Bizi sosial şəbəkələrdən izləyin:
Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.
Moderator.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
12:16
Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan ”Report”un Qərb bürosuna verilən məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meyitini sel sularının apardığı ehtimal edilir.
Onun axtarışlarına başlanılıb.
Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində “HOVO” markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.
Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.
Faktla bağlı araşdırma aparılır.