Bizi sosial şəbəkələrdən izləyin:
"Mənim "Banu Vıp Beauty studio" adlı gözəllik salonum vardı. İllərdir ki, bu adla fəaliyyət göstərir. Məni salonun adına görə məhkəməyə veriblər".
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın, Azərbaycan" verilişində deyib:
"Dünən məni məhkəməyə dəvət etmişdilər, proses olmalı idi. Lakin məhkəmə prosesi bir həftə sonraya təxirə salındı. Bu məsələ haqqında iki-üç ay öncə məlumat verilmişdi. Mənə bildirilmişdi ki, gözəllik salonunun adını daşıya bilməzsiniz, biz bu adın lisenziyasını almışıq. Həmin məkan məndən sonra açılıb, amma lisenziya alıb. Mən də lisenziya almamışam. Mən də gözəllik salonunum adını dəyişdim".