Övladının 60 yaşlı müəlliməsilə intim əlaqədə oldu, "daha istəmirəm" dedikdə... – ŞOK
Kriminal
Oxunub: 3816
27 May 2024 | 14:14
Övladının 60 yaşlı müəlliməsilə intim əlaqədə oldu,
Bakının Qaradağ rayonunda 1985-ci il təvəllüdlü İsmayıl intim münasibətdə olduğu 1961-ci il təvəllüdlü Aytəni (adlar şərti verilib – red.) qətlə yetirib.
 
İsmayıl uzun müddət sevgi və intim münasibətdə olduğu Aytənlə daimi görüşdükləri evdə yenidən görüşmək barədə razılaşıblar.
 
İsmayıl 25 may 2022-ci ildə saat 21 radələrində yeznəsi Səmədə konkret kimin evinə getməsini deməyib, onu avtomobillə Aytənin evinə aparmasını xahiş edib. Daha sonra binanın qarşısında Səməddən onu gözləməsini istəyib və Aytənin yaşadığı evə qalxıb.
 
Evdə Aytən ondan münasibətlərinə son qoymasını xahiş edib. İsmayıl isə əsassız yerə mübahisə yaradıb, evin mətbəx otağına keçərək götürdüyü bıçağı şalvarının cibində gizlədib, yenidən qonaq otağına gəlib.
 
Söhbət əsnasında heç bir səbəb olmadan mübahisəni davam etdirib, masanın üzərində olan şüşə dərman qabını götürərək Aytənə tərəf atıb. Aytən onun üstünə gəldikdə isə cibindən bıçağı çıxararaq, ona zərbələr vurub. Çoxsaylı zərbələr nəticəsində qadın ölüb.
 
Aytənin öldüyünə əmin olan İsmayıl onun üzərində və evində olan ümumilikdə 8100 manat dəyərində 3 qızıl boyunbağını, 2 cüt qızıl sırğanı, bir yaşıl qaşlı qızıl bilərziyi, iki qızıl üzüyü, bir üzük, bir bilərzik, bir cüt sırğa və boyunbağını, bir sepi klonu ilə birlikdə götürüb.
 
Cinayətin izlərini gizlətmək üçün otaqda olan geyim paltarlarını yataq otağında taxta döşəmə üzərində yığaraq yandırıb. Sonra evdən qaçaraq gedib.
 
İsmayıl törətdiyi yanğınla Aytənin mülkiyyətində olan evə ümumilikdə 19.060.00 manat dəyərində, eyni əməllə həmin ünvanın döşəmə qatının tamamilə yanması ilə digər evə keçmiş yanğın nəticəsində, həmin evin sahibinə isə 8.880.00 manat dəyərində ziyan vurub.
 
İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
 
“Məqsədim həyat yoldaşımın müalicə etdirmək olub”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 8 sentyabr 2009-cu ildə Turanə ilə ailə həyatı qurub və onların birgə nikahından iki uşağı olub: “Əvvəllər ailəmlə birlikdə Lökbatan qəsəbəsində “SOCAR”ın binaları adlanan yaşayış massivində kirayədə yaşamışam.
 
2022-ci ilin yanvar ayında isə evdən çıxmışam və arvadımın xəstəliyi ilə əlaqədar Rusiyaya getmişəm. Məqsədim həyat yoldaşımı müalicə etdirmək idi.
 
Həmin il mayın 25-də Azərbaycana qayıtdım. Mərhum Aytəni təxminən 5 il əvvəldən tanıyırdım. Həmin vaxt Lökbatan qəsəbəsində yerləşən “Şəmkir” adlanan marketdə işləmişəm. Aytən müəllimə də tez-tez həmin mağazaya gələrək oradan alış-veriş edirdi”.
 
“İntim münasibətdə olmağa başladıq”
 
İsmayılın sözlərinə görə, övladı Aytən müəllimənin sinfinə, birinci sinfə daxil olub: “Bundan sonra Aytən müəllimə ilə yaxın münasibətim yarandı. Yaşadığı evdə onunla intim münasibətdə olmağa başladıq. Bundan başqa ailəvi münasibətimiz də yaxşı idi. Lakin ailəmin Aytənlə intim münasibətimizdən xəbəri olmayıb.
 
