Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ikinci günündə medalxa0qazana bilməyiblər
İdman
2795
23 Mar 2024 | 15:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ikinci günündə medalxa0qazana bilməyiblər

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə medal qazana bilməyiblər.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bu gün mübarizəyə qoşulan millinin 3 üzvü fəxri kürsüdən kənarda qalıb.
 
İbrahim Əliyev (73 kq) birinci, Məhərrəm İmamverdiyev (81 kq) isə ikinci görüşdə uduzub. 81 kq çəki dərəcəsindəki digər təmsilçimiz Ömər Rəcəbli ardıcıl 3 rəqibini üstələsə də, 1/4 finalda və təsəlliverici görüşdə məğlub olub.
 
Qeyd edək ki, Azərbaycanın yarışın ilk günündə mübarizə aparan 8 cüdosundan ikisi fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.
 
Millimiz martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.
 
Link kopyalandı!
Son xəbərlər