Ekskluziv
3008
16 Apr 2024 | 21:15

"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"

"Respublikaçılar ABŞ-a İrandan hərbi qisas almağa çağırış edir..."
 
"İsrail ilə HƏMAS arasında döyüş əməliyyatları Baydenə əsas elektorat tərəfindən dəstəyi zəiflədib..."
 
"ABŞ prezidenti Yaxın Şərqdə həm soldan, həm sağdan təzyiqlə üzləşir".
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
İran tərəfdən İsrailə buraxılan yüzlərlə dron və raketlər Yaxın Şərq münaqişəsinin eskalasiyası təhlükəsi törədib və benzinin qiymətini qaldırıb. Bütün bunlar ABŞ prezidenti Co Baydenə böyük siyasi problemlər yaradıb.
 
Nəşr qeyd edir ki, bu hücum Baydenin Qəzzada hərbi əməliyyatı məhdudlaşdırmaqla bağlı yəhudi dövlətinə təzyiqi artırdıqdan bir neçə həftə sonra baş verib.
 
Bu mövqe İsrailə öz hücumlarına imkan daxilində tez bir zamanda son verməyə çağırış edən Respublikaçılar Partiyasından prezidentliyə ehtimal edilən namizəd Donald Trampın mövqeyi ilə nadir hal olaraq üst-üstə düşür.
 
"Lakin Yaxın Şərqdəki münaqişə ətrafında siyasət bazar günü baş verən hadisələrlə alt-üst olub, bu da bəzi respublikaçıları ABŞ-a İrandan hərbi qisas almağa çağırış etməyə vadar edib, hərçənd, Bayden administrasiyası yalnız diplomatik cavaba çağırış edib", - məqalədə deyilir.
 
Jurnalistlərin fikrincə, İranın hücumu Baydenin siyasi vəziyyətini təkcə daha geniş müharibə imkanı deyil, həm də bu hücumun HƏMAS-ı İsrail ilə atəşkəs barədə sazişdən imtina etməyə ruhlandıra biləcəyi səbəbindən daha da mürəkkəbləşdirib.
 
"İsrail ilə HƏMAS arasında oktyabrda başlanan döyüş əməliyyatları Baydenə əsas elektorat tərəfindən dəstəyi zəiflədib, çünki o, mülki əhali arasında qurbanların sayının artmasına rəğmən, İsrailin hərbi hücumuna dəstək verməkdə davam edib", - nəşr yazıb.
 
İranın İsrailə hücumu-son xəbərlər
 
İranın İsrailə hücumu aviasiya daşınmalarında xaos yaradıb. Belə ki, ən azı on aviasiya şirkəti öz marşrutlarını təxirə salıb və ya dəyişib.
 
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsrailə hücum edərək yüzlərlə dron və raket buraxıb. İsrail Müdafiə Ordusu bəyan edib ki, hava hədəflərinin əksəriyyəti vurulub.
Link kopyalandı!
Son xəbərlər