ABŞ institutu: Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz
Dünya
2774
01 Apr 2024 | 09:40

ABŞ institutu: Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz

Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
 
Qeyd olunub ki, bu barədə Valday Klubunun İnkişafı və Dəstəyi üzrə Rusiya Fondunun sədri Andrey Bıstritski bəyan edib: “Onun sözlərinə görə, bu, xüsusilə, Ermənistanın coğrafi mövqeyi ilə bağlıdır”.
 
Rusiya rəsmiləri və müstəqil analitikləri ikitərəfli münasibətlərin pisləşməsinə görə, Ermənistana təzyiqləri davam etdirirlər: “Kreml rəsmiləri Ermənistanın Rusiyadan uzaqlaşma cəhdləri ilə bağlı getdikcə daha çox tənqidi bəyanatlar verirlər”.
 
Qeyd edək ki, son zamanlar ikitərəfli münasibətlər pisləşməkdədir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 31-də deyib ki, Rusiya ilə münasibətlərdəki problemləri gizlətmək mümkün deyil.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər