Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
Mədəniyyət
Oxunub: 3348
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
Sabah tanınmış aktrisa, Xalq artisti Həmidə Ömərovanın doğum günüdür. Gözəlliyi və peşəkarlığı ilə diqqət çəkməyi bacaran aktrisa neçə-neçə Azərbaycan filmində yaddaqalan obrazlar yaradıb. “Yol əhvalatı”, “Üzeyir ömrü”, “Şirbalanın məhəbbəti”, “Babamızın babasının babası”, “Qorxma, mən səninləyəm” kimi Azərbaycan filmlərində, “Ata ocağı” serialında məşhur rolları canlandırıb. O, 1988-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2005-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb. Aktrisa 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüdür. 2010-cu ildə isə “Cəfər Cabbarlı” mükafatı ilə təltif olunub.
 
“Report” doğum günü ərəfəsində aktrisa ilə həmsöhbət olub
 
- Həmidə xanım, özünüzü necə hiss edirsiniz, əhvalınız necədir?
 
- Baş götürüb harasa qaçmaq istəyirəm. (gülür) Birincisi, ona görə ki, sakitlik istəyirəm, amma sakitlik olmayan, gurultulu bir yerə - rayona toya gedirəm. Doğum günümdə Bakıda olmayacağam. Söhbətimizə zarafatla başladım ki, qaçmaq istəyirəm. Təbii ki, hara qaçsam da, yenidən öz sevdiklərimin, doğmalarımın əhatəsinə qayıdacağam. Açığı, doğum günlərimi qeyd etmək mənim üçün daha çətin olur. Qadın üçün yaşını demək çətinləşir. Amma mən yaşımdan heç vaxt utanmamışam. Bir dəfə Litva aktrisası Eqle Qabrenayte ilə “Burulğan” filminə çəkilirdim. O, gənc idi, cəmi 35 yaşı vardı. Qəfildən operatorumuz Rafiq Qənbərov ona dedi ki, saçının ağ teli görünür, onu düzəltsin. Qız bir anlıq dayandı və dedi ki, mən öz ağ saçımla fəxr edirəm. O, ağ saçı illərimin əziyyətinin hesabına qazanmışam. O söhbət mənə gələcəkdə bu cür düşünməyimə sanki stimul verdi.

- Amma mənə elə gəlir ki, illər keçsə də, heç dəyişmirsiniz, əvvəllər necə gözəl idinizsə indi də eləsiniz...
 
- Təşəkkür edirəm, amma təbii ki, yaş artır. Mən bir aktrisa kimi, məcburam obrazdan-obraza girim, rola uyğun olaraq qrim edirəm, saçımı gah ağardır, gah da qaraldıram. Amma həqiqətən də, insan yaşa dolduqca, o illərin əziyyətini çəkdikcə illərin əzabı və zəhməti onun üzünə çıxır. Ona görə də mənim yaşlı insanlara böyük məhəbbətim var. Əlbəttə, qadın özünə fikir verməlidir, xüsusən də bizim sənətin adamları. Çünki tamaşaçılar bizi ekrandan görməyə alışıblar. Əsas odur ki, insan istənilən yaşda yaraşıqlı görünməyi bacarmalıdır.
 
- Zahirən çox sakit, təmkinli görünürsünüz, bəs daxilən necə, orada burulğanlar qopmur ki?
 
- Mən emosiyalarımı, əsəblərimi cilovlayıb daxilimdə yaşamağı bacaran adamam. Gənclik illərimdə daha çılğın, daha həssas idim. Amma yaş artdıqca insan müdrikləşir. Başa düşür ki, qışqırmağın, hay-küy salmağın heç bir mənası yoxdur. Bir də ki, insan ömrünün sonlarına yaxın, onsuz da, başa düşür ki, heç nə bilmir, heç nə öyrənməyib. Amma təbiət etibarı ilə indi nisbətən sakitləşmişəm. Yəqin ki, bu, danışığımdan da bəlli olur. Çılğın obrazları oynamağı bacarıram. Çünki hər bir insanın daxilində emosiyaları var. Alman filosofu Nitsşe demişkən, hər bir insanın daxilində köpəklər var, vay o günə ki, köpəklər hayqırıb zahirə çıxsınlar. Yaş artdıqca insan ona görə müdrikləşir ki, başı daşdan-daşa dəyir və o, hər dövrdə həyatdan dərs alır.

- Çılğın obrazları oynamağı bacardığınızı qeyd etdiniz, bəs olub ki, hansısa roldan imtina etmisiniz?
 
- Belə hal çox olub, o vaxt bəxtim elə gətirdi ki, institutu qurtarandan sonra ardıcıl olaraq ildə üç-dörd filmə çəkilirdim. Onda qadın kinorejissorumuz Gülbəniz Əzimzadə: “Həmidə, bəsdir, dayan. Sən artıq elə bir səviyyəyə çatmısan ki, rolları özün seçməlisən, hər rola razılıq vermə”, - dedi. Mən onda azı beş-altı filmdə çəkilməkdən imtina etdim. Amma bilsəydim ki, ondan bir neçə il sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası bağlanacaq, rollardan imtina etməzdim. Buna görə o vaxt çox peşman oldum.
 
- Çəkilməkdən imtina etdiyiniz filmlər hansılar idi?
 
- Adını çəkmək istəmirəm, çünki orada dost olduğum sənət yoldaşlarım çəkildi. Yaradıcılıqlarına da, özlərinə də böyük hörmətim var. O filmlər çəkilsə də, ekran nöqteyi-nəzərdən uğurlu olmadı. Yəni populyarlaşmadı.
 
- Bəlkə, çəkilmədiyiniz o filmlərdən birinin adını çəkəsiniz?
 
- O vaxt Moskva Kinematoqrafiya İnstitutu yeni bir Azərbaycan qrupu, aktyorluq kursu təşkil etdi. Məşhur sovet rejissoru Aleksey Batalovun kursu idi. Mən də bir gənc aktrisa kimi doqquz nəfərdən ibarət münsiflər heyətinin tərkibinə daxil oldum. Moskvada oxumaq istəyən abituriyentlərə aktyorluq sənətindən dərs keçirdik. Onların arasında Mehriban Xanlarova da var idi. Bu zaman rejissor Ənvər Əbluc mənə yaxınlaşdı və dedi ki, gözəl bir ssenari var. Söhbət “Sarıköynəklə Valehin nağılı”ndan gedir. Dedi, “Sarıköynək” obrazını oynayacaqsan. Dedim, yox, oynamayacağam. Səbəbini soruşanda dedim ki, “Sarıköynəy”in kinoda 18 yaşı var, mənim isə 28. Ənvər müəllim dedi ki, sən elə 16-18 yaşlı qıza bənzəyirsən. Axı elə deyildi. Nə isə, bu roldan imtina etdim. O dedi ki, onda get, mənə 18 yaşlı istedadlı bir qız tap gətir. Mehribanla birlikdə başqa bir qız da vardı. İkisini də Ənvər Əblucun yanına gətirdim. Soruşdu ki, sən hansını daha çox bəyənirsən. Mehriban Xanlarovanı dedim. Beləliklə, filmə də o çəkildi.

- Həmidə xanım, yaşdan söz düşmüşkən, gec ailə həyatı qurmusunuz, eşitdiyimə görə, həyat yoldaşınızla tanışlığınızın maraqlı tarixçəsi var.
 
- Mənim gec ailə qurmağımın əsas səbəbi o idi ki, filmlərə çox çəkilirdim. Ailə həyatı qurmağa vaxtım yox idi. Həm də anam məni ərə verməyə tələsmirdi. Anam öz şəxsi həyatından çıxış edərək deyirdi ki, mən getdim, nə oldu ki, sən də gedəsən, nə ola?! 1992-ci ildə kinostudiyada böhran baş verdi, aktyor şöbəsi bağlandı və işsiz qaldıq. Bizə dedilər ki, ərizənizi yazın, iş olanda sizi çağıracağıq. Bir ilə yaxın gözlədim. Həmin məqamda da gələcək həyat yoldaşımla rastlaşdım. Amma o sanki məni görmürdü, yanımdan düz keçirdi. İctimai təşkilatlardan birində sədr müavini idi, hərdən Kinematoqrafçılar İttifaqındakı idarəyə sənədlərə imza atmağa gəlirdi. Mən də yaradıcılıq şöbələrinin müdiri işləyirdim. Nə vaxt sənəd aparırdım, heç başını qaldırıb üzümə baxmırdı, elə deyirdi, filan yerə imza çəkin. O mənə baxmayan yeganə kişi idi. Çalışırdım ki, mənə baxsın, görsün. Onda qarşıma məqsəd qoydum ki, onun diqqətini cəlb edəcəyəm. Amma bu diqqəti cəlb etmək mənə çox baha başa gəldi.
 
- Niyə baha başa gəldi ki?
 
- Çünki ona ərə getdim. (gülür)
 
- “Anlamaq istəyirəm” filmində gürcü aktyor Rezo Çxikvişvili ilə (“Rüstəm”) tərəf-müqabil olmusunuz. O bizim agentliyə müsahibəsində bildirib ki, sevdiyim qız vardı, Həmidə Ömərova ilə sevgili cütlük oynamaqda çətinlik çəkirdim. Bir az o filmdən və həmin kadrlardan danışmağınızı istərdim. R.Çxikvişvilinin səhnədə çətinlik yaşadığını, yəqin, siz də hiss etmişdiniz.
 
- Bu sirr mənim üçün indi açılır. Mən həmişə deyirdim ki, Rezo, sən çox istedadlı aktyorsan, amma səndə bir gürcü soyuqluğu var. O da deyirdi ki, gürcülər hamısı elə deyil, sadəcə, mən soyuğam. Filmdən çox gözəl xatirələrimiz, fotolarımız qalıb. Gürcü aktyordan söz düşmüşkən, bu yaxınlarda mənim yaradıcılıq gecəm idi. Orada birdən mənə sürpriz etdilər. Anidən ekranda göstərdilər ki, “Yol əhvalatı” filmindəki mənim tərəf-müqabilim Vaxtanq Pançulidze (“Mustafa”) mənə təbrik göndərib. Mən də ona cavab göndərdim. Bir müddət əvvəl eşitmişdim ki, o, Tbilisidə uşaq yelləncəklərinə baxır, çox məyus olmuşdum. Onda demişdi ki, Həmidə xanım məni Bakıda filmə çəkilməyə çağırsa, böyük məmnuniyyətlə gələrəm. Dedim ki, kaş elə bir fürsət yaranardı və özüm bir film çəkərdim. Amma o fürsət məndə yoxdur.

- Söhbətinizdən başa düşürəm ki, film çəkmək arzunuz da olub?
 
- Bəli, var idi. Mən qadınlar haqqında bir ssenari yazmışdım. Heyf ki, onun qəhrəmanlarının bəziləri indi aramızda yoxdur. Orada Almaz Mustafayeva, Nuriyyə Əhmədova üçün rollar müəyyən etmişdim. Çox gözəl rollar idi. Əvvəl özüm çəkmək istəyirdim, sonra qərar verdim ki, Kənan Musayevlə birgə çəkək, hətta gedib yer də danışmışdıq. Təəssüf ki, alınmadı. Hər istədiyimiz, arzumuz həyata keçsə idi, onda nə var idi ki?!
 
- “Əgər tapmaq istəsən məni, küskün Həmidənin gözlərindəyəm”. Səhv etmirəmsə, atanızın sizə yazdığı şeirdəndir. Teatr və kino cameəsində küsülü olduğunuz, yaxud hansısa bir hadisə varmı?
 
- Yox, elə bir məqam olmayıb. Amma məzəli bir əhvalat danışım. Dublyaj etdiyim filmlə bağlı yaşanıb. Aktyor Ədalət Məmmədov, Eldəniz Rəsulov və mən, üçümüz birlikdə baş rolları səsləndirirdik. Qəfil Eldəniz səsləndirməyə başlayanda dedim ki, nə isə düzgün deyil, çünki mən dünən bu filmə baxmışam. O isə cavabında kobud bir söz dedi, belə desək, ağzımdan vurdu. Bu, mənə çox pis təsir etdi. Dublyajın sonuna qədər onunla danışmadım və çıxıb evə getdim. Səhər dublyaja gələndə hamı düşdü üstümə ki, sənə nə olub? Dedim, nə olub axı? Cavabında dedilər ki, bəs səhərdən Eldəniz ağlayır. Sən demə, gedib bərbərə, orada söhbət olub ki, Həmidə Ömərovanı avtomobil vurub. Bax belə bir məzəli, maraqlı bir hadisə baş vermişdi. Amma ümumiyyətlə, yadıma gəlmir ki, tərəf-müqabilimlə teatrda, ya kinoda küsülü olum.

- Həmidə xanım, necə düşünürsünüz, sizcə, bu gün kinoaktyorlar üçün parlamaq, uğur qazanmaq nə qədər əlçatandır?
 
- Əvvəla, dövr dəyişib. O vaxt valideynlər istəmirdilər ki, övladları aktyor olsunlar. Aktrisa olmaq isə xüsusən çətin idi. Məsələn, mənim anam aktrisa olmağımı istəmirdi. İndi isə fərqlidir. Bir dəfə metroda polis mənə yaxınlaşıb dedi ki, üç yaşında qızı var və xahiş etdi ki, bizim serialda çəkilsin. İndi fərqli vəziyyətdir, hamı bu sahəyə can atır. Elə bilirlər ki, bu bir şoudur. Onsuz da, indi aktyorluqdan daha çox, şou-biznes inkişaf etməyə başlayıb. İndi hər kəs çalışır ki, nəyin bahasına olsa da, lap ucuz variantlarla şöhrət qazansın. İndi çöldə-bayırda hamı şəkil çəkdirməklə məşğuldur. İnanın, mən heç öz oğlumun toyunu görmədim, toy boyu içəridə olan 500 qonağın hər biri ilə şəkil çəkdirməklə məşğul idim.
 
- Gənc aktyor və rejissorlarla necə, münasibətiniz varmı?
 
- Əlbəttə, var. Rüfət Şahbazov - mənim sevimli serial rejissorum. Biri Emil Quliyev, çox istedadlı rejissordur. “Pərdə” filmi, “Əqrəb mövsümü” serialı çox yaxşı işlərindəndir. Ümumiyyətlə, bir şeyi deyim ki, gənc aktyorların yetişməsində serialın böyük əhəmiyyəti var. Gənc aktyorlar seriala çəkilməklə, hər gün kamera qarşısında olmaqla böyük təcrübə toplayırlar.
 
- Gənclər arasında Əlixan Rəcəbov, Taleh Yüzbəyov daha çox tanınanlardandır. Onlarla ünsiyyətiniz varmı?
 
- Hər ikisini tanıyıram. Bir dəfə Əlixan mənə müraciət etmişdi. “Sonuncu şam yeməyi” filmini çəkirdi. Ssenarini oxudum, sual verdim ki, hansı rolu mənə verəcək. Məlum oldu ki, filan roldur. Açığı, çox təəccübləndim. Dedim, yox. Rolun ekran yükünə görə özümü o rolda görmədim. Hansısa köməkçi, öz yükü olmayan bir obraz idi. Sadəcə, belə bir şey var ki, deyirlər, hansısa məşhur aktrisa filan filmdə oynayıb. Mən bildim ki, Əlixana bu mənada lazımam. O rolda özümü görmədim və imtina etdim. Ancaq bütün hallarda gənclərə kömək etməyə həmişə hazıram.
 
- Çəkiliş prosesində yadınızda ən çox qalan hansı məqamlardır?
 