Sonradan ailə üzvlərim bundan xəbər tutsa da, mən Aytənlə münasibəti soyutduqdan sonra onlar da sakitləşdilər”.
 
İsmayılın ifadəsinə görə, Rusiyada olduğu müddətdə Aytənlə “Whatsapp” sosial proqramı vasitəsilə əlaqə saxlayıb:
 
“25 may 2022-ci ildə, səhər saat 4 radələrində Bakı şəhərinə qayıtdım. Bacımın həyat yoldaşı Səməd öz avtomobili ilə Heydər Əliyev adına Beynəlxalq hava limanına gələrək məni və mənimlə birlikdə gələn ailəmi qarşıladı. Biz Səmədin yaşadığı Lökbatan qəsəbəsindəki evinə getdik. Axşam radələrində ailə üzvlərimizlə birlikdə Səmədin evində yemək yedik.
 
Rusiyada olduğum zamanda da Aytənlə votsap vasitəsilə əlaqə saxlayırdım. Həmin vaxt Bakıya gələndə onunla görüşəcəyim barədə razılığa gəlmişdik. Aytən mənə 18 may 2022-ci ildə əri Salmanla birlikdə Türkiyənin Antalya şəhərinə qızları Nəsibənin toyuna getdiyini bildirdi. Aytən əri Salmandan ayrılmışdı və onlar ayrı-ayrı evlərdə yaşayırdıar”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Bakıya gəldikdən sonra Rusiyaya məxsus telefon nömrəsi işlədib: “Mayın 25-də Aytənlə votsapda əlaqə saxladım. Təxminən saat 17 radələrində Bakıya gəldiyi barədə mənə məlumat verdi. Təxminən saat 20 radələrində evə gəlməyimi istədi. Ona havanın hələ qaralmadığını desəm də, bildirdi ki, bacısı Səbinəgil də onlara gələcək, o vaxtacan mən gəlib-gedim. Aytənlə razılaşdım, 15 dəqiqə ərzində gələcəyimi dedim”.
 
“Fikirləşdim ki, başqası ilə evdə olduğuna görə qapını açmır”
 
İsmayılın sözlərinə görə, daha sonra Səmədin idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsində Aytənin yaşadığı 5 mərtəbəli binanın həyətinə gəlib:
 
“Səmədə kimin yanına və hansı məqsədlə getməyim barədə heç bir məlumat vermədim. Məqsədim Aytəınlə yaşadığı evdə 5-10 dəqiqə görüşüb çıxmaq idi. Maşınından düşərkən Səmədə 20 dəqiqəyə gələcəyimi dedim. Daha sonra Aytənin yaşadığı evə getdim.
 
Aytənin evinə getdiyim zaman həmişə qapını sakit döydükdə qapını açırdı. Bu dəfə təxminən 10-12 dəqiqə qapını döydüm, amma açan olmadı. Daha sonra bir oğlanın bloka daxil olduğunu hiss etdim. O, pilləkənlə yuxarı qalxdı. Oğlan 3-cü mərtəbəyə yaxınlaşdıqda görüntü yaratmaq üçün aşağı düşərək həmin oğlanın yanından keçdim. Lakin onun üzünə baxmadım. Fikirləşdim ki, yəqin Aytən başqa birisi ilə evdə olduğuna görə qapını açmadı. Qısqanclqıdan əsəbləşdim.
 
Ona görə də bir neçə dəfə qapını əlimlə möhkəm döyərək onu çağırdım. Yalnız bundan sonra Aytən qapını açdı və mənimlə görüşməyib qonağ otağına tərəf getdi. Onun arxasınca dəhlizə daxil oldum, daha sonra qonaq otağına tərəf getdim”.
 
“Mənimlə niyə görüşməməsini soruşdum”
 
İsmayıl qeyd edib ki, Aytən divara bitişik kreslonun üstündə oturub: “O mənə də keçib oturmağı deyərək yer göstərdi. Kresloya əyləşə-əyləşə ondan qapını gec açmasının səbəbini soruşdum. Cavabını gözləməyib “tualetdəydin?” deyərək təkrar soruşdum. Aytən isə “yox, nə tualetdə, paltarları yığıram, ütülüyəcəm indi” deyə cavab verdi. Qonaq otağı ilə yataq otağının arasında üst-üstə tökülmüş vəziyyətdə çoxlu paltar, dəsmal vardı.
 
Aytəndən mənimlə görüşməməsinin səbəbini soruşdum. Bildirdi ki, bir dayan, sözüm var sənə, bu günə kimi nə olubsa-olub, səninki səndə, mənimki məndə. Bu sözə təəccübləndim. Ondan “nə səbəbə bu sözləri deyirsən” soruşdum. Cavabı gözləmədən ayağa durdum, mətbəxə tərəf getdim.
 
Evdəki otaqlara göz gəzdirdim ki, görüm kimsə var, yoxsa yox. Çünki Aytəni birinci dəfə belə aqressiv gördüm. Mətbəxdə su içib oradakı bıçağı götürərək cibimə qoydum və Aytənin yanına qayıtdım.
 
Bıçağı götürməyimə səbəb o idi ki, birdən evdə başqa kimsə olar, ona görə hər ehtimala qarşı götürdüm. Kimisə öldürəcəyim heç yuxuma belə gəlməyib”.
 
“Səni sevmirəm, həyatımda başqası var”
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, Aytənin yanına gəlib, oturandan sonra ona “de görüm kimdir bu adam ki, məni ona dəyişirsən” sualını verib: “Aytən bir daha "bu günə qədər olan münasibət kifayətdir, artıq səni sevmirəm, həyatımda başqası var” söylədi. Mən də bu sözə əsəbiləşdim. Nə üçün belə etdiyini soruşanda evdən getməyimi tələb etdi. Məni ağır söyüşlərlə təhqir etməyə başladı.
 
Daha sonra “nə istəyirsən, o, səndən yaxşıdır, səndən yaxşı intim əlaqədə olur, çıx rədd ol” dedi. Bu sözlərdən bərk əsəbləşdiyim üçün özümü saxlaya bilmədim. Jurnal stolunun üzərindəki 100 qramlıq dərman şüşəsini götürərək sifətinə tərəf atdım. Aytən üzünü yana çevirdiyi üçün qab çənə nahiyəsinə dəydi, bir qədər aralıda olan qapıya toxunub sındı”.
 
“Çox böyük səhvlərə yol vermişəm”
 
İsmayıl bildirib ki, Aytən onun ünvanına nalayiq söyüşlər işlədib: “Dedi ki, mənimlə səndən yaxşı intim əlaqədə olan var, nə istəyirsən məndən, çıx rədd ol. Bu sözləri deyib əl-qol ata-ata üstümə gəldi. Cibimə qoyduğum bıçağı çıxardım və üstən aşağı onu vurmaq istədim.
 
Amma sol qolunu yuxarı qaldırıb qabağa verdiyi üçün bıçaq, səhv etmirəmsə, qoluna dəydi. Bıçağın Aytənin başqa harasına dəyməsini xatırlamıram.
 
Aytəngilə gələndə onun mənə qarşı bu hərəkətləri edəcəyini, yəni məni qapının ağzında gözlədəcəyini, sonra isə üzümə başqası ilə yaşadığını və həmin şəxsin məndən yaxşı cinsi əlaqədə olmasını deməsini heç gözləmirdim. Bizim aramızda heç vaxt belə bir münasibət, hərəkət olmayıb.
 
Ona görə Aytənin hərəkətlərindən və danışığından özümü itirdiyim üçün nə etdiyimi bilməmişəm. İndi başa düşürəm ki, çox böyük səhvlərə yol vermişəm. Aytənin “səni tutduracağam, səndən şikayət edəcəyəm, gör, başına nə oyun açacam” sözlərinə, eyni zamanda təhqiramiz ifadələrinə görə onu bıçaqla vurmuşam”.
 
“İdman fəndi ilə boğdum”
 
İsmayıl bildirib ki, daha sonra əli ilə Aytənin çiynindən itələyib: “O, yataq otağının qapısına dəyərək geriyə, ağzı üstə yerə yıxıldı. Səsinin çıxmadığını görəndə bərk qorxdum. Artıq hər şeyin gec olduğunu, yəni onun şikayət edəcəyini fikirləşdim, onu öldürmək qərarına gəldim. Əvvəllər “dzü do” idman növü ilə məşğul olduğuma görə boğucu fənd işlədib onu boğaraq öldürdüm. Heç xırıldamadan nəfəsi kəsildi. Boğucu fənd zamanı həmin adamı vaxtında ayıltmayanda ölür. Bunu idman zamanı öyrənmişdim.
 
Qətldən sonra izi itirmək üçün evi yandırmaq qərarına gəldim. Ütülənmək üçün yığılan paltarlara oradakı alışqanla od vurdum. Meyit qonaq otağından yataq otağına açılan qapının ağzında idi. Yandırdığım paltarlar meyitdən təxminən metr yarım aralıydı. Məqsədim meyiti yox, ümumi evi yandırmaq idi.
 
Paltarları yandırandan sonra evdən çıxmaq istəyəndə Aytənin telefonunu zaldakı kreslonun yuxarı hissəsində toka taxılı vəziyyətdə gördüm. Telefonu şnurla çıxaranda baş hissəsi "rozetka"da, yəni elektrik yuvasında qaldı. Telefonu şnur qarışıq odun içinə atdım ki, yanıb məhv olsun.
 
Tələsik evdən çıxaraq qapını örtdüm və tez həyətə düşdüm. Piyada aşağı düşəndə arxadan, üzbəüz mənzildə yaşayan rus milliyətindən olan qadının “nə səs-küy salırsan” sözlərini eşitdim. Həyətdə qaça-qaça yeznəm Səmədin maşınına tərəf getdim. Maşına oturaraq ona “sür qabağa, sağa dön, zibbilliyin yanında saxla, pəncərəyə baxım” dedim.
 
Səməd məndən pəncərəyə baxmağımın səbəbini soruşdu. Ona dedim ki, qapını döydüm açmadı, baxıram görüm evdədir, yoxsa yox. Əslində məqsədim o idi ki, görüm, pəncərədən alov çıxır, yoxsa yox. Maşının salonundan boylanıb baxanda hələ alov gözə dəymirdi. Ona görə Səmədə dedim ki, qəsəbənin içində bir qədər fırlanaq, sonra evə gedək. O da bir söz demədən maşını sürüb mərkəzə getdik. Yanacaq doldurma məntəqəsində yanacaq vurandan sonra evə qayıtdıq”.
 
“Dedi ki, ev qazdan partlayıb”
 
İsmayıl qeyd edib ki, daha Aytənin evinə tərəf qayıtmayıb: “Düşündüm ki, Səməd nəsə görüb başa düşər. Baş verənlər barədə evdə heç kimə heç nə demədim. Səhərisi gün həyat yoldaşım və uşaqlarımla Mehdiabad qəsəbəsində olan evimizə getdik. Bizi evə Səməd apardı.
 
Günorta vaxtları polis əməkdaşları Səmədin telefonuna zəng edərək onun maşınının farası ilə maraqlandılar, bak yerində qapaq olub-olmadığını soruşdular. Səməd bundan sonra “qəsəbədə nəsə olub, ola bilsin, qəza baş verib, qaçıblar, “Nexia” maşını axtarırlar” dedi. Səmədin də maşını “Nexia” markalı idi.
 
Səməd “maşının yanacaq doldurulan bakının qapağı rəngə görə çıxarılıb, onu yerinə salmaq lazımdır” dedi. Məhlədə Səməd özü maşının benzin bakının qapağını yerinə bağladıqdan sonra getdi. Aradan 2-3 saat keçmiş Səməd ailəsi ilə qayıdaraq bizə gəldi. Məndən soruşdu ki, sən əvvəlki gün getdiyin binada hansı mərtəbəyə çıxmışdın? Bildirdim kui, biz ora axşam getmişik, hadisə isə səhər olubdur, narahat olma.
 
Ona qədər artıq qardaşım Vəlidən Aytənin evinin yandığını eşitmişdim. Qardaşıma həmin binada yaşayan Daşqın adlı dostu demişdi ki, Aytən müəllimənin evi qazdan partlayıb, özü də reanimasiyadadır. Ona görə Səməd məndən soruşanda artıq evin yanmasından xəbərim vardı”.
 
İsmayıl deyib ki, mayın 26-da Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları gələrək onu polisə aparıblar: “Artıq nəyisə gizlətməyin mənasız olduğunu başa düşdüm. Hadisə barədə həqiqətləri olduğu kimi danışdım”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İsmayıl 18 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
 
Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib