Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi
6193
20 May 2024 | 21:04

Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi

Bu gün 20 konteynerdən ibarət qatar Gürcüstana yola salınıb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarının (ADY) Yük daşımaları departamentinin rəhbəri Emil Əhmədov bildirib.

O qeyd edib ki, Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində 184 kilometrlik hissəsində aparılmış təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Bu gündən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilir:

“Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış müvafiq sənədə əsasən Bakı-Tiflis-Qars dəmir yolunun idarə olunması məqsədilə birgə müəssisə yaradılmaq üzrədir. Hazırda beynəlxalq məsləhətçi şirkətlə birgə müəssisənin biznes modelinin hazırlanması istiqamətində işlər görülür. Məqsəd yük həcminin artırılması, BTQ xəttinin inkişaf etdirilməsidir”.(axar.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər