![“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”](https://moderator.az/cphoto/670x420/2024/04/26/1714148021_prez1.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, Almaniyanın dövlət rəsmiləri ilə görüşüb.
Prezidentin Almaniya səfəri və keçirilən görüşlər iki dövlət arasında münasibətlərin gələcək inkişafına nə vəd edir?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu səfərin iki ölkə arasındakı münasibətlərə mühüm töhfə verəcəyini qeyd edib:
“Bildiyiniz kimi, Prezidentin Berlinə səfəri əsasən “15-ci Petersberq İqlim Dialoqu” ilə bağlı idi. Səfər əsnasında Prezident İlham Əliyev Almaniyanın Kansleri Olaf Şolts, Prezident Frank-Valter Ştaynmayer, eləcə də Almaniya xarici işlər naziri Annalena Berbokla görüşdü, ciddi müzakirələr apardı.
Danışıqlardan, verilən bəyanatlardan bəlli oldu ki, Almaniya Azərbaycanın COP29-a sədrliyini dəstəkləyir, ölkəmizin iqlim dəyişikliklərinə qarşı mübarizə, yaşıl enerjiyə keçid, bu sahədə beynəlxalq miqyasda əməkdaşlıqla bağlı səylərini yüksək qiyətləndirir. Yəni bu məsələlərdə Berlinin Azərbaycana tam dəstəyi var.
Sülh prosesi, regional və qlobal təhlükəsizlik də müzakirə olunan məsələlər sırasında idi. Azərbaycan bu məsələlərlə bağlı mövqeyini də aydın formada ortaya qoydu, konkret faktlara, tarixi-siyasi reallıqlara diqqət çəkdi.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Almaniya səfəri və səfər əsnasında keçirdiyi görüşlər son dərəcədə səmərəli oldu və biz yaxın gələcəkdə bu görüşün mümkün nəticələrinə şahid olacağıq”.
Seymur ƏLİYEV
![Bu test 5 dəqiqə ərzində infarkt riskini ortaya qoyur](https://moderator.az/photo/213x120/2024/07/30/1722366873_infarkt-riski.jpg)
![Rusiyadan İsrailin hücumuna dərhal reaksiya...](https://moderator.az/photo/213x120/2024/07/30/1722366257_rusiya-xin.jpg)
![İsrail Livanın paytaxtına zərbələr endirdi](https://moderator.az/photo/213x120/2024/07/30/1722366031_aviaudar.jpg)
![Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu](https://moderator.az/photo/213x120/2024/07/30/1722365095_qubi.jpg)
![“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi](https://moderator.az/photo/213x120/2024/07/30/1722364372_bas-mesqci.jpg)
![Avto](https://moderator.az/photo/213x120/2024/07/30/1722364102_tesla.png)
![Kabab üçün hansı ət seçmək lazımdır](https://moderator.az/photo/213x120/2024/07/30/1722363796_kabab-eti.jpg)
![Trampın qardaşı oğlu: Əmim Donald dəlidir](https://moderator.az/photo/213x120/2024/07/30/1722362729_emim-donald.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/30/1722363188_linkoln.jpg)
![Elçin Əmirbəyov:](https://moderator.az/photo/213x120/2024/07/30/1722362060_elcinemirbeyov-768x403.jpg)
![Çempionlar Liqası:](https://moderator.az/photo/213x120/2024/07/30/1722361195_bumvsepovcoa4dminkwk7ey6xqj8fodvwjvxs7pp_1200.webp)
![Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb](https://moderator.az/photo/213x120/2024/07/30/1722361786_police.jpg)
![Ermənistan ordusu sərhəddən çəkilir? – MÜHÜM GƏLİŞMƏ](https://moderator.az/photo/213x120/2024/07/30/1722361584_ordu.jpeg)
![“Bizim qələbəmiz onların xəyallarının üstündən xətt çəkdi”](https://moderator.az/photo/213x120/2024/07/30/1722361401_image_750x_636a2b9469255.jpg)
![Məşhur müğənni konserti zamanı səhvən milçək uddu – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/30/1722361041_seyma.jpg)
![Hər gün bu qədər çips və ya kraker yeyə bilərsiniz - Sağlamlıq üçün təhlükəsizdir](https://moderator.az/photo/213x120/2024/07/30/1722360208_chips.jpg)
![Kiberdələduzların yeni tələsi: “ƏDV GERİ AL” prosesi ilə bağlı saxta paylaşımlar edilir](https://moderator.az/photo/213x120/2024/07/30/1722359649_edv.jpeg)
![Dollar üçün risklər artır: İnvestorlar ən yaxşı aktivi açıqladı](https://moderator.az/photo/213x120/2024/07/30/1722359462_aktiv.jpg)
![Bu 3 bürc](https://moderator.az/photo/213x120/2024/07/30/1722359132_mimi.jpeg)
![300 min ildir yeyirik: püstənin müsbət və mənfi təsirləri](https://moderator.az/photo/213x120/2024/07/30/1722358640_puste.jpg)
![Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başlayıb](https://moderator.az/photo/213x120/2024/07/30/1722358167_azerbaycan-bokscusu.jpg)
![“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” - Xalq artisti](https://moderator.az/photo/213x120/2024/07/30/1722358001_xalq.jpg)
![Böyükşorda günəş enerji qurğusu istismara verildi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/30/1722356694_boyukshor_1.jpg)
![Azərbaycanda daha bir rəis vəzifəsindən azad edildi - RƏSMİ](https://moderator.az/photo/213x120/2024/07/30/1722356539_kreslo_vezife_a3.jpg)
![Bakıda qadın sirkə turşusu içib öldü](https://moderator.az/photo/213x120/2024/07/30/1722356097_ara.jpg)
![40 saat okeanda qalan cütlük xilas olundu](https://moderator.az/photo/213x120/2024/07/30/1722355264_okeanda.jpg)
![Yayda telefonunuzdan EHTİYATLI OLUN](https://moderator.az/photo/213x120/2024/07/30/1722354371_telefonka.webp)
![“WhatsApp”dan YENİ FUNKSİYA: istifadəçilərin həyatını asanlaşdıracaq](https://moderator.az/photo/213x120/2024/07/30/1722354614_vatsap.jpg)
![Bu içki nikotin istəyini aradan qaldırmağa kömək edir](https://moderator.az/photo/213x120/2024/07/30/1722353886_nikotin.jpg)