Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin “Beşiktaş” klubu portuqaliyalı baş məşqçisi Fernandu Santuşla bağlı yekun qərarını açıqlayıb.
Məlumata görə, “qara qartallar”ın prezidenti Hasan Arat mütəxəssislə onun müqaviləsi başa çatanadək çalışmağa davam edəcəklərini bildirib.
“Fernandu Santuş gəlməzdən öncə liderlə aramızdakı xal fərqi 37 idi. Hazırda isə 17 xal geridəyik. Bunları görməzdən gələ bilmərik. Müqavilə bitənədək təcrübəli mütəxəssislə davam edəcəyik”, - H.Arat bildirib.
Qeyd edək ki, Fernandu Santuş bu ilin yanvarında “Beşiktaş” klubu ilə 1,5 illik müqavilə imzalamışdı.
Mənbə: Sporx.com