“Min belə səfir Şuşaya qurban olsun!!!” – Natəvanın heykəlindən qisas alan, COP29 tədbirini hədəf seçən cılızlar!
Siyasət
Oxunub: 2620
17 Apr 2024 | 15:17
“Min belə səfir Şuşaya qurban olsun!!!” – Natəvanın heykəlindən qisas alan, COP29 tədbirini hədəf seçən cılızlar!
Rəsmi Paris Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Artıq Prezidenti Emmanuel Makron diplomatı “isti-isti” qəbul edib və rəsmi xəbər yayılıb. Ermənistanda şadyanalıqdır. Yerli media yazıb ki, Fransa çərşənbə axşamı Azərbaycandakı səfirini “Bakını ikitərəfli münasibətlərə xələl gətirən hərəkətlərdə ittiham edərək” məsləhətləşmələr üçün geri çağırdığını bildirib. Fransa XİN-in bəyanatına da istinad olunub və abırsızcasına Azərbaycan “son ayda iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləri” davam etdirməkdə ittiham olunub.
 
“Adamın üzündə həya gərəkdir”, deyimi yerinə düşərdi və bunu ölkələrə də şamil etmək mümkündür. Amma məsələ burasındadır ki, hay, Hayastan və Makron Fransasına münasibətdə həya-abır sözləri artıq aktuallığını çoxdan itirib. Ola bilər ki, kəskin reaksiyadır. Amma Fransanın davranışları absurdun dibidir axı. Azərbaycan Fransa ilə münasibətlərə zidd nə edib, sadalasınlar, biz də bilək. Rəsmi Parisin düşməncəsinə davranışlarından sonra belə, “Total”la müqavilələrin üstündən xətt çəkməyən bir ölkəni necə “birtərəfli qaydada iki dövlətin münasibətlərinə zərbə vuran” adlandırmaq olar? Hətta keçən il “Abşeron” yatağında operator olan “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyannen Prezident İlham Əliyev və energetika naziri Pərviz Şahbazov tərəfindən qəbul edilmişdi.
 
puyanne-eliyev.jpg (40 KB)
 
Bu, o zaman idi ki, Azərbaycanla Fransa arasındakı münasibətlərdə gərginliyi pik həddə qalxmışdı, elə eyni gündə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycan XİN-ı çağırılmışdı. Səbəbini də xatırladaq: Paris şəhərinin meri Ann İdalqo da daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə Fransa TIR-ları göndərilmişdi, israrla Azərbaycan sərhədlərini yarmağa cəhd göstərirdilər.  Rəsmi Bakı Parisə ünvanladığı notada bu hərəkəti “ölkənin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd” adlandırmışdı, amma yenə də münasibətləri kəsməyə qərar verməmişdi, əksinə, əməkdaşlıq üçün əlyeri qoymuşdu.
 
Məntiqlə Azərbaycan dövləti Fransadakı fövqəladə və səlahiyyətli səfir Leyla Abdullayevanı məsləhətləşmələr üçün geri çağırmalı idi. Özü də bunun üçün dəfələrlə əlində əsas olub: Makron dəfələrlə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etməyə cəhd göstərəndə, Fransa müxtəlif yollarla ərazi bütövlüyümüzü təmin etməyimizi əngəlləməyə çalışanda, işğalçı, terrorçu Ermənistanı silahlandırmaqda davam edəndə, Qarabağdakı xunta rejiminin mövcudluğu üçün əlindən gələni edəndə, ən nəhayət, şairə Xurşudbanu Natəvanın abidəsi təhqir olunanda və bu vandallığı törədənlərə qarşı hər hansı məsuliyyət nəzərdə tutulmayanda... Görün münasibətləri hansı həddə çatdırdılar ki, Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli Parisə gətirildi və səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı qərar verdi dövlətimiz. Demokratiya, mədəniyyət dərsi keçən ölkə utanmalıydı, heç olmasa məmurlar səviyyəsində...
 
natavan-heykel-fransa.jpg (55 KB)
 
Saysız-hesabsız anti-Azərbaycan addımlar olub, təkcə son illərdə. 30 il ərzində Qarabağın əbədi ilhaqı üçün Ermənistana, Qarabağdakı cinayətkar dəstələrə dəstəkçi olan Fransa planının pozulmasından çox qəzəblidir, anlayırıq. Amma hətta Nikola Paşinyan komandası belə, kiriyib, anlayır ki, Ermənistan ancaq öz sərhədləri daxilində mövcud olmalıdır, hətta işğal altındakı kəndlərlə bağlı mübahisələrə də son qoyulmalıdır, amma Fransa deyir yox e, mən bu işi belə qoymayacağam! Ermənistana silah-sursat, hərbi texnika, artilleriya qurğuları göndərilir və bu proses davam etdirilir. Burada birtərəfli qaydada münasibətlərə zərbə vuran kimdir, Azərbaycanmı? Fransa 4-cü ildir ki, Ermənistanın özünü zəlil günə salıb, imkan vermir ki, üçtərəfli bəyanata uyğun şəkildə Zəngəzur dəhlizinin açılmasına qərar versin, özü də dalandan çıxsın, Fransa Avropa İttifaqının emissarlarını, casus şəbəkəsini bu ölkəyə daşıyır və deyir sizin xilaskarınız olacağam. Paşinyanın sülh müqaviləsinə uzanan əlini geri dartan, onu şantajla, müxtəlif şirnikləndirici addımlarla çəkindirən birinci ölkə Fransa, birinci prezident Makrondur. Əslində aşağı hərəkətdir, yeni fəlakətlərə, qana aparan siyasətdir, Makron Fransası buna imza atır.
 
Əslində Fransanın Bakıdakı elçisini Azərbaycan persona-non qrat elan edə, Makronun yanına yollaya bilərdi. Buna çoxsaylı əsasları var idi və bir qismini sadaladıq. Daha bir əsas: Fransanın Azərbaycandakı səfiri bu günədək Şuşaya səfər etməyib, hələ də erməni revanşistlərinin çaldığı havalara oynayan Makron Fransası öz diplomatlarına bu dəvətləri müsbət cavablandırmağı qadağan edib. Şuşa Azərbaycan xalqının baş tacıdır, Şuşasız Azərbaycan yoxdur, olmayacaq, demişdik, məhz bu münasibətin nəticəsində Şuşanı azad etdik. Şuşaya səfər dəvətini geri çevirən səfirlik(lər) və diplomatlar olmaz olsunlar! Min belə səfir Şuşaya qurban olsun!!! Bakıdakı səfirə Makron nə pıçıldayacaq, geri göndərəcək, ya göndərməyəcək, özü bilər. Amma yenidən Bakıya yollayacaqsa, Şuşaya getmək lazım olduğunu deməyəcəksə, bəlkə heç elçinin gəlməsindənsə, gəlməməsi yaxşıdır. Deyən gərək, sənin minnətin olsun ki, şəhidlərimizin canı, qanı bahasına azad olunmuş Şuşa ucalığına dəvət olunursan! İmtinanın özüdür, birtərəfli qaydada münasibətlərə zərbə vurmaq! Azərbaycan son vaxtlar dəfələrlə Fransaya qarşı ittihamlar səsləndirib, eyni zamanda Parisin Ermənistanı dəstəklədiyini qeyd edib.
 
Ötən ilin dekabrında Bakı iki fransız diplomatını persona non-qrata elan etdi və Paris buna güzgü cavabı verdi. Yəqin ki, bu dəfə güzgülü cavab Bakıdan gələcək!
 
Bu günlərdə Fransanın Ermənistandakı səfiri Olivier Dekotiqni özünün “X” hesabında yazmışdı: “Fransa Ermənistana elə hərbi texnika verir ki, onu başqaları ala bilmir”. Səfirin bu etirafı Fransanın Azərbaycana münasibətini göstərir. Bundan sonra məhz Bakı diplomatik əlaqələri kəsmək haqqına sahib idi...Yaxud son iki həftədə iki dəfə Fransanın İrəvandakı səfiri Azərbaycanla sərhədlərə gəlib. 27 martda Dekotini bir qrup fransalı deputatlarla birlikdə Ermənistandakı Zod qızıl mədəninə (Kəlbəcərlə sərhəd) baş çəkib. 11 apreldə isə diplomat Zəngəzurda olduğunu bildirib. Nə axtarır oralarda? Bəlkə münasibətləri düzəltməyə gəlir, xəbərimiz yoxdur?
 
olivye.jpg (86 KB)
 
Fakt budur ki, Fransa Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb. Fransa parlamentinin qondarma “artsax”ı tanıması, BMT TŞ-də Azərbaycana qarşı qətnamələrin qəbul etdirilməsi cəhdləri,  Avropa İttifaqında Azərbaycana qarşı kampaniya, Avropa Parlamentində Azərbaycana qarşı qətnamələrin qəbulu üçün canfəşanlıqlar, Avropa Şurası Parlament Assambleyasında qəbul olunan anti-Azərbaycan qətnaməsi...Makron Fransası 44 günlük müharibənin yekununda Azərbaycanın Ermənistanı diz çökdürməsini bu günədək sinirə bilmir. 2023-cü ilin 23 aprelində Laçın sərhəd buraxılış məntəqəsinin qurulması, 19-20 sentyabrda, 23 saatlıq antiterror əməliyyatının keçirilməsi nəticəsində “miatsum” nağılına, xunta rejiminə son verilməsi, qondarma rejimin cani başçılarının qolubağlı Bakı həbsxanasına gətirilməsi, Xankəndidə hərbi paradın keçirilməsi, Qarabağa böyük qayıdışın sürətlə davam etdirilməsi Fransanı məyus edib. Azərbaycan hətta mülki ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda təhlükəsiz yaşamasına çağırış etdiyi halda, Fransa məkrli plan üzərində israr edərək buna imkan vermədi. “Blokada şousu” iflasa uğrayan havadarların sonrakı düşük cəhdləri də nəticəsiz qaldı. Bu gün fermerlərin əlində əsir-yesir qalan Fransa prezidenti acığını Azərbaycanın üstünə tökməyə çalışır, Bakıdan küsür, səfirini geri çağırır. Olsun. Azərbaycanın dövlət başçısı xəbərdarlığını öncədən edib: “Peşiman olacaqlar!” Bundan əvvəl Azərbaycan Milli Məclisi Fransa parlamenti ilə dostluq qrupunun fəaliyyətini dayandırdı, Fransa yanlışını anlamadı. Bu dəfə də anlamayacaqsa, bizim də öz səfirimizi geri çağırmağımız çox da çətin olmayacaq. Zatən, Azərbaycana qarşı yersiz fəaliyyətə görə, iki fransız diplomatı Bakıdan ekstradisiya ediləndə də gücümüzü göstərmişik. Parisin davranışlarına növbəti reaksiya var. XİN rəsmisi Ayxan Hacızadə mövqe açıqlayıb. Görün Fransa dövləti özünü nə qədər cılız hala gətirib, gah Natəvanın heykəlindən qisas alır, gah da Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf seçir, bu tədbir əleyhinə çağırışlar səsləndirir. Olduqca cılız siyasətdir, bu dövlətin adına yaraşmır. Makron siyasəti adlı-sanlı bir ölkəni nə kökə saldı. Bu, bayağı siyasətə rəğmən, Azərbaycanı birtərəfli addımlarda təqsirləndirirlər. Davam eləsinlər, amma unutmasınlar, bizimlə təzyiqlə danışmaq istəyənlər peşman olacaqlar!
 
Elşad PAŞASOY, Musavat.com 
 
Oxşar xəbərlər
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA