Qala qəsəbəsində qanunsuz tikililər sökülüb - FOTO/VİDEO
Cəmiyyət
2376
27 Mar 2024 | 12:32

Qala qəsəbəsində qanunsuz tikililər sökülüb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
 
Moderator.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
 
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

 

Link kopyalandı!
Son xəbərlər