- Deməli, İranda “Zendane Div” filmində çəkilirdik. Rasim Balayev baş rolda çəkilirdi, mən onun qardaşı qızını oynayırdım. Azərbaycandan oraya 13 nəfər getmişdik. Deməli, bizi qonaq aparıblar. Məclisdir, qadınlar ayrı, kişilər ayrı oturublar. Birdən qadınlar yaxınlaşıb soruşdular ki, sizin o Balayev kimdir? Soruşdum ki, necə yəni kimdir? Dedilər, surəti çox gözəldir. Dedim, bilirsiniz, o kimdir, o, Azərbaycanda ən böyük “bəzirgan”dır (tacir). Qadınlar təəccüblə dedilər ki, siz nə danışırsınız? Dedim, bəli, o bəzirganların bəzirganıdır. O küçədə gedəndə hamı dönüb ona baxır. Yəni o dərəcədə məşhurdur. Qadınlar məəttəl qaldılar. Dedilər, ona baxanda heç deməzsən ki, o, bəzirgandır. Sən demə, “bəzirgan” sözünü “bazigar”la (aktyor) səhv salmışam. “Bəzirgan” onlarda alverçi demək imiş. Sonra bunu Rasim Balayevə də danışdım, dedi, məni lap biabır etmisən ki.

- Doğum gününüzdə ən böyük diləyiniz nədir?
 
- Bəlkə də, deyəcəksiniz ki, ümumi sözlər dedi. Amma mənim ən böyük istəyim hər zaman sülh içərisində və rahat yaşamağımızdır. Mənim arzum o dediyim sülh və əmin-amanlığın qarşısında nədir ki?! Allah bütün bəşəriyyəti qorusun.

Oxşar xəbərlər
29 Jul 2024 | 23:32
"Bu dairəni dağıtmaq lazımdır": Moskva İsrailə siqnallar göndərir
29 Jul 2024 | 23:27
Venesuelada prezident seçkilərinin qalibi bəlli olub
29 Jul 2024 | 23:25
"Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib" - Ərdoğan
29 Jul 2024 | 23:00
Qocalmağı necə dayandıraq?
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
29 Jul 2024 | 22:48
“Dəmir Adam” geri qayıdır – VİDEO
29 Jul 2024 | 22:41
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”
29 Jul 2024 | 22:38
"Ərdoğan insanlığın vicdan səsidir" - Hakan Fidan
29 Jul 2024 | 22:22
COP29-a hazırlıq işləri hansı vəziyyətdədir? - VI çağırış deputatı AÇIQLADI
29 Jul 2024 | 22:17
115 yaşlı sakin uzunömürlülüyün sirrini açdı
29 Jul 2024 | 22:11
İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərova zəng edərək onu təbrik ediblər
29 Jul 2024 | 22:05
Leyla Əliyevadan Hidayət Heydərovla bağlı paylaşım - VİDEO
29 Jul 2024 | 21:59
Azərbaycanlı idmançı Paris-2024-də bürünc medal qazandı
29 Jul 2024 | 21:49
Qida zəhərlənməsinə səbəb olan əsas amillər
29 Jul 2024 | 21:42
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir” - Qüdrət Həsənquliyev
29 Jul 2024 | 21:38
Məşhur professordan daha bir TÖVSİYƏ: Quyruq yağını əridib içən insanlar…
29 Jul 2024 | 21:30
Türk turistlər Yunanıstana axın edir
29 Jul 2024 | 21:25
Bu ölkədə naməlum nömrələrdən zənglər QADAĞAN EDİLƏCƏK
29 Jul 2024 | 21:19
Yer kürəsinin yaşayış üçün yararsız hala düşən bölgələrinin adları AÇIQLANDI
29 Jul 2024 | 21:11
ABŞ vətəndaşlarına bu ölkəni tərk etməyi məsləhət gördü
29 Jul 2024 | 21:06
Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək
29 Jul 2024 | 20:55
Çoxuşaqlı ana kanala düşərək yoxa çıxdı
29 Jul 2024 | 20:51
"Orban hamını boğaza yığıb" - Polşa XİN rəhbəri
29 Jul 2024 | 20:46
Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu oldu! - VİDEO
29 Jul 2024 | 20:32
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edildi
29 Jul 2024 | 20:25
“1 dənə qaldı...”- Hidayətin ailəsinin sevinci
29 Jul 2024 | 20:22
Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 9 “Maarifçi”dən 3-ü BDU məzunudur
29 Jul 2024 | 20:18
Şəhid ailələri və müharibə əlillərinə daha 200 mənzil verildi - FOTO
29 Jul 2024 | 20:14
Kapital bank niyə susur?
29 Jul 2024 | 20:08
"Ağadadaş Ağayev üzr istəməlidir!" - Bakı sakinlərindən "balta insidentinə" sərt REAKSİYA - VİDEO
29 Jul 2024 | 20:05
Hidayətin finaldakı rəqibi fransızdır
29 Jul 2024 | 20:01
Yay Olimpiya Oyunlarının açılışından Paris mesajı
29 Jul 2024 | 19:57
Azərbaycan Quql ilə COP29-u müzakirə etdi
29 Jul 2024 | 19:52
İbn Sinanın “can dərmanı” adlandırdığı qarpızın 1001 faydası
29 Jul 2024 | 19:48
ƏHD Partiyasının 4 namizədi qeydə alınıb
29 Jul 2024 | 19:42
"Ərdoğan insanlığın vicdan səsidir və bu səsi batırmağa cəhd edən sionist dairələri böyük təlaş işindədir" - Hakan Fidan
29 Jul 2024 | 19:38
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
29 Jul 2024 | 19:33
Paris-2024: Hidayət Heydərov FİNALDA
29 Jul 2024 | 19:28
Məzahir Pənahov vəzifədən gedir
29 Jul 2024 | 19:23
Azərbaycan - Slovakiya görüşünün keçiriləcəyi stadion bəlli oldu
29 Jul 2024 | 19:18
Aynur Dadaşovanın xəstəxanadan VİDEOsu yayıldı
29 Jul 2024 | 19:16
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
29 Jul 2024 | 19:14
Mirzoyan: “Ermənistan münaqişə səhifəsini bağlamaq istəyir”
29 Jul 2024 | 19:11
"Ukraynada səfərbərlik vüsət alır, Rusiya qışadək dominantlığını itirəcək" - "The Telegraph"
29 Jul 2024 | 19:08
Hadisədən sonra Ağadadaş Ağayevin xalqa ilk müraciəti – VİDEO
29 Jul 2024 | 19:03
Dövlət Sərhəd Xidməti yayılmış videogörüntü ilə bağlı MƏLUMAT YAYDI
29 Jul 2024 | 19:00
Türk turistlər Yunanıstana axın edir
29 Jul 2024 | 18:56
11 avtobus marşrutu müsabiqəyə çıxarılır
29 Jul 2024 | 18:50
Blinken Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəklə bağlı Çinə xəbərdarlıq edib
29 Jul 2024 | 18:45
Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin
29 Jul 2024 | 18:38
Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı
29 Jul 2024 | 18:37
Azərbaycanlı tələbənin  ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbulu
29 Jul 2024 | 18:32
“Evimi satdım, kirayəni çətinliklə ödəyirəm” - VİDEO
29 Jul 2024 | 18:26
Flora Kərimovanın səbr kasası daşdı: "Dayanan, bağışlayan deyiləm!.."
29 Jul 2024 | 18:23
Məşhur aktrisa hamilə olduğunu açıqladı - FOTO
29 Jul 2024 | 18:19
BDU-nun 966 tələbəsi yay semestri dərslərində iştirak edir
29 Jul 2024 | 18:15
Yatanda kabus görüb özünü güllələdi
29 Jul 2024 | 18:12
"Tramp istənilən məsələ üzrə müzakirəyə açıq olduğunu bəyan edib" - Zelenski
29 Jul 2024 | 18:08
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası
29 Jul 2024 | 18:03
Tortu soyuducuda neçə gün saxlamaq olar?
29 Jul 2024 | 18:02
“Koroğlu” metrostansiyası ətrafında mübadilə mərkəzi yaradılıb
29 Jul 2024 | 17:57
Bu küçədə aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO
29 Jul 2024 | 17:54
TikTokda yeni funksiya TEST EDİLİR
29 Jul 2024 | 17:52
Atası ilə bağlı VİDEO Səidəni AĞLATDI
29 Jul 2024 | 17:48
Təhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək?
29 Jul 2024 | 17:46
"Putin Qərb əleyhinə koalisiya yaratmağa cəhd edib" - ISW
29 Jul 2024 | 17:45
“Ağır döyüşlər getdi, 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürüldü…”
29 Jul 2024 | 17:35
Tanınmış aparıcıya ağır itki - FOTO
29 Jul 2024 | 17:30
Qıt payız gəlir - Bu məhsullar bahalaşacaq
29 Jul 2024 | 17:25
“Şəhidlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği əbədi vəzifəmizdir”
29 Jul 2024 | 17:17
Gərginlik pik həddə – Yaxın saatlarda növbəti hücum ola bilər 
29 Jul 2024 | 17:15
Sabah bu rayonlarda qaz olmayacaq
29 Jul 2024 | 17:10
“Badminton Federasiyası Paris-2024-ə "turist" aparıb”- ŞOK İDDİA
29 Jul 2024 | 17:06
Qarabağ Universitetinə prorektorlar təyin olundu - DOSYE
29 Jul 2024 | 17:03
“Xaricdə bu kvadrokopterdən pizza daşımaq üçün istifadə edilir, Ermənistanda isə...”
29 Jul 2024 | 16:58
Rusiyalıların 67%-i şəkəri ən təhlükəli məhsul hesab edir
29 Jul 2024 | 16:50
Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu fəaliyyətə başladı
29 Jul 2024 | 16:44
Sərnişin qatarı yük maşını ilə toqquşdu: 320 nəfərə yaxın insan... - FOTO/VİDEO
29 Jul 2024 | 16:42
Payız vaxtından əvvəl gələcək: GƏLƏN HƏFTƏ...
29 Jul 2024 | 16:39
Bu şampunlar saçınızı məhv edir- Pantene, Clean Line, Schuma... - ŞOK İDDİA 
29 Jul 2024 | 16:30
Ekspert DYP-yə müraciət etdi: " Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır?"
29 Jul 2024 | 16:28
Hər işdən qovulanda təzminat alaraq 100 milyon avro qazanıb
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 16:20
İstidə soyuq su içmək məsləhət deyil- Dietoloq
29 Jul 2024 | 16:10
Hərbçimiz intihar etdi
29 Jul 2024 | 16:05
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
29 Jul 2024 | 15:49
Kişi bayraqdarımız da Paris-2024-lə vidalaşdı
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 15:34
“Baku Electronics” vergidən belə yayınır – Şikayət
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 15:19
38 yaşlı Ledi Qaqa ilk dəfə evlənir
29 Jul 2024 | 15:11
Üç prokuror təqaüdə göndərildi – FOTO
29 Jul 2024 | 15:10
Əslində bu balığı heç yemək olmaz, biz isə…
29 Jul 2024 | 15:07
"Neftçi"nin bazası sökülür Komanda və rəhbərlik ayrı-ayrı yerə köçür - FOTOLAR
29 Jul 2024 | 14:55
“İsrailə qarşı belə siyasəti nəinki Türkiyə, Azərbaycan üçün də düzgün hesab etmirəm...”
29 Jul 2024 | 14:49
Növbəti iki gündə güclü geomaqnit qasırğası gözlənilir
29 Jul 2024 | 14:32
Rusiya XİN: Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq edib
29 Jul 2024 | 14:26
İcbari tibbi sığorta ilə daha çox müayinə olunacağıq - XƏRCLƏRİ ARTIRILDI 
29 Jul 2024 | 14:19
Azərbaycanda 5 nəfər toyda zəhərləndi
29 Jul 2024 | 14:04
Günün xoşbəxt bürcü hansıdır?
GÜNLÜK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 07:56
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 10:53
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
29 Jul 2024 | 09:32
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
29 Jul 2024 | 09:04
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
29 Jul 2024 | 07:23
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
29 Jul 2024 | 10:34
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 09:45
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO 
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 07:56
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 10:53
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
29 Jul 2024 | 09:32
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
29 Jul 2024 | 09:04
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
29 Jul 2024 | 07:23
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
29 Jul 2024 | 10:34
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 09:45
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO