Baqratın başçılığıyla Rusiyayönlü müxalifətin bugünkü mitinqi bu gündədir…-FOTOLAR
Ekskluziv
2200
15 May 2024 | 18:55

Baqratın başçılığıyla Rusiyayönlü müxalifətin bugünkü mitinqi bu gündədir…-FOTOLAR

“Bəzi kütləvi informasiya vasitələrinin təqdim etməyə çalışdığı kimi hər hansı fövqəladə bir durum yoxdur…”- Ermənistan polisi
 
Bu gün saat 17:00-da İrəvandakı Spendiarov adına Akademik Opera və Balet Teatrına gələrək Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq Forumu çərçivəsindəki tədbirə qatılan Ermənistanın baş naziri Nikol Paşinyanı vətəndaşlar fit çalaraq “Torpaq verən, get” şüarları ilə qarşılayıb.
İrəvan, keşiş Baqratın mitinqi, 15 may, saat 16:20.
 
Moderator.az xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb.
 
Qeyd edilir ki, bir gün əvvəl keşiş Baqrat Qalstanyan  15 may, yəni bu gün saat 16:00-da Akademik Opera və Balet Teatrının meydanında Spendiarov etiraz aksiyası keçirəcəyini bəyan edib.
 
“Armtimes” nəşri isə xəbər verir ki, hazırda  Vazgen (Baqrat) Qalstanyana rəğbət bəsləyənlər Azadlıq meydanına bitişik ərazilərə toplaşaraq aksiya keçirirlər.
 
Daxili İşlər Nazirliyinin  polisi  ictimai asayişi qoruyur.
 
“Belə genişmiqyaslı tədbirlərlə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin Polis orqanı polisin bilavasitə funksiyası olan ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirləri daim həyata keçirib və həyata keçirməkdədir. Ona görə də bəzi kütləvi informasiya vasitələrinin təqdim etməyə çalışdığı kimi hər hansı fövqəladə bir durum yoxdur. Yaranmış narahatlığa görə bir daha vətəndaşlardan üzr diləyir və həmin saatlarda paytaxtın qeyd olunan hissələrindən uzaq olmalarını xahiş edirik”, - Ermənistan polisinin yaydığı məlumatda belə deyilir.
 
“Armtimes” keşiş Baqratın mitinqini saat 16:20 və 17:50-dəki görüntülərini əks etdirən fotolarını da təqdim edib. 
 
Qeyd: Xəbərin baş fotosunda saat 17:50-dəki durum əks olunub.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər