Bakıda atmosferi çirkləndirən iaşə obyekti CƏRİMƏLƏNDİ - FOTO
Cəmiyyət
2487
03 Apr 2024 | 17:44

Bakıda atmosferi çirkləndirən iaşə obyekti CƏRİMƏLƏNDİ - FOTO

Bakı şəhəri, Yasamal rayonu ərazisində, AMEA-nın qarşısındakı parkda səyyar iaşə xidməti göstərən obyektdən havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
 
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.
 
Faktla bağlı səyyar iaşə obyektinin istifadəçisi Orhan Rüstəmzadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər