Qubada gənc oğlan qonşu qadınla münasibət qurmaq istədi, əri ilə tövlədə... – Şok təfərrüat
Kriminal
Oxunub: 2067
10 May 2024 | 14:23
Qubada gənc oğlan qonşu qadınla münasibət qurmaq istədi, əri ilə tövlədə... – Şok təfərrüat
Quba rayonunda 2002-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində yaranan mübahisə zamanı qonşusu Adili (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
 
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə ötən ilin fevralın 6-da Quba rayonunun kəndində baş verib. Vüsalla Adil arasında mübahisə qısqanclıq zəminində yaranıb.
 
Belə ki, Adil Vüsalın onun arvadı Nigar ilə sevgi münasibətində olmasını iddia edib. Bu səbəbdən onlar yaşadıqları evin həyətində yerləşən tövlədə mübahisə ediblər.
 
Vüsal şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Adilin əlini cibinə atması nəticəsində onu öldürəcəyini və ya alçaldıcı hərəkət edə biləcəyini ehtimal edib, onu öldürmək qərarına gəlib.
 
Bu məqsədlə Vüsal əvvəlcədən üzərində gəzdirdiyi cib bıçağı ilə Adilin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Adilə vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
 
“Öldürmək niyyətim olmayıb”
 
İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirsiz hesab edib. O bildirib ki, Adili öldürmək niyyəti olmayıb: “Adillə aramızda mübahisə onun məndən şübhələnməsinə görə baş verib. Həmin şübhənin də əsası, səbəbi olmayıb. Mübahisə birinci dəfə Adilgilin evində olub. İkinci dəfə münaqişə olan zaman hadisə baş verib. Bıçaqlanma hadisəsi oldu. Adili öldürmək kimi niyyətimin olmaması izahatımda açıq-aşkar yazılıb. Buna baxmayaraq hazırda adam öldürməyə cəhdlə ittiham olunmuşam. İttiham olunduğum əməl doğru olmayıb. Münaqişə əsnasında Adilin məni vuraraq xəsarət yetirəcəyi qənaətinə gəldiyim üçün ona xəsarət yetirmişəm”.
 
“Oradaca öldürərdim”
 
Təqsirləndirilən şəxs bildirib ki, cinayət işi materiallarında zərər çəkmiş şəxsə 13 bıçaq zərbəsi endirdiyi qeyd edilsə də, o hazırda 6-7 bıçaq zərbəsi endirdiyini xatırlayıb: “Hadisə zamanı özümdə olmamışam. Bu səbəbdən 6-7 bıçaq zərbəsi vurmuşam. Həmin vaxt öldürmək niyyətim olmayıb. Öldürmək istəsəydim, elə oradaca Adili öldürərdim, heç evinə getməyə şərait yaratmazdım. Bıçaqla xəsarət yetirdikdən sonra təxminən on-on beş dəqiqə söhbət etmişik. Daha sonra qarşı tərəfin özünün bildirməsi ilə təcili tibbi yardı xidmətinə zəng etmişəm. Adil mənə 103-ə yığmağımı bildirdi. Mən də zəng etdim. Amma zəng çatmadı. İkinci dəfə zəng edərək danışmaq istəyəndə Adil mənə zəngi sonlandırmağımı tapşırdı. Bunu Adilin özü də təsdiq edə bilərəm. Adilin axırıncı dəfə övladını görməyi məndən xahiş etməsi məsələsi yadıma gəlməyib. Adilə zərbə endirməyi məndən övladını görməyi xahiş etdiyi üçün dayandırmamışam. Adil özündə olmadığını görərək onu daha vurmamışam. Bıçağı sırf münaqişəyə görə götürməmişəm. Bıçaq əvvəldən məndə olub. İşdə olan zaman bıçaqdan istifadə etmişəm. Bıçaq hər dəfə mənə lazım olmayıb. Həmişə üstümdə gəzdirməmişəm. Sadəcə hadisə olan gün işdə olmuşam. Özüm muzdlu işçi olmuşam. Hadisə ərəfəsində qələm əkməklə məşğul olmuşam”.
 
“Tanışlarım dedi ki, məni axtarır”
 
Vüsal deyib ki, hadisə günü olan münaqişədən əvvəl də Adillə mübahisələri olub: “Adillə həmişə məhəllədə görüşmüşük. Məhəllədə Adillə aramızda qısa dialoqlar olub. Hətta bir-iki dəfə Adilin evində də söhbət etmişik. Adillə aramızdakı birinci mübahisə də onun məndən şübhələnməsinə görə baş verib. Biz həmişə məhəllədə söhbətləşərək qeyd olunan mövzu barədə söhbət etmişik. Bir-iki dəfə də şübhələrə görə Adil məni evlərinə çağırıb və söhbətimizi davam etmişik”.
 
Vüsalın ifadəsinə görə, hadisə günü Adillə görüşməmişdən əvvəl onu axtarması barədə məlumatı olub: “Tanışlarım dedi ki, Adil məni axtarır. Marketin yanındakı tanışlarım Adilin məni axtardığını söylədi. Hadisə günü Adil mənim evimə də gəldi. Mən evə gələndə Adil artıq məni qapının ağzında gözləyib. Adillə görüşənə kimi onun məni axtardığından məlumatlı olmuşam. Adilin məni telefona görə axtardığını düşünmüşəm. Adilgil bizimlə qapı qonuşudur. Evə gələndə Adillə üzləşdim. Həmin vaxt Adil məni gözləmişdi. Adil məni içəriyə dəvət etdi”.
 
“Düşündüm ki, bıçaq çıxaracaq”
 
Vüsal qeyd edib ki, daha sonra bir qədər həyətdə Adillə söhbət edib, yüngülvarı tutuşıblar: “Bu zaman qızım bizi gördü. Qızım gedəndən sonra söhbətimizi tövlədə davam etdirdik. Tövlədə söhbət etməyi Adil təklif etdi. Tövlədə təxminən bir-iki dəqiqə söhbət etdik. Birinci dəfə tutuşanda Adil əlini cibinə atmaq istədi. Elə düşündüm ki, cibindən bıçaq çıxaracaq. Ona görə tövlədə söhbət edən zaman elə düşündüm ki, Adilin cibində bıçaq var. Birinci dəfə münaqişə edəndə Adil cibindən heç nə çıxarmadı. Hadisə zamanı Adilə bıçaqla xəsarət yetirdim”.
 
“Şübhə beynimə düşmüşdü”
 
İş üzrə zərərçəkmiş Adilin sözlərinə görə, Vüsal bir-iki dəfə qapısında dayanıb: “Mən də bu səbəbdən şübhələr yarandı. Həmin gecə də bir qədər alkoqollu içki qəbul etmişdim. Şübhə beynimə düşmüşdü. Şübhələri aydınlaşdırmaq üçün Vüsalı çağırdım. söhbət etmək üçün tövləyə getdik. Siqaret çəkmək üçün əlimi cibimə atdım. Bir də gördüm ki, Vüsal bıçağı çıxararaq mənə xəsarət yetirir. Vüsal mənə ardıcıl bıçaq zərbələri endirdi. Hadisə zamanı üzərimdə bıçaq olmayıb. Zərbələrin nəticəsindən özümü itirmişəm. Yerə oturan zaman Vüsal mənə vurmuş olduğu bıçaq zərbələrini dayandırdı”.
 
“Mənə söz göndərməyib”
 
İş üzrə şahid qismində ifadə verən Nigarın sözlərinə görə, əri Adil, azyaşlı övladları - 2015-ci il təvəllüdlü Səma, 2020-ci il təvəllüdlü Tamara və 2022-ci il təvəllüdlü Səid adlı övladları ilə birlikdə yaşayır: “Adil ilə 2014-cü İldə rəsmi nikaha daxil olmaqla ailə qurmuşuq. Adillə din vasitəsilə tanış olmuşuq. Özüm dindaram. Adil də ailə qurduğum vaxt dindar biri olub. Ailə qurduğum vaxtdan etibarən kənddə yaşamışıq. Təqsirləndirilən Vüsal üzbəüz qonşumuzdur. Vüsal bizimlə üzbəüz evdə atası Elmar, anası Südabə, qardaşı Əhədlə birlikdə yaşayıb. Əhəd özü də dindar biridir, bu səbəbdən də əvvəllər Adillə yaxın dost olublar. Adil dindən uzaqlaşdıqdan sonra Əhədlə münasibətləri kəsildi. Mən dindar olduğum üçün niqab geyinmişəm. Əlavə olaraq evdən çölə çıxmamışam. Adil mənim tək evdən çölə çıxmağıma, mobil telefon işlətməyimə icazə verməyib. Vüsalın sadəcə qonşu kimi üzbəüz də yaşamasını bilmişəm. Onunla heç bir münasibətim, yaxınlığım olmayıb. Ümumiyyətlə Vüsalın mənə qarşı hislərinin olmasını, mənə və ya evimin qapısına, pəncərəsinə baxmasının şahidi olmamışam. Vüsal özü də nə vaxtsa mənə söz göndərməyib. Heç vaxt mənə sataşmayıb. Adilin nəyə görə Vüsalın mənə baxmasını, göz-qaş atmasını iddia etməsini bilməmişəm”.
 
“Aramızda sözlə mübahisə olub”
 
Nigar qeyd edib ki, məlum hadisəyə qədər Adilin Vüsalın ona baxması, münasibət qurmağa cəhd etməsindən şübhələnməsini bilməyib: “Evdə olan zaman da Adil mənə Vüsalla bağlı belə bir şey deməyib. Ərim Vüsalın mənə göz-qaş atmasını, evimə, pəncərəmə baxmasını və ya mənim Vüsala baxmağım irad tutmayıb. Buna görə aramızda mübahisə, problem yaşanmayıb. Adil dindən uzaqlaşdıqdan sonra spirtli içki qəbul edib. Buna görə də, bir neçə dəfə ona irad bildirmişəm. İradlarla bağlı aramızda sözlə mübahisə olub. Mübahisə zamanı Adil məni vurmayıb, mənə hər hansı xəsarət yetirməyib. Mübahisələrimizlə əlaqədar Quba Rayon Polis Şöbəsində hər hansı araşdırma aparılmayıb”.
 
“Üstü-başı qan içərisində idi”
 
Nigar bildirib ki, fevralın 6-da azyaşlı övladları ilə birlikdə evdə olub: “Ev işləri görmüşəm, uşaqlara baxmışam. Adil həmin gün evə bir neçə dəfə girib-çıxıb, axşamüstü xörəyini yeyib, çayını içib evdən çıxdı. Mən uşaqlarla və ev işləri ilə məşğul olduğum üçün konkret saata fikir verməmişəm. Həmin gün saat 22 radələrində Adil evə gəldi, üstü-başı qan içərisində idi. Çətinliklə yeridi, nəfəs almaqda çətinlik çəkdi. Nə baş verməsini soruşdum. Adil danışa bilmədi. Adilin mobil telefonu ilə qayınatama zəng etdim və Adilin evə qan içərisində gəlməsini dedim. Bir qədər sonra qaynım evə gəldi və Adildən hadisə barədə soruşdu. Adil ona da bu barədə cavab vermədi və nəfəsinin çatmamasını bildirdi. Qaynım həkim briqadası çağırdı. Lakin gec ola biləcəyini düşündüyü üçün Adili qonşunun avtomobili ilə təcili yardımı gözləmədən xəstəxana istiqamətində apardılar. Mən isə evdə qaldım. Adili apardıqdan sonra heyvanlara yem vermək üçün gedən zaman tövlədə qan ləkələrinin olmasını gördüm. Başa düşdüm ki, hadisə burada olub”.
 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Oxşar xəbərlər
08:09, Bu gün
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
08:00, Bu gün
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
07:53, Bu gün
Azərbaycan Texnologiya Universitetinin tələbəsi adam öldürdü - TƏFƏRRÜAT
07:47, Bu gün
Gürcüstan hökuməti seçkilərdə Saakaşvilinin partiyasının iqtidara qayıdışından qorxur... 
07:39, Bu gün
İstirahət mərkəzində ona qarşı əxlaqsız hərəkətlər edən kişini ifşa etdi - FOTO
07:30, Bu gün
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
07:23, Bu gün
Məktəbin həyətinə keçmək istəyən oğlanın faciəvi ölümü: "Elə bildik oturub" 
07:14, Bu gün
Bakıda gəmi yandı - Mexanik yanıq xəsarətləri aldı...
07:01, Bu gün
Belarus Rusiya dronlarını tutmaq üçün aviasiya qaldırdı...-GÖZLƏNİLMƏZ
00:45, Bu gün
Yekaterinburqda müdafiə zavodunda yanğın baş verib
00:33, Bu gün
Rusiya ilə İran ABŞ-da seçkilər zəminində üz-üzə gəlib, Çin nifaq salır
00:23, Bu gün
Məsud Pezeşkian: "İran Fələstin xalqının mübarizəsinə qətiyyətli dəstəyini davam etdirəcək"
00:21, Bu gün
Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI
30 Jul 2024 | 23:00
Bu test 5 dəqiqə ərzində infarkt riskini ortaya qoyur
30 Jul 2024 | 22:55
Rusiyadan İsrailin hücumuna dərhal reaksiya...
30 Jul 2024 | 22:48
İsrail Livanın paytaxtına zərbələr endirdi
30 Jul 2024 | 22:40
Bakıda güclü yanğın başladı
30 Jul 2024 | 22:32
Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu
30 Jul 2024 | 22:27
“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi
30 Jul 2024 | 22:18
Avto"Tesla" 2 milyona yaxın avtomobili GERİ ÇAĞIRIR - Ciddi problem aşkarlandı
30 Jul 2024 | 22:10
Kabab üçün hansı ət seçmək lazımdır
30 Jul 2024 | 22:00
Trampın qardaşı oğlu: Əmim Donald dəlidir
30 Jul 2024 | 22:00
"Qarabağ" “Linkoln”i məğlub etdi
30 Jul 2024 | 21:55
Elçin Əmirbəyov: "Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq"
30 Jul 2024 | 21:55
Çempionlar Liqası: "Qarabağ" darmadağınla "Linkoln"a qalib gəldi
30 Jul 2024 | 21:50
Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb
30 Jul 2024 | 21:45
Ermənistan ordusu sərhəddən çəkilir? – MÜHÜM GƏLİŞMƏ
30 Jul 2024 | 21:37
“Bizim qələbəmiz onların xəyallarının üstündən xətt çəkdi”
30 Jul 2024 | 21:25
Məşhur müğənni konserti zamanı səhvən milçək uddu – VİDEO
30 Jul 2024 | 21:18
Hər gün bu qədər çips və ya kraker yeyə bilərsiniz - Sağlamlıq üçün təhlükəsizdir
30 Jul 2024 | 21:02
Kiberdələduzların yeni tələsi: “ƏDV GERİ AL” prosesi ilə bağlı saxta paylaşımlar edilir
30 Jul 2024 | 20:56
Dollar üçün risklər artır: İnvestorlar ən yaxşı aktivi açıqladı
30 Jul 2024 | 20:48
Bu 3 bürc "ÖLÜMSÜZDÜR"
30 Jul 2024 | 20:40
300 min ildir yeyirik: püstənin müsbət və mənfi təsirləri
30 Jul 2024 | 20:31
Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başlayıb
30 Jul 2024 | 20:23
“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” - Xalq artisti
30 Jul 2024 | 20:15
Böyükşorda günəş enerji qurğusu istismara verildi - FOTO
30 Jul 2024 | 20:11
Azərbaycanda daha bir rəis vəzifəsindən azad edildi - RƏSMİ
30 Jul 2024 | 20:03
Bakıda qadın sirkə turşusu içib öldü
30 Jul 2024 | 19:55
40 saat  okeanda qalan cütlük xilas olundu
30 Jul 2024 | 19:38
Yayda telefonunuzdan EHTİYATLI OLUN
30 Jul 2024 | 19:30
“WhatsApp”dan YENİ FUNKSİYA: istifadəçilərin həyatını asanlaşdıracaq
30 Jul 2024 | 19:23
Bu içki nikotin istəyini aradan qaldırmağa kömək edir
30 Jul 2024 | 19:15
Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen
30 Jul 2024 | 19:03
Növbəti tədris ili üçün ən arzuolunan qadağalar, keçirilməsi ən vacib fənn-TƏHLİL
30 Jul 2024 | 18:55
130 nəfər ilan balığından zəhərləndi: 1 nəfər öldü
30 Jul 2024 | 18:50
Mükafat qazanmayan cüdoçu Paris-2024-də evlilik təklifi alıb
30 Jul 2024 | 18:45
Fürsəti əldən vermişik - Marukyan
30 Jul 2024 | 18:38
İsraillə “Hizbullah” arasında genişmiqyaslı savaş mümkündürmü?- Sabiq baş diplomat...
30 Jul 2024 | 18:32
Alimlər yaddaşı yaxşılaşdıran burun spreyi hazırlayıblar
30 Jul 2024 | 18:28
“Google” sürücüsüz taksilərə əlavə 5 milyard dollar sərmayə qoyacaq
30 Jul 2024 | 18:22
Rusiya vətəndaşlığı alanlar bir il orduda xidmət etməli olacaq
30 Jul 2024 | 18:14
“London taksiləri”nin çürüdüyü yerdən FOTOLAR
30 Jul 2024 | 18:08
1 stəkanı ilə bədəndə infeksiya qalmır
30 Jul 2024 | 18:00
Medal qazanan müsəlman ölkələrin SİYAHISI-Azərbaycanın adı siyahıda varmı?
30 Jul 2024 | 17:50
Küləkli hava şəraiti ilə bağlı SARI xəbərdarlıq
30 Jul 2024 | 17:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
30 Jul 2024 | 17:40
Rusiya Ədliyyə Nazirliyi Alla Puqaçovanı "xarici agent" kimi tanımaq istəyir, lakin...
30 Jul 2024 | 17:34
“Məni qayışla döymüsən” - Ramiz Novruzun qızı atasından danışdı - FOTO
30 Jul 2024 | 17:28
“Tarqovı”da gənc qızdan qəribə hərəkətlər – VİDEO
30 Jul 2024 | 17:22
Akif Nağının Milli Məclis üzvlüyünə namizədliyi təsdiq olundu...-FOTO
30 Jul 2024 | 17:17
Ceyhun Bayramov pakistanlı səfiri qəbul etdi - FOTO
30 Jul 2024 | 17:11
Hava ilə bağlı XƏBƏRDARLIQ -  Avqustun 1-i gündüzdən...
30 Jul 2024 | 17:05
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
30 Jul 2024 | 17:00
Tələbələrin köçürülməsi ilə bağlı YENİ QƏRAR
30 Jul 2024 | 16:55
DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
30 Jul 2024 | 16:49
Ermənistanın sürətlə silahlanmasında ilginc hədəf – Qarabağ üzərindən…
30 Jul 2024 | 16:43
Qəzza bölgəsində epidemiya baş qaldırıb - ÜST dərhal atəşkəs tələb edir
30 Jul 2024 | 16:38
Qərb Venesuelanı itirmək istəmir - Maduro 11 ildən sonra yenə sınaqda - TƏHLİL + FOTO
30 Jul 2024 | 16:32
Azərbaycanda bu taksi şirkəti bağlandı
30 Jul 2024 | 16:26
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
30 Jul 2024 | 16:19
Universitetlərdə təhsilhaqqı artırılır: Səbəb də odur ki... - Ekspert
30 Jul 2024 | 16:12
Sərnişinlərin NƏZƏRİNƏ! 300-dən çox avtobus bu prospektə daxil olmayacaq
30 Jul 2024 | 16:06
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi - Həbs olundu
30 Jul 2024 | 15:59
"Dünya alovunu söndürmək hələ ki, mümkündür..."
30 Jul 2024 | 15:56
Dünya Universitetləri sıralamasında Azərbaycanın adı niyə yoxdu? -DETALLAR
30 Jul 2024 | 15:51
Bərdədə yaşayan kəlbəcərlilər təbiətin qorunması layihəsinə cəlb edildi - FOTO
30 Jul 2024 | 15:46
TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək
30 Jul 2024 | 15:39
“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI
30 Jul 2024 | 15:33
Hidayətin xanımı tanınmış sima imiş - FOTO
30 Jul 2024 | 15:28
Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşdü - YENİLƏNİB
30 Jul 2024 | 15:22
“Ermənistan üçüncü müharibəyə hazırlaşır” - Polkovnikdən XƏBƏRDARLIQ
30 Jul 2024 | 15:16
"Mehriban Əliyeva 3 geyimini mənə bağışladı"
30 Jul 2024 | 15:11
Daşınmaz əmlak sektorunda kəskin bahalaşmanın SƏBƏBLƏRİ AÇIQLANDI
30 Jul 2024 | 15:06
Dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi - FOTO
30 Jul 2024 | 15:00
"Bayden ABŞ prezidentləri üçün immunitetləri məhdudlaşdırmağı planlaşdırır" - "The Washington Post"
30 Jul 2024 | 14:54
SON DƏQİQƏ! Bakıda TOYLAR TƏXİRƏ SALINIR – Bu tarixdən…
30 Jul 2024 | 14:47
“Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək
30 Jul 2024 | 14:41
Mir Cəlal Paşayevin adını daşıyan məktəbdə QALMAQAL: Direktor müəllimi işdən niyə çıxarıb? – ŞİKAYƏT + FOTOLAR
30 Jul 2024 | 14:34
Şuşaya köçən ailələrə yeni mənzillərinin açarları təqdim olundu
30 Jul 2024 | 14:28
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
30 Jul 2024 | 14:22
Qatardan istifadə edənlərin NƏZƏRİNƏ! - 3-4 avqust tarixlərində... 
30 Jul 2024 | 14:16
Gənc oğlan sevdiyi qıza yuxu dərmanı verdi, cinsi əlaqədə oldu, sonra isə... – TƏFƏRRÜAT
30 Jul 2024 | 14:14
Millət vəkili, yoxsa zillət vəkili?..
30 Jul 2024 | 14:10
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olundu - FOTO
30 Jul 2024 | 14:07
İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu - FOTOLAR
30 Jul 2024 | 14:01
Bu 3 bürc sevgilisindən ayrılacaq: Özləri də nə baş verdiyini anlamayacaqlar
30 Jul 2024 | 13:56
Roza Zərgərli: "Kişilər var ki, ona münasibət..."
30 Jul 2024 | 13:50
Əli Əsədov İrana getdi - FOTO
30 Jul 2024 | 13:46
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
GÜNLÜK
30 Jul 2024 | 11:31
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
30 Jul 2024 | 11:28
“Evinin yanıdır da, bəlkə elə baltanı ağacı budamaq üçün götürüb?”-Sənətkarın qohumu-ÖZƏL
30 Jul 2024 | 12:05
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
30 Jul 2024 | 14:28
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
30 Jul 2024 | 13:46
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
30 Jul 2024 | 10:35
Bakının bağlanan məşhur bazarı açılır
30 Jul 2024 | 10:10
Çay içməyin MƏNFİ TƏSİRLƏRİ: Bunu çox az adam bilir
30 Jul 2024 | 11:40
Ağadadaş Ağayevin balta ilə hücum etdiyi mühafizəçi: "Mənə dedi ki, ermənidən əmələ gələn..." - VİDEO
30 Jul 2024 | 16:26
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
30 Jul 2024 | 09:15
Fransızlar himnimizi ayaqüstə alqışladılar - Hüseynzadə
HƏFTƏLİK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
30 Jul 2024 | 11:31
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
30 Jul 2024 | 11:28
“Evinin yanıdır da, bəlkə elə baltanı ağacı budamaq üçün götürüb?”-Sənətkarın qohumu-ÖZƏL
30 Jul 2024 | 12:05
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
30 Jul 2024 | 14:28
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
30 Jul 2024 | 13:46
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
30 Jul 2024 | 10:35
Bakının bağlanan məşhur bazarı açılır
30 Jul 2024 | 10:10
Çay içməyin MƏNFİ TƏSİRLƏRİ: Bunu çox az adam bilir
30 Jul 2024 | 11:40
Ağadadaş Ağayevin balta ilə hücum etdiyi mühafizəçi: "Mənə dedi ki, ermənidən əmələ gələn..." - VİDEO
30 Jul 2024 | 16:26
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
30 Jul 2024 | 09:15
Fransızlar himnimizi ayaqüstə alqışladılar - Hüseynzadə