Yaşı bir əsri haqlamış müharibə veteranı: “Atam mənə “oğlum” deyirdi” - MÜSAHİBƏ + FOTO
Cəmiyyət
Oxunub: 3315
09 May 2024 | 11:15
Yaşı bir əsri haqlamış müharibə veteranı: “Atam mənə “oğlum” deyirdi” - MÜSAHİBƏ + FOTO
“Biz cəbhəyə çatanda azərbaycanlılardan ibarət 402-ci diviziya yox idi. Qırılan qırılmışdı, qırılmayanlar da qaçmışdılar Kirovoqrad meşələrində partizanlara qoşulmağa. Taqanroq diviziyası da qırılıb. Taqanroq diviziyası 416-cı diviziya idi, onu bizə verdilər”.
 
Moderator.az xəbər verir ki, bunu Oxu.Az-a müsahibəsində yaşı bir əsri haqlamış, II Dünya müharibəsində tibb bacısı kimi iştirak edən, veteran Tacirə Qazıyeva deyib.
 
 
Müsahibəni təqdim edirik:
 
- Tacirə xanım, siz neçənci ildə və harada anadan olmusunuz?
 
- Mən Tacirə Həmid qızı Qazıyeva 1924-cü il dekabr ayının 29-da Naxçıvan şəhərində doğulmuşam.
 
- Müharibənin başlanması xəbərini eşidəndə neçə yaşınız var idi?
 
- Onda mən hələ orta məktəbdə oxuyurdum. Heydən Əliyev də mənimlə bir məktəbdə oxuyurdu. O, məndən bir sinif yuxarı idi. O, yeddinci sinfə keçəndə sənədlərini məktəbdən alıb texnikuma getmişdi. Mən yeddinci sinfə keçəndə isə vəziyyət qarışdı. Oxuya bilmədim.
 
O vaxt yazılıb vurulmuşdu ki, 1941-ci ilin iyun-iyul ayında Naxçıvanla İranın arasındakı sərhəd bağlanmalıdır. Həmin vaxt Naxçıvanda kişiləri yığmağa başladılar. Qoşun yığılırdı deyə kişiləri apardılar. Onsuz da sakit Naxçıvan bir az da yasa batdı – bütün kişilər cəbhəyə getdilər. İnanın ki, Naxçıvanda toyuq başı kəsməyə bircə kişi də qalmadı. Bütün idarələr, mağazalar bağlandı.
 
Həmin vaxt xəstəxananın qabağında bir yer düzəltdilər və bizə iynə vurmağı öyrətməyə başladılar. İdman müəllimləri bizimlə məşğul olmağa başladılar. Onda biz bilmirdik müharibə başladığını, məktəbli uşaq idik axı, ağlımız kəsmirdi. Biz nə bilirdik müharibə nədir?
 
Sonra bizə dedilər ki, hərə özünə bir xalat tikdirsin, içinə pambıq doldurulmuş balaca döşəkcə hazırlasın, gətirsin. Biz o balaca döşəkcələri gətirəndə üstünə qırmızı rəngdə “yardım” işarəsi tikdilər. Başladılar öyrətməyə ki, iynəni necə vurmaq lazımdır, iynənin havasını necə çıxartmaq lazımdır və s. İdman müəllimlərimiz bizə sürünməyi də öyrətdilər.
 
 
- Siz bilirdiniz kişiləri hara aparırlar?
 
- Yox, biz bilmirdik qoşunu aparıb harada yığırlar. Biz atışma zad eşitmədik. Naxçıvanda sakitlik idi. Bir də xəbər tutduq ki, yaralıları gətirdilər xəstəxanaya, əsirləri də bizim məktəbə yerləşdirdilər. Onda həkimlər bizə dedilər ki, qızlar gəlsin xəstəxanaya praktikaya. Kömək etsinlər həkimlərə.
 
- Ağır yaralılar gətirilirdi?
 
- Hə. Çox ağır yaralılar da var idi. İnanın bir sürücünün ayağı necə yanmışdısa, elə bilmişdim ayağında uzunboğaz çəkmə var. Üçüncü dərəcəli yanıq imiş. Elə ki naqqaşı vurdum, ahından qaçdım, dözə bilmədim. Səhəri gün də bir rusu gətirmişdilər, dizindən yaralanmışdı. Onu da qaldıranda dayana bilmədim, ürəyim dözmədi, qaçdım. Gedib pəncərənin qarşısında durmuşdum, gördüm həkim gəlir. Mənə çatıb dedi ki, “kaş bir güzgü olaydı, sən özünə baxardın. Görərdin nə gündəsən?”, – məni ağlatdı getdi.
 
- Bəs belə ürəyiyuxalıqla necə tibb bacısı oldunuz?
 
- Onda bizdə baş həkim Camalbəyov idi. Dedilər, Camalbəyov səni çağırır. Getdim. Mənə dedi ki, elə bil Allah səni bu boy-buxunla elə həkim olmaq üçün yaradıb. Dedim ki, yox, həkim, məndən həkim olmaz. Dedi - “Niyə olmur? Elə bilirsən ki, biz bu masanın arxasında havadan gəlib oturmuşuq? İndi səni göndərirəm, həkim tək çatdıra bilmir, tibb bacıları hamısı müharibəyə gedib”.  Belə oldu, mən başladım həkimlərə kömək etməyə.
 
- Öyrənə bildinizmi həkimlərlə işləməyi?
 
- Çətin idi. Təzə vaxtlar xəstələrə baxırdım, qapıya çatanda həkimlə üz-üzə gəldim. Məndən soruşdu ki, deyilənlərin hamısını etdin? Dedim ki, bəli. Köklərə iynə vurdum, arıqlara yox. Həkim yapışdı qolumdan, dedi, “gəl bura görüm. Necə yəni köklərə iynə vurdum, arıqlara yox? Xəstənin kökü, arığı olmur, xəstə xəstədir”. Arıq olan da bir nəfər xəstə idi. Mən axı təcrübəli tibb bacısı deyiləm ki, hamıya iynə vuram, qorxurdum vurmağa.
 
 
- Bəs sonra müharibədə harada iştirak etmisiniz?
 
- 1941-ci il idi. Bir gün bizə xəbər verdilər ki, 60 nəfər qız yığılır. Mən də onların içinə düşdüm. Hazırlaşırdılar bizi müharibəyə aparmağa. Əvvəlcə bizi yığdılar Naxçıvanın özündə. Tapşırdılar ki, hərə özünə yemək üçün bir qab, bir qaşıq, bir dənə parç və üçgünlük yemək götürsün. Evdən çıxdıq, bizi qatara mindirdilər, gətirdilər Sumqayıta, oradan da getdik müharibəyə.
 
Biz cəbhəyə çatanda azərbaycanlılardan ibarət 402-ci diviziya yox idi. Qırılan qırılmışdı, qırılmayanlar da qaçmışdı Kirovoqrad meşələrində partizanlara qoşulmağa. Taqanroq diviziyası da qırılmışdı. Taqanroq diviziyası 416-cı diviziya idi, onu bizə verdilər. Çox çətin günlər idi, yemək yox, içmək yox, qaranlıq, çala-çuxur yollarla gedirik. Tibb bacıları həmişə arxada gedirdi. Qabaqda qoşun gedirdi.
 
- O vaxt cəbhədə ölənləri də siz daşıyırdınız?
 
- Yox, ölənləri biz daşımırdıq. O işə başqaları baxırdılar.
 
- Bəs hansı ərazilərdə olmusunuz?
 
- Biz axı bilmirdik haradayıq. Biz elə meşələrdə, yollarda yaralı axtarırdıq, yaralı götürürdük. Komandirimiz də yaxşı adam idi. Həmişə bizə öyüd-nəsihət verirdi. Deyirdi ki, biz bura döyüşə gəlmişik, bir ailə kimi olmalıyıq, hamı bir-birinə kömək etməlidir.
 
 
- Qələbə xəbərini harada eşitdiniz?
 
- Onda biz hələ Almaniyaya çatmamışdıq, amma qoşun getmişdi. 1944-cü ildə müharibə dayanmışdı. Sonra bizə xəbər verdilər ki, qızları geri qaytarırlar. Bizi qaytardılar geri. Mənim qardaşım da müharibədə idi.
 
- Azərbaycana neçənci ildə qayıtdınız?
 
- Elə müharibə qurtaranda.
 
- Siz birbaşa Naxçıvana qayıtdınız?
 
- Yox. Biz Bakıda qatardan düşdük. Dedilər, hər kəs öz evinə getsin. Ondan sonra mən qatara oturub Naxçıvana getdim. Naxçıvanda qatardan düşdüm, yolda bir adama da rast gəlmədim. Qatardan da evə getməyə nə qədər məsafədir, çox uzaqdır. Gəldim, gəldim, Sabir bağına yaxınlaşanda, dedim çox şükür, axır ki, Naxçıvana çatdım.
 
- Evinizdə sizi kim qarşıladı?
 
- Getdim evə, gördüm elə bil evimiz boşdur. Bir atam idi, bir də kimsə vardı. İnanırsan, atam oturduğu stoldan qalxa bilmədi. Elə həyəcanla qışqırıb o kişiyə deyirdi ki, “Qızımdır! Qızımdır!” Məni qucaqladı, görüşdük.
 
 
- Bəs qardaşınız necə oldu?
 
- Qardaşım qayıtmadı (ağlayır). Nə qardaşım, nə əmim oğlu, nə bibim oğlu, heç biri qayıtmadı. Atam ölüncə qardaşımı axtardı. Atam ona görə mənə “oğlum” deyirdi. Ona görə soyadımı dəyişmədim. Axı atamın oğlu cəbhədən gəlməyib, mən necə dəyişərəm soyadımı (ağlayır)?
 
- Tacirə xanım, neçə övladınız var?
 
- Mənim 11 övladım var – qızıl medalı ona görə almışam. 75 nəvə-nəticəm var, dörd də kötükcəm var. Onun üçü oğlandır, biri qızdır.
 
- Tacirə xanım, maşallah dekabrda 100 yaşınız olacaq. Çox yaşamaq yaxşıdır?
 
- Yox. Heç yaxşı deyil. İstəmirəm yaşamaq (gülür).
 
- Niyə?
 
- Elə. İstəmirəm də. Çox yaşamağın nə mənası var ki (gülür)?
 
 
- Bugünkü gənclərə nə arzulayırsınız?
 
- Hamısına yaxşı günlər arzulayıram. Cansağlığı arzulayıram. Arzulayıram ki, daha müharibə olmasın. Biz gördük, amma uşaqlar bir də heç vaxt müharibə görməsinlər, onun dəhşətlərindən xəbərləri olmasın.
 
Oxşar xəbərlər
08:18, Bu gün
Magistraturaların boş qalan plan yerlərinə ixtisaslaşma seçimi başlayıb
08:12, Bu gün
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
08:11, Bu gün
Yeri haqda məlumatı cangüdənlərindən biri sızdırdı...-Raket qonşu binadan atıldı...
08:06, Bu gün
Avqustun 1-nin ULDUZ FALI: Dolça keçmiş sevgisi ilə qarşılaşa bilər, Xərçəng və digərlər isə...
08:00, Bu gün
Səhər yeməyindən imtina edənləri gözləyən təhlükə...
07:49, Bu gün
“COP29 ölkəmizə yeni investisiyaların cəlbinə imkan yaradacaq”
07:44, Bu gün
İşçisini zorlayan erməni prokuror Ukraynanın işğalında iştirak etməyə hazır olduğunu bildirdi...
07:43, Bu gün
Sabah deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərinin DSK-lara təqdim edilməsi üçün müddət başa çatır
07:30, Bu gün
Sabiq nazirin oğlu nənəsini girov götürərək güllələdi
07:14, Bu gün
İnanılmaz fakt: İlk zəncirli mişar doğuş üçün istifadə olunub - FOTO
07:13, Bu gün
Ukraynaya gələn "F-16" qırıcılarının sayı bilindi...-Rusiya ordusuna ilk zərbələr endirildi...
03:00, Bu gün
Paris-2024-də ölkəmizi ikicanlı təmsil edən Yaylagül Ramazanovadan AÇIQLAMA
02:58, Bu gün
HƏMAS-ın yeni rəhbəri kim ola bilər?
02:56, Bu gün
İki uşaq atası Fərid 10 gün əvvəl evə gəlibmiş: Laçında həlak olan gizir torpağa tapşırıldı
00:07, Bu gün
Dörd hərbçimizin həlak olduğu yerdən GÖRÜNTÜLƏR
31 Jul 2024 | 23:57
Türkiyə parlamenti fövqəladə iclas üçün toplanacaq
31 Jul 2024 | 23:53
İranın ali lideri İsrailə zərbə endirilməsi əmrini verdi
31 Jul 2024 | 23:07
"Rus səsi müharibəyə qarşı": Yurmalada Layma Vaykulenin "Randevu" festivalı başa çatıb
31 Jul 2024 | 23:07
Niyə bəzən dondurma başınızı ağrıdır?
31 Jul 2024 | 23:00
Azərbaycanın məşhur hotelində qadın vəhşicəsinə döyüldü
31 Jul 2024 | 22:51
"Həyat yoldaşımla heç yerə getmirəm" - Əməkdar artist
31 Jul 2024 | 22:43
Senadakı suyun keyfiyyətini belə ələ saldı - FOTO
31 Jul 2024 | 22:35
İsti havada çoxlu süd içmək yaxşıdır?
31 Jul 2024 | 22:25
Haniyənin yerinə o keçdi - FOTO
31 Jul 2024 | 22:10
Ukraynaya ilk F-16 qırıcıları gətirildi
31 Jul 2024 | 22:01
Sovet vaxtı çaya niyə soda əlavə edirdilər? - MARAQLI FAKT
31 Jul 2024 | 21:53
Zelenski: Dünya Rusiyanı II Sülh Sammitində görmək istəyirsə, ...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 21:38
Bu məhsullar damarlarınızın sağlamlığını yaxşılaşdırmağa kömək edəcək
31 Jul 2024 | 21:30
Haniyənin öldürülməsi ilə bağlı BMT FÖVQƏLADƏ İCLAS keçirəcək
31 Jul 2024 | 21:23
HƏMAS lideri nədən məhz İranda qətlə yetirilib?
31 Jul 2024 | 21:18
İsrail hökumətinin sözçüsü: "İrandan gələcək reaksiyaya qarşı yüksək hazırlıq vəziyyətindəyik"
31 Jul 2024 | 21:10
Konfrans Liqası: "Fehervar" - "Sumqayıt" matçına start verilib
31 Jul 2024 | 21:04
Taksi sürücüləri ünvanlara başqa maşınla gəlirlər – Nazirlikdən XƏBƏRDARLIQ
31 Jul 2024 | 20:58
20 yaşlı qız bıçağı atasının sinəsinə sancdı
31 Jul 2024 | 20:50
Saxta breketlər: stomatoloq təhlükəli tendensiyanı şərh etdi
31 Jul 2024 | 20:42
Gündəmdən düşməyən "London" taksilərinin taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA
31 Jul 2024 | 20:35
Məşhur meyxanaçının evinə BASQIN EDİLDİ
31 Jul 2024 | 20:25
Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - FOTO
31 Jul 2024 | 20:18
Bakıda toylar təxirə salınır? RƏSMİ AÇIQLAMA
31 Jul 2024 | 20:10
İsrail Haniyənin 12 qohumunu qətlə yetirdi - İran
31 Jul 2024 | 19:58
Həddindən artıq qarpız yeməyin təhlükələri - HƏKİM
31 Jul 2024 | 19:50
Aİ Haniyənin qətlini pisləyib
31 Jul 2024 | 19:40
ABŞ Gürcüstana yardım proqramını dayandırıb
31 Jul 2024 | 19:31
Azərbaycan badmintonçusu Paris-2024-dəki çıxışını başa vurub
31 Jul 2024 | 19:23
Türkiyə və Ermənistan arasında sərhəd qapıları açılacaqmı? - Türk Generalından AÇIQLAMA
31 Jul 2024 | 19:15
İşsiz qalmamaq üçün hansı ixtisasları seçməliyik?
31 Jul 2024 | 19:07
“Onun tərəfdarları Təbrizdə “Azərbaycan İslam Respublikası” yaratmağa cəhd etdi...”
31 Jul 2024 | 19:00
Neftin qiyməti 80 ABŞ dollarını ötüb
31 Jul 2024 | 18:51
"Öncədən peyvənd olunmaq daha yaxşıdır": gənə xəstəlikləri və qarşısının alınması üsulları- BİOLOQ
31 Jul 2024 | 18:43
İran Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını dünyanı İsraildən qorumağa çağırıb
31 Jul 2024 | 18:35
FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib
31 Jul 2024 | 18:30
Paris-2024-də iştirak edən Azərbaycan triatlonçusu: "Bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam"
31 Jul 2024 | 18:23
FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi işləri davam etdirilir
31 Jul 2024 | 18:15
Ekspert: "İsmayıl Haniyənin öldürülməsi həm İrana zərbədir, həm də HƏMAS-a"
31 Jul 2024 | 18:07
Toz halındakı qidalar qidalandırıcı yeməyi əvəz edə bilməz
31 Jul 2024 | 18:02
Elçin Babayev “Gənc istedadlar” liseyinin qızıl və gümüş nişana layiq görülmüş məzunları ilə görüşüb - FOTO
31 Jul 2024 | 18:00
Naxçıvan televiziyasından açıqlama
31 Jul 2024 | 17:55
Elcan Hacıyev Paris xəstəxanasına çatdırıldı
31 Jul 2024 | 17:49
Rusiya və İran tarixi müqavilənin şərtlərini razılaşdırıb
31 Jul 2024 | 17:43
Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır
31 Jul 2024 | 17:38
Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq
31 Jul 2024 | 17:35
Faciəvi şəkildə ölən hərbçilərimizin FOTOSU
31 Jul 2024 | 17:32
Ceyhun Bayramov ATƏT rəsmisi ilə görüşdü - FOTO
31 Jul 2024 | 17:26
Multikulturalizm Mərkəzi Qafqaz Albaniyasına həsr olunan yeni kitab nəşr edib
31 Jul 2024 | 17:20
"Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyaya genişmiqyaslı kiberhücumu başa çatdırıb" - "Reuters"
31 Jul 2024 | 17:13
Hüseyn Abdullayevin cinayət işi məhkəməyə göndərildi
31 Jul 2024 | 17:08
RİNN-də taksi şirkətləri ilə görüş keçirilib
31 Jul 2024 | 17:03
Növbəti köç karvanı Laçına çatdı - FOTOLAR
31 Jul 2024 | 16:58
Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!
31 Jul 2024 | 16:52
Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ
31 Jul 2024 | 16:48
BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur - FOTO
31 Jul 2024 | 16:42
Jurnalistika ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin nəzərinə!
31 Jul 2024 | 16:36
Bu il 210 nəfər Azərbaycana readmissiya olunub
31 Jul 2024 | 16:30
Bu yerlərə yağış yağdı - FAKTİKİ HAVA
31 Jul 2024 | 16:25
Hakimlərdən cüdoçumuza qarşı qərəzli qərar - VİDEO
31 Jul 2024 | 16:20
Bu müəllimlərin dərs saatları ARTIRILACAQ - RƏSMİ
31 Jul 2024 | 16:14
Haniyənin qətli ilə bağlı ŞOK AÇIQLAMA - “Bu zərbə həmin ölkədən endirə bilər”
31 Jul 2024 | 16:07
Flora Kərimovadan qızı ilə bağlı paylaşım - VİDEO
31 Jul 2024 | 16:00
Ələkbər Yasamallının evi qarət edildi, özü isə hədələnir
31 Jul 2024 | 16:00
HƏMAS liderinin öldürülməsi nələrə yol aça bilər? - EKSPERT AÇIQLADI
31 Jul 2024 | 15:54
Davam edən İran-İsrail müharibəsi – maraqların qurbanı İsmayıl Haniyə - ŞƏRH + FOTO
31 Jul 2024 | 15:48
"Şimali Koreya Rusiyaya tank əleyhinə vasitələr verib, bu, ciddi eskalasiyadır" - "Forbes"
31 Jul 2024 | 15:42
“Pulunu da verirlər, silahını da, müharibə üçün daha nə lazımdır ki?”
31 Jul 2024 | 15:37
Taksi sürücüsünə bıçaq çəkib pulunu aldı
31 Jul 2024 | 15:32
"Qazprom"un Azərbaycan nümayəndəliyinin keçmiş rəhbərinin evi yandırıldı - Qiymətli əşyaları oğurlandı - FOTO
31 Jul 2024 | 15:25
Laçında həlak olan kapitan Asif Emnalıyevin FOTOSU
31 Jul 2024 | 15:20
Türkiyə-İsrail münasibətlərindəki gərginlik nələrə səbəb olacaq ? - Politoloq AÇIQLADI
31 Jul 2024 | 15:18
SON DƏQİQƏ - HƏMAS lideri belə öldürülüb - ŞOK VİDEO
31 Jul 2024 | 15:13
İlkin Süleymanovun apellyasiya şikayəti təmin edilmədi
31 Jul 2024 | 15:06
Brüsseldən "U" dönüşü: "Sülh masasını burada quraq"
31 Jul 2024 | 14:59
Azərbaycan ordusunun 4 hərbçisi həlak oldu - YENİLƏNİB
31 Jul 2024 | 14:57
Alim Xəzərdə batma hadisələrinin səbəbini AÇIQLADI
31 Jul 2024 | 14:50
“Çox peşmanam” – Larisa Dolina Müslüm Maqomayev haqqında
31 Jul 2024 | 14:40
Yuxu və sağlamlığınızı yaxşılaşdıracaq 20 saniyəlik məşq - VİDEO
31 Jul 2024 | 14:33
Ər arvadının başqası ilə gəzməsindən şübhələndi, onu elə cəzalandırdı ki... – ŞOK
31 Jul 2024 | 14:27
"HƏMAS liderinin öldürülməsi İsrailin sionist rejiminin növbəti cinayətidir..."
31 Jul 2024 | 14:22
Əməkhaqqı artımı bu tarixdən olacaq: 60 faizə çatdırılması... - Komitə sədri açıqladı
31 Jul 2024 | 14:17
Azərbaycanda deputatlığa namizəd adam BIÇAQLADI
31 Jul 2024 | 14:12
Havanın temperaturu yüksələn xətt üzrə davam edir
GÜNLÜK
31 Jul 2024 | 17:55
Elcan Hacıyev Paris xəstəxanasına çatdırıldı
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
31 Jul 2024 | 09:54
HƏMAS liderinin Tehranda öldürüldüyü iqamətgahın VİDEOSU
31 Jul 2024 | 16:25
Hakimlərdən cüdoçumuza qarşı qərəzli qərar - VİDEO
31 Jul 2024 | 13:30
SON DƏQİQƏ! Mərkəzi Bank qərar qəbul etdi
31 Jul 2024 | 09:07
Tehranda raket hücumu: HƏMAS lideri öldürüldü
31 Jul 2024 | 10:26
SON DƏQİQƏ! Bu deputat vəzifədən gedir
31 Jul 2024 | 12:58
Pənah Hüseyn barədə QƏRAR VERİLDİ - FOTO
31 Jul 2024 | 09:40
Fırıldaqçılar və xainlərin doğum tarixlərində bu 3 rəqəm var- Bu tarixdə doğulan insanlardan UZAQ DURUN 
31 Jul 2024 | 08:44
Azərbaycandakı qəfil ölümlərin SƏBƏBİ... - Çin vaksini?
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
AYLIQ
31 Jul 2024 | 17:55
Elcan Hacıyev Paris xəstəxanasına çatdırıldı
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
31 Jul 2024 | 09:54
HƏMAS liderinin Tehranda öldürüldüyü iqamətgahın VİDEOSU
31 Jul 2024 | 16:25
Hakimlərdən cüdoçumuza qarşı qərəzli qərar - VİDEO
31 Jul 2024 | 13:30
SON DƏQİQƏ! Mərkəzi Bank qərar qəbul etdi
31 Jul 2024 | 09:07
Tehranda raket hücumu: HƏMAS lideri öldürüldü
31 Jul 2024 | 10:26
SON DƏQİQƏ! Bu deputat vəzifədən gedir
31 Jul 2024 | 12:58
Pənah Hüseyn barədə QƏRAR VERİLDİ - FOTO
31 Jul 2024 | 09:40
Fırıldaqçılar və xainlərin doğum tarixlərində bu 3 rəqəm var- Bu tarixdə doğulan insanlardan UZAQ DURUN 
31 Jul 2024 | 08:44
Azərbaycandakı qəfil ölümlərin SƏBƏBİ... - Çin vaksini?