Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
Mədəniyyət
Oxunub: 2601
23 Apr 2024 | 16:04
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
“Məndən həmişə istifadə ediblər. Niyə? Çünki bilirlər ki, mən üç manat alsam da, işimi düzgün, vicdanla görürəm, üç min alsam da”.
 
Bu fikirləri “Nar bağı”, “Suğra və oğulları”, “Əqrəb mövsümü” kimi film və seriallarda spesifik xarakterlər yaratmış aktyor Səmimi Fərhad APA-ya müsahibəsi zamanı deyib.
 
- ...“Nar bağı”ndan söz düşmüşkən, qeyd edim ki, mənim filmoqrafiyamda 5 yaxşı film varsa, onun ikisi həm yaxşı rejissor, həm də yaxşı dost İlqar Nəcəfin işidir.
 
“Suğra və oğulları” filmində Əhəd obrazı baş rol olmasa da, ümumi karyeramda mənə ən yaxın obraz olmağı ilə bütün filmlərimdən fərqlənir. “Nar bağı” filmindəki roluma - Qabil obrazına gəlincə, bu barədə çox danışmaq olar. Mən Qabili belə görür, belə hiss edir və belə oynadım ki, Qabil həmişə öz xətalarını böyük bəlaya çevirən adamdır. Lap başdan səhv qərar verir və bu səhvdən sonra bütün ömrü boyu nəyisə qaydasına qoymaq üçün daha böyük səhvlər etməyə məcbur qoyur özünü. Finaldakı qərar da məhz bu səhvlərin yekunu idi.
 
- Səmimi bəy, Laçındansınız.
 
- Bəli, Laçının özündən.
 
- Bir müddətdir, Laçına köç prosesi davam edir. Hətta bir neçə yaradıcı, sənət adamı da qayıdıb öz yurduna. Sizin bu barədə fikriniz nədir?
 
- Təbii ki, Laçına köçəcəyəm. Fikrim Laçına köçmək, orada yaşamaq və elə orada da ölməkdir. Sadəcə, evimizin hazır olmasını gözləyirəm. Hazır olana qədər də deyim ki, çox səbirsizlənirəm. Hətta tez-tez gedirəm. Burada yuxularımı qatıram, yuxusuz oluram, yata bilmirəm. Buna görə də, bir növ, terapiya kimi gedib oraları gəzib qayıdıram. Yaxşı da təsir edir.
 
- Son dönəm bir xeyli kino və seriallara çəkildiniz və xarakterik obrazlar yaratdınız. Bunun da nəticəsində aktyor kimi əməllicə populyarlıq qazandınız, daha çox tanındınız.
 
- Təşəkkür edirəm. Amma inan ki, mən hələ də bilmirəm, tanınmaq nəyə deyirsiniz...
 
- Yəni əvvəlki Səmimi Fərhada olan münasibətlə indikinin fərqli olması. Məsələn, bu terrasa qalxana qədər rastınıza çıxan adamların münasibəti... Məşhur olduğunuzu hiss eləmirsiniz?
 
- Aydındır. Bilirsiniz, mən sırf bu məqsəd üçün çalışmamışam. Mənim məqsədim içində olduğum işi daha yaxşı görməkdir. İşimin daha keyfiyyətli alınmasından başqa nəsə düşünmürəm. Populyarlıq deyirsiniz, daha əvvəllər də populyar olmağım üçün şanslarım olub, hətta daha sürətli. Amma mən bir az əziyyətli yolu seçdim. Sizə açıq deyim, bu gün Azərbaycan kino cameəsində nə olursa-olsun, fərqi yoxdur, hər şey axırda gəlib aktyora dəyir. Əziyyəti o çəkir. Tutaq ki, layihə üçün bir milyon manat ayrılıb, onun vur-tut 300 mini film üçün xərclənir, yerdə qalan 700 min yoxa çıxır. Bilmirsən ki, bu hara getdi? Amma faktdır ki, o 700 min ortada yoxdur. Belə olan halda, texniki problem yaranır, filmin hazırlıq prosesində problem yaranır... Bütün sahələrdə axsaqlıq baş verir. Sənə qədər ssenaristi var, rejissoru var, operatoru var, ikinci rejissoru var... Ən sonda sənsən. Aktyor. Bu adamlar da, əlbəttə, əziyyət çəkir, işləyirlər, amma ona uyğun qonorar, maaş almırlar. Aktyora çatanda deyirlər ki, bəs bağışla, texnikaya pulumuz çox çıxdı. Azərbaycan reallığı ondan ibarətdir ki, tanındıqca daha da geri düşürsən. Sənin həmkarın yavaş-yavaş səni istəmir.
 
 
- Paxıllıq...
 
- Mən, düzü, onun adının nə olduğunu bilmirəm. Amma hiss edirəm. Mənim üçün qibtə anlayışı var. Bu, normal bir hissdir. “Qardaş, nə gözəl köynəyin var, sağlığına qismət, mənim də olsun”, - bu qibtədir, paxıllıq deyil. Paxıllıq odur ki, bu köynək niyə səndə var? Niyə? Olmasın.
 
Müğənni toyun birində yaxşı oxuyursa, toydan toy tutur. Amma aktyor sənəti belə deyil. Bizdə sən öz işində yaxşısansa, irəli getməkdənsə, daha da geri düşürsən. Çünki gərək məcbur bir müddət gözləyəsən. Yenə dolasan, dolasan, dolasan və haradasa bir partlayış ola. Bəs buna qədər məişət xərcləri, sənin öz xərclərin, ailə xərclərin... Bunlar necəsə qarşılanmalıdır, ya yox?! Mən bir sıra xarici layihələrdə də olmuşam və orada özümü aktyor kimi hiss etmişəm. Burada isə yox.
 
- Burada aktyor kimi hiss eləməyə imkan vermirlər?
 
- Yox, burada mümkün deyil.
 
- Bütün bu saydıqlarımız həm də kinomuzun indiki böhran dövrünün nəticəsidir, məncə.
 
- Qardaş, böhran nəyə deyirsiniz? O qədər pullar ayrılır. Dövlət də ayırır, özəl təşkilat və kanallar da.
 
- Amma nəticəni görmürük.
 
- Görmürük. Çünki layihə üçün, məsələn, 50 seriya danışılıb, onun 7 seriyası bitər-bitməz artıq ortaya şəxsi mənafelər girir. Tələsmə də. Öz rifahın üçün bir az səbirli ol, nə olar ki? Bu pul onsuz da gəlir, davamlıdır, niyə tələsirsən? Axı işin keyfiyyəti ölür. Sən aktyoru, bəstəkarı, rejissoru, operatoru narazı qoya-qoya işin keyfiyyətinə birbaşa təsir edirsən. Ona görə də serialların çoxu bu məsələlərə görə uğursuz olur, dayandırılır. Mən belə problemləri çox yaşamışam.
 
- Aydındır. Yaxşı səs tembriniz var. Nə əcəb dublyajla məşğul deyilsiniz?
 
- Çünki mən dublyajın peşəkarı deyiləm. Bu sahənin öz peşəkarları var.
 
- Amma inkişaf etdirmək olar.
 
- Olar. Amma mən istəmirəm. Çünki özümü o sahədə inkişaf etdirsəm, kinoda olmayacağam. Adam var, universaldır, çox gözəl. Mümkündür. Amma mən universal deyiləm. Həm filmə çəkilim, həm dublyaj işində, həm teatrda, hələ bir vaxt edib tamada da gedim. Yox. Olmur.
 
- Bax, tamada deyirsiniz...
 
- Üzr istəyirəm, məndən həmişə istifadə ediblər. Niyə? Çünki bilirlər ki, mən üç manat alsam da, işimi düzgün, vicdanla görürəm, üç min alsam da. O adamın əlində müəyyən büdcə ola-ola mənim halal pulumu kəsirsə, məni istismar etmiş olur. Mən də həmişə aldanıram. Vallah, adım kimi səmimiyəm. Qeyri-səmimilik mənlik deyil.
 
 
- Baxın, aktyora, ümumən kino adamına dəyər məsələsindən danışdıq. Deyirsiniz, dublyaja getmirəm, tamada olmaq istəmirəm. Yəni aktyorluqda peşəkar olmaq üçün bunlardan imtinanı gözə almısınız. Bəs bu imtinalardan sonra aktyor kimi dolana bilirsiniz?
 
