![Qazaxın 4 kəndinin sülh yolu ilə geri qaytarılması Qərbin siyasi, strateji məğlubiyyətidir](https://moderator.az/cphoto/670x420/2024/04/20/1713637724_-32b991e5165631443654815728710355482.jpg)
Məlum olduğu kimi, Qazaxın 4 kəndinin danışıqlar yolu ilə Azərbaycana qaytarılması bütün dünyada Prezident İlham Əliyevin tarixi nailiyyəti kimi qiymətləndirilməkdədir. Doğrudan da, dünya tarixində 30 ildən çox işğal altında qalan ərazilərin bir güllə belə atılmadan azad edilməsi ilə bağlı nümunə yox sayılacaq qədər azdır. Lakin Azərbaycan dövlətinin, onun prezidentinin əldə etdiyi bu uğurun önəmini artıran sadəcə bu deyil.
Qazaxın 4 kəndinin yenidən Azərbaycana qaytarılmasını önəmli edən daha bir amil, bu uğurun ermənipərəst Qərbin İrəvana hərbi-siyasi dəstək verdiyi bir zamanda gerçəkləşməsidir.
Başda Fransa olmaqla bir sıra Qərb dairələrinin Ermənistanı silahlandırdığı, onu yenidən Azərbaycanla müharibəyə təşviq etdiyi bir zamanda rəsmi Bakının bu məsələdə İrəvanla razılıq əldə etməsi Qəbin siyasi, strateji məğlubiyyəti deməkdir.
Prezidentimiz bu tarixi zəfərlə ermənipərəst qüvvələrin antiAzərbaycan siyasətinin ölümə məhkum olduğunu, heç vaxt səmərə verməyəcəyini sübut etmiş oldu. Prezident İlham Əliyev bununla göstərdi ki, Cənubi Qafqaz regionunda söz sahibi olan əsas güc Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, regionun gələcəyini yalnız bu güc müəyyən edəcək.
4 kəndin sülh yolu ilə geri qaytarılması həm də Fransa, Hindistan, İran kimi dövlətlərin Ermənistana verdiyi raket sistemlərini, silah-sursatı, zirehli texnikaları region üçün gərəksiz yükə, adi dəmir parçasına çevirdi. Bu siyasi razılıq nəticəsində bəlli oldu ki, İrəvan Qərbin bütün təzyiqlərinə, erməni ordusunun təmas xəttində törətdiyi bütün təxribatlara rəğmən Azərbaycanla yeni və irimiqayaslı qarşıdurmaya getmək niyyətində deyil. Görünür, İrəvan yaxşı başa düşür ki, belə bir qarşıdurma Ermənistana daha ağır məğlubiyyətdən başqa heç nə vəd etmir.
Artıq əminliklə demək olar ki, 4 kəndlə bağlı əldə edilən razılaşmadan sonra Qərbdəki ermənipərəst qüvvələr rəsmi İrəvana daha ciddi təzyiq göstərməyə çalışacaqlar. Ancaq Qərb, xüsusilə də ermənipərəst Fransa bilməlidir ki, təzyiq və təxribatlarla Azərbaycanın uğrularının qarşısını almaq, onu hərbi-siyasi məğlubiyyətə uğratmaq mümkün olmayacaq. Azərbaycanın zəfəri mütləq və qaçınılmazdır! Dövlətimizin qələbələri fonunda Qərbin “qazancı” itirilən milyonlar, nəhəng siyasi-diplomatik güc və zaman olacaq.
Seymur ƏLİYEV
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)