![Teatr sahəsində Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələri müzakirə olunub](https://moderator.az/cphoto/670x420/2024/05/14/1715704825_1.jpg)
Moderator.az xəbər verir ki, Azərbaycan-Türkiyə teatr sahəsində əməkdaşlıq, əsərlərin qarşılıqlı olaraq teatr səhnələrində tamaşaya qoyulması və təcrübə mübadiləsi müzakirə olunub.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrlar Baş İdarəsinin müdiri Tamer Karadağlı ilə görüşmüşdür. Görüşdə Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva da iştirak edib.
Dövlət Teatrlar İdarəsində baş tutan görüşdə İdarənin rəhbəri Tamer Karadağlı Azərbaycanla bütün sahələrdə olduğu kimi, mədəniyyət və teatrlar sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən danışaraq, Türkiyədə yeni Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının incəsənət və onun əsas qolu olan teatr sahəsində də əməkdaşlığın inkişafına öz təsirini göstərəcəyinə inandığını söyləyib. O, Azərbaycana olan səfərindən danışaraq, Azərbaycan mədəniyyətinin onda böyük maraq doğurduğunu qeyd edib.
Samir Abbasov Azərbaycanın zəngin mədəniyyəti, ölkəmizdə teatr sahəsinin keçdiyi inkişaf yolu haqqında danışaraq, dövlətimizin Türkiyə ilə mədəni əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. O, gələcəkdə teatr sahəsində əlaqələrin inkişafında Türkiyədə yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm layihələr həyata keçirəcəyini qeyd edib. Diplomat gələcəkdə keçiriləcək mədəniyyət günləri çərçivəsində teatr truppalarının qarşılıqlı çıxışlarının dəstəklənməsi, rejissorların və artistlərin qarşılıqlı mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə hər iki ölkənin teatrları arasında əlaqələrin yaradılması, inkişafı, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması, bu istiqamətdə təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin reallaşdırılması, memorandumların imzalanması barədə təkliflər verilib. Samir Abbasov Türkiyədə keçirilən məşhur “Kültür yolu” festivalında da Azərbaycan teatrlarının iştirakı ilə əlaqədar iş aparılacağını bildirib.
Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva ötən müddət ərzində Səfirliyin bu istiqamətdə apardığı işlər, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması ilə bağlı təşəbbüsləri barədə danışaraq, bu işin artıq yeni yaradılan Mədəniyyət Mərkəzi tərəfindən sistemli aparılacağına inamını bildirib.
Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair planın hazırlanması razılaşdırılmışdır.
Sonda qarşılıqlı olaraq hədiyyələr verilmiş, Tamer Karadağlıya Türk və İslam mədəniyyətinin paytaxtı elan edilmiş Şuşa şəhərinə dair kitab hədiyyə olunub.
![ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı](https://moderator.az/photo/213x120/2024/07/28/1722140522_0sfxebpud2pnonxzk8oqi0wgepjkyrajf9gzdhlu_1200.webp)
![Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?](https://moderator.az/photo/213x120/2024/07/28/1722138661_1721723816_9115c750-0597-36d1-9aae-1ca01484554b_850.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/28/1722140177_kamala-harris-telefon.jpg)
![Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/28/1722140455_pashinyan_anna-hakobyan.webp)
![Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib](https://moderator.az/photo/213x120/2024/07/28/1722139675_66a56de4ca7b266a56de4ca7b3172211760466a56de4ca7b066a56de4ca7b1.jpg)
![Venesuelada prezident seçkiləri keçiriləcək](https://moderator.az/photo/213x120/2024/07/28/1722139595_66a5c1cd79cc566a5c1cd79cc6172213908566a5c1cd79cc366a5c1cd79cc4.jpg)
![Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib](https://moderator.az/photo/213x120/2024/07/28/1722139293_66a5b7d3b963466a5b7d3b9635172213653166a5b7d3b963266a5b7d3b9633.jpg)
![Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır](https://moderator.az/photo/213x120/2024/07/28/1722138527_66a558f350dd666a558f350dd8172211224366a558f350dd166a558f350dd4.jpg)
![Bit dərmanından ölən azyaşlının atası DANIŞDI](https://moderator.az/photo/213x120/2024/07/28/1722139037_mstgtplqll6w7aq50xsdrmpkrxs1m3o2kckotwfj_1200.webp)
![Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət](https://moderator.az/photo/213x120/2024/07/28/1722138444_66a565f785d5166a565f785d53172211557566a565f785d4c66a565f785d4f.jpg)
![Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ](https://moderator.az/photo/213x120/2024/07/28/1722137599_news-feature.png)
![Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür](https://moderator.az/photo/213x120/2024/07/28/1722138895_lv0zezyg6ikqmttxisuhcgsoyr9mgmo8egc6eoho_1200.webp)
![Ərdoğan:](https://moderator.az/photo/213x120/2024/07/28/1722137420_mqgwhvmuwxrzg0o6wlqbkmw7pxyrwznvqbmp64u7_1200.webp)
![Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər](https://moderator.az/photo/213x120/2024/07/28/1722137236_6r1c6qxtgbg6f3au8d8uknhffvn1bd8hnrlq2dej_1200-1.webp)
![İsrail qırıcıları Livana zərbələr endirib](https://moderator.az/photo/213x120/2024/07/28/1722137206_e94d4477-d8d7-32ea-badc-f4952b31a3bf_850.jpg)
![Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər](https://moderator.az/photo/213x120/2024/07/28/1722136978_1922a19d-b005-395b-be8c-908ce48b7e41_850.jpg)
![Netanyahu:](https://moderator.az/photo/213x120/2024/07/28/1722136848_tmxwd7jscjxedxrbsguuok76biz0i9jrkftozrqm_1200.webp)
![Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb](https://moderator.az/photo/213x120/2024/07/28/1722137153_9a128bf9-24f3-36f2-aec3-6194bbea45e6_850.webp)
![Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib](https://moderator.az/photo/213x120/2024/07/27/1722110045_d77e2033dff67ce17222628f05e62229.jpeg)
![Livandan İsrailə raket atıldı: Ölənlər var](https://moderator.az/photo/213x120/2024/07/27/1722107916_epwz6b1pzm8qyamipqz0ssr4ywtjqajxxgbeyw3o_1200.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722107606_2_main-v1647880870.jpg)
![Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722107144_quba.jpg)
![Bakıda yaşayış binasında yanğın olub](https://moderator.az/photo/213x120/2024/07/27/1722106678_yangin2.jpg)
![Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu](https://moderator.az/photo/213x120/2024/07/27/1722106185_ukrayna_ordusu.jpg)
![Xolesterini yox edir, şəkəri tənzimləyir](https://moderator.az/photo/213x120/2024/07/27/1722105558_xolk.jpg)
![İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!](https://moderator.az/photo/213x120/2024/07/27/1722103460_img_4108-750x500.jpeg)
![Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək](https://moderator.az/photo/213x120/2024/07/27/1722105178_international-olimpique.jpg)
![Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır](https://moderator.az/photo/213x120/2024/07/27/1722104951_axsam-yemeyi.jpg)
![Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!](https://moderator.az/photo/213x120/2024/07/27/1722102904_ermenistan-bazari.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722105219_fransa-2024-paris-olimpiyatlari-reuters-2012488.jpg)