- Nihat bəy, mənim 44 yaşım var. Və mən bu gün evin uşağıyam. Ailəm və qohumlarım tərəfindən mənə hər zaman dəstək olub. Onun içində təzə maşın da olub, ev də. Bu dəstəklər ona görə olub ki, eybi yoxdur, sən sənətinlə məşğul ol. Çünki mən bu sənəti sevirəm. Uşaqlıqdan incəsənətə marağım olub. Laçınlı bir qonşumun sayəsində rəssamlıq qabiliyyətimi bir xeyli inkişaf etdirmişəm. Daha sonra musiqi təhsili almışam. Və heç bir təhsilim olmaya-olmaya Kukla Teatrında rəhmətlik Rəhman Əlizadənin yanına getmişəm. Orada da bir müddət qaldım, bir neçə tamaşaya baxdım, ardından məni radiodan çağırdılar. Bir az da onunla məşğul oldum. Bütün bunların hamısı mənim aktyor kimi formalaşmağımda pay sahibidir.
 
- Yəni konkret olaraq, aktyor qonorarına qalsa, dolanışıq...
 
- Yox. Qətiyyən mümkün deyil. Mənim kreditlərim var, ayrı-ayrı müxtəlif xərclərim var. Yəni Əlinin papağını Vəlinin başına qoyuram, Vəlinin papağını da Əlinin.
 
- Onda toylara tamada kimi gedənləri niyə qınayırıq?
 
- Mən qınamıram ki!.. Bilirsiniz, mən qınadıqlarımı yaşamışam, ağladığıma gülmüşəm, güldüyümə ağlamışam.
 
- Ümumiyyətlə, il ərzində nə qədər filmə, seriala çəkilirsiniz? Özünüz üçün statistika varmı?
 
- Vallah, həmkarlarım tez-tez zarafat edirlər ki, sən niyə ağlayırsan? Hamımızdan çox sən çəkilirsən.
 
Amma inanırsınız, bir ay işləyirik, beş ay bikar qalırıq. Bu reallıqdır. Yox, mən şükür eləyirəm. Narahat deyiləm. Əgər qıraqdan gəlir yerim olsa, stabilliyim olsa, heç korluq çəkmərəm. İldə bir bədii film düşə, çəkiləm, sevinərəm. Məsələn, indi Rusiyadan təklif almışam.
 
- Axı aktyor qıraqdan gəlirinin olmasını düşünməməlidir...
 
- Əlbəttə, düşünməməlidir. Amma Azərbaycan reallığı budur. Mənim ya sənətimdən elə gəlirim olmalıdır ki, normal dolanım və o sənətlə məşğul olum, ya da ümumən kənardan gəlirim olmalıdır. İyun ayında Sankt-Peterburqda yaxşı bir layihə gerçəkləşəcək. Mən də varam orada. Həmkarlarımızın illərdir, düşmək istədiyi proyektlərdəndir ki, mən düşmüşəm. Bu artıq Rusiyada çəkildiyim ikinci filmim olacaq. Sizi inandırım, oradan alacağım pulu indidən xərcləməyə başlamışam.
 
Burada məni əməlli-başlı gülmək tutur. Müsahibim də qarşılıq verir.
 
- ... Yəni belə. Reallıq budur. Gülək, keçək. Belə olan halda, məcbur qalırsan ki, nəyisə satasan, kreditə girəsən, sonra yenə kredit. Çünki lazımdır. Bunlar olmasa, çətindir. Məni vəziyyətdən onlar çıxarıb. Yaxşı, bəs bu sahədən normal gəlirim olsa, sataram? Kreditə girərəm? Yox, satmaram. Girmərəm. İndiki halda, nəyisə satmasan, kreditə girməsən, alınmır.
 
 
- Deyirsiniz, Rusiyadan təklif almısınız. Əvvəllər də başqa layihələrdə iştirak etmisiniz. Yaxud bizə yaxın Türkiyə kino sənayesi olsun. Müqayisə edəsi olsaq...
 
- Türkiyə ilə müqayisə etmək mümkün deyil. Türkiyə coğrafiya olaraq həm böyük ölkədir, həm də artıq dünyanın 125 ölkəsinə serial və film satır. Hələ mən təxmini altı-yeddi ilin statistikasından danışıram. Yaxşı gəlin baxaq, bizdə televiziya neçənci ildə yaranıb? 1956-cı ildə. Bəs Türkiyədə? 1974-cü ildə. Onlar bizdən 20 il geridə ola-ola artıq bizdən 20 ildən də çox qabaqdadırlar. İnkişaf ediblər.
 
- Çünki sistem düzgün qurulub.
 
- Bəli. Tamamilə. Ötən il mədəniyyətlə bağlı bir neçə forum oldu. Mən heç birində iştirak etmədim. Məndən ağıllı o qədər adamlar var... Mən kiməm ki, yaşlı, təcrübəli, o qədər böyük kino, incəsənət adamlarımız var. Amma yığışırlar bir yerə, illərdir, nəyisə həll edə bilirlərmi? Yox. Guya mən gedib nəyisə təklif etsəm, nə olacaq?
 
Xalq artisti Qurban İsmayılovun yaxşı bir təklifi var, məsələn. Xankəndidə regional teatr açılsın. Nə gözəl! Ay qardaş, burada 150 nəfər aktyora ştat verirsiniz, maaş verirsiniz, biri tamaşada nizə tutur, biri nə bilim, nə. Dörd ildən bir səhnəyə çıxır, ya çıxmır. Bunların hamısı yaxşı aktyor deyil ki... Amma hamısına filan qədər maaş verirsiniz. Amma regional teatr inkişaf etdirilsə, bu sizi də xilas edər...
 
Söhbətimizin bu yerində Səmimi Fərhad fotoqrafımıza baxıb onun nəsə tanış gəldiyini deyir. Məlum olur ki, onlar, doğrudan da, tanışdılar. Müsahibəyə başlamağımızdan xeyli keçməsinə baxmayaraq, təzədən öpüşüb-görüşürlər. Söhbətlərinə müdaxilə etməsəm də, nəsə qalmaqal, mübahisə motivi hiss edirəm. Bu da növbəti sual üçün fürsət olur.
 
- Səmimi bəy, tez-tez adınız həmkarlarınızla - Hikmət Rəhimov, Abbas Qəhrəmanov kimi aktyorlarla qalmaqallarda hallanır.
 
- Mənim heç kəsdən gizlin sözüm, əməlim olmayıb. Həmkarlarımızın bəziləri yaxşını götürmür. Dəfələrlə olub ki, yanımda onun arxasınca danışıblar. Bunu tək mən eşitmirəm, orada səs rejissoru da eşidir, başqası da, o da, bu da. Bu şeyləri görürəm, dözə bilmirəm. Deyirəm, qurban olum, həyatda oynadığınız bu rolları, obrazı sənətə qoysanız, daha böyük uğur qazanarsınız. Bəzən baxırsan ki, həmin adamlar kinoda mənfi xarakter yaratmaqdan qaçır. Amma mən səni tanıyıram axı. Sən elə busan. Əslində, elə özünü oynamalısan. Oyna da. Sizə bir şeyi də deyim, bu adamlar əvvəlcədən kastinqə kimlərin gələcəyini də öyrənirlər. Sən bunu niyə öyrənirsən ki? Buna nə ehtiyac var? Hansısa əyalət aktyoru olsun, ya başqa tanınmış biri, lap belə Haluk Bilginer. Nə fərqi? Sənin öz işin var da. Bunları düşünürsənsə, qovursansa, bəs sənət? Bəs yaradıcılıq? Belə şeyləri deyəndə də oluram neqativ püskürən, qalmaqal sevən və sair.
 
Mən ssenarini bircə dəfə oxuyuram, ümumi vəziyyəti bilirəm. Aktyora nə lazımdır? Vəziyyət və münasibət. Başqa heç nə lazım deyil. Vəziyyət nəyi tələb edirsə, ona uyğun münasibət qurmalısan. Vəssalam. Mən belə düşünürəm. Motor verilən anda həmkarımla bağlı heç nə düşünə bilmirəm, özüm haqqında heç nə düşünə bilmirəm. Bu adamlarda elə deyil, fikirləri orada qalır, oradan ayrıla bilmirlər. Ədəbi materialın içinə girməlisən, aktyor olaraq sənin daxili monoloqun olmalıdır.
 
- Bəs rejissorlarla münasibətiniz necədir?
 
- Normal. Mənim problemim prodüserlərlə olub, o da pul üstündə. Və rejissora da xəbərdarlıq eləmişəm, demişəm ki, bax, məni dəvət elədin, sağ ol, sənə dedim ki, mən o adamla işləmişəm, həmin vaxt çoxlu çətinliklər çəkmişəm. Tanıyıram, istəmirəm bu adam bizim münasibətimizə girsin. Eləməyək, sağlıq olsun, başqa vaxt yaxşı iş olar, işləyərik. Belə olanda da işləmirlər mənimlə. Ona görə yox ki, mən problemli adamam, yox, ona görə ki, mən problemi tapıb çıxarıram, göstərirəm.
 
- Aydındır. Səmimi bəy, son dövrlərin dəbidir ki, vayner və bloqerlər böyük filmə gəlirlər. Sizin münasibətiniz necədir?
 
- Normal.
 
- Normal?
 
- Bəli, tamamilə. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. Gəlsinlər. Doğruldanı da var, doğrultmayanı da.
 
- Niyə hər adam gəlib aktyor olsun ki? Buna nə ehtiyac var?
 
- Onlar filmə gəlsə belə, müəyyən işləri karikatur olur. Hamısını demirəm. Yəni zamanla proses özü tənzimlənir, ələnir.
 
- Bunu tamaşaçıların hamısı seçə bilmir axı...
 
- Qardaş, biz tamaşaçını çox zövqsüz qılırıq, tamaşaçı zövqsüz deyil, tamaşaçıya nə verirsən, odur. Onların zövqünü sən korlamısan artıq. O qədər bizim sahəyə aid olmayan adamlar var. Uğurlusu da olur, uğursuzu da. Yaxşı alınanı da olur, alınmayanı da. Hətta elə olur, 40 il kreslo tutan rejissorlardan da yaxşı alınır, milyonluq büdcə ilə iş görüb üzünə-gözünə bulaşdıranlardan da. Dünənə qədər Emil Quliyev var idi? Beş-altı ildir də çıxıb Emil Quliyev. Adam işləyir. Nə deyəsən? Bunu bacarır da. Zövqü də var.
 
 
- Və rejissor təhsili də yoxdur...
 
- Hə, yoxdur. Emil bizim sahədən gəlməyib axı, başqa sahədən gəlib.
 
- Yəni onda belə çıxır ki, adam keyfiyyətli iş təqdim edirsə, o sahə üzrə təhsilə ehtiyac yoxdur?
 
- Yox, niyə yoxdur ki? Əlbəttə, var. Sadəcə, Emil bu sahəyə başqa sahədən gəlib və Emil, sözün yaxşı mənasında, inqilab eləyib. Bu sektorda inqilab eləyib. Artıq hamı Emillə rəqabət eləməyə başlayıb. Yaxud Elvin Rüstəmzadə var. Emil Quliyevdən yaşca kiçikdir, amma kino savadı, kino təhsili baxımından, sözsüz ki, daha savadlıdır. Demək istədiyim odur ki, keyfiyyətli rejissorlarımız var.
 
- Keyfiyyətli rejissorlarımız var, aktyorlar var, müəyyən ssenarilər də yazılır. Bəs niyə yaxşı film çəkilmir?
 
- Bu problemin kökünü bir həftə də oturub dayanmadan danışsaq, həlli bir yana, heç tapa bilməyəcəyik.
 
- Aktyor və ədəbiyyat. Mütaliə edirsiniz?
 
- Düzü, mən bir az hövsələsiz adamam. Mütaliə bir yana, heç filmə də baxmağa hövsələm yoxdur. Bir də qorxuram.
 
- Nə mənada qorxursunuz?
 
- O mənada qorxuram ki, nəyisə oxuyaram, ya baxaram və o mənim təhtəlşüurumda qalar, sonra təkrarçılıq edərəm. Ona görə çalışıram ki, nə tapıramsa, nə eləyirəmsə, vəziyyətə uyğun öz münasibətimi sərgiləyim.
 
- Onda mütaliə etmirsiniz?
 
- Deyirəm axı, həvəsim olanda...
 
- Yaxşı, sualı daha konkretləşdirək: sonuncu dəfə hansı kitabı oxumusunuz?
 
- Yox, qardaş, sən məndən elə şeylər soruşma, yadıma düşməz, vallah. Oxumuşam, yarı-yarımçıq, hansısa tədbirdə kiminsə kitabı bağışlanır, vərəqləmişəm, baxmışam, sonra atmışam, qalıb.
 
- Bu mütaliə deyil axı...
 
- Nə bilim...
 
- Bəs heç ehtiyac hiss eləmirsiniz? Aktyor kimi mütaliəyə ehtiyac hiss olmur?
 
- Mütaliə ehtiyacı olmayan insan yoxdur. Kitabı başının altına qoyub yatan həmkarlarım var, amma icrada heç nə yoxdur.
 
- Filmlərə də baxmırsınız. Son dəfə...
 
- Yazıram, qısa metraj film ssenariləri yazıram.
 
- Çəkmisiniz o qısametrajlı filmləri?
 
- Çəkdiklərim də var, çəkmədiklərim də.
 
- Bir aktyor, məncə, davamlı olaraq mütləq filmə baxmalıdır.
 
- Kitabı deyə bilmərəm, amma axırıncı baxdığım filmi deyə bilərəm. “Dark” serialı. Üç sezon idi, hamısına baxdım.
 
- Başa düşdünüz?
 
- Beyin yandırıcıdır, razıyam, amma başa düşdüm. Başlığında bir müddət küsdüm, incidim, baxmadım. Amma sonra yenidən qayıtdım.
 
- Bəs, məsələn, son illərin “Oskar” filmlərinə baxmırsınız? Ən azından, səs-küy yaradanlara...
 
- Bilirsiniz, mənim janrım bir az fərqlidir. Bu cür janrda olan filmləri sevmirəm.
 
- Olsun sənət filmləri. Kann, Venesiya film festivallarında uğur qazanan filmlər.
 
- Məsələn, Nuri Bilge Ceylana baxıram. Çox uzağa getməyək, İran filmlərinə baxıram.
 
- Nuriyə baxmısınızsa, deməli, səbirli adamsınız. Nuriyə mən üç-dörd cəhddə baxıram.
 
- Mən fantastik və kəskin süjetli filmlərin səbirsiziyəm. Görürəm ki, burada filan səhnə filan şeyin xətrinə çəkilib. Ona görə də hövsələm çatmır.
 
- Səmimi bəy, deyirlər, aktyor teatrda cilalanmalıdır.
 
- Razıyam.
 
- Bəs siz teatrda cilalalanmısınız?
 
- Mən işləmişəm teatrda. Az olub, amma işləmişəm. 2000-ci ildən 2003-ə qədər. Sonra fasilə yarandı, 2008-ci ildə də yenidən bir müddət teatr fəaliyyətim olub.
 
- Hansı teatrda?
 
- Gənc Tamaşaçılar Teatrında.
 
- Bəs niyə davamlı olmadı ki?
 
- Vallah, nə deyim, o vaxt, yəqin məni başa düşməyiblər, ya mən kimisə başa düşməmişəm. Bir az emosional adamam. Daha çox mənim adım dava-dalaşla hallanırdı.
 
- İndi də elədir.
 
- Hə, mənim adım həmişə söz-söhbətlə çıxıb. Sadəcə olaraq adam var ki, həzm eləyir, üzə gülür, mən elə eləyə bilmirəm. Həmin anda nə isə deməliyəm.
 
- İndiyə qədər çəkildiyiniz filmlərdə ən mükəmməl obrazınız hansı olub, sizcə?
 
- Buna aktyor olaraq heç vaxt qərar verə bilməzsən.
 
- Ümumiyyətlə, özünüzdən razı qalırsınız?
 
- Hə, razı qaldıqlarım da olur, narazı da.
 
- Kino sektorunda həqiqi, səmimi dost dediyiniz adamlar var?
 
- Azdır, barmaqla sayılır.
 
- Həmin adamların xahişi ilə hansısa rola qonorarsız çəkildiyiniz olub?
 
- O qədər olub ki... Səkinin qırağında dönər yemişik, oradan da durub işimizi görmüşük. Yəni hər şeyi pul həll eləmir. Yenə də deyirəm, üç manat da olsa, demişəmsə, mən o işi vicdanla görürəm, görməliyəm. Çünki tamaşaçıya maraqlı deyil ki, sən bu rol üçün pul almısan, ya yox, az almısan, ya çox. Tamaşaçı deyir ki, bu yaxşı oynadı, ya da pis oynadı. Vəssalam.
 
- Yaratmaq istədiyiniz obraz var?
 
- “Kefli İsgəndər” rolunu istəyirdim, amma mən bu rolu bu qədər səliqəli istəmirəm. Çünki kefli İsgəndər elə şeylər danışır ki, vallah, heç vaxt qoymazlar, yaşasın. Bunu maksimum bivec kimi göstərmək lazımdır. Bəhlul Danəndəni xilas edən onun Danəndəliyi yox, divanəliyi idi. Eləcə də kefli İsgəndəri elə təqdim etməlisən ki, onun bivecliyi və əyyaşlığı onu xilas eləsin.
 
- Bəs bizim kinonu nə xilas eləsin?
 
Bu sual söhbətimizi başa qaytarmağa, təzədən problemi axtarmağımıza rəvac verir. Amma artıq hava qaralır və külək də güclənir... Ona görə də hələlik sualı cavabsız qoyuruq...
 
Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı