"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
Ədəbiyyat
Oxunub: 5297
18 May 2024 | 14:32
Moderator.az Kulis.az - a istinadən Nobel mükafatçısı Con Qolsuorsinin "Ədəbiyyat və həyat" adlı essesini təqdim edir.
 

İngilis yazıçısı və dramaturqu, Nobel mükafatçısı Con Qolsuorsi (1867-1933) məşhur "Forsaytlar haqqında Saqa" trilogiyasının müəllifidir; o imkanlı ailədə böyümüş, vəkillik ixtisasına yiyələnmişdi. Lakin Con ən məhsuldar yazıçı oldu; onun 20 romanı, 27 pyesi, 5 şeirlər toplusu, 173 hekayəsi, 5 essesi, 700-dən çox məktub və publisistik məqaləsi çap olunub, müxtəlif mövzularda yüzlərlə mühazirəsi və analitik yazısı işıq üzü görüb. Hələ 1889-cu ildə 23 yaşında Con deyirdi: "Sabah görə biləcəyin işi bu gün görmə". Lakin illər ötdükcə müəllif tamam fərqli-fərqli mülahizələrlə yaşayıb-yaradır, realist yazıçı kimi dünya ədəbiyyatı tarixinə düşür. O hesab edirdi ki, sənətin məqsədi həyatdan qidalanmaqdır; romanda əsas odur ki, yazıçı təsvir etdiyi qəhrəmanın həyatı, onun xarakteri və fikirləri arasındakı qarşılıqlı əlaqəni tuta bilsin. Aşağıda Azərbaycan dilində ilk dəfə onun "Ədəbiyyat və Həyat" adlı essesini Kamran Nəzirlinin orijinaldan tərcüməsində təqdim edirik.

 

Ədəbiyyat nədir? Əgər sağlığında müəllifin əsərini ədəbiyyat hesab etmirlərsə, bəlkə də o, ölsə, yaxşıdır; hətta bu halda belə, saysız-hesabsız kitablar və onlar barədə daim fikir dəyişkənliyi meydana gəldiyi vaxtda ədəbiyyatın nə demək olduğunu müəyyən etmək çətindir. Siz iki adam tapa bilməzsiniz ki, bir neçə dəqiqə ərzində ədəbiyyatın nə demək olduğu barədə eyni fikrə gələ bilsin. Yəqin ki, hamımız Şekspiri qəbul edirik. Lakin ondan başqa daha kimlərin adını çəkə bilərik? Axı biz şairlərimizi hansı "təzədir", hansı "köhnədir" deyə, yumurta kimi işarələyə bilmərik! Axı onlar uzun müddətə qalıblar tarixdə. Yox, yazıçılar "istifadə müddəti"ni özləri-özlərinə yazıb qoyurlar.

Mən, şəxsən, heç bir əsas-filan gətirmədən, hesab edirəm ki, Ədəbiyyat yalnız və yalnız oxumağa imkan tapdığım kitablardı; bu mülahizə mənə çoxsaylı, nəhəng müəllifləri ixtisara salmaqda kömək edir. Lakin fərdi zövqdən bir qədər aralansaq, demək lazımdır ki, Ədəbiyyatı yazılan resenziyalara görə təyin etmək çətindi, eynilə quruluşçu rejissorun teatrı üçün tamaşaçının gözlədiyi pyesi seçdiyi kimi. Lakin burada bircə fərq var: rejissor öz seçimini Tamaşaçının istəyindən sonra edir, biz yazıçılar isə bunu oxucudan əvvəl edirik. Necə də böyük bir təsəlli! Digər tərəfdən, çox təəssüf ki, bizim oxucularımız bu günün reallıqlarıyla yaşayan teatr tamaşaçılarından fərqlənir və bu da uzun müddət, nəsildən-nəslə, beləcə ötürülür. 1800-cü ildə səhnəyə qoyulmuş tamaşa 1600-cü ildəkini üstələyir, 1830-cu ildə, hansısa, müəllifi tərifləyirlər, 1930-cu ildə isə onu tənqid edirlər.

Ədəbiyyat torpaq üzərində iz buraxmır, Zamanın ovalanan zərif qumları üstündə iz salır və mən o qumun üzərində qaçan adamın izini axtarmalı olan xəfiyyəni də anlayıram. Beləliklə, bütün hallarda Ədəbiyyatın nə demək olduğunu dəqiq təyin eləmək, məncə, mümkün deyil. Lakin bu yaxınlarda tanış bir yazıçıyla görüşüb, söhbət elədim; o, köhnə pyesləri dərindən öyrənərək bilməyə çalışırdı: görəsən, nədən ədəbi əsərlər öz uzunömürlülüyünü qoruyub saxlayır? O belə bir nəticəyə gəlib ki, məsələ xarakterlərin həyati olmasındadır. Düşünürəm ki, əgər pyes və romanlar barədə danışsaq, onun qənaəti, təxminən, doğru olar. Amma bunu poeziya haqqında tam mənada demək də olmaz, şeir üçün nəsə, başqa bir arqument tapmaq lazımdır. Məncə, belə demək olar: böyük hərfli Ədəbiyyatı müəyyən etmək üçün əsərə əsl fərdi möhür vurmalısan; mahiyyətinə görə yazılmış əsər əvvəlki əsərlərə bənzəməməlidir.

Siz heç ilanın skeletini görmüsüz? Bu çox heyrətli və zərif varlıqdır. Bax, Ədəbiyyatı da ilanın skeletiylə müqayisə etmək olar: hər bir fəqərəsi bir-birindən fərqlənir, lakin sirli şəkildə biri-biriylə bağlanır. Ya da icazə verin, başqa bir misal gətirim, tarixdən. Bir neçə il bundan qabaq Nyu-Yorkda olarkən, nəhəng sümükləri olan bir dinozavr növü gördüm, qəribə quyruğu və xırda ağzı vardı; yox, canlı deyildi, hərçənd bəzən ondan da xırda ağızlı, heyrətamiz heyvanlar görürsən. Bizə muzeyi göstərən professordan soruşdum:

- Ser, bu nəhəng heyvanın ağzı çox xırdadır, görəsən o, doya bilirdimi?

Professor mənə qərəzlə baxdı, sanki demək istəyirdi: "Mən də elə bunu sizə izah eləmək istəyirdim."

Demək istəyirəm ki, Ədəbiyyat hardasa, iri skeleti və quyruğu olan dinozavra bənzəyir, quyruğunun uzunluğunun sonu yoxdu, ağzı da çox xırdadı və daim Həyatdan dadır.

Mən, necə deyərlər, bir qədər qabağa qaçıram, dediklərimə görə də cavabdehəm: bəziləri belə hesab edir ki, Ədəbiyyatın Həyatla çox soyuq münasibətləri olmalıdır, sadəcə, uzaqdan-uzağa Həyata əl etməlidir, mətbəx stoluna da birinci Ədəbiyyat yetişməlidir. Bəziləri isə hesab edir ki, Ədəbiyyat Həyatın özündən də canlı olmalıdır, tələsməlidir, çapmalıdır, boş şeylərə, tutaq ki, seçimə, formaya, gözəlliyə və ya Həyatdan, hansısa, mənəvi-əxlaqi bir şey götürməyə fikir verməməlidir, Ədəbiyyat, əslində, biheviorizmin (behaviorism) qaydalarını qorumalıdır, təxminən, musiqi bəstələməyə hazırlaşanda "İlahi, görəsən, bir şey alınacaqmı?" - deyə dua oxuyan ultra modernist bəstəkar kimi.

Bu cür yanaşmalar məlumdur, lakin mən qatı mühafizəkaram: mənim üçün Ədəbiyyat o zaman başlayır ki, Həyat sənətkarın təbiətindən və ehtirasından qığılcım qoparır; özü də bu həyat, hansısa, polis hesabatından və ya qəzet məqaləsindən qığılcım qoparan həyat deyil. Əsla, yox! Bu həyat bütün nəhəng, qaynayan, səs-küy yaradan hərəkət və hadisələrin müxtəlif çalarları və qoxuları, dərinlikləri və qaranlıqları deməkdi! Bu həyat bizik, bizlərdən hər birimiz hərəkət və hadisələrin görünməz hissəsiyik, Ədəbiyyat bunları saf-çürük edib, bütün başqa hissəciklər və iştirakçılarla qarşılıqlı əlaqədə tutaraq, qidalanmalıdır. Bax, bu qarşılıqlı əlaqə kifayət qədər görünəndə və ya hansısa, bəxtəvərin gözünə görünəndən sonra sözə çevriləndə ədəbi əsər doğulur.

Yeni, zərif və işıldayan bir fəqərədir bu, bəlkə də ilk vaxtlar, hələlik, qəbul edilmir, lakin müəyyən vaxt ötdükdən sonra Ədəbiyyatın ucu-bucağı görünməyən onurğa sümüyündə öz yerini tutur. Ədəbiyyat sapa düzülmüş qiymətli daşlara bənzəyir, onların heç biri digərinə bənzəmir. Yenə deyirəm, Ədəbiyyatın düz fəqərəsi var, mən ona arxalanıram, onun hər hansı formada əyilməsi məni dəhşətli dərəcədə qorxudur. Geriyə, keçmişə boylanıb baxanda Ədəbiyyatın inkişafında onun bel sütununu asanca görmək olar. Lakin o adamlar ki, bu sütunu sındırmağa çalışır və hər şeyi yenidən başlamaq istəyirlər, nahaq yerə vaxt itirirlər; onlar həm özlərinin, həm də əydikləri (və ya sındırdıqları!) sütuna məcburən baxan adamların vaxtını yelə verirlər.

Misal üçün, digər cavan müəlliflərdən ruhlanıb, romanı hadisələr kaleydoskopuna çevirən qəribə eksperimentlər var; Prustdan ruhlanaraq yazılan ailə həyatı ensiklopediyasına bənzəyən romanlar, Edqar Uelsdən ruhlanıb, bir-biriylə bağlı olmayan yaşantılar burulğanından yazan müəlliflər, nə bilim, daha kimdənsə, təsirlənib mikropsixoloji analiz mövzusunda traktat yazan müəlliflərin eksperimentləri. Mən əminəm ki, otuz ildən sonra bu eksperimentləri unudacaqlar, xarakterləri və süjeti olan romanlar yaşayacaq.

Buna da əminəm ki, poeziyada o şeirlər yaşayacaq ki, onların məzmun və ritmi hansısa, anlaşılmaz şəkildə bizim hisslərimizə təsir edir. Təsviri sənət nümunələri barədə danışmağa, ümumiyyətlə cürət etmirəm, çünki rəssamlar, qeyd etdiyim kimi, yazıçılardan daha küsəyəndir. Mən Berlin şəkil qalereyasında bir bilicinin fikriylə razılaşmadım, hələ də unuda bilmirəm; ona bildirdim ki, sizin dediyinizdən belə çıxır ki, poçt markalarının, xətlərin, təbaşirlə çəkilmiş cizgilərin, mıxların və köhnə avtobus biletlərinin, hansısa, nizamsız yığımını müəyyən qaydada kətana köçürən rəssamın şəkli Rafaelin "Sikstin Madonna"sından daha çox həyəcanlandırır, eləmi? Həmin bilici də çox əsəbiləşdi.

Musiqiyə gəlincə, qeyd edim ki, məni belə bir qənaətimdən heç kim çəkindirə bilməz: otuz ildən sonra insanlar yenə melodik musiqilərə can atacaq, çətin həzm edilən kənd təsərrüfatı və sənaye gurultusundan əmələ gələn musiqiləri unudacaqlar. Əlavə olaraq, xəlvətcə, qulağınıza pıçıldayım: inanmıram ki, o vaxta qədər saksafonlar və həmçinin keçmişin caz alətləri arfa, zəbur alətləri, simballar muzeylərdə yer alacaq və orada bu alətləri çalmaq qanuna görə qadağan olunacaq.

Bəlkə də bu qənaətə gələ bilərsiniz ki, mən bütün eksperimentlərə çox ehtiyatla yanaşan qatı mürtəceyəm. Yox, heç də belə deyil! Sənətdə eksperiment vacibdir, elmdə də həmçinin. Eksperiment irəliyə doğru hərəkətə təkandı, bəzən öz bəhrəsini də verir. Lakin bir məlum məsələni unutmaq olmaz: yazıçı yalnız o zaman uzunömürlü sənət əsəri yarada bilər ki, mövzunun özü eksperimenti inadla tələb etsin. Yoxsa, kimsə, nəyin bahasına olur-olsun, orijinallıq xətrinə istədiyi kimi eksperiment aparırsa, bununla da, sadə həmvətənlərinin diqqətini bir müddət cəlb etməyə nail olursa, onun yazdığı tezliklə itib-batacaq; şeh də günəş şüaları altında beləcə quruyub gedir, ya da şairlərin poetik diliylə ifadə etsək, belə eksperimentlər öpüşdən sonra dodaqlardan silinib gedən pamada kimidir.

On beş il bundan öncə Londonda bir heykəltaraşın əsərlərinin sərgisi vardı, çox yaxşı və normal işlər idi. Sərgi zamanı zala iki gənc xanım girdi, könülsüz-könülsüz və tələm-tələsik bir rəngdən o biri rəngə baxırdılar, nəhayət, onlardan birinin gözü oturaq halda, yekə bir fiqura sataşdı; fiqur düzgün olmayan həndəsi ellipsoidlərdən düzəldilmişdi, guya adı da Venera idi, tamaşaçıların diqqətini cəlb edə bilmişdi. Yeni fiqurun qarşısında duran gənc xanım sanki pərvanə kimi hərəkətsiz qalmışdı, rəfiqəsinə səsləndi: "Əzizim, bura gəl, odur bax, Venera!" Sonra başını əyib davam elədi: "Çox gözəldi, eləmi?" Belə pərvanələr indi də var və onlar bu günə kimi əsərlərə yalnız orijinallıq xətrinə tamaşa edirlər, çünki onların qulaqlarını hər cür qışqırtıyla doldurublar ki, guya gördükləri "orijinal" əsərdir.

Ədəbiyyat məsələsinə qayıdaq. Biz eksperimentlərlə dolu bir dövrdə yaşayırıq; yazıçılarımız üçün asan deyil. Bizi bugünkü nəsrin poeziyaya, poeziyanın isə nəsrə dönməsi az maraqlandırır. Bizi, məncə, daha çox belə bir sual qayğılandırır: ümumiyyətlə, mövcud şəraitdə, həm şeir, həm də nəsr yazmağa dəyərmi?

Mənə elə gəlir ki, biz indi peyda olan hər şeyə görə sevinirik, çap olunan kitablar haqqında elə səs-küy qaldırırıq ki, nəşriyyatların reklamlarını da üstələyir. Nadir kitabları "nəhəng" adlandırmazlar. "Şedevrlər" və "istedadlı şeylər" göbələk kimi artır, sonra da onları, elə beləcə, həvəslə horra edib qarışdırırlar. Haçansa, amma bu tezlikdə yox, naşirlər və resenziya müəllifləri anlayacaqlar ki, "dahi" və "istedadlı" kimi epitetləri yaxşı olar ki, nüfuzlu və qərəzsiz hakimin - Zamanın öhdəsinə buraxsınlar; elə bir Zamana ki, rəqəmləri aşağı salmaqla, ondan gəlirin gizlədilməsi mümkün olmayan qeyri-adi vergi yığıcısına bənzəyir.

Doğrusu, bütün bu dınqıltılı səs-küylərdə bir üstünlük də var: kitablar dərhal populyarlaşır. Bu da faydalıdır, hərçənd cavan yazıçılar üçün təhlükə də yaradır. Keçmiş zamanlarda bilicilər yazmağa təzə başlayan müəllifləri - deyək ki, Meredit, Konrad və ya Stiven Kreyn kimi yazıçıları tərifləyəndə, əmin olmaq olardı ki, onların kitabları satılmayacaq. Lakin indi yazıçını tərifləyəndə onun kitabı dərhal on beş nəşriyyat tərəfindən çap olunur, müxbirlər müəllifin başının üstünü alırlar, ona spirtli içkilərin qadağasıyla, dağ adamıyla, doğuşa nəzarətlə, nə bilim, müxtəlif mövzularla bağlı suallar verirlər; bu cür xəbər başlıqları ölkəni başına götürür, müəllifin başı çox da yerində deyilsə, deməli, hər şey onun gözlərinə sürətlə baş-ayaq görünəcək.

Görünür, elə buna görə də əksər həmvətənimiz yazıçıları bir az başdanxarab hesab edir. Adamlar bizim kitabları alırlar, bununla belə donquldanırlar: "Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir. Elədir, əksəriyyətimizə baxanda doğru fikirləşirlər, kədərli faktdır; axı yazıçının vəzifəsi hər şeyi, heç olmasa, başqalarına nisbətən təxminən doğru anlamaqdır; yazıçı iti gözə malik olmalıdır, dərindən hiss etməli, düşünməli və düşündüklərini də başqalarından fərqli olaraq daha aydın ifadə etməlidir. Biz nəyi görürüksə, nəyi hiss ediriksə, nə barədə düşünürüksə, bunu doğru və gözəl etməliyik. Çörəyimizi havayı yeməmək üçün biz səbirli, kifayət qədər təvazökar və müstəqil olmalıyıq, hər zaman yumor hissimizi, ölçü-biçini və ruhi dincliyimizi qoruyub saxlamağı bacarmalıyıq.

Oxşar xəbərlər
18:03, Bu gün
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
17:53, Bu gün
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
17:52, Bu gün
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
17:37, Bu gün
Venesuelada prezident seçkisi keçirilir
17:31, Bu gün
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
17:29, Bu gün
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
17:26, Bu gün
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
17:25, Bu gün
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
17:22, Bu gün
Azərbaycanda hərbi jurnalist vəfat edib
17:20, Bu gün
Yaponiyada zəlzələ oldu
17:19, Bu gün
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
17:16, Bu gün
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
17:05, Bu gün
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
16:13, Bu gün
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
16:12, Bu gün
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
16:00, Bu gün
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
15:00, Bu gün
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
14:21, Bu gün
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləşdirici” metod
14:15, Bu gün
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
14:08, Bu gün
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
13:37, Bu gün
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
12:54, Bu gün
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
12:52, Bu gün
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
12:50, Bu gün
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
12:49, Bu gün
Sumqayıtda mənzildən meyit tapılıb
12:27, Bu gün
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
12:26, Bu gün
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
11:36, Bu gün
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
11:24, Bu gün
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
11:22, Bu gün
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
10:59, Bu gün
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
10:55, Bu gün
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
10:50, Bu gün
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
10:11, Bu gün
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
10:04, Bu gün
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
09:50, Bu gün
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
09:38, Bu gün
Türkiyə olimpiada tarixində İLK!
09:34, Bu gün
Parisin Olimpiya kəndində ÖLÜM
09:29, Bu gün
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
09:18, Bu gün
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
08:56, Bu gün
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
08:53, Bu gün
Bakıda avtomobil 40 yaşlı qadını vurub
08:29, Bu gün
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
08:27, Bu gün
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
08:22, Bu gün
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
08:21, Bu gün
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
08:11, Bu gün
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
08:10, Bu gün
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
08:09, Bu gün
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
08:06, Bu gün
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
08:05, Bu gün
Venesuelada prezident seçkiləri keçiriləcək
08:00, Bu gün
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
07:55, Bu gün
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
07:55, Bu gün
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
07:43, Bu gün
Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət
07:31, Bu gün
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
07:29, Bu gün
Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
07:27, Bu gün
Ərdoğan: "Mahmud Abbas bizdən üzr istəməlidir"
07:26, Bu gün
Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
07:24, Bu gün
İsrail qırıcıları Livana zərbələr endirib
07:21, Bu gün
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər
07:18, Bu gün
Netanyahu: "Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək"
07:01, Bu gün
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
27 Jul 2024 | 21:32
Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi - FOTO
27 Jul 2024 | 21:31
Bu cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır
27 Jul 2024 | 21:17
Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi
27 Jul 2024 | 21:14
“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat
27 Jul 2024 | 21:09
"Belousov və Ostin Kiyevin Rusiyaya qarşı "məxfi əməliyyatı"nı müzakirə edib" - "The New York Times"
27 Jul 2024 | 21:00
Uğursuz insanların etdiyi 6 səhv
27 Jul 2024 | 20:53
Xərçəngdən qaçmağa kömək edəcək ən təsirli məhsul- HƏKİM
27 Jul 2024 | 20:45
"Deyir, üçüncü uşaq olmasa, boşayacağam səni"
27 Jul 2024 | 20:40
Qlobal D vitamini böhranının həlli varmı?
27 Jul 2024 | 20:35
Qarnında güllə olan KÖRPƏ DOĞULDU
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 20:26
FHN əməkdaşının ölümünün təfərrüatı bilindi
27 Jul 2024 | 20:20
2 il sonra səhnəyə çıxdı, 2 milyon dollar qazandı - FOTO
27 Jul 2024 | 20:12
Rusiya bir gündə iki bombardmançı təyyarəsini itirib
27 Jul 2024 | 20:08
Yeni hərəkət zolaqları tıxaca səbəb olur? — AYNA aydınlıq gətirdi
27 Jul 2024 | 20:00
Rusiya NATO-ya meydan oxuyur - TƏFƏRRÜATLAR
27 Jul 2024 | 19:53
Qarpızla necə həm arıqlayıb, həm də xərçəngdən qorunaq?
27 Jul 2024 | 19:45
FHN əməkdaşı faciəli şəkildə ÖLDÜ
27 Jul 2024 | 19:38
Ən bahalı evlər hardadır: -Bakı, Tiflis, yoxsa İrəvanda?
27 Jul 2024 | 19:30
Başına bit düşdü, dərman isə əcəli oldu
GÜNLÜK
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 19:53
Qarpızla necə həm arıqlayıb, həm də xərçəngdən qorunaq?
08:56, Bu gün
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 18:34
Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR
27 Jul 2024 | 18:31
Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?
27 Jul 2024 | 18:50
Gəlin qayınanasını  baltaladı
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 19:53
Qarpızla necə həm arıqlayıb, həm də xərçəngdən qorunaq?
08:56, Bu gün
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 18:34
Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR
27 Jul 2024 | 18:31
Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?
27 Jul 2024 | 18:50
Gəlin qayınanasını  baltaladı