Ukrayna bizdən bunu istəmir - NATO
Dünya
3310
09 May 2024 | 09:33

Ukrayna bizdən bunu istəmir - NATO

NATO Ukrayna ərazisinə qoşun yerləşdirməyi planlaşdırmır, lakin ona kifayət qədər hərbi yardımın göstərilməsi vacibdir.
 
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
 
Stoltenberq xatırladıb ki, ABŞ və Avropadan Ukraynaya silah tədarükünün gecikməsi səbəbindən Rusiya qüvvələri hücum əməliyyatlarında irəliləyişə nail ola bilib.
 
“NATO Ukraynaya qoşun yeritmək niyyətində deyil, mən keçən həftə Ukraynaya səfər edəndə ukraynalılar NATO əsgərləri deyil, daha çox hərbi dəstək istədilər”, - deyə baş katib vurğulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər