_kabab-eti.jpg)
![Trampın qardaşı oğlu: Əmim Donald dəlidir](https://moderator.az/photo/213x120/2024/07/30/1722362729_emim-donald.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/30/1722363188_linkoln.jpg)
![Elçin Əmirbəyov:](https://moderator.az/photo/213x120/2024/07/30/1722362060_elcinemirbeyov-768x403.jpg)
![Çempionlar Liqası:](https://moderator.az/photo/213x120/2024/07/30/1722361195_bumvsepovcoa4dminkwk7ey6xqj8fodvwjvxs7pp_1200.webp)
![Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb](https://moderator.az/photo/213x120/2024/07/30/1722361786_police.jpg)
![Ermənistan ordusu sərhəddən çəkilir? – MÜHÜM GƏLİŞMƏ](https://moderator.az/photo/213x120/2024/07/30/1722361584_ordu.jpeg)
![“Bizim qələbəmiz onların xəyallarının üstündən xətt çəkdi”](https://moderator.az/photo/213x120/2024/07/30/1722361401_image_750x_636a2b9469255.jpg)
![Məşhur müğənni konserti zamanı səhvən milçək uddu – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/30/1722361041_seyma.jpg)
![Hər gün bu qədər çips və ya kraker yeyə bilərsiniz - Sağlamlıq üçün təhlükəsizdir](https://moderator.az/photo/213x120/2024/07/30/1722360208_chips.jpg)
![Kiberdələduzların yeni tələsi: “ƏDV GERİ AL” prosesi ilə bağlı saxta paylaşımlar edilir](https://moderator.az/photo/213x120/2024/07/30/1722359649_edv.jpeg)
![Dollar üçün risklər artır: İnvestorlar ən yaxşı aktivi açıqladı](https://moderator.az/photo/213x120/2024/07/30/1722359462_aktiv.jpg)
![Bu 3 bürc](https://moderator.az/photo/213x120/2024/07/30/1722359132_mimi.jpeg)
![300 min ildir yeyirik: püstənin müsbət və mənfi təsirləri](https://moderator.az/photo/213x120/2024/07/30/1722358640_puste.jpg)
![Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başlayıb](https://moderator.az/photo/213x120/2024/07/30/1722358167_azerbaycan-bokscusu.jpg)
![“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” - Xalq artisti](https://moderator.az/photo/213x120/2024/07/30/1722358001_xalq.jpg)
![Böyükşorda günəş enerji qurğusu istismara verildi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/30/1722356694_boyukshor_1.jpg)
![Azərbaycanda daha bir rəis vəzifəsindən azad edildi - RƏSMİ](https://moderator.az/photo/213x120/2024/07/30/1722356539_kreslo_vezife_a3.jpg)
![Bakıda qadın sirkə turşusu içib öldü](https://moderator.az/photo/213x120/2024/07/30/1722356097_ara.jpg)