Mediasiyanın imkanları...
Cəmiyyət
Oxunub: 2932
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
Mediator və mediasiya təlimçisi  kimi məndən tez-tez soruşurlar
 
“Mediasiya nədir?”
 
Cavabım adətən dörd sözdən ibarətdir:
 
neytrallıq
Yardım
 Danışıqlar
 Həll
 
Münaqişənin həlli üçün danışıqların neytral mediator tərəfindən asanlaşdırılması
 
Münaqişə tərəfləri münaqişənin sülh yolu ilə həlli üçün mediasiyaya müraciət edirlər.Münaqişə tərəflərinin vəzifəsi danışıqlar aparmaq, məqsədi isə razılığa gəlməkdir. Əgər onlar münaqişənin həllinin mümkün olduğunu düşünməsəydilər, vaxtlarını və enerjilərini mediasiya sessiyalarına hazırlaşmaq və iştirak etmək üçün sərf etməzdilər. Lakin mediasiya digər danışıq üsullarından məhz mediatorun iştirakı ilə fərqlənir. Mediator tərəflərə danışıqlar aparmağa kömək edir, hər bir tərəfin maraqlarını və ehtiyaclarını aydın şəkildə müəyyənləşdirir və bu məlumatı qarşı tərəfə çatdırır. Mediatorun tərəflərə danışıqlara kömək etməsi üçün onlar mediatoru tamamilə neytral şəxs kimi qəbul etməlidirlər. Əgər bir tərəf mediatoru maraqlı tərəf kimi görürsə, ona öz ehtiyaclarını və maraqlarını açıq və dürüst deyə bilməyəcək. Tərəflər arasında etimadın olmaması mediatorun münaqişəni həll etmək imkanlarını məhdudlaşdırır. Bu halda, münaqişə tərəflərindən heç biri mediatorun əldə etdiyi məlumatdan ona qarşı istifadə edəcəyindən və ya daha da pisi, bu məlumatı qarşı tərəflə paylaşacağından qorxaraq, hətta şəxsi görüşdə belə, əsl məqsədləri barədə danışa bilməyəcək. Mediatorun vəzifəsi danışıqlara kömək etməkdir. Bu işi görmək üçün isə o  neytral olmalıdır.
 
Mediator danışıqları necə asanlaşdırır?
 
Mediasiya təlimçiləri bu  prosesi adətən onun mərhələlərini təsvir etməklə izah edirlər. Bir çox insanlar bu mərhələləri fərqli adlandırırlar, lakin prosesin mahiyyəti bütün hallarda əsasən eynidir.
 
Giriş.
Tərəflərdən məlumatların alınması mərhələsi.
Problemin müəyyənləşdirilməsi mərhələsi.
Həll variantlarının axtarışı mərhələsi.
Variantların hər birinin qiymətləndirilməsi mərhələsi.
Münaqişənin həllinin son variantının qəbul edilməsi mərhələsi.
 
Mediator mübahisənin tərəflərini və danışıqların digər iştirakçılarını (məsləhətçilər, hüquqşünaslar və s.) təqdim etməklə başlayır ki, burada iştirak edən hər kəs mediasiyada kimin iştirak etdiyini və onların rolunun nə olduğunu başa düşsün. Daha sonra mediator mediasiya prosesini təsvir edir ki, bütün iştirakçılar prosedurla tanış olsunlar və iştirak etməyə razı olsunlar. Daha sonra mediator suallar verməklə problemlər və bütövlükdə vəziyyəti öyrənir. Mediator tərəflərə vəziyyəti müzakirə etmək imkanı verir. Mediator aydınlaşdırıcı suallar verir və əlavə məlumatları nəzərdən keçirir. Vəziyyəti başa düşən mediator tərəflərə münaqişənin həlli üçün müzakirə edilməli olan məsələlərin siyahısını tərtib etməyə kömək edir. Bütün məsələlər həll edildikdən sonra mediator tərəfləri keçmişdə baş verənlərə görə bir-birini ittiham etməkdənsə, problemli vəziyyəti həll etmək üçün nə edə biləcəklərini müəyyənləşdirməyə dəvət edir və  tərəfləri necə davam etdirəcəklərini müzakirəyə çıxarır. Tərəflər mümkün həll yollarını təklif edir, sonra onları təhlil edərək həmin yollardan  hansının məqbul olduğunu, hansının məqbul  olmadığını müəyyən edirlər. Uyğun variant tapılanda tərəflər razılığa gəlirlər. Göründüyü kimi proses xətti xarakter daşıyır, əvvəlcə 1-ci addım, sonra 2, sonra 3, daha sonra mediasiyanın uğuru və ya uğursuzluğu. Ancaq çox vaxt reallıqda proses tsiklik ola bilər. Problemlər aşkarlandıqca, əlavə nəzərdən keçirilməli və müzakirə edilməli  yeni məlumatlar ortaya çıxa bilər. Və ya variantların qiymətləndirilməsi mərhələsində onların sayı arta bilər ki, bu da əlavə məlumatların axtarılmasını və  yeni məsələlərin müzakirəyə çıxarılmasını tələb edir. Mediasiya çox vaxt çevik bir prosesdir və bütün məsələləri həll etmək üçün tərəflərin ehtiyaclarına uyğunlaşdırıla bilər.
Mediasiya bir imkandır.
 
Mediasiyaya  müraciət etməzdən əvvəl tərəflər problemi danışıqlar yolu ilə özləri həll etməyə çalışıblar və ya ola bilsin ki, vəkillərin köməyinə müraciət ediblər. Bir çox problemləri tərəflər  arasında birbaşa danışıqlar yolu ilə həll etmək olar. Amma hər hansı səbəbdən müstəqil şəkildə danışıqlar yolu ilə həll oluna bilməyən münaqişələr olur ki,sonra tərəflər mediasiyaya əl atırlar. Adətən bu vəziyyət ünsiyyət problemləri səbəbindən yaranır. Belə olan halda tərəflər bir-biri ilə açıq və dürüst danışa bilmirlər. Duyğular, keçmiş münaqişələr, qərəzlər və ya sosial təzyiqlər insanların öz fikirlərini aydın və sakit şəkildə ifadə etməsinə, tərəfdaşını dinləməsinə və eşitməsinə mane olur. Nəticədə informasiya mübadiləsi baş vermir və danışıqlar hər bir tərəfin qarşı tərəfi anlamaqdansa üstünlük əldə etməyə daha çox can atdığı döyüş meydanına çevrilir. Bəzən bu, hər bir tərəfin  eyni faktları fərqli qiymətləndirərək vəziyyətə öz baxış bucağından baxdığı  üçün baş verir. Yəni  hər bir söhbət müharibəyə çevrilir, onlar dayana bilmir , vəziyyət haqqında ciddi düşünə bilmirlər ki münaqişənin həllinə ağlabatan yanaşma tapsınlar. 
 
Əgər mediasiya problemin həllinə kömək etmirsə, o zaman tərəflər adətən məhkəməyə müraciət edirlər. Tərəflər problemləri təkbaşına həll edə bilmirlərsə, məhkəmə onların yerinə qərar verir. Müasir məhkəmələr sivil cəmiyyəti saxlamaq üçün hər şeyi səylə yerinə yetirən mükəmməl qurumlar olsalar da, onların səlahiyyətləri sonsuz deyil.
 
Birincisi, məhkəməyə müraciət etmək tərəfləri qərar vermək hüququndan məhrum edir.Hakim  münaqişə  tərəfləri əvəzinə iş üzrə qərar qəbul etmək öhdəliyini öz üzərinə götürür. Biz  insan olaraq yaşamımızda  öz qərarlarımıza  üstünlük versək də, tərəflər məhkəmənin istənilən qərarı ilə razılaşmalı olurlar. Artıq bu məsələdə söz sahibi deyillər. Bəzi hallarda,  şərait dəyişsə də, tərəflər məhkəmənin qərarından və onu dəyişdirə və ya yeni şəraitə uyğunlaşdıra bilməmələrindən  asılı qala bilərlər. Belə bir qərarı dəyişdirmək üçün onlar yenidən məhkəməyə qayıtmalıdırlar ki, bu danışıqlardan qat-qat mürəkkəb prosesdir, 
 
İkincisi, məhkəmələrin qərar qəbul etməkdə çevikliyini məhdudlaşdıran müəyyən qaydalar var. Mediasiyada tərəflər öz hekayələrini istədikləri kimi təqdim edə bilərlər. Məhkəmədə onlar sübut etmə  qaydalarına əməl etməlidirlər. Məhkəmədə hakim qanunverici orqanın müəyyən etdiyi və bütün insanlara bərabər tətbiq olunan qanunu tətbiq etməlidir. İşin mənfi tərəfi odur ki, sizin probleminiz və ya mənim problemim hər kəsin problemi kimi deyil və buna görə də hər kəsə uyğun bir həll bizim üçün işləməyə bilər. Ancaq , hakimin verə biləcəyi  qərar budur. Məhkəməyə müraciət etdikdən sonra tərəflər öz işi və onun mümkün həlli üzərində nəzarəti , bununla da həyatlarının bir sahəsini sərbəst idarə etmək imkanını itirirlər. 
 
Mediasiya  münaqişəyə son qoymaq üçün  unikal bir  fürsətdir. Mediasiyadan əvvəl də tərəflər sərbəst danışa və danışıqlar apara bilirdilər, lakin bu danışıqlar emosional, nəticəsiz mübahisələrə çevrildi. Mediasiya uğursuz olarsa, mübahisə edən tərəflərin əvəzinə bütün qərarları kənar şəxs verəcək. Mediasiya prosesinə birgə iclaslar zamanı tərəflərə bir-birinin məsələlərini, ehtiyaclarını və maraqlarını aydınlaşdırmaqda köməklik göstərən ixtisaslı, təlim keçmiş mediator daxildir. Mediator tərəflərin ünsiyyətini asanlaşdırır, müzakirəni yolunda saxlayır və müsbət istiqamətdə hərəkət etmələrinə kömək edir. Tərəflər problemin həllinin nəticəsi üzərində nəzarəti saxlayırlar, çünki mediasiyada  tərəflər razılığa  könüllü gələrlər. Mediasiya  prosesində tərəflər istədikləri müqavilə şərtlərini müəyyən edə bilərlər. Müqaviləyə  pul kompensasiyası daxil ola bilər, lakin o, üzr istəməyi, vəziyyəti düzəltmək üçün tədbirləri və ya münasibətləri bərpa etməyi də əhatə edə bilər. Məsələnin düşünülmüş müzakirəsindən sonra razılaşma hər kəsin istədiyi kimi olur. Bu imkanı mediasiyasız əldə etmək mümkün deyil.
 
Həsənova İlhamə Zakir qızı
Vəkil,mediasiya təlimçisi.
 
Oxşar xəbərlər
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
GÜNLÜK
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi