Bizi sosial şəbəkələrdən izləyin:
Dünya və Azərbaycan teatr tarixinə fərqli baxışı əks etdirən “SƏHNƏ” layihəsində Azad Azərbaycan Televiziyası (ATV) daha bir yeniliyə imza atıb.
Belə ki, tamaşaçılara dünyaşöhrətli bəstəkar, İslam dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası ən son quruluşda təqdim ediləcək.
Tamaşa Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində lentə alınıb.
Məşədi İbadın başına gələnləri 14 aprel saat 22:30-da ATV-nin efirində izləyə biləcəksiniz.
Daha ətraflı videoda: