Bu sürücülər 40 manat məbləğində CƏRİMƏLƏNƏCƏK - DYP-dən XƏBƏRDARLIQ 
Cəmiyyət
2971
04 Apr 2024 | 18:25

Bu sürücülər 40 manat məbləğində CƏRİMƏLƏNƏCƏK - DYP-dən XƏBƏRDARLIQ 

Bəzi sosial şəbəkə səhifələrində dövlət qeydiyyat nişanının avto nəqliyyat vasitələrinin ön və arxa hissəsində hansı yerdə bərkidilməsi məsələsi mübahisələndirilir.
 
Moderator.az xəbər verir ki, Bakı Şəhər DYP İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 1-ci hissəsinə əsasən avtomobil nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı lövhələri istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş yerlərə bərkidilir.
 
Bildirilib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan tələbinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli şəxsin 40 manat məbləğində cərimə olunmasına dair məsuliyyət nəzərdə tutulub.
 
"Bütün bunları nəzərə alaraq bir daha sürücülərdən xahişimiz və tələbimiz ondan inbarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə açıqlamada qeyd olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər