Azərbaycan-Tacikistan münasibətləri yüksək inkişaf mərhələsindədir
Siyasət
Oxunub: 2201
26 May 2024 | 22:50
Azərbaycan-Tacikistan münasibətləri yüksək inkişaf mərhələsindədir
Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir.  Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir.
 
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
 
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib.
 
15 Mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşü olub. Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Səfər zamanı Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər imzalanıb. Prezidentlər İlham Əliyev və Emoməli Rəhmon Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni imzalayıblar. Sonra Azərbaycan Respublikası və Tacikistan Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, beynəlxalq avtomobil əlaqələri sahəsində, mədəniyyət və incəsənət sahəsində, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm sahəsində, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya sahəsində, dəmir yol nəqliyyatı sahəsində əməkdaşlıq, hava əlaqəsi haqqında hökumətlərarası sazişlər imzalanıb.
 
İmzalanma mərasimindən sonra dövlət başçılarının birgə mətbuat konfransı keçirilib. Dövlət başçıları bəyanatlarla çıxış ediblər.
 
Prezident Emoməli Rəhmon bəyanatında bildirib: "...Dövlətlər arasında bütün mübahisələrin dincliklə həllinin qəti tərəfdarı olan Tacikistan Dağlıq Qarabağ münaqişəsinin tərəflər arasında danışıqların bərpasını alqışlayır və bunu dünyanın bu çox mühüm regionunda sülhün və sabitliyin möhkəmlənməsi üçün yeganə vasitə sayır...".
 
13 avqust 2007-ci ildə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon təkbətək görüş keçiriblər. Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirilib.
 
Prezident İlham Əliyevin və Prezident Emoməli Rəhmonun geniş tərkibdə görüşündən sonra Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər imzalanıb. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Birgə Bəyannaməni imzalayıblar. Sonra statistika sahəsində əməkdaşlıq haqqında, "Det.Al Metal DMCC" və "TALCO management Ltd" şirkətləri arasında çoxtərəfli əməkdaşlıq proqramı haqqında çərçivə sazişi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Ədliyyə Nazirliyi arasında, elm, texnika və texnologiya sahəsində, rabitə və informasiyalaşdırma sahəsində, təhsil sahəsində əməkdaşlıq haqqında, ikiqat vergitutmanın aradan qaldırılması, gəlir və kapitala görə vergilərin ödənilməsindən yayınma hallarının qarşısının alınması və azad ticarət haqqında hökumətlərarası sazişlər imzalanıb.
 
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon birgə mətbuat konfransı keçiriblər. Bəyanatlarla çıxış edən dövlət başçıları jurnalistlərin suallarına cavab veriblər. Tacikistan Prezidenti Emoməli Rəhmon Heydər Əliyev Fondunda olub. Tacikistan Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun fəaliyyəti barədə məlumat verilib.
 
Prezidentlərin qarşılıqlı səfərlərindən sonra əlaqələr daha da inkişaf edib.
 
13 fevral 2008-ci ildə Prezident İlham Əliyev Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın həmsədri Bobozoda Qulomconun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın işçi qrupunun iclasının işə başlamasının ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
 
11 noyabr 2009-cu ildə isə Tacikistan prezidenti bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi qəbul edib. Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığa dair məsələlər, qoşunların döyüş hazırlığının artırılması, hərbi kadrların hazırlanması və elmi əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyin zəruri olduğu bildirilib. Emomali Rahmon Tacikistanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək, iki ölkənin müdafiə qurumları arasında da münasibətlərin bu səviyyəyə çatacağından əminliyini ifadə edib.
 
  "Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan "Nurek" Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Tacik xalqı dahi şəxsiyyətin yaxşılığını unutmayacaq". Tacikistan prezidenti bu fikirləri 2009-cu ildə Tacikistanda keçirilən Beynəlxalq simpoziumda bildirib. Ümumi gücü 2.700 MW't olan "Nurek" Su Elektrik Stansiyası Paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini işıqla təmin edir.
 
Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir. Tacikistan Respublikası alüminium istehsalı üçün Azərbaycan Respublikasından gil-torpaq və neft koksu idxal edir. Gəncə gil-torpaq kombinatından Tacik Alüminium Şirkətinə hər il 300 min tondan çox gil-torpaq göndərilir. Bununla yanaşı, Azərbaycandan nar şirəsi, kərə yağı, şəkər və digər kənd təsərrüfatı məhsulları idxal edir.
 
Azərbaycan iqtisadiyyatının ət-süd istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq sahəsi, şərabçılıq və digər kənd təsərrüfatı bitkiləri kimi sahələr Tacikistan üçün müəyyən maraq doğurur. Ölkələrimiz arasında mal dövriyyəsi 2009-cu ildə 25 milyon 472 min dollar təşkil edib.
 
Dərin tarixi köklərə söykənən Azərbaycan - Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. 2007-ci ilin oktyabrında Azərbaycanda Tacikistan mədəniyyət günləri keçirilib. Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
 
2008-ci ilin 9-12 noyabrında isə Tacikistanda "Azərbaycan mədəniyyət günləri"nə start verilib. Mədəniyyət günlərində Azərbaycanın 73 nəfərdən ibarət nümayəndə heyəti Tacikistanda səfərdə oldu. Mədəniyyət günlərinin yekunu olaraq Tacikistanın prezidenti İmomali Rəhmon nümayəndə heyətini qəbul edib. Tacikistanda Azərbaycan dramaturqlarının əsərləri, eləcə də, "Didor-Düşənbə" 3-cü Beynəlxalq Kino Festivalında Azərbaycan kinematoqrafçıları Əli İsa Cabbarovun qısametrajlı "Düyün" və Murad İbrahimbəyovun tammetrajlı "Üç qız" filmi nümayiş etdirilib.
 
Azərbaycanla Tacikistan İKT, İƏT, MDB və s. kimi regional təşkilatlarda, həmçinin, TRACECA kimi beynəlxalq proqramda faydalı əməkdaşlıq edirlər. 8 sentyabr 1998-ci ildə Bakıda "Tarixi İpək Yolunun bərpası" adlı Beynəlxalq Konfrans keçirilib və 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi bu konfransda Tacikistan da təmsil olunub. Konfransda "Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş" (Əsas Saziş) və onun Texniki Əlavələri imzalanıb.
 
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
 
Prezident İlham Əliyevin cari ilin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqlar verilib.
 
Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.
 
Nicat İsmayılov,
Bərdə şəhər 8 nömrəli tam orta məktəbin direktoru
 
Oxşar xəbərlər
10:26, Bu gün
SON DƏQİQƏ! Bu deputat vəzifədən gedir
10:19, Bu gün
Məşhurların sosial şəbəkədəki reklam qiymətləri - 1 story 2500 manat..
10:11, Bu gün
Türkiyəli məşhur aktyor vəfat etdi
10:00, Bu gün
“Telegram”da pornoqrafik materialları qanunsuz yayan şəxsə cəza verildi
09:54, Bu gün
HƏMAS liderinin Tehranda öldürüldüyü iqamətgahın VİDEOSU
09:50, Bu gün
İranda HƏMAS liderinin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirilir
09:40, Bu gün
Fırıldaqçılar və xainlərin doğum tarixlərində bu 3 rəqəm var- Bu tarixdə doğulan insanlardan UZAQ DURUN 
09:21, Bu gün
Əskikliyi depressiya riskini 11 dəfə artıran vitamin
09:15, Bu gün
“Məşədi Dadaş”ın imamına sui-qəsd hazırladı - Son anda qarşısı alındı
09:07, Bu gün
Tehranda raket hücumu: HƏMAS lideri öldürüldü
09:02, Bu gün
Rusiya zabitləri ilə "Hizbullah" komandirləri arasında gizli görüş keçirildi...-İSRAİL MEDİASI
08:51, Bu gün
İran Tehranda Haniyyənin qətlini ARAŞDIRIR
08:44, Bu gün
Azərbaycandakı qəfil ölümlərin SƏBƏBİ... - Çin vaksini?
08:09, Bu gün
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
08:00, Bu gün
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
07:53, Bu gün
Azərbaycan Texnologiya Universitetinin tələbəsi adam öldürdü - TƏFƏRRÜAT
07:47, Bu gün
Gürcüstan hökuməti seçkilərdə Saakaşvilinin partiyasının iqtidara qayıdışından qorxur... 
07:39, Bu gün
İstirahət mərkəzində ona qarşı əxlaqsız hərəkətlər edən kişini ifşa etdi - FOTO
07:30, Bu gün
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
07:23, Bu gün
Məktəbin həyətinə keçmək istəyən oğlanın faciəvi ölümü: "Elə bildik oturub" 
07:14, Bu gün
Bakıda gəmi yandı - Mexanik yanıq xəsarətləri aldı...
07:01, Bu gün
Belarus Rusiya dronlarını tutmaq üçün aviasiya qaldırdı...-GÖZLƏNİLMƏZ
00:45, Bu gün
Yekaterinburqda müdafiə zavodunda yanğın baş verib
00:33, Bu gün
Rusiya ilə İran ABŞ-da seçkilər zəminində üz-üzə gəlib, Çin nifaq salır
00:23, Bu gün
Məsud Pezeşkian: "İran Fələstin xalqının mübarizəsinə qətiyyətli dəstəyini davam etdirəcək"
00:21, Bu gün
Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI
30 Jul 2024 | 23:00
Bu test 5 dəqiqə ərzində infarkt riskini ortaya qoyur
30 Jul 2024 | 22:55
Rusiyadan İsrailin hücumuna dərhal reaksiya...
30 Jul 2024 | 22:48
İsrail Livanın paytaxtına zərbələr endirdi
30 Jul 2024 | 22:40
Bakıda güclü yanğın başladı
30 Jul 2024 | 22:32
Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu
30 Jul 2024 | 22:27
“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi
30 Jul 2024 | 22:18
Avto"Tesla" 2 milyona yaxın avtomobili GERİ ÇAĞIRIR - Ciddi problem aşkarlandı
30 Jul 2024 | 22:10
Kabab üçün hansı ət seçmək lazımdır
30 Jul 2024 | 22:00
Trampın qardaşı oğlu: Əmim Donald dəlidir
30 Jul 2024 | 22:00
"Qarabağ" “Linkoln”i məğlub etdi
30 Jul 2024 | 21:55
Elçin Əmirbəyov: "Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq"
30 Jul 2024 | 21:55
Çempionlar Liqası: "Qarabağ" darmadağınla "Linkoln"a qalib gəldi
30 Jul 2024 | 21:50
Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb
30 Jul 2024 | 21:45
Ermənistan ordusu sərhəddən çəkilir? – MÜHÜM GƏLİŞMƏ
30 Jul 2024 | 21:37
“Bizim qələbəmiz onların xəyallarının üstündən xətt çəkdi”
30 Jul 2024 | 21:25
Məşhur müğənni konserti zamanı səhvən milçək uddu – VİDEO
30 Jul 2024 | 21:18
Hər gün bu qədər çips və ya kraker yeyə bilərsiniz - Sağlamlıq üçün təhlükəsizdir
30 Jul 2024 | 21:02
Kiberdələduzların yeni tələsi: “ƏDV GERİ AL” prosesi ilə bağlı saxta paylaşımlar edilir
30 Jul 2024 | 20:56
Dollar üçün risklər artır: İnvestorlar ən yaxşı aktivi açıqladı
30 Jul 2024 | 20:48
Bu 3 bürc "ÖLÜMSÜZDÜR"
30 Jul 2024 | 20:40
300 min ildir yeyirik: püstənin müsbət və mənfi təsirləri
30 Jul 2024 | 20:31
Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başlayıb
30 Jul 2024 | 20:23
“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” - Xalq artisti
30 Jul 2024 | 20:15
Böyükşorda günəş enerji qurğusu istismara verildi - FOTO
30 Jul 2024 | 20:11
Azərbaycanda daha bir rəis vəzifəsindən azad edildi - RƏSMİ
30 Jul 2024 | 20:03
Bakıda qadın sirkə turşusu içib öldü
30 Jul 2024 | 19:55
40 saat  okeanda qalan cütlük xilas olundu
30 Jul 2024 | 19:38
Yayda telefonunuzdan EHTİYATLI OLUN
30 Jul 2024 | 19:30
“WhatsApp”dan YENİ FUNKSİYA: istifadəçilərin həyatını asanlaşdıracaq
30 Jul 2024 | 19:23
Bu içki nikotin istəyini aradan qaldırmağa kömək edir
30 Jul 2024 | 19:15
Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen
30 Jul 2024 | 19:03
Növbəti tədris ili üçün ən arzuolunan qadağalar, keçirilməsi ən vacib fənn-TƏHLİL
30 Jul 2024 | 18:55
130 nəfər ilan balığından zəhərləndi: 1 nəfər öldü
30 Jul 2024 | 18:50
Mükafat qazanmayan cüdoçu Paris-2024-də evlilik təklifi alıb
30 Jul 2024 | 18:45
Fürsəti əldən vermişik - Marukyan
30 Jul 2024 | 18:38
İsraillə “Hizbullah” arasında genişmiqyaslı savaş mümkündürmü?- Sabiq baş diplomat...
30 Jul 2024 | 18:32
Alimlər yaddaşı yaxşılaşdıran burun spreyi hazırlayıblar
30 Jul 2024 | 18:28
“Google” sürücüsüz taksilərə əlavə 5 milyard dollar sərmayə qoyacaq
30 Jul 2024 | 18:22
Rusiya vətəndaşlığı alanlar bir il orduda xidmət etməli olacaq
30 Jul 2024 | 18:14
“London taksiləri”nin çürüdüyü yerdən FOTOLAR
30 Jul 2024 | 18:08
1 stəkanı ilə bədəndə infeksiya qalmır
30 Jul 2024 | 18:00
Medal qazanan müsəlman ölkələrin SİYAHISI-Azərbaycanın adı siyahıda varmı?
30 Jul 2024 | 17:50
Küləkli hava şəraiti ilə bağlı SARI xəbərdarlıq
30 Jul 2024 | 17:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
30 Jul 2024 | 17:40
Rusiya Ədliyyə Nazirliyi Alla Puqaçovanı "xarici agent" kimi tanımaq istəyir, lakin...
30 Jul 2024 | 17:34
“Məni qayışla döymüsən” - Ramiz Novruzun qızı atasından danışdı - FOTO
30 Jul 2024 | 17:28
“Tarqovı”da gənc qızdan qəribə hərəkətlər – VİDEO
30 Jul 2024 | 17:22
Akif Nağının Milli Məclis üzvlüyünə namizədliyi təsdiq olundu...-FOTO
30 Jul 2024 | 17:17
Ceyhun Bayramov pakistanlı səfiri qəbul etdi - FOTO
30 Jul 2024 | 17:11
Hava ilə bağlı XƏBƏRDARLIQ -  Avqustun 1-i gündüzdən...
30 Jul 2024 | 17:05
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
30 Jul 2024 | 17:00
Tələbələrin köçürülməsi ilə bağlı YENİ QƏRAR
30 Jul 2024 | 16:55
DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
30 Jul 2024 | 16:49
Ermənistanın sürətlə silahlanmasında ilginc hədəf – Qarabağ üzərindən…
30 Jul 2024 | 16:43
Qəzza bölgəsində epidemiya baş qaldırıb - ÜST dərhal atəşkəs tələb edir
30 Jul 2024 | 16:38
Qərb Venesuelanı itirmək istəmir - Maduro 11 ildən sonra yenə sınaqda - TƏHLİL + FOTO
30 Jul 2024 | 16:32
Azərbaycanda bu taksi şirkəti bağlandı
30 Jul 2024 | 16:26
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
30 Jul 2024 | 16:19
Universitetlərdə təhsilhaqqı artırılır: Səbəb də odur ki... - Ekspert
30 Jul 2024 | 16:12
Sərnişinlərin NƏZƏRİNƏ! 300-dən çox avtobus bu prospektə daxil olmayacaq
30 Jul 2024 | 16:06
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi - Həbs olundu
30 Jul 2024 | 15:59
"Dünya alovunu söndürmək hələ ki, mümkündür..."
30 Jul 2024 | 15:56
Dünya Universitetləri sıralamasında Azərbaycanın adı niyə yoxdu? -DETALLAR
30 Jul 2024 | 15:51
Bərdədə yaşayan kəlbəcərlilər təbiətin qorunması layihəsinə cəlb edildi - FOTO
30 Jul 2024 | 15:46
TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək
30 Jul 2024 | 15:39
“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI
30 Jul 2024 | 15:33
Hidayətin xanımı tanınmış sima imiş - FOTO
30 Jul 2024 | 15:28
Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşdü - YENİLƏNİB
30 Jul 2024 | 15:22
“Ermənistan üçüncü müharibəyə hazırlaşır” - Polkovnikdən XƏBƏRDARLIQ
30 Jul 2024 | 15:16
"Mehriban Əliyeva 3 geyimini mənə bağışladı"
30 Jul 2024 | 15:11
Daşınmaz əmlak sektorunda kəskin bahalaşmanın SƏBƏBLƏRİ AÇIQLANDI
30 Jul 2024 | 15:06
Dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi - FOTO
30 Jul 2024 | 15:00
"Bayden ABŞ prezidentləri üçün immunitetləri məhdudlaşdırmağı planlaşdırır" - "The Washington Post"
30 Jul 2024 | 14:54
SON DƏQİQƏ! Bakıda TOYLAR TƏXİRƏ SALINIR – Bu tarixdən…
GÜNLÜK
30 Jul 2024 | 11:31
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
30 Jul 2024 | 12:05
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
30 Jul 2024 | 11:28
“Evinin yanıdır da, bəlkə elə baltanı ağacı budamaq üçün götürüb?”-Sənətkarın qohumu-ÖZƏL
30 Jul 2024 | 14:28
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
30 Jul 2024 | 13:46
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
30 Jul 2024 | 10:35
Bakının bağlanan məşhur bazarı açılır
30 Jul 2024 | 11:40
Ağadadaş Ağayevin balta ilə hücum etdiyi mühafizəçi: "Mənə dedi ki, ermənidən əmələ gələn..." - VİDEO
30 Jul 2024 | 16:26
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
30 Jul 2024 | 15:56
Dünya Universitetləri sıralamasında Azərbaycanın adı niyə yoxdu? -DETALLAR
30 Jul 2024 | 10:50
Hidayət Heydərov Olimpiya kəndində belə qarşılandı - VİDEO
HƏFTƏLİK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
30 Jul 2024 | 11:31
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
30 Jul 2024 | 12:05
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
30 Jul 2024 | 11:28
“Evinin yanıdır da, bəlkə elə baltanı ağacı budamaq üçün götürüb?”-Sənətkarın qohumu-ÖZƏL
30 Jul 2024 | 14:28
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
30 Jul 2024 | 13:46
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
30 Jul 2024 | 10:35
Bakının bağlanan məşhur bazarı açılır
30 Jul 2024 | 11:40
Ağadadaş Ağayevin balta ilə hücum etdiyi mühafizəçi: "Mənə dedi ki, ermənidən əmələ gələn..." - VİDEO
30 Jul 2024 | 16:26
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
30 Jul 2024 | 15:56
Dünya Universitetləri sıralamasında Azərbaycanın adı niyə yoxdu? -DETALLAR
30 Jul 2024 | 10:50
Hidayət Heydərov Olimpiya kəndində belə qarşılandı - VİDEO