Ekskluziv
2760
02 Apr 2024 | 21:14

"İsrailin qorxaqcasına törətdiyi cinayət cavabsız qalmayacaq" - İran prezidenti

"Müqavimət cəbhəsinin iradəsini qıra bilməyən sionist rejimi özünü xilas etmək üçün yenidən kor-koranə qətlləri gündəmə gətirib..."
 
"Bu cinayət Netanyahunun Qəzza bölgəsində uğursuzluqları səbəbindən ruhi tarazlığının pozulmasını göstərir..."
 
İran yenidən İsraili birbaşa təhdid edib
 
İran prezidenti İbrahim Rəisi rəsmən bəyan edib ki, İranın Dəməşqdəki konsulluğuna İsrailin aviasiya zərbəsinə cavab verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" imformasiya agentliyi məlumat yayıb.
 
Bəlli olduğu kimi, bu zərbə nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Suriya və Livanda çoxsaylı İranyönümlü quldur birləşmələrinə kuratorluq edən zabitləri aradan götürülüb.
 

 

"Müqavimət cəbhəsinin iradəsini qıra bilməyən sionist rejimi yenidən özünü xilas etmək üçün kor-koranə qətlləri gündəmə gətirib. 
 
O, bilməlidir ki, heç vaxt öz məqsədlərinə nail ola bilməyəcək və bu qorxaqcasına törədilmiş cinayət cavabsız qalmayacaq", - məlumatda deyilir.
 
Xatırladaq ki, dünən axşam Dəməşqdə Suriya və Livanda "Qüds" qüvvələrinin komandanı Məhəmməd Rza Zahidi, habelə onun müavini Məhəmməd Hacı Rəhimi və İİKK-nın Suriyadakı qərargah rəisi Hüseyn Əmir Əllanın məhv edilməsi xəbəri yayılıb.
 
Sonradan İran Milli Təhlükəsizlik Şurası məlumat verib ki, İİKK zabitlərinin aradan götürülməsindən sonra "müvafiq qərarlar" qəbul edilib.
 
İran Xarici İşlər Nazirliyinin bəyanatında səfirliyə edilən zərbəni "Bunyamin Netanhayunun Qəzza bölgəsində uğursuzluqları səbəbindən ruhi tarazlığını" itirməsilə izah edib.
 
İsrail ənənəvi olaraq bu aviasiya zərbəsini nə təsdiq, nə də təkzib edib. "Biz xarici KİV-lərdəki iddiaları şərh etmirik", - bunu İsrail Müdafiə Ordusunun nümayəndəsi bəyan edib.
 
Həmçinin məlumat verilib ki, İran indi İsrailin dünyanın istənilən ölkədəki səfirliyinin öz qanuni hədəfi olduğunu hesab edir.
 
ABŞ Dəməşqdəki partlayışdan uzaq duraraq iranlılara məlumat verib ki, əməliyyat barədə İsrail
təyyarələri artıq havada olduqdan sonra xəbər tutub.
Link kopyalandı!
Son xəbərlər