Bayden İordaniya kralı ilə İranın İsrailə hücumunu müzakirə edib
2087
14 Apr 2024 | 23:33

Bayden İordaniya kralı ilə İranın İsrailə hücumunu müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden İordaniya kralı II Abdullah ilə İranın İsrailə hücumunu müzakirə edib.
 
Bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
 
Bayden “İordaniya və onun əhalisi üçün də təhlükə yaradan İranın hücumunu pisləyib”.
 
“Liderlər vəziyyəti izləməyə davam etdiklərini və yaxın günlərdə əlaqə saxlayacaqlarını vurğulayıblar”, – mətbuat xidməti qeyd edib.
 
ABŞ və İordaniya liderləri Qəzza zolağındakı vəziyyətə də toxunaraq Fələstin anklavına çatdırılan humanitar yardımın həcmini artırmaq niyyətlərini təsdiqləyiblər.
Link kopyalandı!
Son xəbərlər