Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
Kriminal
Oxunub: 2602
23 Apr 2024 | 10:17
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
2020-ci il martın 28-də İsmayıllı rayonunun Tubu kəndinə gedən yolun sol tərəfində, arxası üstə uzanmış vəziyyətdə naməlum insan skeleti tapılır. Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanırlar. Hadisə yerinə baxış zamanı skeletdən 20 metr aralıda, kolluqların içərisində topa şəklində yanmış paltarların kül qalıqları aşkar edilib. Cəsədin hər iki qolu yana açıq olub, sağ biləyi və əli, həmçinin daxili orqanları, eləcə də aşağı ətrafı tamamı ilə kül olub.
 
İnsan skeletini tapan Vəli Abullayev bildirib ki, saat 15 radələrində özünə məxsus “Chevrolet-Niva” markalı maşınla hərəkətdə olarkən yolun sol tərəfində cəsəd görüb və bununla bağlı Qoşakənd kəndinin icra nümayəndəliyinə məlumat verib.
 
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Məhkəmə-tibbi-kriminalistik tədqiqatlarına əsasən, təqdim edilmiş skelet sümüklərinin 30-45 yaşlarında kişi cinsinə mənsub olduğu üzə çıxıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, çürümə dəyişikliyini nəzərə alaraq güman etmək olar ki, ölüm müayinədən 10-14 gün əvvəl baş verib. Dəri və əzələ toxumalarının, döş və qarın boşluğundakı daxili üzvlərinin, sümüklərdən bəzilərinin olmamasının səbəbi - meyitin yüksək hərarətə məruz qalması və ya vəhşi heyvanlar tərəfindən dartılıb-dişlənilməsi və bədənindən tam ayrılması ola bilər. Baş, üz, burun, çənədə sınıqlar aşkar edilib. Ölümün səbəbi haqqında hər hansı fikir söyləmək mümkün olmayıb.
 
 
Aprelin 30-da müvafiq qərarla ekshumasiya haqqında qərar qəbul edilib. Buna görə, İsmayıllı şəhərində yerləşən qəbiristanlıqda, naməlum şəxsin qəbri qazılaraq, ağ parçaya bükülmüş skelet çıxarılıb. Kəlləsi boyun nahiyəsindən mişarla kəsilərək götürülüb və ekspertizaya göndərilməsi üçün qablaşdırılıb. Meyitin qalan hissələri yenidən çıxarıldığı qəbirdə dəfn olunub.
 
 
Faktla bağlı cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin, habelə cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsi mümkün olmayıb.  
 
İki ildən sonra Baş Prokurorluq məlumat yayıb ki, 2020-ci il martın 28-də İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda icraatı dayandırılmış cinayət işi Baş Prokurorluqda öyrənilərək, istintaqın davam etdirilməsi Kriminalistika və İnformasiya texnologiyaları idarəsinə tapşırılıb.
 
Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib.
 
2022-ci il mayın 31-də Elvin Əliyev, iyunun 1-də isə Ümidvar İbişov tutulublar. Elvin Əliyev 1989-cu ildə Xocalı rayonun Kosalar kəndində anadan olub. Şəki rayonunda yaşayıb. Ümidvar İbişov 1992-ci ildə Sabirabad rayonunda anadan olub və orda yaşayıb.
 
 
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. 
 
İstintaqla müəyyən edilib ki, Elvin Əliyev beş Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) faktiki rəhbərlik etsə də, 2018-ci ilin may ayından vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsində tanışı Rəşad Məmmədov qeydiyyata alınıb. Maliyyə əməliyyatları nəticəsində yaranmış külli miqdarda vergi borcunun dövlət büdcəsinə ödənilməsindən yayınması faktı ilə əlaqədar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində başlanılan cinayət işləri üzrə 2019-cu ilin iyun və 2020-ci ilin yanvar aylarında Rəşad Məmmədov ümumilikdə yeddi dəfə şahid və şübhəli şəxs qismində dindirilib. E.Əliyev martın 16-ı saat 19 radələrində Lökbatan qəsəbəsində, “Meyvəli” Ticarət Mərkəzinin qarşısında tanışı Ümidvar İbişovla görüşərkən, sonuncu ona Rəşad Məmmədovun növbəti gün istintaq orqanında onun və qardaşı Səxavət Əliyevin əleyhinə ifadə verəcəyini, onların külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıqlarını bildirəcəyini deyib.
 
 
Ümidvar İbişov
 
Bundan hiddətlənən Elvin Əliyev nəzərdə tutduğu cinayətin qaçılmaz olduğunu Ümidvar İbişova bildirərək, işin icrası üçün ona 10 000 manat pul verəcəyini söyləyib. Saat 23 radələrində zəng edib, Rəşad Məmmədovu Yasamal rayonu Şərifzadə küçəsində yerləşən restoranın qarşısına çağırıblar. Martın 17-nə keçən gecə Rəşad həmin yerə gələrək Elvinin idarə etdiyi avtomobilin ön oturacağında əyləşib. E. Əliyev Lökbatan-Xocəsən yolu ilə hərəkətdə olarkən, maşını sola döndərib, 110 metr içəriyə doğru gedərək, bataqlıq əraziyə çatıblar. Arxa oturacaqda əyləşən Ümidvar İbişov əlindəki kəməri Rəşad Məmmədovun boğazına keçirib, özünə tərəf sıxaraq onu boğmağa başlayıb. Elvin Əliyev əlləri ilə kəməri tutub, bir neçə dəqiqə saxlamaqla, Rəşad Məmmədovun müqavimətini qırıblar. Öldüyünü görəndən sonra meyiti arxa oturacağa keçirib, İsmayıllı rayonuna yollanıblar. Saat 4 radələrində Tubu kəndinə az qalmış, yolun solunda meşəlik sahədə, cəsədə od vuraraq, onu yandırıblar. Bundan başqa Elvin Əliyev vətəndaş Eldəniz Quliyevə qarşı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Belə ki, Şuşa şəhərində Cıdır Düzündə, çadır şəhərciyinin salınması işinin görülməsi müqabilində, xidmət haqqı olaraq 2021-ci il noyabrın 26-da Quliyev onun bank hesab nömrəsinə 31223 manat pul köçürüb. Elvin Əliyev həmin məbləği hesabdan nağdlaşdıraraq tanışları Mehrac Yusubov və Ərtoğrul Məmmədovla bölərək, şəxsi ehtiyaclarına sərf edib.
 
 
İş üzrə dindirilmiş Elvin Əliyev bildirib ki, ailə üzvləri Şəki rayonun Yeni Çələbixan qəsəbəsində yaşayırlar. Özü Şəki şəhərində yerləşən 3 saylı orta məktəbdə oxuyub, böyrəklərində xəstəlik olduğuna görə hərbi xidmətə yararsız hesab olunub:
 
“2016-ci ildən Bakı şəhərinin Yasamal rayonunda kirayədə yaşayırdım. Taksi fəaliyyəti ilə, sonra meyvə-tərəvəz alveri ilə məşğul olmuşam. 2016-cı ilin axırlarında Bəşirlə tanış oldum. Onun soyadı yadımda deyil. Bəşir mənə pul nağdlaşdırılması işi təklif etdikdə razı olmayaraq, tanışıma, adına şirkət yaratmaq üçün adam tapacağımı dedim. Şirkətləri Bəşir tanışım - Rəşad Məmmədovun adına açaraq, özəl kommersiya banklarında hesablar açıb. 2017-2019-cu illərdə Rəşad, Ümidvar, Ayaz və Rövşənin adlarına beş firma yaradılıb. Ümidvarla 2017-ci ildə Xaliq adlı şəxsin vasitəsi ilə tanış olmuşam. 2019-cu ildən Rəşad narkotik vasitələr istifadə etməyə başladı. İşlər zəiflədiyi üçün ona əvvəlki qədər pul verə bilmədim. İki dəfə xərc çəkərək tanışımı Narkoloji Mərkəzdə müalicə etdirsəm də, xeyri olmadı. Bəşir avtomobil qəzasında dünyasını dəyişəndən sonra, Vergi Xidməti Rəşadı borca görə narahat etməyə başladı. 2020-ci ilin mart ayında Ümidvar Rəşadın narazılıq etdiyini və polisə şikayət etmək istədiyini söyləyəndə, Ümidvara “bunu öldürən olsaydı canım qurtardı” dedim. Ümidvar məndən Rəşadı öldürmək müqabilində 10 000 manat pul istəyəndə, ona “təki sən həll elə, 15000 də verərəm” dedim. Ümidvar dedi ki, Rəşadla birlikdə inyeksiya yolu ilə narkotik vasitə qəbul edən zaman, narkotikin dozasını çox edəcək və o öləcək. Bununla da, ölümündən heç kəs şübhələnməyəcək. Amma bir müddətdən sonra Ümidvar zəng edərək Rəşadı öldürə bilmədiyini dedi.
 
 
Rəşad Məmmədov
 
Martın 16-da görüşüb söhbət edərkən, Ümidvar Rəşadı kəmərlə boğub, öldürə biləcəyini söylədi. Özümə məxsus mobil nömrədən Rəşada zəng edib onu Narkoloji Mərkəzə aparacağımı, hazırlaşıb Yasamal rayonunda yerləşən restoranımın yanına gəlməsini bildirdim. Təxminən 40 dəqiqədən sonra Rəşad taksi ilə yanımıza gəldi. Pulu olmadığına görə Ümidvara 10 manat verdim ki, sürücünü yola salsın. Həmin vaxt istifadəmdə tünd gümüşü rəngli “Hyundai Elantra” markalı avtomobil vardı. Maşını icarəyə götürmüşdüm. Avtomobili Lökbatan istiqamətində idarə etdim. Yolda narkotik vasitələr qəbul etdiyinə görə Rəşadı danladım. Cavab olaraq tanışım onu yenə Narkoloji Mərkəzə aparmağımı xahiş etdi. Xocəsən yolunda Ümidvar şalvarının belindən çıxardığı kəmərlə Rəşadı boğmağa çalışdı. Lakin kəmər ağzına keçdiyindən, dərhal sağ əlimlə onu aşağı dartıb, Rəşadın boğazına saldım və maşını sağa çəkdim. 20 metr sürdükdən sonra qamışlıq olan gölün yanında saxladım. Narkotik vasitənin təsiri altında olan şəxs güclü müqavimət göstərə bilmədi. Əllərimlə kəməri boğazından çıxarmasına mane oldum. İki-üç dəqiqədən sonra xırıltısı tamam kəsildi. Nəbzini yoxlayıb onun öldüyünü gördük. Sonra avtomobildən düşüb kəməri üzü qamışlığa doğru tulladım. Ümidvar meyitin ayağına daş bağlayıb, onun yaşadığı Sabirabad rayonunda, körpüdən Kür çayına atmağı təklif etdi. Lakin razılaşmayaraq əvvəl cəsədi Şəki rayonuna aparıb orda basdırmaq istədim. Amma İsmayıllı rayonu ərazisində olanda, Şəkiyə çatanadək havanın işıqlanacağını düşündüm. Qoşakənd kəndi ilə Tubu kəndi arasında dağın yamacında olan meşə ərazisində avtomobili saxladım.
 
 
Meyiti Ümidvarla birlikdə avtomobildən düşürüb, təxminən beş-altı metr aralıda yerə uzadıb, çantamdakı paltarları, həmçinin qurumuş ağac budaqlarını üstünə atdıq. Üzərinə spirt töküb, alışqanla cəsədi alovlandırdım. Sonra oradan uzaqlaşdıq. İsmayıllı ərazisində, çox yorğun olduğum üçün avtomobili yolun kənarında saxlayıb yatdım. Saat 11-də oyanıb yolumuza davam edərək, Bakıya gəldik. Şəhərin girişində Ümidvarı düşürtdüm. Pandemiya ilə əlaqədar işlərim yaxşı getmədiyi üçün tanışıma vəd etdiyi 10 000 pulu verə bilmədim. Hadisədən sonra Ümidvar mobil telefonunu sındırdı. Rəşad Məmmədovu öldürdüyümüz zaman onun üzərində pul və ya qiymətli əşyalar yox idi”.
 
 
Rəşadın yanmış skeleti
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Aidə Fərəcova ifadəsində göstərib ki, qardaşı Rəşad Elvin adlı həmin şəxslə birlikdə pul əməliyyatlarını həyata keçirdiyini danışıb:
 
“Onun ali təhsili olmadığına görə şirkətdə çalışması və baş mühasib olması məni təəcübləndirirdi. Axırıncı dəfə qardaşımı martın 15-i və ya 16-ı görəndə, əlində içərisində şəxsi əşyaları olan torba vardı. Rəşad mənə Narkoloji Mərkəzdə müalicə olunacağını dedi və sağollaşaraq, evdən çıxdı. İtkin düşməmişdən bir neçə ay əvvəl qardaşım infarkt keçirib. Narkotik vasitələrdən istifadə etməsindən və vergi borclarına görə axtarışda olmasından xəbərsiz olmuşam”.
 
 
Məhkəmə iclasında Elvin Əliyev və Ümidvar İbişov ittiham üzrə özünü təqsirli bilməyiblər. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib. 
 
Məhkəmə nəticəyə gəlib ki, Elvin Əliyev və Ümidvar İbişovun cinayət əməlləri Cinayət Məcəlləsinin (CM) 120.2.1-ci (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsi, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə əlaqədar qəsdən adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə düzgün tövsif edilib. Bundan əlavə, Elvin Əliyevə CM-nin 178.2.1 və 2.4-cü (dələduzluq qrup halında, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham verilib. Odur ki, Əliyevə və İbişova həmin maddələrin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elvin Əliyev 17 il 9 ay və Ümidvar İbişov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
 
Oxşar xəbərlər
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək