Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilib - FOTO
Cəmiyyət
2271
03 Apr 2024 | 14:50

Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilib - FOTO

Bərdə RİH yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı və şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbin dəstəyi ilə “Ailə dəyərləri” mövzusunda məktəblilərlə görüş keçirilib.
 
Görüşdə çıxış edənlər ailə və eyni zamanda milli-mənəvi dəyərlərin qorunaraq gənc nəslə ötürülməsinin önəmindən, ailədaxili münasibətlərin, yaşlı və gənc nəsil arasında dialoqun düzgün formalaşmasının vacibliyindən bəhs ediblər.
 
Görüş diskussiya formasında keçib.
Link kopyalandı!
Son xəbərlər