3078
25 May 2024 | 16:55

"Qərb silahları ilə Rusiyaya zərbələr endirməyə qadağa ləğv edilməlidir" - NATO-nun baş katibi

 
"Ukraynanın müdafiə olunmaq hüququ var və bu, Rusiya ərazisində qanuni hədəflərə zərbələr endirməyi də nəzərdə tutur..."
 
Yens Stoltenberq Rusiyaya zərbələr endirməyə qadağanın ləğv edilməsində eskalasiya görmür
 
Ulkraynanın tərəfdaş ölkələri onların silahlarından Rusiya ərazilərindəki obyektlərə zərbələr endirməyə qadağanı ləğv etməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "The Economist" nəşrinə müsahibəsində bəyan edib.
 
Nəşr qeyd edir ki, NATO-nun baş katibləri adətən Alyansın ən böyük və ən vacib üzv ölkəsi olan ABŞ-ı tənqid etmir. Lakin Stoltenberq məhz bunu edib. ABŞ-ın adını birbaşa çəkməsə də, o, söhbətin kimdən getdiyini aydın şəkildə anladıb.
 
"Müttəfiqləri üçün Ukraynaya verdikləri silahların istifadəsinə qoyduqları bəzi məhdudiyyətlərin ləğv edilməsi barədə düşünməyin zamanı yetişib.
 
Xüsusilə indi, Xarkov vilayətində, sərhəd yaxınlığında çoxsaylı döyüş əməliyyatlarının getdiyi bir vaxtda bu silahların Rusiya ərazisində qanuni hədəflərə qarşı istifadəsinə qadağa qoyulması onların müdafiəsini çox çətinləşdirir", - baş katib deyib.
 
Stoltenberq vurğulayıb ki, rusiyalılar hücum etməkdə davam edəcək və sərhəd rayonunda itkiləri ilə hesablaşmadan müəyyən ərazilər əldə edəcək.
 
"Biz bunun nə demək olduğunu anlamalıyıq. Bu, Rusiyanın Ukraynaya qarşı qəsbkarlıq müharibəsidir. Ukraynanın müdafiə olunmaq hüququ var. Və bu, Rusiya ərazisində qanuni hədəflərə zərbələr endirməyi də nəzərdə tutur", - baş katib təkid edib.
 
Bununla birlikdə baş katib Avropa ölkələrini silah tədarükü üzrə artıq üzərlərinə götürdükləri öhdəlikləri icra etmək qabiliyyətinin olmamasında tənqid edib.
 
"Avrpopa müttəfiqləri bir milyon artilleriya mərmiləri vəd edib. Biz buna yaxın heç nə görməmişik", - o, deyib.
 
Stoltenberq etiraf edib ki, NATO Rusiya ilə birbaşa qarşıdurmadan yan keçməlidir. Bununla birlikdə o, silah tədarükü ilə hərbi əməliyyatlarda birbaşa iştirak etmək arasında fərqi görür.
 
"Biz təlimlər keçiririk, biz Ukrayna üçün silah və döyüş sursatları tədarük edirik, lakin biz NATO ərazisindən Ukraynada döyüş əməliyyatlarında birbaşa iştirak etməyəcəyik. Çünki bu, başqa məsələdir", - o, vurğulayıb.
 
Baş katib əlavə edib ki, Fransa prezidentinin açıq bəyanatlarına rəğmən, NATO Ukraynaya qoşunlar göndərməyi planlaşdırmır.
 
Qərb Rusiyaya zərbələr endirməyə qadağanı ləğv edə bilər
 
Amerika silahlarının Ukraynaya ilk tədarükü zamanından Ağ Ev bu silahlardan Rusiya ərazisinə zərbələr üçün istifadəsinə qadağa qoyub.
 
Lakin "The New York Times" nəşrinin məlumatına görə, belə siyasət ətrafında konsensus dağılır. Hazırda prezident administrasiyası daxilində bu qadağanın zəiflədilməsi üzrə fəal debatlar davam edir.
 
Maraqlıdır ki, bu qadağanı hətta yarım il öncə Ukraynaya hərbi yardımın yeni proqramını əngəlləyən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson da tənqid edib. 
 
Onun sözlərinə görə, Ukraynanın səylərinə  "mikrosəviyyədə" nəzarət etmək cəhdləri ABŞ üçün "o qədər də yaxşı siyasət deyil".
Link kopyalandı!
Son xəbərlər