Pərviz Şahbazov:
İqtisadiyyat
2756
16 Apr 2024 | 13:13

Pərviz Şahbazov: "Hidrogen Azərbaycanın Aİ ilə strateji tərəfdaşlığının mühüm elementlərindən biridir"

"Hidrogenin istehsalı və istifadəsi dünyada “yaşıl keçid”in mühüm hissəsi kimi Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığın mühüm elementlərindən biridir".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən II Yaşıl Hidrogen Sammitində çıxışı zamanı deyib.
 
“Azərbaycan artıq inkişaf strategiyasına dair müxtəlif sənədlərə hidrogen istehsalının inkişafı məsələsini daxil edib. Məsələn, ölkənin sosial-iqtisadi inkişafının əsas strategiyası hidrogen sənayesinin inkişafı və ondan həm ölkə daxilində, həm də ixrac üçün istifadəsini də əhatə edir. Azərbaycan da bu yaxınlarda işğaldan azad edilmiş ərazilərini “yaşıl enerji” zonası elan edib və burada həmçinin hidrogen də istehsal olunacaq”, - P. Şahbazov vurğulayıb.
 
Nazirin sözlərinə görə, Xəzər dənizində külək enerjisinin istehsalı üçün böyük potensial var: “Bu, potensial təxminən 157 GVt təşkil edir. Azərbaycanda bu enerjiyə tələbat var. Lakin bu, ölkənin tələbatını xeyli üstələyən böyük həcmdir.
 
Buna görə də biz külək enerjisindən istifadə etməklə “yaşıl hidrogen”in istehsal edilməsi və bunu Avropa bazarına çıxarmaq üçün bu ölkələrlə intensiv əməkdaşlıq edirik”.
 
Link kopyalandı!
Son xəbərlər