Bir müharibənin iki kapitulyasiya aktı – tarixi zərurət, yoxsa Stalinin kaprizi?
Dünya
Oxunub: 3439
09 May 2024 | 10:55
Bir müharibənin iki kapitulyasiya aktı – tarixi zərurət, yoxsa Stalinin kaprizi?
Alman faşizmi üzərində qələbədən 79 il ötür. 1945-ci ilin mayın 9-da Moskva şəhərində diktor Yuri Levitan radio vasitəsi ilə SSRİ-nin alman faşizmi üzərində qələbəsini bəyan edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 9 may Qələbə Günü elan olunub.
 
İkinci Dünya müharibəsində iştirak etmiş digər ölkələrdə isə SSRİ-dən fərqli olaraq Qələbə Günü mayın 8-də qeyd edilib. Məsələn, Britaniyanın baş naziri Uinston Çörçill mayın 8-də radio vasitəsi ilə alman faşizmi üzərində qələbəni elan edib.
 
Qələbənin belə fərqli günlərdə elan edilməsi səbəbsiz olmayıb. Ümumiyyətlə, İkinci Dünya müharibəsinin yekununda ən maraqlı faktlardan biri kapitulyasiya aktının iki dəfə imzalanması ilə bağlıdır.
 
KAPA.jpg (124 KB)
 
Bu, nədən irəli gəlib, tarixi zərurətdənmi, yoxsa Stalinin kaprizindən?
 
Birinci dəfə Almaniyanın kapitulyasiyası ilə bağlı akt 1945-ci il mayın 7-də saat 02:41-də Fransanın Reyms şəhərindəki texniki kollecin inzibati binasında imzalanıb. 4 bənddən ibarət olan kapitulyasiya aktına Almaniya tərəfdən general Yodl, ingilis-amerikan ordusu adından general Smidt, SSRİ tərəfdən general Susloparov, Fransa tərəfdən isə müşahidəçi qismində general Sevez imza atıblar.
 
Reyms protokolu ilə bağlı maraqlı məqamlardan biri də odur ki, akta imza atan general Susloparov Moskvadan gecikmiş bir göstəriş alıb – aktı imzalamamaq göstərişi. Amma artıq gec olub.
 
İosif Stalin Reyms protokoluna belə münasibət bildirib:
 
“Reymsdə müttəfiq ölkələr kapitulyasiya aktına imza atıblar. Sözsüz ki, onu ləğv etmək olmaz. Amma Reyms protokolunu qəbul etmək də olmaz...”
 
MARSAL.jpg (102 KB)
 
Reyms protokolu imzalananda general Susloparov akta imza atarkən bir şərt irəli sürüb, istənilən müttəfiq ölkə tərəfindən daha bir kapitulyasiya aktı imzalana bilər. Tərəflər bu şərti qəbul ediblər. Elə bu şərt əsas götürülərək mayın 8-də Berlinin Karlhorst qəsəbəsində yerləşən hərbi məktəbin yeməkxanasında Vermaxtın sözsüz və tam kapitulyasiyası ilə bağlı növbəti akt imzalanıb. SSRİ tərəfdən akta marşal Georgi Jukov imza atıb. Akt Mərkəzi Avropa vaxtı ilə 22:43-də imzalanıb. Moskva vaxtı ilə isə artıq mayın 9-u saat 00:43 olub. Bax elə bu səbəbdən də Moskvada Qələbə Günü məhz bu tarixdə elan edilib.
 
Stalin kapitulyasiya aktının Almaniyada imzalanmasını istəyib. O, bununla bağlı öz kaprizini Dövlət Müdafiə Komitəsinin müşavirəsində də gizlətməyib:
 
“Müharibəni Almaniya başlayıb. Kapitulyasiya aktı da Almaniyada imzalanmalıdır. Bu, almanlar üçün tarixi bir dərs səhnəsinə çevrilməlidir. Biz Reyms protokoluna da hörmətlə yanaşırıq. Amma kapitulyasiya aktı ikinci dəfə Almaniyada imzalanmalıdır...”
 
ZİYAF SON.jpg (106 KB)
 
Qələbə marşalı Georgi Jukovun SSRİ tərəfindən akta imza atması isə xüsusi bir hadisə kimi yadda qalıb. Məhz Jukovun təşəbbüsü ilə bu tarixi hadisə heç də sakit bir şəraitdə, yalnız aktın imzalanması ilə keçməyib. İmzalanma mərasimindən sonra marşal Jukov qalibləri və məğlubları ziyafətə dəvət edib.
 
Jukov ziyafətin təşkil olunmasını Birinci Belarusiya Cəbhəsinin arxa cəbhə xidməti rəisi, general Nikolay Antipenkoya həvalə edib. General sonralar öz xatirələrində bu haqda yazıb:
 
“Kapitulyasiya ziyafətinin menyusu o qədər zəngin idi ki, biz SSRİ qida sənayesi komissarı (naziri) Vasili Zotova müraciət etdik. Jukov onunla birbaşa rabitə əlaqəsinə girdi, bildirdi ki, ona göndəriləcək siyahıdakı ərzaq məhsullarını təcili Berlinə çatdırmaq lazımdır. Elə həmin gün Jukovun xahişi yerinə yetirildi, ərzaq və içkilər təyyarə ilə Berlinə çatdırıldı. Ziyafət iki zalda keçirildi, birində qaliblər, digərində məğlublar kapitulyasiya aktının imzalanmasını qeyd edirdilər. Jukov göstəriş vermişdi ki, süfrədə Almaniya məhsulları olmamalıdır. Biz bu ciddi tapşırığa ciddi şəkildə riayət etdik. Bütün ərzaq və içkilər sovet məhsulları idi...”
 
Marşal Jukov alman generallarını, xüsusilə də Vermaxtın qərargah rəisi feldmarşal Vilhelm Keyteli ziyafətə dəvət etmək təşəbbüsündə olmasının səbəbini aşağıdakı kimi açıqlayıb:
 
“Vaxtilə Hitler və Keytel Leninqradı işğal edəcəklərinə tam əmin idilər. Onlar hətta əvvəlcədən “Astoriya” restoranında keçiriləcək ziyafətə dəvətnamələr də çap etdirmişdilər. Amma bu ziyafət baş tutmadı, onlar bu restoranda öz hərbi uğurlarını qeyd edə bilmədilər. Biz xırdalığa getməyəcəyik, səxavətimizi əsirgəməyəcəyik, Keytelin ziyafət arzusunu ürəyində qoymacağıq, əsl ziyafətin necə olduğunu onlara nümayiş etdirəcəyik...”
 
ZİYAF.jpg (75 KB)
 
Jukov onu da göstəriş verib ki, alman generallarının süfrələrində içki və yemək məhdudiyyəti olmasın.
 
Jukovun səxavəti, menyu zənginliyi alman generallarının təəccübünə səbəb olub. Keytel Nürnberq prosesi zamanı saxlanıldığı həbsxanada yazdığı gündəlikdə həmin ziyafət haqqında da qeydlər aparıb:
 
“Sovet generalları Göbbelsin təbliğatında deyildiyi kimi sivil həyatdan uzaq, vəhşi xislətli insanlar deyildi. Ziyafət zamanı onların nümayiş etdirdiyi süfrə mədəniyyəti bunu bir daha sübut edirdi. Biz fərqli bir “ziyafət” gözləyirdik, yəni məğlub olmuş generallar kimi bizə yalnız normaya uyğun standart pay verilməli idi, şorba, kartof və yaxud kələm. Ən yaxşı halda isə bir qədəh şnaps (alkoqollu içki). Çeşid-çeşid soyuq və isti yeməklər, kürü, şampan şərabı və digər təamlar məni təəccübləndirməyə bilməzdi...”
 
Bununla da milyonlarla insanın həyatına son qoyan İkinci Dünya müharibəsi Jukovun ziyafəti ilə sona çatıb. /Musavat.com/
 
Oxşar xəbərlər
08:12, Bu gün
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
08:06, Bu gün
Avqustun 1-nin ULDUZ FALI: Dolça keçmiş sevgisi ilə qarşılaşa bilər, Xərçəng və digərlər isə...
08:00, Bu gün
Səhər yeməyindən imtina edənləri gözləyən təhlükə...
07:49, Bu gün
“COP29 ölkəmizə yeni investisiyaların cəlbinə imkan yaradacaq”
07:44, Bu gün
İşçisini zorlayan erməni prokuror Ukraynanın işğalında iştirak etməyə hazır olduğunu bildirdi...
07:43, Bu gün
Sabah deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərinin DSK-lara təqdim edilməsi üçün müddət başa çatır
07:30, Bu gün
Sabiq nazirin oğlu nənəsini girov götürərək güllələdi
07:14, Bu gün
İnanılmaz fakt: İlk zəncirli mişar doğuş üçün istifadə olunub - FOTO
07:13, Bu gün
Ukraynaya gələn "F-16" qırıcılarının sayı bilindi...-Rusiya ordusuna ilk zərbələr endirildi...
03:00, Bu gün
Paris-2024-də ölkəmizi ikicanlı təmsil edən Yaylagül Ramazanovadan AÇIQLAMA
02:58, Bu gün
HƏMAS-ın yeni rəhbəri kim ola bilər?
02:56, Bu gün
İki uşaq atası Fərid 10 gün əvvəl evə gəlibmiş: Laçında həlak olan gizir torpağa tapşırıldı
00:07, Bu gün
Dörd hərbçimizin həlak olduğu yerdən GÖRÜNTÜLƏR
31 Jul 2024 | 23:57
Türkiyə parlamenti fövqəladə iclas üçün toplanacaq
31 Jul 2024 | 23:53
İranın ali lideri İsrailə zərbə endirilməsi əmrini verdi
31 Jul 2024 | 23:07
"Rus səsi müharibəyə qarşı": Yurmalada Layma Vaykulenin "Randevu" festivalı başa çatıb
31 Jul 2024 | 23:07
Niyə bəzən dondurma başınızı ağrıdır?
31 Jul 2024 | 23:00
Azərbaycanın məşhur hotelində qadın vəhşicəsinə döyüldü
31 Jul 2024 | 22:51
"Həyat yoldaşımla heç yerə getmirəm" - Əməkdar artist
31 Jul 2024 | 22:43
Senadakı suyun keyfiyyətini belə ələ saldı - FOTO
31 Jul 2024 | 22:35
İsti havada çoxlu süd içmək yaxşıdır?
31 Jul 2024 | 22:25
Haniyənin yerinə o keçdi - FOTO
31 Jul 2024 | 22:10
Ukraynaya ilk F-16 qırıcıları gətirildi
31 Jul 2024 | 22:01
Sovet vaxtı çaya niyə soda əlavə edirdilər? - MARAQLI FAKT
31 Jul 2024 | 21:53
Zelenski: Dünya Rusiyanı II Sülh Sammitində görmək istəyirsə, ...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 21:38
Bu məhsullar damarlarınızın sağlamlığını yaxşılaşdırmağa kömək edəcək
31 Jul 2024 | 21:30
Haniyənin öldürülməsi ilə bağlı BMT FÖVQƏLADƏ İCLAS keçirəcək
31 Jul 2024 | 21:23
HƏMAS lideri nədən məhz İranda qətlə yetirilib?
31 Jul 2024 | 21:18
İsrail hökumətinin sözçüsü: "İrandan gələcək reaksiyaya qarşı yüksək hazırlıq vəziyyətindəyik"
31 Jul 2024 | 21:10
Konfrans Liqası: "Fehervar" - "Sumqayıt" matçına start verilib
31 Jul 2024 | 21:04
Taksi sürücüləri ünvanlara başqa maşınla gəlirlər – Nazirlikdən XƏBƏRDARLIQ
31 Jul 2024 | 20:58
20 yaşlı qız bıçağı atasının sinəsinə sancdı
31 Jul 2024 | 20:50
Saxta breketlər: stomatoloq təhlükəli tendensiyanı şərh etdi
31 Jul 2024 | 20:42
Gündəmdən düşməyən "London" taksilərinin taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA
31 Jul 2024 | 20:35
Məşhur meyxanaçının evinə BASQIN EDİLDİ
31 Jul 2024 | 20:25
Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - FOTO
31 Jul 2024 | 20:18
Bakıda toylar təxirə salınır? RƏSMİ AÇIQLAMA
31 Jul 2024 | 20:10
İsrail Haniyənin 12 qohumunu qətlə yetirdi - İran
31 Jul 2024 | 19:58
Həddindən artıq qarpız yeməyin təhlükələri - HƏKİM
31 Jul 2024 | 19:50
Aİ Haniyənin qətlini pisləyib
31 Jul 2024 | 19:40
ABŞ Gürcüstana yardım proqramını dayandırıb
31 Jul 2024 | 19:31
Azərbaycan badmintonçusu Paris-2024-dəki çıxışını başa vurub
31 Jul 2024 | 19:23
Türkiyə və Ermənistan arasında sərhəd qapıları açılacaqmı? - Türk Generalından AÇIQLAMA
31 Jul 2024 | 19:15
İşsiz qalmamaq üçün hansı ixtisasları seçməliyik?
31 Jul 2024 | 19:07
“Onun tərəfdarları Təbrizdə “Azərbaycan İslam Respublikası” yaratmağa cəhd etdi...”
31 Jul 2024 | 19:00
Neftin qiyməti 80 ABŞ dollarını ötüb
31 Jul 2024 | 18:51
"Öncədən peyvənd olunmaq daha yaxşıdır": gənə xəstəlikləri və qarşısının alınması üsulları- BİOLOQ
31 Jul 2024 | 18:43
İran Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını dünyanı İsraildən qorumağa çağırıb
31 Jul 2024 | 18:35
FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib
31 Jul 2024 | 18:30
Paris-2024-də iştirak edən Azərbaycan triatlonçusu: "Bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam"
31 Jul 2024 | 18:23
FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi işləri davam etdirilir
31 Jul 2024 | 18:15
Ekspert: "İsmayıl Haniyənin öldürülməsi həm İrana zərbədir, həm də HƏMAS-a"
31 Jul 2024 | 18:07
Toz halındakı qidalar qidalandırıcı yeməyi əvəz edə bilməz
31 Jul 2024 | 18:02
Elçin Babayev “Gənc istedadlar” liseyinin qızıl və gümüş nişana layiq görülmüş məzunları ilə görüşüb - FOTO
31 Jul 2024 | 18:00
Naxçıvan televiziyasından açıqlama
31 Jul 2024 | 17:55
Elcan Hacıyev Paris xəstəxanasına çatdırıldı
31 Jul 2024 | 17:49
Rusiya və İran tarixi müqavilənin şərtlərini razılaşdırıb
31 Jul 2024 | 17:43
Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır
31 Jul 2024 | 17:38
Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq
31 Jul 2024 | 17:35
Faciəvi şəkildə ölən hərbçilərimizin FOTOSU
31 Jul 2024 | 17:32
Ceyhun Bayramov ATƏT rəsmisi ilə görüşdü - FOTO
31 Jul 2024 | 17:26
Multikulturalizm Mərkəzi Qafqaz Albaniyasına həsr olunan yeni kitab nəşr edib
31 Jul 2024 | 17:20
"Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyaya genişmiqyaslı kiberhücumu başa çatdırıb" - "Reuters"
31 Jul 2024 | 17:13
Hüseyn Abdullayevin cinayət işi məhkəməyə göndərildi
31 Jul 2024 | 17:08
RİNN-də taksi şirkətləri ilə görüş keçirilib
31 Jul 2024 | 17:03
Növbəti köç karvanı Laçına çatdı - FOTOLAR
31 Jul 2024 | 16:58
Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!
31 Jul 2024 | 16:52
Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ
31 Jul 2024 | 16:48
BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur - FOTO
31 Jul 2024 | 16:42
Jurnalistika ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin nəzərinə!
31 Jul 2024 | 16:36
Bu il 210 nəfər Azərbaycana readmissiya olunub
31 Jul 2024 | 16:30
Bu yerlərə yağış yağdı - FAKTİKİ HAVA
31 Jul 2024 | 16:25
Hakimlərdən cüdoçumuza qarşı qərəzli qərar - VİDEO
31 Jul 2024 | 16:20
Bu müəllimlərin dərs saatları ARTIRILACAQ - RƏSMİ
31 Jul 2024 | 16:14
Haniyənin qətli ilə bağlı ŞOK AÇIQLAMA - “Bu zərbə həmin ölkədən endirə bilər”
31 Jul 2024 | 16:07
Flora Kərimovadan qızı ilə bağlı paylaşım - VİDEO
31 Jul 2024 | 16:00
Ələkbər Yasamallının evi qarət edildi, özü isə hədələnir
31 Jul 2024 | 16:00
HƏMAS liderinin öldürülməsi nələrə yol aça bilər? - EKSPERT AÇIQLADI
31 Jul 2024 | 15:54
Davam edən İran-İsrail müharibəsi – maraqların qurbanı İsmayıl Haniyə - ŞƏRH + FOTO
31 Jul 2024 | 15:48
"Şimali Koreya Rusiyaya tank əleyhinə vasitələr verib, bu, ciddi eskalasiyadır" - "Forbes"
31 Jul 2024 | 15:42
“Pulunu da verirlər, silahını da, müharibə üçün daha nə lazımdır ki?”
31 Jul 2024 | 15:37
Taksi sürücüsünə bıçaq çəkib pulunu aldı
31 Jul 2024 | 15:32
"Qazprom"un Azərbaycan nümayəndəliyinin keçmiş rəhbərinin evi yandırıldı - Qiymətli əşyaları oğurlandı - FOTO
31 Jul 2024 | 15:25
Laçında həlak olan kapitan Asif Emnalıyevin FOTOSU
31 Jul 2024 | 15:20
Türkiyə-İsrail münasibətlərindəki gərginlik nələrə səbəb olacaq ? - Politoloq AÇIQLADI
31 Jul 2024 | 15:18
SON DƏQİQƏ - HƏMAS lideri belə öldürülüb - ŞOK VİDEO
31 Jul 2024 | 15:13
İlkin Süleymanovun apellyasiya şikayəti təmin edilmədi
31 Jul 2024 | 15:06
Brüsseldən "U" dönüşü: "Sülh masasını burada quraq"
31 Jul 2024 | 14:59
Azərbaycan ordusunun 4 hərbçisi həlak oldu - YENİLƏNİB
31 Jul 2024 | 14:57
Alim Xəzərdə batma hadisələrinin səbəbini AÇIQLADI
31 Jul 2024 | 14:50
“Çox peşmanam” – Larisa Dolina Müslüm Maqomayev haqqında
31 Jul 2024 | 14:40
Yuxu və sağlamlığınızı yaxşılaşdıracaq 20 saniyəlik məşq - VİDEO
31 Jul 2024 | 14:33
Ər arvadının başqası ilə gəzməsindən şübhələndi, onu elə cəzalandırdı ki... – ŞOK
31 Jul 2024 | 14:27
"HƏMAS liderinin öldürülməsi İsrailin sionist rejiminin növbəti cinayətidir..."
31 Jul 2024 | 14:22
Əməkhaqqı artımı bu tarixdən olacaq: 60 faizə çatdırılması... - Komitə sədri açıqladı
31 Jul 2024 | 14:17
Azərbaycanda deputatlığa namizəd adam BIÇAQLADI
31 Jul 2024 | 14:12
Havanın temperaturu yüksələn xətt üzrə davam edir
31 Jul 2024 | 14:08
Prezident Şərqi Zəngəzurla bağlı MÜHÜM FƏRMAN imzaladı
31 Jul 2024 | 14:03
İranda üçgünlük matəm ELAN OLUNDU
GÜNLÜK
31 Jul 2024 | 17:55
Elcan Hacıyev Paris xəstəxanasına çatdırıldı
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
31 Jul 2024 | 09:54
HƏMAS liderinin Tehranda öldürüldüyü iqamətgahın VİDEOSU
31 Jul 2024 | 16:25
Hakimlərdən cüdoçumuza qarşı qərəzli qərar - VİDEO
31 Jul 2024 | 13:30
SON DƏQİQƏ! Mərkəzi Bank qərar qəbul etdi
31 Jul 2024 | 09:07
Tehranda raket hücumu: HƏMAS lideri öldürüldü
31 Jul 2024 | 10:26
SON DƏQİQƏ! Bu deputat vəzifədən gedir
31 Jul 2024 | 12:58
Pənah Hüseyn barədə QƏRAR VERİLDİ - FOTO
31 Jul 2024 | 09:40
Fırıldaqçılar və xainlərin doğum tarixlərində bu 3 rəqəm var- Bu tarixdə doğulan insanlardan UZAQ DURUN 
31 Jul 2024 | 08:44
Azərbaycandakı qəfil ölümlərin SƏBƏBİ... - Çin vaksini?
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
AYLIQ
31 Jul 2024 | 17:55
Elcan Hacıyev Paris xəstəxanasına çatdırıldı
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
31 Jul 2024 | 09:54
HƏMAS liderinin Tehranda öldürüldüyü iqamətgahın VİDEOSU
31 Jul 2024 | 16:25
Hakimlərdən cüdoçumuza qarşı qərəzli qərar - VİDEO
31 Jul 2024 | 13:30
SON DƏQİQƏ! Mərkəzi Bank qərar qəbul etdi
31 Jul 2024 | 09:07
Tehranda raket hücumu: HƏMAS lideri öldürüldü
31 Jul 2024 | 10:26
SON DƏQİQƏ! Bu deputat vəzifədən gedir
31 Jul 2024 | 12:58
Pənah Hüseyn barədə QƏRAR VERİLDİ - FOTO
31 Jul 2024 | 09:40
Fırıldaqçılar və xainlərin doğum tarixlərində bu 3 rəqəm var- Bu tarixdə doğulan insanlardan UZAQ DURUN 
31 Jul 2024 | 08:44
Azərbaycandakı qəfil ölümlərin SƏBƏBİ... - Çin vaksini?