"Allah heç kəsə zülm etmir....- Baş verən hadisələrin əsil mahiyyətini yalnız O bilir..."
Aktual
Oxunub: 2989
22 Apr 2024 | 06:27
"Kainatda baş verən hər hadisənin yaxşı, ya pis olduğu barədə hökm vermək üçün həmin hadisəni digər hadisələrlə birgə ümumi sistem daxilində təhlil etmək lazımdır. Bir nəfər üçün xeyirli olan iş cəmiyyət üçün ziyan törədə bilər. Hadisələri düzgün qiymətləndirmək üçün insan onların əsil mahiyyətini anlamalıdır. Halbuki insan beyni çox şeyləri dərk etməkdən acizdir..."
 
Ədalət nədir?
 
Alimlər ədalət anlayışına bu cür tərif vermişlər: ədalət hər şeydə ən əlverişli orta həddi gözləməkdir. Müəyyən bir məsələdə ifrata varmaq (yəni həddi aşmaq) və təfritə yol vermək (yəni lazım olan həddə çatmamış durmaq) ədaləti pozmaq deməkdir. Həm ifrat, həm də təfrit bəyənilməzdir. Dediklərimizi sadə misallarla sübuta yetirək: Məlumdur ki, insanda səxavət və əliaçıqlıq gözəl xüsusiyyətlərdən sayılır. Səxavətli şəxs hamı tərəfindən sevilir və möhtərəm bilinir. Səxavətin təfrit halı – simiclik və xəsislik isə insan üçün pis xasiyyət hesab edilir. Habelə, bir kəs ifrat dərəcədə səxavətli olsa, yəni bütün var-dövlətini, evini, geyimlərini və s.-ni camaata bağışlasa, öz yaşayış ehtiyaclarını ödəmək üçün başqalarına möhtac olar, ömrünü səfalət və dilənçilik içində keçirər. Yaxud məlumdur ki, insanın malik olduğu ən dəyərli nemətlərdən biri nitq qabiliyyətidir. İnsan danışanda da ədaləti gözləməli, hər sözün yerini bilməlidir. Yeri gəldi-gəlmədi uzun-uzadı və mənasız danışmaq insanın hörmətini əksildər, xalq içində ona çərənçi deyərlər. Belə hərəkət ifratçılıqdır. Əksinə, bir kəlmə söz bir insan taleyini həll etdiyi zaman kimsə ağzına su alıb sussa, həm özünü, həm də başqalarını bədbəxtliyə salar.
 
Allah-Təala hər cür ifrat və təfritdən uzaqdır. Çünki bu xüsusiyyətlər onun kamillik və nöqsansızlıq sifətlərinin ziddinədir. Allah-Təalanın bütün sifətlərində və yaratdığı şeylərdə ədalət vardır. Allah rəhmli və bağışlayandır. Onun mərhəməti çox genişdir, amma ifratdan uzaqdır. Allah qəsdən, yaxud bilməyərəkdən bəzi günahlar törətmiş və tövbə etmiş şəxsləri bağışlayar, lakin inadcıl kafirlər və dəhşətli cinayət törətmiş günahkarlar onun mərhəmətindən uzaqdırlar. Allah-Təala qüdrətlidir və bütün aləm Onun qüdrət nişanələri ilə doludur. Lakin Allah öz qüdrətini nümayiş etdirməkdə ifrata yol verməmişdir. Məsələn, Allah dağları daş süxurlarından yaratmış, qızıl və gümüş kimi qiymətli metalları isə yerin təkində gizlətmişdir. Allah böyük dağları saf qızıldan yaratmağa da qadir idi. Amma o, belə etməmişdir. Çünki qızıl dağları insanlara xeyirdən çox ziyan gətirərdi. Düşünün ki, bu halda həmin qızıl dağlarını ələ keçirmək naminə hansı fəlakətlər baş verə, nə qədər qanlar tökülə bilərdi! Allah zalım deyildir Ədalət xətkeşin mərkəzindəki müvazinət nöqtəsi kimidir. Xətkeş bu nöqtə üzərində dayanarsa, onun hər iki tərəfi eyni səviyyədə qərar tutar. Əgər müvazinət nöqtəsindən hər hansı tərəfə azacıq meyl edilsə, tərəflərin bərabərliyi pozulacaq. Ədalət nöqtəsində ifrat və təfrit bir-birini tarazlaşdırıb zərərsizləşdirir. Bunların hər hansı birinə meyl etmək – sərhəddi pozmaq, zülm və təcavüz etmək deməkdir...
 
Zülm ədalətin ziddidir. Hər hansı əşyaya layiq olduğu münasibəti göstərməmək ona zülm etmək deməkdir. Nümunə üçün tarixə müraciət edək. Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi oğlu və kürəkəni Həzrəti Əlinin (ə) şəxsiyyəti tarix boyunca bəzi təriqət və cərəyanlar tərəfindən ədalətsiz, zülmkar münasibətə məruz qalmışdır. Özlərini müsəlman hesab edən, əslində isə İslamdan uzaq olan “xəvaric” təriqətinin nümayəndələri Həzrəti Əli (ə) ilə düşmənçilik etmiş, onu lənətləmiş, onunla müharibəyə qalxmışlar. Başqa bir təriqətin ardıcılları – əliallahilər isə İmam Əlini (ə) Allah saymışlar. Hər iki tərəf Əliyə (ə) zülm etmişdir. Xəvaric onu təhqir etmiş və hüququnu tapdamışdır. Əliallahilər isə Əlinin (ə) öz etirazına baxmayaraq, onu ifrat dərəcədə yüksəltmiş, malik olmadığı sifətləri və qüdrəti çatmayan işləri ondan tələb etmişlər. Bu zaman onlar hər şeydən əvvəl, Allaha qarşı küfr etmiş, onu insanla eyniləşdirmişlər...
 
Hər bir zülmün törədilməsinin üç səbəbi ola bilər:
 
a) Zülmkar qüvvə öz etdiyi işin zülm olduğunu bilmir. Məsələn, bir nəfər gizlincə başqasının pulunu götürüb mənimsəyir, amma bu hərəkətin oğurluq olduğunu bilmir. Əgər bilsəydi, həmin pulu götürməzdi.
 
b) Zülmkar qüvvə zülm törətməyi pis əməl saymır. Məsələn, insan başqasının pulunu götürərkən oğurluq etdiyini anlayır, amma özünü haqlı sayır. O, belə hesab edir ki, həmin şəraitdə oğurluq etmək günah deyildir.
 
v) Zülmkar qüvvə məcburiyyət qarşısında qalıb zülm törədir. Məsələn, insan aclıq üzündən oğurluq edir, yaxud başqa bir şəxs onu zorla oğurluğa məcbur edir. Birinci və ikinci hallarda zülmkar qüvvə elmsiz və cahil, üçüncü halda isə qüdrətsiz və ehtiyaclı olmalıdır. Halbuki, Allah-Təala bu sifətlərin hamısından uzaqdır. Demək, Allahın zülm törətməsi üçün səbəb və şərait yoxdur.
 
Qurani-Kərimdə qəti şəkildə buyurulmuşdur:
 
“Allah zərrə qədər də zülm etməz” (Nisa, 40). “Sənin Allahın heç kəsə zülm etməz” (Kəhf, 49).
 
Nə üçün bəzi insanlar Allahı zalım sayırlar?..
 
Bəzi şəxslər nizam-intizamlı dünyanın hər nöqtəsində – istər cansız, istərsə də canlı aləmdə “səhvlər” və “qeyri-normal hallar” tapmağa çalışmış, bununla da Allahın ədalətsizliyini sübut etmək istəmişlər. Onların bu cəhdi kainatın sirlərini tam anlamadıqlarından qaynaqlanır. Əslində kainatda səhv və nöqsan yoxdur, nöqsan bu fikri irəli sürənlərin gözündə və beynindədir. Qurani-Kərim dünyanın ilahi ədalət qanunlarına tabe olduğunu bəyan edir: “Allah göyləri ucaltdı və ədalət mizan-tərəzisini qurdu” (Rəhman, 7). Kainatda baş verən hər hadisənin yaxşı, ya pis olduğu barədə hökm vermək üçün həmin hadisəni digər hadisələrlə birgə ümumi sistem daxilində təhlil etmək lazımdır. Bir nəfər üçün xeyirli olan iş cəmiyyət üçün ziyan törədə bilər. Hadisələri düzgün qiymətləndirmək üçün insan onların əsil mahiyyətini anlamalıdır. Halbuki insan beyni çox şeyləri dərk etməkdən acizdir. Elm günbəgün inkişaf etməkdədir, dünən mübhəm görünən suallar bu gün öz cavabını tapır. Demək, insanın elmi mütləq elmlə (yəni Allahın elmi ilə) müqayisədə nisbi xarakter daşıyır...
 
Hər şeyin əsil mahiyyəti onu yaradan Allaha məlumdur. İnsan isə bu elmin çox cüzi hissəsinə vaqifdir. Belə olan halda insanın özündən qat-qat elmli olan Allaha irad tutması nə dərəcədə düzgündür? Bəşəriyyət bu gün hər hansı təbii prosesi izah edə bilmirsə, yalnız və yalnız öz zəifliyini etiraf etməlidir, Allahın yox! Təsəvvür edin ki, ayağında qanqren (çürümə) gedən xəstənin ayağını kəsirlər. Tibb aləmindən xəbərsiz olan adam bu işə görə həkimi təqsirləndirib deyəcək: “Yazıq xəstənin günahı nə idi ki, ayağını kəsib onu əbədi bədbəxtliyə düçar etdiniz?” Amma işin mahiyyətini anlayan kəs həkimə irad tutmaz. O bilər ki, əgər çürüyən orqan kəsilməsə, çürümə bütün bədənə sirayət edəcək. Göstərilən vəziyyətdə xəstənin ayağını kəsmək onun həyatını xilas etmək deməkdir. Daha böyük ziyanın qarşısını almaq naminə ona nisbətən kiçik ziyan vurulur. Təbiətdə bunun kimi çox-çox misallar vardır. Maral sürüsünə hücum edən aslan adətən özünü yırtıcılardan müdafiə edə bilməyən, asta qaçan, zəif və xəstə heyvanları parçalayıb yeyir. Kimsə bu hərəkəti vəhşilik adlandıra bilər. Lakin dərindən fikirləşsək görərik ki, əslində aslan maral sürüsü üçün sanitar rolunu oynayır. O, həm öz qidalanma ehtiyacını ödəyərək yaşayışını təmin edir, həm də təbiəti xəstə və qeyri-normal heyvanlardan təmizləyir. Axı həmin xəstə maralın balaları da özü kimi zəif və müdafiəsiz olacaqdı. Beləliklə, bir fərdin ölümü ilə bir çoxları xilas olur. Tutaq ki, bir məntəqədə güclü ildırım çaxaraq üç-dörd ağaca dəyib onları yandırır. Əlbəttə, bu, təbiətə ziyandır. Lakin ildırımdan sonra yağan yağış təbiətə qat-qat çox xeyir verir. Həmin yağış meşələrin canlanmasına, əkinlərin cücərməsinə, otların boy atmasına, yerdəki toz və çirkin yuyulmasına, havanın təmizlənməsinə səbəb olur. Burada da mənfəət zərəri üstələyir.
 
İmam Cəfər Sadiq (ə) ədaləti dananları belə təsvir etmişdir: “Təsəvvür edin ki, bir nəfər öz evinin içində tam səliqə-sahman yaratmış, ev əşyalarının hər birini özünəməxsus şəkildə lazımi yerdə yerləşdirmişdir. Bir kor adam onun evinə qonaq gəlir və evə girən kimi ayağı kandara ilişib yıxılır. O, korluğu üzündən kandarı görməyib yıxıldığını etiraf etmək əvəzinə ev sahibini danlayır ki, niyə evin qapısında kandar düzəltmişdir? Sonra qonaq evin içində gəzməyə başlayır və hər addımda ayağı gah stola, gah stullara, gah da şkafa dəyib əzilir. Lakin yenə də səhvin özündə olduğunu boynuna almaq əvəzinə, evin düzgün tikilmədiyini, ev əşyalarının orda-burda nizam-intizamsız halda qoyulduğunu iddia edir. Halbuki onun dedikləri həqiqətə uyğun deyildir. Otaqda hər şey öz yerindədir. Kor qonağın ayağının ora-bura dəyib əzilməsinin günahkarı da ev sahibi deyil, yalnız özüdür”. Göstərilən misalda evi dünyaya, ev sahibini Allaha, kor qonağı isə ədaləti danan insanlara bənzətmək olar.
 
Bəzi insanların fikrincə, zəlzələ, tufan, sel kimi təbii fəlakətlər, müharibələr, iqtisadi çətinliklər, epidemiyalar Allahın insanlığa qarşı zülmünün təzahürüdür. Belə şəxslər hətta yol qəzalarının, partlayışların günahını da Allahda görürlər. Guya ölüm, xəstəlik, kasıblıq, anadangəlmə şikəstlik kimi sırf həyati hallar da Allahın zülmündən başqa bir şey deyildir. İnsanı ən kamil bir biçimdə yaratmış, sonsuz nemətlərlə dolu təbiəti onun ixtiyarına vermiş, heç kəsi ruzisiz qoymamış Allahın zalım olduğunu düşünmək özü zülm deyilmi? Allahın insana qarşı ədaləti üçün bircə əlamət kifayət edər ki, bu dünyada insan üçün yalnız bacardığı işlər vəzifə bilinmişdir. Allah-Təala heç kəsdən qüvvəsi xaricində olan əməli tələb etməz. Əks halda bu, insana qarşı zülm olardı. Qurani-Kərim bu həqiqəti ümumi şəkildə belə vurğulayır:
 
“Heç kəsin boynuna qüvvəsindən artıq vəzifə yükləməmişik” (Muminun, 62).
 
Allah-Təala bu dünyada insana ədalətlə yanaşdığı kimi, qiyamətdə də onun xeyir və şər əməllərini hesablayarkən zülm etməyəcəkdir:
 
“Qiyamət günündə ədalət tərəzilərini quracağıq, o gün heç kəsə zülm olunmayacaq. İnsanın əməli bir xırda xardal dənəsi boyda olsa da, onu hesablayarıq. Bizim hesabımız hamıya kifayət edər” (Ənbiya, 47). islam.az
 
Mənbə: //islam.az
Oxşar xəbərlər
20:19, Bu gün
Türkiyədə güclü meşə yanğını başlayıb
20:09, Bu gün
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
20:08, Bu gün
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
19:34, Bu gün
Dadlı meyvə salatı necə hazırlanır?
19:08, Bu gün
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
19:02, Bu gün
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
18:29, Bu gün
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
18:03, Bu gün
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
17:53, Bu gün
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
17:52, Bu gün
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
17:37, Bu gün
Venesuelada prezident seçkisi keçirilir
17:31, Bu gün
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
17:29, Bu gün
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
17:26, Bu gün
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
17:25, Bu gün
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
17:22, Bu gün
Azərbaycanda hərbi jurnalist vəfat edib
17:20, Bu gün
Yaponiyada zəlzələ oldu
17:19, Bu gün
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
17:16, Bu gün
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
17:05, Bu gün
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
16:13, Bu gün
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
16:12, Bu gün
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
16:00, Bu gün
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
15:00, Bu gün
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
14:21, Bu gün
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləşdirici” metod
14:15, Bu gün
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
14:08, Bu gün
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
13:37, Bu gün
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
12:54, Bu gün
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
12:52, Bu gün
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
12:50, Bu gün
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
12:49, Bu gün
Sumqayıtda mənzildən meyit tapılıb
12:27, Bu gün
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
12:26, Bu gün
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
11:36, Bu gün
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
11:24, Bu gün
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
11:22, Bu gün
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
10:59, Bu gün
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
10:55, Bu gün
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
10:50, Bu gün
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
10:11, Bu gün
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
10:04, Bu gün
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
09:50, Bu gün
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
09:38, Bu gün
Türkiyə olimpiada tarixində İLK!
09:34, Bu gün
Parisin Olimpiya kəndində ÖLÜM
09:29, Bu gün
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
09:18, Bu gün
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
08:56, Bu gün
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
08:53, Bu gün
Bakıda avtomobil 40 yaşlı qadını vurub
08:29, Bu gün
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
08:27, Bu gün
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
08:22, Bu gün
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
08:21, Bu gün
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
08:11, Bu gün
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
08:10, Bu gün
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
08:09, Bu gün
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
08:06, Bu gün
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
08:05, Bu gün
Venesuelada prezident seçkiləri keçiriləcək
08:00, Bu gün
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
07:55, Bu gün
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
07:55, Bu gün
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
07:43, Bu gün
Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət
07:31, Bu gün
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
07:29, Bu gün
Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
07:27, Bu gün
Ərdoğan: "Mahmud Abbas bizdən üzr istəməlidir"
07:26, Bu gün
Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
07:24, Bu gün
İsrail qırıcıları Livana zərbələr endirib
07:21, Bu gün
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər
07:18, Bu gün
Netanyahu: "Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək"
07:01, Bu gün
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
27 Jul 2024 | 21:32
Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi - FOTO
27 Jul 2024 | 21:31
Bu cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır
27 Jul 2024 | 21:17
Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi
27 Jul 2024 | 21:14
“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat
27 Jul 2024 | 21:09
"Belousov və Ostin Kiyevin Rusiyaya qarşı "məxfi əməliyyatı"nı müzakirə edib" - "The New York Times"
27 Jul 2024 | 21:00
Uğursuz insanların etdiyi 6 səhv
27 Jul 2024 | 20:53
Xərçəngdən qaçmağa kömək edəcək ən təsirli məhsul- HƏKİM
27 Jul 2024 | 20:45
"Deyir, üçüncü uşaq olmasa, boşayacağam səni"
27 Jul 2024 | 20:40
Qlobal D vitamini böhranının həlli varmı?
27 Jul 2024 | 20:35
Qarnında güllə olan KÖRPƏ DOĞULDU
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 20:26
FHN əməkdaşının ölümünün təfərrüatı bilindi
27 Jul 2024 | 20:20
2 il sonra səhnəyə çıxdı, 2 milyon dollar qazandı - FOTO
GÜNLÜK
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
08:56, Bu gün
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 20:35
Qarnında güllə olan KÖRPƏ DOĞULDU
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 20:53
Xərçəngdən qaçmağa kömək edəcək ən təsirli məhsul- HƏKİM
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
08:56, Bu gün
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 20:35
Qarnında güllə olan KÖRPƏ DOĞULDU
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 20:53
Xərçəngdən qaçmağa kömək edəcək ən təsirli məhsul- HƏKİM
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?