Nasist Almaniyasının qaçılmaz məğlubiyyəti – Hitler Vermaxt generallarının peşəkarlığına güvənməyib
Dünya
Oxunub: 6809
21 May 2024 | 13:53
Nasist Almaniyasının qaçılmaz məğlubiyyəti – Hitler Vermaxt generallarının peşəkarlığına güvənməyib
Faşist Almaniyasının SSRİ-yə məğlub olmasının səbəbləri uzun illər tarixçilər üçün müzakirə mövzusuna çevrilib.
 
Mövzu ətrafında bu gün də müxtəlif və fərqli fikirlər səsləndirilməkdə davam edir. Əslində güclü hərbi sənayəsi, mövcud dövrdə müasir hərbi texnikası və silahları olan Almaniyanın, onun lideri Adolf Hitlerin Uinston Çörçillin təbirincə desək, Stalinin xışla qəbul etdiyi SSRİ üzərində qələbə çalması labüd sayılıb. İkinci bir tərəfdən, Hitler bu müharibəyə əvvəlcədən böyük hazırlıq işləri görüb.
 
HİTLER YENİ.jpeg (54 KB)
 
Maraqlıdır, fürer müharibə hazırlığında və onun gedişində hansı yanlışlıqlara yol verib? Hitler müharibə hesablamalarında hansı məqamları nəzərdən qaçırıb?
 
Araşdırmaçıların qənaətinə görə, Hitlerin İkinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri Üçüncü Reyxin xarici siyasətində buraxılan kobud səhvlər olub. Belə ki, Almaniya müharibəyə başlamazdan əvvəl kapitalist ölkələrini eyni düşərgədə cəmləşdirərək SSRİ-yə qarşı kökləyə bilməyib. Bu sahədə SSRİ daha çevik və daha mükəmməl siyasət aparıb.
 
Maraqlı faktlardan biri odur ki, müharibədən əvvəl Almaniyanın iqtisadi və ticarət sahəsində əsas partnyorları Amerika Birləşmiş Ştatları və Britaniya olduğu halda, müharibə zamanı bu ölkələr SSRİ-nin müttəfiqinə çevriliblər. Təbii ki, bununla da ABŞ və Britaniyadan Almaniyaya neft, metal, yanacaq, taxıl və digər məhsulların idxal edilməsi zaman-zaman məhdudlaşdırılıb.
 
Hitler SSRİ-yə hücum planı hazırlayanda qarşısına kimin çıxacağının fərqinə varmayıb. O, Stalini tanıya və dərk edə bilməyib. Stalin nə qədər ziddiyyətli şəxsiyyət olsa da, onun müharibədəki xidmətləri danılmaz faktdır, o, Hitlerə öz gücünü, iradəsini, nəyə qadir olduğunu sübut etməyi bacarıb.
 
Vermaxt zabitlərinin peşəkarlağına arxayın olan Hitler digər bir məqamı da unudub. Məlum olduğu kimi, Almaniya bir sıra Avropa ölkələrini sutkalar ərzində işğal edib. Amma bu ölkələrdə Vermaxt qoşunlarının dislokasiya olunması üçün canlı qüvvələrin çatışmazlığı problemi yaşanıb. Hərbi əməliyyatlar zamanı verilmiş itkilərin yerini doldurmaqda Hitler çətinlik çəkib. Peşəkar hərbçilər bunu nəzərə alaraq yeni hərbi əməliyyatlara başlanmasına bir müddət fasilə verməyi Hitlerə tövsiyə etsələr də, fürer buna razılıq verməyib.
 
İkinci Dünya müharibəsində Vermaxtın tank qoşunları komandanı olmuş general-mayor Fridrix Mellentin sonralar yazdığı memuarlarında bu məsələyə geniş yer ayırıb:
 
“Yeni əməliyyatların keçirilməsi ilə bağlı müşavirələrin hamısında Hitler şəxsən iştirak edirdi. Son qərarı da o verirdi. Artıq 1940-cı ildə məxfi keçirilən müşavirələrdə SSRİ-yə hücum planı hazırlanırdı. Bu dövrə qədər Almaniya bir çox uğurlar qazanmışdı, Avropanın bir sıra ölkələri Vermaxt qoşunları tərəfindən işğal olunmuşdu. Mən həmin ərəfədə SSRİ-yə hücum planını bir müddət uzatmağı təklif etdim, hərbi əməliyyatlara fasilə verməyin vacib olduğunu bildirdim. Texnika və silah tərəfindən problem çox da böyük deyildi. Hərbi sənaye müəssisələri dayanmadan işləyirdi. Amma canlı qüvvə tərəfdən problem var idi. Hərbi əməliyyatlar itkisiz ötüşmürdü. SSRİ-yə hücum planı genişmiqyaslı idi, hər bir qoşun növü öz planlarını təqdim etmişdi və təqdim olunan planların təmin olunmasında görünən problemlər var idi, əsasən canlı qüvvə problemi. Digər bir tərəfdən işğal olunmuş ərazilərdə komendaturaların yaradılması, müəyyən sayda qoşunların dislokasiya olunması da vacib şərtlərdən biri idi ki, bunun üçün də kifayət sayda şəxsi heyət tələb olunurdu. Bütün bunlara, əsaslandırılmış fikirlərə baxmayaraq, Hitler mənim və digər peşəkar hərbçilərin təklifləri ilə razılaşmadı...”
 
STA SON.jpg (56 KB)
 
Beləliklə, Hitler 1941-ci ildə Vermaxtın mövcud problemlərini nəzərə almadan SSRİ-yə hücum planını həyata keçirib.
 
Məğlubiyyətin əsas səbəblərindən biri işğal olunmuş ərazilərdə almanların yerli əhaliyə qarşı amansız və vəhşi rəftarı olub. Bu rəftar nəticəsində dünya ictimaiyyəti, mövqelərindən asılı olmayaraq dünya ölkələri faşist Almaniyasının əsl simasını “kəşf” ediblər ki, bu da Almaniyanın xarici siyasətinə mənfi təsir edib, ölkənin siyasi imicinə zərbə vurub.
 
Vermaxtın sağ qalan yüksək vəzifəli hərbçilərinin əksəriyyəti sonralar Adolf Hitlerin fəaliyyəti haqqında danışanda onu hərbi taktikadan anlayışı olmayan bir lider kimi xarakterizə ediblər.
 
2020-ci ilin avqust ayında Almaniyada nəşr olunan “Die Welt” qəzetində çap olunan nasist zabitlərinin memuarlarında da bu fikirlər öz əksini tapıb.
 
STA YENİ.jpeg (82 KB)
 
Müharibə iştirakçılarının xatirələrində bir fikir xüsusilə vurğulanıb:
 
“Hitler peşəkarlara etibar etsəydi, məğlub olmayacaqdı, o, özü də bilmədən müharibənin gedişatına, Almaniyanın qələbəsinə əngəlliklər törədirdi...”
 
Bununla bağlı 1938-1942-ci illərdə Almaniya Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş qərargah rəisi vəzifəsində xidmət edən general-polkovnik Frants Qalderin fikirləri də maraqlıdır:
 
“Hərb dərin bir elmdir, müharibə şəraiti isə bu elmin ən çətin mənimsənilən, öyrənilən bir fəslidir. Çünki müharibə şəraitində vəziyyətin hər dəqiqə dəyişməsi mümkündür. Hitler bu incəlikləri heç vaxt anlamayıb. Gözlənilməz və düşünülməmiş qərarları ilə Vermaxtın əməliyyatlarına əngəlliklər törədib. Kiyev əməliyyatında 650 min nəfəin əsir və girov götürülməsi, hərbi qənimətlərin əldə olunması Hitleri çox arxayın salmışdı və o, elə düşünürdü ki, Moskvada da eyni vəziyyət təkrar olunacaq. Amma şəxsən mən bilirdim ki, Vermaxt qoşunları Moskva uğrunda gedən döyüşlərdə uğursuzluğa düçar olunacaq. Bu haqda Hitlerə məruzə etmişdim. Amma bu məruzə onun üçün mənasız idi. Hitler öz texnikasına güvənirdi, nəzərə almırdı ki, Stalin canlı qüvvə ilə bu texnikanın qarşısına sədd çəkəcək. Fürer bir məsələni də diqqətindən qaçırırdı ki, SSRİ-də silah istehsalı Almaniyanı keçib. Bunlarla yanaşı, bir məsələ də nəzərdən qaçırılmışdı ki, döyüşlər Moskvada olacaq, sovet qoşunlarının yaxşı bələd olduğu bir ərazidə və soyuq qış fəslinə uyğunlaşa bilən sovet döyüşçüləri ilə. Bütün bu amillər 1941-ci ilin qışında Hitleri ilk məğlubiyyətlə üzləşdirdi, daha sonra Stalinqrad və Kurs döyüşləri isə bütövlükdə müharibənin gedişatını dəyişdirdi və Hitleri məğlubiyyətə daha da yaxınlaşdırdı...”
 
Nəhayət, Hitlerin müharibədə məğlub olmasının mənəvi bir tərəfi də var ki, bu da danılmaz faktdır. Üstündə haqqı və sahibliyi olmayan torpağa göz dikmək, onu işğal etmək arzusuna düşmək ən azı mənəvi cinayətdir. Fürerin bütün dünyaya göz dikməsi, dünyaya sahib olmaq iddiası heç vaxt normal təfəkkürün məhsulu kimi qiymətləndirilməyib. Təbii ki, son nəticə də başqa cür ola bilməzdi. /Musavat.com
Oxşar xəbərlər
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA