![Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”](https://moderator.az/cphoto/670x420/2024/05/11/1715444848_zakir-ilham-hikmet.jpg)
2020-ci ili Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ölkəmizdə xüsusi təyinatlı qüvvələrin sayı artırılmış, habelə yeni Komando Qüvvələri yaradılmışdı. Prezident İlham Əliyev hələ o zaman bunun zərurətdən irəli gəldiyini vurğulamışdı. Prezident bildirmişdir ki, Vətən müharibəsi təcrübəsi, habelə müasir dünyamızdakı gerçəkliklər bu yenilikləri zəruri edir.
İlham Əliyev 23 iyun 2023-cü il tarixində Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinin açılış mərasimindəki çıxışında demişdir:
“İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”.
Maraqlıdır ki, Prezident İlham Əliyevin Vətən müharibəsindən dərhal sonra xüsusi təyinatlıların sayının artırılması və Komando Qüvvələrinin yaradılması istiqamətində atdığı addımları ABŞ bugünlərdə - 4 il sonra həyata keçirməyə başlayıb.
Moderator.az xəbər verir ki, Ukraynadakı müharibənin təcrübəsini diqqətlə öyrənən ABŞ hərbi mütəxəssisləri müharibənin taleyinə hər kəsdən daha çox məhz xüsusi təyinatlı qüvvələrin təsir göstərdiyini bildiriblər. Ekspertlər qeyd edib ki, müasir müharibələr orduda say çoxluğunu deyil, çətin və mürəkkəb tapşırıqları uğurla yerinə yetirə bilən, yeni texnologiya ilə işləməyi bacaran xüsusi təyinatlı hərbçilər tələb edir.
Məhz Ukrayna müharibəsinin müşahidəsi və təhlilindən sonra ABŞ hərbi komandanlığı orduda xüsusi təyinatlı qüvvələrin sayını artırmağa qərar verib. Məlumata görə onların sırasına həm də pilotsuz aparatları və digər texniki avadanlıqları qısa zaman ərzində proqramlaşdıra bilən mütəxəssislər əlavə ediləcək.
Görünən odur ki, Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ yalnız indi həyata keçirməyə başlayıb. Başqa sözlə desək, bu məsələdə rəsmi Bakı Vaşinqtonu nə az, nə çox - düz dörd il qabaqlayıb ki, bu da dövlətimizin, onun Prezidentinin uzaqgörənliyindən xəbər verir.
Seymur ƏLİYEV
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722070326_16.jpg)